Şuşa Rayon Mərkəzi Xəstəxanası

Şuşa Rayon Mərkəzi Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.
,,Şuşa RMX"nın rəsmi səhifəsi.

🔸️Bunları bilmək vacibdir rubrikası 🔸️Mütəxəssislərin araşdırılmasına görə orqanizmdə B12 vitamini normadan az olarsa ci...
28/11/2025

🔸️Bunları bilmək vacibdir rubrikası 🔸️

Mütəxəssislərin araşdırılmasına görə orqanizmdə B12 vitamini normadan az olarsa ciddi problemlər yarana bilər:

🔸️Başda dumanlılıq
🔸️Diqqəti cəmləməkdə çətinlik
🔸️Yaddaşsızlıq
🔸️Ətrafında keyimə və iynələmə hissi

Orqanizmdə B12 vitamini normal olarsa:

🔸️Yaxşı əhval və yaddaş
🔸️Gümrahlıq
🔸️Yüksək stressə davamlılıq
🔸️Stabil əhval yaranacaqdır.

Hər zaman sağlam və gumrah olun!



🔹️ Əməkdaşlarımız tanıyaq rubrikasından 🔹️Həsənova Hicran Çingiz  qızı 1989-cu ildə Şuşa rayonun Malıbəyli kəndində anad...
19/11/2025

🔹️ Əməkdaşlarımız tanıyaq rubrikasından 🔹️

Həsənova Hicran Çingiz qızı 1989-cu ildə Şuşa rayonun Malıbəyli kəndində anadan olmuşdu.
1995 – 2005-ci illərdə Şuşa rayon, Malıbəyli kəndinin 1 N°-li orta məktəbinə getmişdi.
2005 - 2010-cu illərdə Azərbaycan Pedeqoji Universtetdə təhsilini davam etdirmişdi.
2022-ci ildən etibarən hal-hazıradək Şuşa Rayon Mərkəzi Xəstəxanasında Dezinfektor vəzifəsini icra edir.

Əməkdaşımıza işlərində uğurlar arzulayırıq.



🇦🇿 17 Noyabr Milli Dirçəliş Günü 🇦🇿
17/11/2025

🇦🇿 17 Noyabr Milli Dirçəliş Günü 🇦🇿

🔸️Bunları bilmək vacibdir rubrikası🔸️Qirp olanda nə etməli❓️Fəsil və temperaturun dəyişməsi nəticəsində xəstəlik halları...
13/11/2025

🔸️Bunları bilmək vacibdir rubrikası🔸️

Qirp olanda nə etməli❓️

Fəsil və temperaturun dəyişməsi nəticəsində xəstəlik halları daha çox yayılıb.
Şuşa Rayon Mərkəzi Xəstəxanasının İctimayyətlə əlaqələr üzrə mütəxəsisi Gülgün Gündüzün araşdırmasına əsasən,
qrip olanda insan ilk olaraq nə etməli olduğunu bilməsi, xəstəliyi daha rahat keçirməsinə kömək edir. İlk növbədə, istirahət etmək və bol maye qəbul etmək vacibdir. Qrip zamanı antibiotik istifadəsi haqqında yanlış təsəvvürlər yayğındır; əslində, antibiotiklər yalnız bakterial infeksiyalar üçün effektivdir və qrip, viral bir xəstəlik olduğu üçün adətən qrip zamanı antibiotiklər tövsiyə edilmir. Həkim məsləhəti olmadan antibiotik qəbul etməkdən çəkinmək lazımdır, çünki bu, bədənin antibiotiklərə qarşı davamlılığını artıra bilər.
Qrip zamanı göz sulanması, qulaq ağrısı, burun tutulması kimi əlamətlər çox olur və bu simptomları idarə etmək üçün, gözlərinizi qorumaq üçün bol maye qəbul etmək, gözlərinizə soyuq kompres tətbiq etmək, burun tıxanıqlığını aradan qaldırmaq üçün isə buxar inhalasiyası etmək faydalıdır. Qrip zamanı nə etməli sualına cavab olaraq, istirahət, bol maye və simptomatik müalicələr vacibdir.



12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
12/11/2025

12 Noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

09/11/2025

8 Noyabr - Zəfər Günü 🇦🇿
07/11/2025

8 Noyabr - Zəfər Günü 🇦🇿

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan...
07/11/2025

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

5 ildir artıq bütün azərbaycanlılar bu günü fəxarət və hidayətlə 8 Noyabr ,, Zəfər Günü "nü qeyd edir.

Zəfərin Mübarək Azərbaycan!



03/11/2025

30 Oktyabr - 1 Noyabr / 2025 ci il tarixdə Medinex Azərbaycan 27-ci Tibb İnnovasiyaları Sərgisi işini uğurla yekunlaşdırdı.



  sərgisinə start verildiHər birinizi TƏBİB-in pavilyonunda gözləyirik! 🚑
30/10/2025

sərgisinə start verildi

Hər birinizi TƏBİB-in pavilyonunda gözləyirik! 🚑

🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim otolarinqoloqu Mehriban Məmmədova bildiri...
28/10/2025

🔸️ Bunları bilmək vacibdir rubrikası 🔸️

Şuşa Rayon Mərkəzi Xəstəxanasının həkim otolarinqoloqu Mehriban Məmmədova bildirir ki, kəskin xarici otitlər
günümüzdə qulaq xəstəlikləri arasında ən çox rast gələn patologiyalardandır.
Kəskin X/otitlər yayılmış və məhdud ola bilər.Törədiciləri stafilokk və göbələk viruslardır.Bu zaman iltihabi proses qulaq seyvanını, xarici qulaq keçəcəyini, yayılmış olduqda isə qulaq etrafı nahiyəni əhatə edir.
Səbəbləri:
🔸️Zəif immunitet
🔸️Gigiyena qaydalarına düzgün riayət etməmək
🔸️İş şəraiti
🔸️Şəkərli diabet və s.
🔸️Antibiotiklerdən sui istifadə (göbələk mənşəli otit)
Müalicəsində əsasən:
Törədicinin həssas olduğu antibakterial, antifunqal qulaq damcılarından, antihistaminlərdən, eyni zamanda
immunmodulyatorlardan, göstəriş varsa vitaminlərdən ugurla istifadə edilərək, müsbət nəticələr almaq mümkündür.Daim sağlam olun 🙌



🔹️ Həkimlərimizi Tanıyaq Rubrikasından 🔹️Səfərova Mirlis Vəli qızı 1969-cü ildə Fizuli  şəhərində anadan olmuşdu.1977-19...
21/10/2025

🔹️ Həkimlərimizi Tanıyaq Rubrikasından 🔹️

Səfərova Mirlis Vəli qızı 1969-cü ildə Fizuli şəhərində anadan olmuşdu.
1977-1987-ci il Bakı şəhərində 176 N °-li orta məktəbdə təhsil almışdı.
1988-1990-cı illərdə 1 N° Tibb Kollecində tibb bacısı üzrə təhsil almışdı.
1990-1993-ci illərdə Bakı şəhərində 6 nömrəli Mamalıq və Ginekologiya İnstitunda tibb bacısı vəzfəsində işləmişdi.
1993-1999 cı illərdə Azərbaycan Tibb Universitetində pediatriya üzrə təhsilini davam etdirmişdi.
1999-2000 ci illərdə Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda internatura təhsilini keçirilmişdir.
2009-2021 ci illərdə Avtonəqliyyat və Yol Təsərrüfatı İştifiqçilərin Həmkarlar İttifaqı kitabxana müdirəsi üzrə fəaliyyət göstərmişdi.
2024-cu ildən etibarən hal-hazıradək Şuşa Rayon Mərkəzi Xəstəxanasında həkim pediatr kimi fəaliyyətini davam etdirir.



👩‍⚕️

Address

Əsəd Əhmədov 26
Baku
AZ1122

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 14:00

Telephone

+994124327305

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa Rayon Mərkəzi Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Şuşa Rayon Mərkəzi Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category