Respublika Klinik Xəstəxanası

Respublika Klinik Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Respublika Klinik xəstəxanası əsasən respublika tabeçiliyində olan şəhərlərin və kənd rayonlarının əhalisinə və tibb müəssisələrinə çoxprofilli, ixtisaslaşmış, stasionar, konsultativ, planlı yardım göstərməklə yanaşı Respublika Səhiyyə Nazirliyinin təşkilatı-metodiki işlərinin bazası olub, respublika müalicə-profilaktika idarələrinin təşkilatı-metodiki işlərinə köməklik etməyə borclu olan aparıcı tibb müəssisələrindən biridir.

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür.İnsult — beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı...
29/10/2025

Bu gün Ümumdünya İnsultla Mübarizə Günüdür.

İnsult — beyin qan dövranının kəskin pozulması nəticəsində baş beyində ocaqlı zədələnmənin yaranması ilə xarakterizə olunur.
Vaxtında profilaktik tədbirlər görmək insult riskini əhəmiyyətli dərəcədə azalda bilər

İnsult riskini azaltmaq üçün:
• Qan təzyiqinizi mütəmadi olaraq ölçün və nəzarətdə saxlayın
• Qanda şəkər və xolesterin səviyyəsini yoxladın
• Duz və yağlı qidaların qəbulunu azaldın
• Gündəlik fiziki aktivlik edin, sağlam çəki saxlayın
• Stressi azaldın və yuxu rejiminə əməl edin
• ⁠Mütəmadi olaraq həkim müayinəsindən keçin

🧠 Maqnezium bədənimiz üçün ən qiymətli minerallardan biridir.Bir çatışmazlıq yorğunluq, əzələ krampları (əzələ yığılması...
28/10/2025

🧠 Maqnezium bədənimiz üçün ən qiymətli minerallardan biridir.Bir çatışmazlıq yorğunluq, əzələ krampları (əzələ yığılması), yuxu problemləri və əhval dəyişikliyinə səbəb ola bilər.

💤 Yuxu keyfiyyətini yaxşılaşdırır:Sinir sistemini rahatlaşdırır, yuxuya getməyi asanlaşdırır.

🍬 Qan şəkərini tənzimləyir:İnsulin həssaslığını artıraraq maddələr mübadiləsinə kömək edir.

🌸 PMS simptomlarını azaldır:Şişkinliyi, əsəbiliyi və krampları aradan qaldırmağa kömək edir.

😊 Əhval-ruhiyyəni sabitləşdirir:Depressiya əlamətlərini azaltmağa kömək edir.

🦴 Sümük sağlamlığını qoruyur:Sümük sıxlığını dəstəkləmək üçün kalsiumla işləyir.

🥦 Məsləhət:Adekvat maqnezium qəbulunu təmin etmək üçün pəhrizinizə yaşıl yarpaqlı tərəvəzlər, qoz-fındıq və paxlalılar daxil etməyiniz tövsiyə olunur.

 Həkim-ümumi cərrah Nigar Allahverdiyeva2005-2011-ci illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsində təhsil alıb.2...
27/10/2025



Həkim-ümumi cərrah Nigar Allahverdiyeva

2005-2011-ci illərdə Odlar Yurdu Universitetinin Tibb fakültəsində təhsil alıb.

2018-2023-cü illərdə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda rezidentura təhsili alıb.

2023-cü ildən Respublika Klinik Xəstəxanasında həkim-ümumi cərrah vəzifəsində çalışır.

2022-ci ildə İstanbul Aydın Universitetinin Florya Medicalpark Xəstəxanasında kurs keçib.

Bir neçə elmi məqalələri yerli və beynəlxalq jurnallarda çap olunub.

Çexiyanın paytaxtı Praqa şəhərində 22–24 oktyabr 2025-ci il tarixlərində ECTH 2025 (European Congress on Thrombosis and ...
25/10/2025

Çexiyanın paytaxtı Praqa şəhərində 22–24 oktyabr 2025-ci il tarixlərində ECTH 2025 (European Congress on Thrombosis and Haemostasis) – Tromboz və Hemostaza həsr edilmiş Beynəlxalq Konqres keçirilib.

Konqresdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri t.e.d., professor Hikmət İbrahimli, Akademik M. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov, terapevtik xidmətlər üzrə direktor müavini, həkim-hematoloq Mina Adıgözəlova və ADHTİ-nun Hematologiya kafedrasının müdiri, Respublika Klinik Xəstəxanasının həkim-hematoloqu dos. Elmira Qədimova iştirak ediblər.

Professor Hikmət İbrahimli konqres iştirakçılarını ölkəmizdə ağır hemofiliyalı pasiyentlərin müayinə və müalicəsinin təşkili istiqamətində görülən işlər barədə məlumatlandırıb. Elviz Qasımov isə Respublika Klinik Xəstəxanasında fəaliyyət göstərən Hemofiliya Mərkəzində pasiyentlərin müayinə və müalicə prinsipləri mövzusunda təşkil edilən dəyirmi masada təcrübəsini bölüşüb.

Mina Adıgözəlova isə "Von Villebrand" xəstəliyindən əziyyət çəkən qadınların hamiləlik və zahılıq dövründə müalicə taktikası mövzusunda keçirilən praktik seminarda fəal iştirak edib.

Konqres çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər və dəyirmi masalar təşkil olunub, təcrübə mübadiləsi aparılıb.

Üç gün davam edən bu beynəlxalq tədbirdə 20-dən çox ölkə təmsil olunub.

Bu gün Qubadlı Şəhəri Günüdür!Qubadlının azad olunmasının ildönümünü qürur və fəxarətlə qeyd edirik. 🇦🇿
25/10/2025

Bu gün Qubadlı Şəhəri Günüdür!
Qubadlının azad olunmasının ildönümünü qürur və fəxarətlə qeyd edirik. 🇦🇿

Uşaqlarımızı poliomielitdən qorumağın ən təsirli yolu — peyvənddir!Unutmayaq ki, vaxtında aparılan peyvəndlər sağlam gəl...
24/10/2025

Uşaqlarımızı poliomielitdən qorumağın ən təsirli yolu — peyvənddir!

Unutmayaq ki, vaxtında aparılan peyvəndlər sağlam gələcəyin təminatıdır.

Uşaqlarınızı mütəmadi olaraq peyvənd etdirin, poliomielitə “yox” deyin!

23/10/2025

"Həkim deyir ki..." rubrikasında Respublika Klinik Xəstəxanasının həkim-endokrinoloq İnci Şabanlı sümüklərimizin iştahamızı kontrol etməyindan danışıb.

  Həkim-otorinolarinqoloq Yaqub Kazımov…1991-1997-ci illərdə İstanbul Universitetində Tibb fakültəsində təhsil alıb.1997...
22/10/2025


Həkim-otorinolarinqoloq Yaqub Kazımov…

1991-1997-ci illərdə İstanbul Universitetində Tibb fakültəsində təhsil alıb.

1997-2001-ci illərdə İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində uzmanlıq təhsili alıb.

2001-2005-ci illərdə Mərkəzi Klinikada həkim-otorinolarinqoloq vəzifəsində çalışıb.

2005-ci ildən Respublika Klinik Xəstəxanasında həkim-otorinolarinqoloq vəzifəsində çalışır.

Bir çox yerli və beynəlxalq elmi konfranslarda iştirak edib.

Respublika Klinik Xəstəxanasında şəhid anasının müalicəsi uğurla başa çatıb.Şəhid polkovnik-leytenant Yaşar Sadıqovun an...
21/10/2025

Respublika Klinik Xəstəxanasında şəhid anasının müalicəsi uğurla başa çatıb.

Şəhid polkovnik-leytenant Yaşar Sadıqovun anası Əsli Sadıqova 03.10.2025-ci il tarixində xroniki pielonefritin kəskinləşməsi diaqnozu ilə Bilgəhdə yerləşən Respublika Klinik Xəstəxanasına daxil olub. Onun müalicəsi həkim-nefroloq Nərmin Dadaşova tərəfindən aparılıb.

Tibbi müdaxilələr və göstərilən diqqətli qulluq nəticəsində pasiyentin səhhətində tam yaxşılaşma müşahidə olunub və o, 13.10.2025-ci il tarixində evə buraxılıb.

Əsli Sadıqova yaradılan yüksək şərait və göstərilən xüsusi qayğıya görə terapevtik sahələr üzrə direktor müavini Mina Adıgözəlovaya, Nefrologiya şöbəsinin müdiri Nərgiz Səfərovaya, həkim-nefroloq Nərmin Dadaşovaya və şöbənin digər əməkdaşlarına dərin təşəkkürünü bildirib.

20 oktyabr – Ümumdünya Osteoporoz Günüdür!Sümükləriniz sağlam həyatın dayağıdır.Osteoporozdan qorunmaq üçün:• Kalsium və...
20/10/2025

20 oktyabr – Ümumdünya Osteoporoz Günüdür!

Sümükləriniz sağlam həyatın dayağıdır.
Osteoporozdan qorunmaq üçün:
• Kalsium və D vitamini qəbul edin
• Hərəkətdə qalın
• Zərərli vərdişlərdən uzaq olun
• Müntəzəm tibbi müayinələrdən keçin

Unutmayın: Osteoporozun qarşısını almaq mümkündür!

Bu gün Zəngilan Şəhəri Günüdür!Zəngilanın azad olunmasının ildönümünü qürur və fəxarətlə qeyd edirik. 🇦🇿
20/10/2025

Bu gün Zəngilan Şəhəri Günüdür!
Zəngilanın azad olunmasının ildönümünü qürur və fəxarətlə qeyd edirik. 🇦🇿

18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür! 🇦🇿Bu gün azadlığımızın, milli iradəmizin və döv...
18/10/2025

18 Oktyabr – Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günüdür! 🇦🇿

Bu gün azadlığımızın, milli iradəmizin və dövlətçiliyimizin rəmzidir.

Yaşasın müstəqil Azərbaycan!

Address

Bakı, Yasamal Rayonu, Abbas Mirzə Şərifzadə Küçəsi, 212
Baku
AZ1012

Telephone

+994124307736

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Klinik Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Klinik Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category