Diet Coaches

Diet Coaches Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Diet Coaches, Janitorial Service, Səməd Vurğun küç. , 43. World Business Center (20 mərtəbə), Baku.

Sabahınız xeyirli, gününüz aydın olsun! ☀ Kim gününü gümrahlıq bəxş edən bir fincan kofe ilə başlayır? ☕ Bu gün sizə məh...
23/02/2022

Sabahınız xeyirli, gününüz aydın olsun! ☀ Kim gününü gümrahlıq bəxş edən bir fincan kofe ilə başlayır? ☕ Bu gün sizə məhz içki haqqında söz açmaq istəyirik, çünki hazırda demək olar hər kəsin seçim etdiyi içkilər sırasında önəmli yeri tutur. İstər yola çıxdığımızda, istər iş başında, istər də dostlarla xoş ünsiyyət ortamlı görüşlərdə, fərq etməz kofe əksər insanların sevimli içkisi hesab olunur... Kofe təsadüf sayəsində bütün dünyada məşhur içkilər sırasında yer almayıb.
Bir çox araşdırmalar nəticəsində məlum olmuşdur ki:
1⃣ Kofe antioksidantlarla zəngin olub sərbəst orqanizmin qocalmasına səbəb olan sərbəst radikalların orqanizmdən xaric olmasına səbəb olur.
2⃣ Tərkibində olan antioksidantlar onkoloji xəstəliklərlə, ürək qan-damar sistemi xəstəlikləri, şəkərli diabetin hər iki növü və Parkinson xəstəliyi ilə mübarizə aparmağa yardımçı olur.
3⃣ Təbii kofe həzm sisteminin fəaliyyətini artıraraq yoğun bağırsağın xərçənginin qarşısını alır.
4⃣ Tərkibində olan kofein bütün orqanizmin fəaliyyətinə, o cümlədən ürəyin işinə stimullaşdırıcı təsir göstərir. Belə ki, kofe içdikdən sonra nəbz daha yaxşı eşidilir.
5⃣ Kofe beyin qan damarlarını genişləndirdiyi üçün baş ağrılarını aradan qaldırır.
6⃣ Beyin qan dövranını yaxşılaşdırmaqla yorğunluq toksinlərinin azad olmasına səbəb olur.

Əlbəttə ki, biz hazırda təbii kofedən söz açırıq. ☕ Həll olan kofe haqqında sizinlə az sonra danışacağıq.
VACİBDİR ‼️
Təbii kofenin həll olan kofedən daha faydalı olmasına baxmayaraq ondan həddindən artıq istifadə etmək məsləhət deyil! Gün ərzində 1-2 fincan içmək kifayətdir. Belə bir məhdudiyyət nə ilə əlaqədardır, bildirək.

Kofe tərkibində olan yüksək səviyyədə kofein sayəsində arterial təzyiqin artmasına, beləcə yuxu pozğunluğuna səbəb olur. 😴
Gümrahlıq təsiri əks tərəfini də göstərir: istifadədən bir saat sonra gümrahlıq bir saat sonra yuxululuqla əvəz olunur.

Hamilə və süd verən qadınların istifadəsi məsləhət görülmür. Hamilə qadının qanında toplanaraq ciftə daxil olaraq dəmirin səviyyəsinin enməsinə, eyniylə ana südünün tərkibində digər mikroelementlərin səviyyəsinin enməsinə səbəb olur!

🌞🌞Günəş şüası nə qədər boldursa, çəki atmaq bir o qədər rahatdır! Parlaq günəş şüaları vitamin D-nin orqanizmdə istehsal...
23/02/2022

🌞🌞Günəş şüası nə qədər boldursa, çəki atmaq bir o qədər rahatdır! Parlaq günəş şüaları vitamin D-nin orqanizmdə istehsalını təmin edir. ☝️Məsələ burasındadır ki, vitamin D kişilərdə endogen testosteronun sintezini stimullaşdırır. Testosteron əsas kişi hormonu olaraq maddələr mübadiləsinin səviyyəsinə təsir edərək yağın tokumalarda toplanmasını nəzarətdə saxlayır. Bu hormonun səviyyəsinin aşağı olması yaşından asılı olmayaraq bütün kişilərdə piylənmə təhlükəsi yaşadır. ❌ Qadınlar, əsasən də yaşı 40 keçən qadınlarda estrogenlərin (qadın cinsi hormonlarının) səviyyəsinin aşağı enməsi müşahidə olunur. ☝️Kalsium estrogen və vitamin D nin normal səviyyəsində yaxşı mənimsənilir. Kalsium öz növbəsində yağ mübadiləsində iştirak edən bir sıra ferment və hormonların funksiyasında iştirak edir. Kalsium çatışmazlığı sayəsində osteoporozun inkişafı riski sürətlənir, beləcə sümük toxumasının kövrəkliyi artır, çəki artımı baş verir.😞
Günəş şüaları vitamin D ilə bərabər serotoninin- xoşbəxtlik hormonunun sintezini stimullaşdırır! 🌝Serotoninin səviyyəsi nə qədər yüksək olarsa, bir o qədər çətinliklərlə mübarizəmiz artar, beləliklə artıq çəkidən azad olmaq asan olar. Payız və qış aylarında tutqun havada olan əhvalınızı xatırlayın. Günün işıqlı saatlarının qısalması, havanın temperaturunun aşağı düşməsi izah olunmaz bir sıxıntı, kədər, özünə qapanma hissi yaşadır. Bu səbəbdən günəşli günlərin qədrini bilək, imkan edib günün müəyyən saatlarında təmiz hava, günəş şüalarından bolluca bəhrələnərək! 😊

Axşamınız xeyir, dostlar! ✌Deyin görək, banan sevirsinizmi? 🍌 Bu gün sizə məhz bu meyvə haqqında danışmaq istəyirik. Onu...
16/02/2022

Axşamınız xeyir, dostlar! ✌Deyin görək, banan sevirsinizmi? 🍌 Bu gün sizə məhz bu meyvə haqqında danışmaq istəyirik. Onun faydalı və zərərli tərəflərinə nəzər salaq. 👍 Banan toxuma arası artıq mayenin orqanizmdən xaric olmasına səbəb olur, bu səbəbdən mütəmadi olaraq banan istifadə edən kəslər ödemlərdən narahat olmaya bilərlər. Bananın əsas tərkib hissəsi olan liflər mədə-bağırsaq sisteminin müxtəlif xəstəliklərində profilaktik və müalicəvi xüsusiyyətlərə sahibdir. Tərkibində kalium, maqnezium, sink, kükürd, xlor, kalsium, fosfor, tanin, pektin, A, C, E, B qrupu vitaminləri, saxaroza, qlükoza vardır. Məhz bu səbəbdən ürək-qan damar sistemi xəstəliklərində, artritdə, sinir sisteminin fəaliyyətinin yaxşılaşdırılmasında məsləhət görülür. Banan faydası şokoladla eyni götürülür, belə ki, tərkibində olan fosfor sayəsində mərkəzi sinir sisteminin işini nizamlayaraq, serotoninin "xoşbəxtlik hormonu" ifrazını stimullaşdırır. 👍 Üstünlüyü ondadır ki, tərkibində olan pektin və saxaroza sayəsində güclü enerji mənbəyi hesab olunur, yalnız bununla bərabər yetişmiş bananın kalori hesabını ( 65-dən 111 kaloriyə qədər) nəzərə alsaq, piylənməyə yol aça biləcəyini də vurğulamalıyıq. (nəzərə alsaq ki, almada olan kalori iki dəfə azdır-45 kalori) Bu səbəbdən artıq çəki atmaq arzusu yaşayan, piylənmə və şəkərli diabetdən əziyyət çəkənlər banandan mümkün qədər az istifadə etməlidir! 😊

Salam, hörmətli abunəçilər! Günün sonuna az qalıb... Hava get-gedə qaralır, fiziki və psixoemosional gərginliyin sakitlə...
15/02/2022

Salam, hörmətli abunəçilər! Günün sonuna az qalıb... Hava get-gedə qaralır, fiziki və psixoemosional gərginliyin sakitləşmək, bərpa olmaq dövrü başlayır. 🌃🌛😴 Bu gün sizə yuxu rejiminin önəmi barədə söz açmaq qərarına gəldik... 📍Yuxu rejiminə düzgün riayət etmək insan orqanizminin fiziki və psixoemosional sağlamlığında rolu çox önəmlidir! 🏙️ 📍Günün aktiv keçən qismində sərf olunan enerjini bərpa etmək yolunun ən önəmli ünsürü gecə (saat 22:00-da qaranlıq şəraitdə yuxuya dalmaq epifiz vəzində melatonin hormonunun ifrazını təmin edir, saat 03:00-a kimi davam edən funksiyası orqan və sistemlərin işinin bərpa və tənzimini təmin etməkdir) yuxusudur...🌃 📍Böyrəküstü vəzin funksiyasının bərpası, yeni günə bol enerji ilə başlamaq üçün ilk öncə gecə yuxusunun nizama salınması əsas faktor hesab olunur! 🌃 📍Gecə yuxusu eyni zamanda tək hamiləlik dövründə deyil bütün həyatımız boyu lazım olan immun sistemimizin normal fəaliyyəti üçün lazım olan ən önəmli faktorlardan biri sayılır. 📍İmmun hissəciklərin məhz gecə yuxusu zamanı artıb çoxaldığını bilirdinizmi? 📍Bəs hipofizin ön payında ifraz olunan somatotrop hormonunun orqanizmin inkişaf dövründə boy atmasına, yetkinlik çağından sonra bir ömür boyu lipoliz prosesində yağların yanmasında (artıq çəki atmaq istəyənlər üçün) əsas faktor olduğunu bilirdinizmi?

Bir sözlə, hörmətli abunəçilər, sağlam olmaq istəyirsinizsə, gecə yuxusuna riayət etməlisiniz 📌Qadın bütün hamiləlik dövründə bu özəlliyə riayət etməklə bətnində daşıdığı dölün (uşağın) normal inkişafını təmin etmiş olacaqdır... DİQQƏTLİ OLAQ! 👏😍💪 .

Salam, hörmətli izləyicilər! Reflüks ezofaqit xəstəliyi zamanı düzgün qidalanma çox vacibdir və bu qidalanmanın ümumi pr...
15/02/2022

Salam, hörmətli izləyicilər! Reflüks ezofaqit xəstəliyi zamanı düzgün qidalanma çox vacibdir və bu qidalanmanın ümumi prinsipləri var. Ancaq hər bir pasientə individual yanaşma da var əlbəttə.
Ümumi prinsipləri sizin üçün qısa sadalaya bilərik: 1. Qida qəbulunu az miqdarda 5-6 dəfə gündə qəbul etmək
2. Turş olan meyvələrdən, tərəvəzlərdən, süd məhsullarından çəkinmək
3. Yağlı bulyonlardan, yağda qızardılmış yeməklərdən çəkinmək
4. Yeməkləri püre və duru şəkildə yeməyə üstünlük vermək
4. Turşuluğu artıran və reflüksu privokasiya edən qidalardan imtina etmək: şokolad, qazlı içkilər, kolbasa və sosislər, turşuya qoyulmuş qidalar, ədviyyatlar və s.
5. Yeməkdən dərhal sonra uzanmamaq, gəzişmək məsləhət görülür

Bu mövzu cox genişdir , bu barədə gələn postlarımızda sizə daha ətraflı məlumat verəcəyik. İndividul menyu tərtib edilməsini istəyirsinizsə direktə yaza bilərsiniz❤ .

Bu gün sizinlə rasiona mütləq daxil edilməli olan faydalı ərzaqlardan biri-balıq haqqında danışmaq istəyirik. Hansı balı...
13/02/2022

Bu gün sizinlə rasiona mütləq daxil edilməli olan faydalı ərzaqlardan biri-balıq haqqında danışmaq istəyirik.
Hansı balığa üstünlük verməliyik❓Cavab: yağlı növlərinə❗Məhz bu növ balıqlar orqanizmin normal fəaliyyəti üçün, immun sistemi gücləndirmək, maddələr mübadiləsini sürətləndirmək üçün vacib olan Omega 3 doymamış yağ turşuları ilə zəngindir. Bu növ yağ turşuları orqanizm tərəfindən istehsal olunmur, bu səbəbdən onu xaricdən qəbul etmək vacibdir!
Bu növ yağ turşuları qanda xolesterinin səviyyəsini aşağı salaraq ürək qan-damar sisteminin, baş beyinin normal fəaliyyətini tənzimləyir.
Omega 3 yağ turşuları əsasən okeanik baliq novlerinde bol olur.

Füsunkar bədən quruluşuna sahib olmaq istəyən hər kəs vaxtaşırı rasionuna balığın yağlı növlərini daxil etməlidir. Səbəb❓

Səbəbi budur ki, tərkibində yüksək miqdarda vitamin D vardır. Hansı ki, çatışmazlığı orqanizmin piylənmə səbəblərindən biri olur. Vitamin D ilə bərabər Omega 3 yağ turşuları orqanizmin immun sisteminin güclənməsi, maddələr mübadiləsinin sürətlənməsi, orqanizmin təmizlənməsi yolunda əvəzsiz rol oynayır!

Söz verdiyimiz kimi bu gün sizə brokkolinin zərərli tərəfləri barədə məlumat verəcəyik, bizimlə qalın bir ürəklə bizə də...
12/02/2022

Söz verdiyimiz kimi bu gün sizə brokkolinin zərərli tərəfləri barədə məlumat verəcəyik, bizimlə qalın bir ürəklə bizə dəstək olduğunuzu, izlədiyinizi bildirin... 😊
Deməli belə:
⚠ Brokkolinin qaynanmış halının istifadəsi məsləhət görülmür, tərkibində purin tərkibli maddələr (adenin və quanin) olduğu üçün
⚠ Mədə turşuluğu yüksək, mədə altı vəz xəstəliyi olan şəxslərin istifadəsi məsləhət görülmür
⚠ Qalxanvari vəzin xəstəlikləri olan (hipotireoz) şəxslər onun istifadəsindən sonra səhhətlərində əks yöndə dəyişikliklərlə qarşılaşa bilərlər, bu səbəbdən ehtiyyatlı olmaqları məsləhətdir

Bu və digər faydalı məsləhətlərlə hər zaman qarşınızdayıq! 🤗

Qara Çörəkotu (qara zirə, черный тмин) ✅ Tərkibində əvəzedilməz Leysin amintuşusu vardır.😍 Niyə əvəzedilməz? Çünki orqan...
09/02/2022

Qara Çörəkotu (qara zirə, черный тмин) ✅ Tərkibində əvəzedilməz Leysin amintuşusu vardır.😍 Niyə əvəzedilməz? Çünki orqanizm onu özü istehsal edə bilmir və mütləq xaricdən almalıdır.
Məhz Leysin aminturşusu əzələ toxumalarının inkişafına cavabdehdir‼️
✅Tərkibində Fitosterol vardır‼️ Bu isə o deməkdir ki, qanda xolesterini azaldır və demək ki, arıqlamağa, çəki atmağa şərait yaradır👏🏻👏🏻👏🏻
✅ Tərkibində Vitamin E var‼️ Demək ki, Antioksidantdır‼️‼️‼️ Demək ki, qanda oksigeni artırır 😍
Nəticədə:
🔻 Bakteriyaları məhv edir və immun sistemi möhkəmləndirir.
🔻 Xərçəng hüceyrələri məhv olur‼️
Birdə ana südünü artırır, odur ki, uşaqlarını ana südü ilə bəsləyən analar nəzərə almalıdır.
🔴 Yetərincə kalorili məhsuldur:
100 qramında - 375 Kkal. Ancaq gündəlik norma cəmi 1 çay qaşığıdır və bu hiss edilmir. Lakin xeyiri çox böyükdür 👍🏻

❌ Mədə yarası/qastrit olanlar məsləhət görülmür.
❌ Hamilə Qadınlara olmaz. (uşaqlığın həcmini azaltmaq qabiliyyətinə malikdir)
👩🏻‍🔬Sağlam qida baxımından həqiqətən xeyirli və lazımlı ədviyyatdır 👍🏻
Odur ki, tam rahatlıqda (gündəlik normanı aşmadan) istifadə edə bilərsiniz 😍
#пп #зож #правильноепитание #красота #здоровье #худеемвместе #худеемправильно #диетология

Hər kəsi salamlayarıq 🤗 Bu gün sizə brokkolinin faydaları haqqında danışmaq istəyirik. 👇Brokkolinin (digər adı qulançar ...
21/01/2022

Hər kəsi salamlayarıq 🤗 Bu gün sizə brokkolinin faydaları haqqında danışmaq istəyirik. 👇
Brokkolinin (digər adı qulançar kələmi) 100 qramı 28 kkal tutur. Unikal tərkibinə görə dietik ərzaq sayılır və bu səbəbdən şiş xəstəlikləri, ürək qan-damar sistemi xəstəlikləri, sinir sistemi pozğunluqları, mədə-bağırsaq sistemi xəstəlikləri, maddələr mübadiləsi pozğunluqları və s. hallarda müalicəvi xüsusiyyətlərə malikdir. Belə ki, brokkoli insan orqanizmindən duz kristalları və ağır metalları təmizlədiyinə görə şüa xəstəliklərindən müalicə alan insanların qida rasionuna daxil edilir. Son elmi araşdırmalar nəticəsində brokkolinin tərkibində aşkarlanan xüsusi maddə-sulforofan 👈mədə xorası yaradan bakteriyaları məhv edir, bununla bərabər mədə xərçənginin yaranmasının qarşısını alır. Eyni zamanda onun tərkibində anetoltrition 👈 adlı maddə də aşkarlanıb, hansı ki, düz bağırsaq və süd vəzi xərçənginin qarşısını alır. Bundan əlavə ateroskleroz əleyhinə, qan yaradıcı, sakitləşdirici, öd qovucu təsirə malikdir. 👌 Brokkoli həm çiy, həm də bişmiş halda rasionda istifadə etmək olar. Faydalı qida maddələrini əldə etmək üçün brokkoli xüsusi üsulla hazırlanır. ✔ Buxarda 3-4 dəqiqə ərzində
✔ 30 saniyədən artıq olmamaq şərti ilə qaynar duzlu suda saxlamaq
✔ Sulforofan adlı faydalı maddə yaxşı mənimsənilsin deyə onu tərkibində mirozinaza adlı maddə olan bir neçə ərzaqla birgə qəbul etmək lazımdır 👉 xardal toxumu, vasabi, daykon, rukkola
Bizi izləməyə davam edin, növbəti məqalədə brokkolinin zərərli tərəfləri barədə məlumat verəcəyik. 😊

Metabolizmi-maddələr mübadiləsini necə sürətləndirmək olar? Maddələr mübadiləsinin zəifləməsi qocalma prosesini sürətlən...
16/01/2022

Metabolizmi-maddələr mübadiləsini necə sürətləndirmək olar? Maddələr mübadiləsinin zəifləməsi qocalma prosesini sürətləndirir, çəki artımına səbəb olaraq orqanizmin bərpa olmaq xüsusiyyətlərini zəiflədir, bununla da arıqlamaq çətin olur. Bu prosesləri sürətləndirmək yolları bunlardır:
1⃣ Rejim. Qidalanma, yuxu, fiziki aktivlik və dincəlmək rejimini qaydasına salmaq
2⃣ İdman. Mütəmadi fiziki aktivlik
3⃣ Su. Su qəbulu rejimini bərpa etmək (1 kq çəkiyə 30 ml)
4⃣ Sadə karbohidratların qəbulunu azaltmaq.
5⃣ Zərərli vərdişlərdən çəkinmək. Alkoqol və tütün prosesi ləngidir
6⃣ Yuxu. 23:00 mütləq yuxuya dalmaq zamanı
Deməyin ki, mümkün deyil, aydın düşüncə ilə yanaşdığınızda sağlamlığınız üçün lazım olan ünsürlər olduğunu dərk edəcəksiniz! Özünüzü sevin, siz dəyərlisiniz... Əmin olun! 😊❤

Günaydın, dəyərli abunəçilər! 😇 Aranızda hamilə olan, yaxud doğma insanlarından biri hamilə olan xanımlar vardır əlbət, ...
08/01/2022

Günaydın, dəyərli abunəçilər! 😇 Aranızda hamilə olan, yaxud doğma insanlarından biri hamilə olan xanımlar vardır əlbət, bu məqaləni sizin üçün yazdıq! 📌 Hamiləlik dövründə qadının həzm pozğunluğu, köp, qəbzlik kimi halların yaşamasına səbəblərdən biri və ilki deyərdim, yumurtalıqlarda ifraz olunan progesteron hormonudur... Məqsəd mayalanma anından dölün gələcək inkişafı üçün şəraitin yaradılması, hamiləliyin sona qədər saxlanmasıdır... Progesteron uşaqlıq əzələlərindən başqa digər saya əzələlərin də tonusuna tormozlayıcı təsir göstərir. Beləliklə, orqanizmdə maddələr mübadiləsi (mədə turşusunun az ifraz olunmasına səbəb olur), həzm sisteminin işi yavaşıyır. İlk aylarda iştahasızlığa səbəb də budur, orqanizm fizioloji olaraq bəzi qidalara qarşı seçici yanaşır, məqsəd dölün lazımi ehtiyaclarını ödəməkdir! Fizioloji olan bu proses uzun müddətli xarakter aldığında artıq müəyyən tədbirlər görülməlidir... Bol tərəvəzli, limon suyu sıxılmış, zeytun yağı əlavə olunmuş salatlara üstünlük verməklə bu kimi halların qarşısını almaq mümkündür. 📌Bu və ya digər forma və dərəcədə gedən proseslərin (anemiya və s.) qarşısını almaq üçün qadın hamiləliyə qədər minimum 3 ay ərzində düzgün qidalanma və həyat tərzi yaşamaqla ilk aylarda körpəsinin bətndaxili düzgün formalaşması və inkişafı üçün şərait yaratmış olacaqdır!
#пп #зож #правильноепитание #красота #здоровье #худеемвместе #худеемправильно #диетология

Hamınızı bir daha salamlayırıq! 🤗 Bu günki söhbətimiz möcüzəvi tropik meyvə 🥑 Avokado 🥑 haqqında olacaq. 1998 ildə qida ...
04/01/2022

Hamınızı bir daha salamlayırıq! 🤗 Bu günki söhbətimiz möcüzəvi tropik meyvə 🥑 Avokado 🥑 haqqında olacaq. 1998 ildə qida dəyərinə görə Qinessin rekordlar kitabına düşən bu meyvə dietoloqların menyusunda hətta ət və yumurtanı belə əvəz edir. Avokadonun 77%-i yağlar təşkil edir. Buna baxmayaraq arıqlama pəhrizlərinin sevimli meyvəsi sayılır (xüsusən də vegetarianların), çünki avokadonun tərkibində olan yağların çox hissəsini əvəzolunmaz yağ turşuları təşkil edir (omega-3, omega-6, omega-9) 🥑Tərkibi : A, C, E, K, B qrup vitaminlər, fol turşusu, Na, Ca, Fe və s. Tədqiqatlarla sübut olunub ki, avokadonun insan vücuduna təsiri iltihab əleyhinə olan preparatların ( aspirin, ibuprofen) təsirinə bərabərdir🥑. Həm də bu meyvə mütəmadi istifadə zamanı qanda yüksək LDL ( p*s xolesterin) aşağı salır, HDL ( yaxşı xolesterin) qaldırır.⚠️ Avokadonun bu effektini aterosklerozun profilaktikasında və müalicəsində istifadə edirlər ( olein turşusu hesabına). Avokado tərkibində olan: 🥑 Kalium hesabına təzyiqi normallaşdırır.
🥑 Ca, Cu, B2 hesabına anemiyaların qarşısını alır.
🥑 Avokado - qabığı yaşıl, yeyilən qisimləri ağ iri bir meyvədir.
❕ Qabıq və çəyirdək hissəsi yeyilmir, cünki tərkibində persin adlı toksin maddə vardır ☠
Alanda nəyə fikir verməlisiniz:
⚠️yetişmiş olsun və qabığı ləkəsiz olsun🥑
Avokadonun digər müsbət təsirləri👇
✔ xərçəng xəstəliyində
✔ qəbizliyi aradan galdırır
✔ immuniteti gücləndirir
✔ afrozodiakdı- kişilərdə potensiyanı artırır, qadınlarda sonsuzluğun qarşısını alır
✔ şəkərli diabet xəstəliyi zamanı istifadə edilir
✔ dərini cavanlaşdırır, qırışları hamarlaşdırır
✔ yaddaşı yaxşılaşdırır
✔ yaraların tez sağalmasına köməklik edir
Mənfi tərəfləri👇
⛔ Allergik reaksiya verə bilər
⛔ Qabığı və çəyirdəyi zəhərlidi
⛔ Yüksək temperatur təsiri altında dadını dəyişir (acılıq) və xeyirli madələrinin coxunu itirir
Əks göstərişlər👇
❕İndividual həssaslıq🥑
❕Lateksa və sitruslara allergik reaksiya🥑
❕ Uşaqlar 1 yaşa gədər🥑
❕Qaraciyərin kəskin iltihabı xəstəlikləri🥑

Address

Səməd Vurğun Küç. , 43. World Business Center (20 Mərtəbə)
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Diet Coaches posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram