03/12/2025
Bel yırtığı (disk protruziyası) düzgün və multidissiplinar yanaşma ilə çox zaman əməliyyatsız müalicə oluna bilir.
Pasiyentimizdə 2023-cü ildə MRT-də 15 mm-ə qədər sağ L4–L5 diskin paramedian yırtığı və sinir kökünə təmas qeydə alınmışdı.
2025-ci ildə aparılan kontrol MRT-də isə eyni sahədə yırtığın 3 mm-ə qədər kiçildiyi təsdiqləndi.
Bu nəticə aşağıdakı kompleks müalicə proqramı ilə əldə olundu:
🔹 Kayropraktik müalicə – onurğa sütununun funksional disbalanslarının aradan qaldırılması, sinir kompressiyasının yüngülləşdirilməsi.
🔹 Fizioterapiya və reabilitasiya – əzələ balansının bərpası, iltihabın azalması və diskin təzyiqinin tədricən yüngülləşdirilməsi.
🔹 Nevroloji terapiya – sinir kökü irritasiyasının nəzarətdə saxlanılması və ağrı simptomlarının tənzimlənməsi.
Nəticə: Disk yırtığının ölçüsündə əhəmiyyətli geriləmə, ağrının azalması və xəstənin həyat keyfiyyətində ciddi yaxşılaşma.
Bütün müalicələr elmi əsaslara uyğun, pasiyentin vəziyyətinə individual yanaşma ilə aparılmışdır.