Reomed Tibb Mərkəzi

Reomed Tibb Mərkəzi Reomed Tibb Mərkəzinin rəsmi facebook səhifəsi. Məqsədimiz sizlərə düzgün və qüsursuz x

6 aydan böyük uşaqların su içmə rejimi: su vermək olarmı? - 6 aylığından sonra əlavə qidalanmaya başlayan uşaqlara yemək...
15/05/2020

6 aydan böyük uşaqların su içmə rejimi: su vermək olarmı? - 6 aylığından sonra əlavə qidalanmaya başlayan uşaqlara yeməklər arası dövrdə bir neçə udum su verə bilərsiniz (adətən, məsləhət görülür gündə 60ml-dən çox olmayaraq)
- Uşaq bərk qidanı yeməyə başlayandan isə bir-neçə udum sağılmış süd və ya suyu elə qidalanma zamanı vermək olar. Bəzi uşaqlar qəbizlikdən əziyyət çəkməsinlər deyə buna ehtiyacları olur.
- 1 yaşdan sonra isə təklif olunan suyun miqdarını gün ərzində 120-200ml artırmaq olar.
- yeməkdən əvvəl su verməyin – ac uşaq siz nə qədər su versəz hamısını içəcəkç amma bunun nə sizə, nə sizin körpənizə xeyri olmayacaq. Uşağın mədəsi su ilə dolacaq və südü az içəcək.
- əgər uşaq su içməkdən imtina edirsə - məcbur etməyin. .
Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

🏨Medikus klinikasi 10ildir ki,fəaliyyət göstərməkdədir.Avropanın inkişaf etmiş laboratoriyalari ilə eyni standartlara uy...
15/05/2020

🏨Medikus klinikasi 10ildir ki,fəaliyyət göstərməkdədir.Avropanın inkişaf etmiş laboratoriyalari ilə eyni standartlara uyğun fəaliyyət göstərən Medikus klinikasi tam avtomatlaşdırılmış sistem vasitəsi ilə dünya tibb sahəsində olan laborator yeniliklərlə xidmətinizdədir.Statistikaya görə dünya əhalisinin 25%-ə qədəri Vitamin D defisitindən əziyyət çəkir! Vitamin D defisiti hansı simptomlarla müşahidə edilir? 👉🏻Sümük və əzələlərdə ağrılar. 👉🏻Daimi yorğunluq hissi və depressiv hallar. 👉🏻Uzun müddətli baş ağrıları. 👉🏻Tez tez tərləmə. 👉🏻Həzm sistemində rahatsızlıq. 👉🏻Sümük metabolizmində olan dəyişikliklər (sümük zəifləməsinə və minimal travma nəticəsində çox
👉🏻saylı sınıqlara -bud,onurğa və ətraf sümüklərində ). 👉🏻İmmun sistemin zəifləməsi, tez-tez infeksion xəstəliklərə yoluxma. 👉🏻Pəhriz və fiziki aktivlik zamanı çəkinin azalmaması.

Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Hepatit – toksiki, infeksion və ya autoimmun proseslər nəticəsində qaraciyər toxumasının duffuz iltihabı ilə xarakterizə...
15/05/2020

Hepatit – toksiki, infeksion və ya autoimmun proseslər nəticəsində qaraciyər toxumasının duffuz iltihabı ilə xarakterizə olunur. Onun ümumi əlamətlərinə sağ qabırğaaltı nahiyədə ağırlıq və ağrı, ürəkbulanma, ağızda quruluq və acılıq hissi, iştahsızlıq, gəyirmə aiddir. Ağır hallarda sarılıq, çəki itkisi, dəridə səpki müşahidə edilir. Hepatit qaraciyər koması, sirroz və xərçənglə nəticələnə bilər. Hepatitlərin diaqnostikasında qanın biokimyəvi sınaqları, qaraciyərin USM, hepatoxolesistosintioqrafiya, punksion biopsiyadan istifadə edilir. Müalicə məqsədilə pəhriz, hepatoprotektorlar təyin olunur, dezintoksikasion, spesifik etiotrop və patogenetik terapiya aparılır.Hepatit – qaraciyərin iltihabi xəstəliyidir. Gediş xüsusiyyətlərinə görə hepatit kəskin və xroniki formalara bölünür. Kəskin hepatit ifadəli simptomatika ilə gedir. Hepatitin bu forması tam sağala və ya xroniki fazaya keçə bilər. Hepatitlərin əksəriyyəti (90%) alkoqol, virus və ya dərman mənşəli olur. Xəstəliyin müxtəlif qrup insanlar arasında yayılma tezliyi onun forma və yaranma səbəbindən asılıdır.Hepatitlər aşağıdakı meyarlar üzrə təsnif edilir:

yaranma səbəbinə görə – virus, alkoqol və dərman mənşəli, autoimmun, spesifik (vərəm, opistorxoz, exinokokk və s. etiologiyalı), kriptogen (naməlum mənşəli) hepatitlər;
gedişinə əsasən (kəskin, xroniki);
klinik təzahürlərə görə (sarılıqlı, sarılıqsız, subklinik formalar).
Virus hepatitləri kəskin (hepatit A və B) və xroniki (hepatit B, D, C) olur. Hepatit həmçinin qaraciyər üçün spesifik olmayan virus və virusabənzər infeksiyalar – mononukleoz, sitomeqalovirus, herpes, sarı qızdırma tərəfindən törədilə bilər. Autoimmun hepatitlər anticisimlərin hədəfindən asılı olaraq, tiplərə bölünür (I, II, III tip).Hepatitin qeyri-qənaətbəxş gedişi sirroz və qaraciyər çatışmazlığı ilə ağırlaşa bilər. Belə hallarda ölüm riski yüksək olur. Xroniki hepatitin çox rast digər fəsadlarına metabolik dəyişikliklər, anemiya, laxtalanmanın pozulması, şəkərli diabet, qaraciyərin xərçəngi aiddir..Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Klinkamız hər şərait və müasir avadanlıq ilə təmin olunmuşdur.Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya dire...
15/05/2020

Klinkamız hər şərait və müasir avadanlıq ilə təmin olunmuşdur.
Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Alkoqol kardiomiopatiyası — həddindən artıq spirtli içki qəbulu fonunda ürək əzələsinin zədələnməsidir. Müxtəlif morfolo...
15/05/2020

Alkoqol kardiomiopatiyası — həddindən artıq spirtli içki qəbulu fonunda ürək əzələsinin zədələnməsidir. Müxtəlif morfoloji, funksional, klinik pozğunluqlarla təzahür edir. Pasiyentlər döş sümüyü arxasında ağrı, ödem və aşağı ətrafların soyumasından şikayət edir. Ürək çatışmazlığı, həyat üçün təhlükəli ritm pozğunluqları, tromboemboliyaların inkişafı mümkündür. Alkoqol kardiomiopatiyası EKQ, Exo-KQ, rentgenoqrafiyanın köməyilə aşkarlanır. Müalicə konservativ yolla aparılır, orqanın geridönməyən dəyişikliklərində ürək transplantasiyası göstəriş hesab olunur.

Alkoqol kardiomiopatiyasının yaranma səbəbləri

Alkoqol kardiomiopatiyasının müalicəsi
Proqnoz və profilaktika.Miokardın alkoqol mənşəli zədələnməsi kardiomiopatiyanın əsas səbəblərindən sayılır. Xəstəliyin rastgəlmə tezliyi populyasiyada alkoqolizmin yayılmasına əsasən təyin edilir. Alkoqol kardiomiopatiyası adətən uzun müddət ərzində mütəmadi şəkildə spirtli içki qəbul edən orta yaşlı şəxslərdə inkişaf edir. Pasiyentlər arasında kişilər üstünlük təşkil edir. Siqaretdən istifadə, stresslər, ürək və damar xəstəliklərinə səbəb olan digər amillər patologiyanın yaranma ehtimalını artırır. Dilatasion kardiomiopatiyanın 30%-i alkoqol kardiomiopatiyasının payına düşür.Xəstəliyin əsas etioamili spirtli içkilərin böyük həcmdə və davamlı surətdə (10-20 il müddətində hər gün 100ml etanola ekvivalent) qəbuludur. Alkoqol kardiomiopatiyası xroniki alkoqoliklərin 50%-də aşkarlanır. Kardiomiopatiyanın yaranmasında iştirak edən amillərə irsi meyllik, immun pozğunluqlar, qeyri-rasional qidalanma, xroniki stresslər, yorğunluq, siqaretdən istifadə aiddir.
Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Hemoqlobinuriya – eritrositlərin damardaxili zədələnməsi nəticəsində hemoqlobinin damar məcrasından kənara çıxaraq, sidi...
15/05/2020

Hemoqlobinuriya – eritrositlərin damardaxili zədələnməsi nəticəsində hemoqlobinin damar məcrasından kənara çıxaraq, sidikdə aşkarlanması ilə xarakterizə olunur. Hemoqlobinuriyanın əsas simptomu oksihemoqlobin səbəbindən sidiyin tünd rəngli olmasıdır. Artralgiya, hərarət, qusma, dərinin solğunluğu, sarılıq mümkündür. Hemoqlobinuriyanın diaqnozu sidiyin və qanın ümumi analizi, mieloqramma, laborator və funksional sınaqların aparılmasını tələb edir. Patogenetik formasına müvafiq olaraq eritrosit köçürülməsi; hormon, antikoaqulyant qəbulu, splenoektomiyanın və sümük iliyinin transplantasiyası aparılması göstəriş ola bilər. “Hemoqlobinuriya” termini altında hemolitik anemiyaların eritrositlərin damardaxili hemolizi və sidikdə sərbəst hemoqlobinin aşkarlanması ilə gedən bəzi formaları birləşdirilir. Onlara paroksizmal gecə hemoqlobinuriyası (Marchiafava–Micheli xəstəliyi), toksik, marş və paroksizmal soyuq hemoqlobinuriyası aiddir. Bu patoloji vəziyyətlər etiologiyasına görə fərqlidir; massiv, kəskin damardaxili hemolizə görə bir-birinə uyğun gəlir. Hemoliz prosesi hemoqlobinin qan plazmasından kənara çıxması və böyrək baryerini keçməsi ilə müşayiət olunur. Hematologiyada birdəfəlik (simptomatik) və təkrarlanan (paroksizmal) hemoqlobinuriyalar ayırd edilir.

Sağlam insanın qan damarlarında eritrositlərin təxminən 10%-i parçalanır, plazmasında 1-4 mq% hemoqlobin olur. Bu zaman izafi hemoqlobin böyrək baryerini keçə bilməyən iri molekullu hemoqlobin-haptoqlobin kompleksinin əmələ gəlməsi ilə müşayiət olunan spesifik haptoqobin zülalı ilə əlaqəlidir. Bu mexanizm hemoqlobinuriya və böyrək hemosiderozunun yaranmasının qarşısını alır. Lakin eritrositlərin qəflətən massiv parçalanması və ya plazmanın hemoqlobinbirləşdirici qabiliyyətinin azalmasına gətirib çıxaran hipohaptoqlobinemiya zamanı hemoqlobin böyrək filtirini keçir və sidiyə düşür. Haptoqlobinin normal konsentrasiyasında hemoqlobinuriya plazmada hemoqlobinin konsentrasiyası yüksək (125-135 mq%) olduqda inkişaf edir.Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈

Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Klinikamızda həyata keçirilən rinoplastika əməliyyatı 👃👍Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈Ün...
15/05/2020

Klinikamızda həyata keçirilən rinoplastika əməliyyatı 👃👍
Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Məxmərək – kəskin virus infeksiyası olub, mülayim intoksikasiya fonunda xarakterik səpkilərlə xarakterizə edilir. Xəstəl...
15/05/2020

Məxmərək – kəskin virus infeksiyası olub, mülayim intoksikasiya fonunda xarakterik səpkilərlə xarakterizə edilir. Xəstəlik regionar limfoadenopatiya və hematoloji reaksiyalarla müşayiət olunur. Məxmərək virusu insan nəfəs alarkən tənəffüs yollarının selikli qişasından orqanizmə daxil olur. İnkubasiya dövrü 10-25 gün davam edir. Məxmərəyin tipik əlamətləri sayılan səpkilər əvvəlcə üz nahiyəsində yaranır. Onlar qısa zaman ərzində ovuc və ayaqların altı istisna olmaqla, bütün bədənə yayılır. Məxmərək Rubivirus cinsindən olan RNT tərkibli virus tərəfindən törədilir. Bu virus ətraf mühitin faktorlarına qarşı az dözümlüdür. Ultrabənövşəyi şüaların, dezinfeksiyaedici kimyəvi vasitələrin, istinin təsirindən inaktivləşir. Virus otaq temperaturunda bir neçə saat yaşayır. Məxmərək törədicisinin mənbəyi xəstə insandır. Xəstəlik həm klinik simptomatika ilə, həm də gizli formada gedə bilir. Virusun ifrazı ekzantemadan 1 həftə əvvəl başlayır, orta hesabla 5-7 gün davam edir. Uşaqlarda anadangəlmə məxmərək zamanı törədici burun-udlağın seliyi, sidik, bəzən isə nəcislə ifraz edilir.
Məxmərək əsasən hava-damcı yolu ilə yayılır. Yoluxma təmas-məişət yolu (oyuncaqlar, qab-qacaq) ilə də baş verə bilər. Hamilələr məxmərəyə tutulduqda infeksiya ciftlə dölə ötürülür. Suçiçəyi, qızılca xəstəliklərinin törədicilərinə nisbətən məxmərək virusu dözümsüz olduğundan infeksiyaya yoluxma ancaq sıx təmas hallarında mümkündür.
Reproduktiv dövrdə olan, xüsusən 20-29 yaşlı qadınlar məxmərəyə daha meylli sayılır. İnfeksiyanın giriş qapısı yuxarı tənəffüs yollarının selikli qişası, bəzən isə zədələnmiş dəri örtüyü hesab olunur. Virusun çoxalması və toplanması regionar limfa düyünlərində baş verir. Törədici qanla yayılaraq, digər limfa düyünlərini zədələyir, dəri örtüklərində çökərək, immun reaksiyalara səbəb olur. Formalaşmış anticisimlər virusla mübarizə aparmaqla, orqanizmi təmizləyir. Postinfeksion immunitet ömürlükdür. Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəm...
15/05/2020

İnsan orqanizmində ən çox mövcud olan mineral kalsiumdur.

Kalsium orqanizmdəki sümükləri meydana gətirən və onları möhkəmləndirən önəmli bir elementdir. İnsan orqanizmində mövcud olan kalsiumun 99%-ni sümüklərimiz və dişlərimiz təşkil edir qalan 1% isə qan laxtalanması, sinir sisteminin bərpası və ürək döyüntülərini tənzimləyən yumşaq toxumalarda və qanda yerləşir. Kalsium sinir sisteminin normal işləməsini təmin edir sümük əriməsinin qarşısını alır. Təəssüflər ki, bu gün kalsium çatışmazlığı öndə gələn problemlərdən biridir. Kalsium çatışmazlığı:

Əzələ və oynaq ağrıları
Sümük əriməsi
Yuxu problemləri
Dişdə çürüklər və diş əti xəstəlikləri kimi problemlərə səbəb olur.
Gündəlik kalsium miqdarı yaş fərqinə görə dəyişir və orta miqdar 800–1200 mg arasıdır. Ümumiyyətlə gündəlik kalsium miqdarı 1500 mg-dən artıq olmamalıdır. Çünki təcrübələr göstərir ki, artıq kalsium böyrəklərdə daş əmələ gətirir.

Kalsiumla zəngin olan qida məhsulları əsasən süd, pendir, kəsmik kimi qidalarla yanaşı həmçinin soya, fıstıq, qoz, badam,yumurta, kələm, balıq və. s.
Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Kardionevrozun yaranma səbəbləri..Patologiya polietioloji xəstəliklərə aid edildiyindən onun aparıcı əlamətini təyin etm...
15/05/2020

Kardionevrozun yaranma səbəbləri..Patologiya polietioloji xəstəliklərə aid edildiyindən onun aparıcı əlamətini təyin etmək çətinlik törədir. Cavanlarda sinir sisteminin labilliyi, hiperhəssaslıq, isteriya və ya depressiyaya meyillik, yaşlılarda isə qeyri-stabil psixoemosional reaksiyalara səbəb olan MSS xəstəlikləri kardiosklerozun inkişafı üçün qənaətbəxş fon hesab olunur. İrsi meyillik, orqanizmin funksional və morfoloji xüsusiyyətlərinin: beynin bəzi şöbələrinin fəaliyyətinin çatışmazlığının, metabolizmin individual fərqliliyinin rolu istisna olunmur. Yuxarıda sadalanan hallarda xəstəlik aşağıdakı səbəblərdən yarana bilər: 🔵Psixogen amillər. İfadəli neqativ emosional çalarlı hadisələr və ya vəziyyətlər patologiyanın inkişafına təkan verir. Onlara nevrotik səviyyəli bəzi psixi pozğunluqlar (nevroz, fobiya), ağır sarsıntılar (təbii fəlakət, yaxınlarının itkisi), kəskin və xroniki stresslər, qeyri-qənaətbəxş sosial-ekonomik həyat tərzi aiddir.
🔵Qeyri-stabil hormonal fon. Cinsi hormonların: estrogen, progesteronun disbalansı ilə əlaqədar bu xəstəlikdən əsasən qadınlar əziyyət çəkir. Cinsi yetişkənlik, klimaks, hamiləlik dövrü, doğuş prosesi, hormonal preparatların (xüsusən oral kontraseptivlər) qəbulu, hormonal hasil edən şişlərin yaranması zamanı simptomların yaranma ehtimalı yüksəlir. Kişilərdə kardionevroz pubertat dövrdə, endokrin pozğunluqlarda aşkarlana bilər.
🔵Fiziki, kimyəvi təsirlər. Xəstəlik xroniki yorğunluq nəticəsində, o cümlədən hipodinaniya fonunda zehni işlə məşğul olan şəxslərdə inkişaf edə bilər. Provokasiyaedici amillər sırasına vibrasiya, səs, günəş şüalarının davamlı təsiri, temperaturun enməsi, eləcə də məişət zəhərləri, ağır metalların duzları, narkotik vasitələr və bəzi dərman qrupları ilə xroniki intoksikasiya, alkoqol və kofein tərkibli içkilərdən sui-istifadə daxildir.
🔵İnfeksion proseslər. Kardionevroza əsasən yuxarı tənəffüs yolları və sisnir sisteminin ocaqlı infeksiyaları: xroniki tonzillit, sinusit, rinosinusit, faringit, traxeit, kəskin respirator xəstəliklər, meningit, ensefalit, neyrosifilis, müxtəlif lokalizasiyalı nevritlər səbəb olur. İnfeksiyalar virus, bakteriya, göbələk, ibtidailər tərəfindən törədilir.

Ge***al herpes – qovuqcuq qrupları, sonra isə eroziya və xoranın əmələ gəlməsi ilə xarakterizə olunan cinsi orqanların s...
15/05/2020

Ge***al herpes – qovuqcuq qrupları, sonra isə eroziya və xoranın əmələ gəlməsi ilə xarakterizə olunan cinsi orqanların selikli qişalarının virus mənşəlli zədələnməsidir. Yerli olaraq yanğı hissi, şişkinlik, hiperemiya, qasıq limfa düyünlərinin böyüməsi və intoksikasiya ilə müşayiət olunur. Xəstəlik residivləşməyə meyillidir və sonralar ciddi ağırlaşmalara – yerli və ümumi immunitetin azalması, ge***al bakterial infeksiyaların inkişafı, sinir sisteminin zədələnməsi, uşalıq boynunun və prostatın xərçənginin inkişafına səbəb ola bilər. Hamilə qadınlar üçün xüsusən təhlükəlidir; belə ki, spontan abortlar, yenidoğulmuşun patologiyası və hətta ölümü ehtimalı yüksəkdir. Patologiya cinsi yolla yoluxan xəstəliklər (CYYX) qrupuna daxildir.Herpes virusunun dəri, selikli qişalar, mərkəzi sinir sistemi və digər orqanları zədələyən bir neçə tipi (sadə herpes virusu 1 və 2, sitomeqalovirus, suçiçəyi virusu, Epşteyn-Bar virusu, kəmərləyici dəmrov və s.) ayırd edilir. Sadə herpes virusu 1 və 2 oral və ge***al patologiyalara səbəb olur; belə ki, SHV 1 əsasən üz, dodaqlar, burun qanadlarını zədələyir, SHV 2 isə daha çox ge***al herpesə səbəb olur. SHV tez-tez ureoplazma və sitomeqalovirusla yanaşı aşkar olunur.Ge***al herpes simptomsuz gedişinə də az rast gəlinmir, lakin xəstələr belə hallarda da infeksiya mənbəyi hesab olunurlar.Əlaqə və Ətraflı məlumat üçün +994 12 561 09 85 və ya direct✍👈
Ünvan: Səttar Bəhlulzadə 22 🏥

Address

Səttar Bəhlulzadə
Baku
1000

Telephone

+994125610985

Website

Alerts

Be the first to know and let us send you an email when Reomed Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Reomed Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category