26/11/2025
Medic School Training Center olaraq növbəti Amerika Ürək Assosiasiyasının (AHA) beynəlxalq sertifikatlı Pediatrik Təkmil Həyata Dəstək (PALS) təlimini uğurla yekunlaşdırdıq.
Təlim çərçivəsində iştirakçılar pediatrik kritik vəziyyətlərin tanınması və idarə olunması üzrə müasir AHA protokollarına əsaslanan praktiki bacarıqlar əldə etdilər. Proqram klinik simulyasiyalar vasitəsilə pediatrik reanimasiya, şok formalarının idarə olunması, həyati təhlükəli ritm pozğunluqları, dərman və defibrilyasiya strategiyaları, həmçinin komanda əsaslı qərarvermə bacarıqlarını əhatə etdi.