Bayramli Group LLC

Bayramli Group LLC Invest in your lab success Bayramli Group LLC is a company dedicated to providing cutting-edge laboratory solutions.

Our company specializes in laboratory turnkey solutions, research and development, kit production, as well as training, seminars, and conferences. At Bayramli Group LLC, we are committed to advancing scientific research by providing innovative solutions to complex problems. Our team of experts has years of experience in developing customized laboratory solutions that meet the unique needs of our clients. We offer a wide range of services, including custom kit production, specialized training sessions and seminars, and comprehensive turnkey solutions for laboratory construction and design. Our solutions are designed to help our clients save time and money while achieving their research goals. We are proud to have worked with some of the most innovative companies and research institutions in the industry, and we are dedicated to building lasting relationships with all of our clients. Thank you for visiting our page, and we look forward to the opportunity to work with you.

31 Mart — Azərbaycanlıların Soyqırımı GünüBu tarix xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuş faciəli bir gündür...
31/03/2026

31 Mart — Azərbaycanlıların Soyqırımı Günü

Bu tarix xalqımızın yaddaşına silinməz izlərlə həkk olunmuş faciəli bir gündür. 1918-ci ildə günahsız insanların amansızcasına qətlə yetirilməsi, milli kimliyimizə qarşı törədilən ağır cinayətlər tariximizin unudulmaz səhifələrindəndir.

Bayramlı Group olaraq bu gün günahsız qurbanlarımızın əziz xatirəsini dərin ehtiramla anır, onların ruhu qarşısında baş əyirik. Unutmuruq, unutdurmuruq.

Bayramlı Group kimya sahəsində təhsil alan və bu sahədə karyera qurmaq istəyənlər üçün xüsusi təlim proqramları təqdim e...
28/03/2026

Bayramlı Group kimya sahəsində təhsil alan və bu sahədə karyera qurmaq istəyənlər üçün xüsusi təlim proqramları təqdim edir.
Bu proqramlar iştirakçılara kimya laboratoriyalarında işləmək üçün vacib olan praktiki biliklər və əhəmiyyətli təcrübə qazandıracaq. Təlimlər həm qısa müddətli, həm də daha geniş proqram formatında təşkil olunub.
Təlimdə öyrənəcəksiniz:
• Laboratoriyada təhlükəsizlik texnikası qaydaları
• Reaktivlərlə işləmə qaydaları və kimyəvi tullantıların idarə olunması
• Kimyəvi analizlər üçün (xromotoqrafiya, spektrometriya və s.) düzgün metod seçimi
• Müasir laboratoriya avadanlıqları ilə praktiki işləmə bacarığı
• Nəticələrin hesablanması və interpretasiyası
• Keyfiyyətə nəzarət və beynəlxalq standartlarla iş
• Sənədləşmə və hesabatların hazırlanması
• Laboratoriyada prosesin idarə olunması
🔬 Praktiki bacarıqlar:
- Sadə Laboratoriya avadanlıqları (pH metr, Avtopipet, Sentrifuqa, Tərəzi və s.) ilə işləmə və kalibrasiya
- Xromotoqrafiya cihazlarının (LCMS/MS, GC-FİD/MS, HPLC) iş prinsipi və qida nümunələrinin analizi
- Spektrometrik və spektrofotometrik cihazlarında (İCP-MS, UV) toksikoloji analizlər
- Fiziki-kimyəvi və toksikoloji analiz metodlarının real iş mühitində tətbiqi
🧪 Praktiki analizlər:
Rütubət • Kül miqdarı • pH • Turşuluq • Quru qalıq
☣️ Toksikoloji analizlər:
Nitritlər • Ağır metallar • Pestisid qalığı • Konservantlar
📌 Təlim haqqında:
⏱ Hər dərs: 3 saat
👥 Qrup: max 6 nəfər
📊 40% nəzəri / 60% praktiki
👩‍🔬 Təlimlər ən müasir toksikoloji və fiziki-kimyəvi qida laboratoriyalarında təşkil olunur.
🎓 Sonda sertifikat təqdim olunur
Qeydiyyat linki bio-da!
📩 Ətraflı məlumat və qeydiyyat üçün DM və ya əlaqə vasitələrindən istifadə edin.

🔬 Eksozom ilə işləyirsiniz?Sizi əməkdaşımız Letgen Biotechnology tərəfindən təşkil olunan növbəti onlayn seminara dəvət ...
25/03/2026

🔬 Eksozom ilə işləyirsiniz?

Sizi əməkdaşımız Letgen Biotechnology tərəfindən təşkil olunan növbəti onlayn seminara dəvət edirik:

“Eksozom Araşdırmalarında Praktik Yanaşmalar”

Letgen Biotechnology və Norgen Biotek ilə birgə təşkil olunan bu vebinar, eksozom və ekstrasellulyar veziküllər (EV) sahəsində çalışan tədqiqatçılar üçün dəyərli məlumatlar təqdim edəcək 🚀

📅 Tarix: 27 Mart
🕒 Saat: 17:00 (Bakı vaxtı)
💻 Platforma: Microsoft Teams

Seminar proqramında:
🔬 Eksozom izoliyasında praktik yanaşmalar
🧪 EV araşdırmalarında diqqət edilməli əsas məqamlar
📊 Daha etibarlı və təkrarlana bilən nəticələr üçün tövsiyələr

Kanada mərkəzli Norgen Biotek, nüklein turşularının izoliyası və nümunə hazırlama texnologiyaları sahəsində innovativ həlləri ilə dünya üzrə tədqiqat laboratoriyalarının etibar etdiyi brendlərdəndir. Eksozom və EV tədqiqatları üçün yüksək saflıq, etibarlı nəticələr və standartlaşdırılmış iş axınları təqdim edir.

🎤 Bu sahədə ən son yanaşmaları birbaşa mütəxəssisdən dinləmək imkanı əldə edin!

👉 Qeydiyyat linki bio-da!

ℹ️ Qeyd:
• Vebinar ingilis dilində keçiriləcək, sual-cavab hissəsində türk dili dəstəyi olacaq
• İştirakçılara seminar sonunda sertifikat təqdim ediləcək

Zəhərli Qaz Təhlükəsinə Qarşı Real-Zamanlı Həll: ChemSee artıq Bayramlı Group-da!Zəhərli qazlara məruz qalma riski bu gü...
23/03/2026

Zəhərli Qaz Təhlükəsinə Qarşı Real-Zamanlı Həll: ChemSee artıq Bayramlı Group-da!

Zəhərli qazlara məruz qalma riski bu gün bir çox sahədə (sənaye, laboratoriya, istehsalat, neft-qaz, fövqəladə hallar, sərhəd nəzarəti və s.) real və ciddi təhlükədir.

Bayramlı Group, əməkdaşlıq etdiyi ChemSee şirkətinin innovativ məhsullarını təqdim edir — ani aşkarlama, sürətli reaksiya və maksimum təhlükəsizlik üçün!
Mövcud ChemSee məhsulları

1) Toxic Gas Dosimeters (Zəhərli qaz dozimetrleri)
• Ani oxunuş (rəng dəyişimi ilə)
• İstifadəçinin yaxasına bərkidilə bilər və ya sahədə divara asıla bilər
• Real vaxtda həddindən artıq qaz təsirini xəbərdar edir
2) RON™ Multi-TIC Detector
• Birdəfəlik istifadə olunan Multi-TIC detektor
• 5 fərqli zəhərli qaz kateqoriyasını anında müəyyən edir
• Xüsusilə Fövqəladə Hallar, HAZMat və operativ qruplar üçün ideal
• Tələbinizə uyğun konfigurasiya edilə bilər
3) Chemical Warfare Agents Detectors
• VX, Sarin və Mustard Gas kimi kimyəvi döyüş maddələrini aşkarlayır
• Əsasən:
Hərbi, Polis, Sərhəd Mühafizəsi, HAZMat personalı üçün nəzərdə tutulub
4) Radiation (Radiasiya ölçüm həlləri)

ChemSee radiasiyanın aşkarlanması və ölçülməsi üçün tərəfdaşları ilə birlikdə:
• Sadə Geiger sayğacları
• Birdəfəlik dosimetrlər
• Yenidən istifadə olunan dosimetrlər təqdim edir
Təhlükəsizliyinizi şansa buraxmayın!

ChemSee məhsulları ilə:
✅ riskləri vaxtında müəyyən edin
✅ real vaxtda xəbərdarlıq alın
✅ işçi təhlükəsizliyini maksimum səviyyəyə qaldırın
Ətraflı məlumat və sifariş üçün Bayramlı Group ilə əlaqə saxlayın.

Bayramlı Group olaraq Novruz Bayramınız Təbrik Edirik! 🌿Təbiətin yenidən canlandığı, ümidlərin təzələndiyi bu gözəl bayr...
20/03/2026

Bayramlı Group olaraq Novruz Bayramınız Təbrik Edirik! 🌿

Təbiətin yenidən canlandığı, ümidlərin təzələndiyi bu gözəl bayram münasibətilə hər birinizə yeni başlanğıclar, bolluq və uğur arzulayırıq. Novruzun gətirdiyi istilik və sevinc həyatınıza nur, evlərinizə bərəkət gətirsin.

Ramazan Bayramınız Mübarək! 🌙Bayramlı Group olaraq bu mübarək gün hər birinizə sevinc, ruzi-bərəkət və daxili rahatlıq g...
19/03/2026

Ramazan Bayramınız Mübarək! 🌙

Bayramlı Group olaraq bu mübarək gün hər birinizə sevinc, ruzi-bərəkət və daxili rahatlıq gətirməsini arzulayırıq. Paylaşmağın, mərhəmətin və birlik hissinin daha da gücləndiyi bu bayramda qəlbləriniz nurla dolsun, dualarınız qəbul olsun.

Sevdiklərinizlə birlikdə sağlam və xoşbəxt bir bayram keçirməyiniz diləyi ilə!

1 günlük “Ümumi Laboratoriya Cihazları” təlimimiz 12 mart tarixində uğurla həyata keçirildi.Təlim çərçivəsində iştirakçı...
12/03/2026

1 günlük “Ümumi Laboratoriya Cihazları” təlimimiz 12 mart tarixində uğurla həyata keçirildi.

Təlim çərçivəsində iştirakçılar pipet, sentrifuqa, isidici-çalxalayıcı blok, vorteks, laboratoriya tərəzisi və su saflaşdırma cihazı kimi əsas laboratoriya avadanlıqları ilə yaxından tanış oldular. Hər bir cihazın iş prinsipi, düzgün istifadə qaydaları və praktik nüansları ətraflı şəkildə izah edildi.

Eyni zamanda iştirakçılara cihazları real şəraitdə tətbiq etmək və biliklərini möhkəmləndirmək üçün praktiki məşğələlər imkanı yaradıldı.

Bizi seçdiyiniz üçün təşəkkür edirik!
Növbəti öyrədici və praktik təlimlərimizdə sizi də görməkdən məmnun olarıq.

Qadın – həyatın ən güclü ilham mənbəyi ✨Qadın toxunduğu hər yerdə həyat yaranır, inkişaf başlayır. O, bəzən laboratoriya...
08/03/2026

Qadın – həyatın ən güclü ilham mənbəyi ✨

Qadın toxunduğu hər yerdə həyat yaranır, inkişaf başlayır. O, bəzən laboratoriyada elmi kəşflərə imza atan zəka, bəzən ofisdə qərarlar verən güc, bəzən də ailəsində sevgisi ilə dünyanı dəyişən bir ürəkdir.

Qadının varlığı yalnız bir rol deyil – o, yaradıcılıqdır, ilhamdır, dəyişimin özüdür. Elmdə, işdə, həyatda və analıqda qadının sehri hər zaman hiss olunur.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik edir, həyatımıza qatdıqları güc, zəriflik və ilham üçün təşəkkür edirik.

Bayramlı Group

Bayramlı Group tələbələrin və laborantların xəyallarını gerçəkləşdirdi!Laboratoriya şəraitinə hakim olmaq istəyirsinizsə...
03/03/2026

Bayramlı Group tələbələrin və laborantların xəyallarını gerçəkləşdirdi!
Laboratoriya şəraitinə hakim olmaq istəyirsinizsə, ilk olaraq cihazlarla tanış olmağınız vacibdir!
Ümumi laboratoriya cihazları təlimi sizlərə pipet, sentrifuqa, isidici-çalxalayıcı blok, vorteks, tərəzi, su saflaşdırma cihazı kimi bir çox cihazla tanış olmağı vəd edir. Təlim müddətində əldə edəcəyiniz biliklər:
-Cihazların iş prinsipi ilə tanışlıq
-Düzgün cihaz seçimi
-İstifadə olunduqları sahələr
-Cihazlara qulluq
Tarix: 11, 12 mart
Öyrədici və praktika əldə edə biləcəyiniz təlim sizləri gözləyir!
Qeydiyyatdan keçmək üçün tələsin!


labaratoriya laboratoriyaməhsulları laboratoriyaavadanlığı laboratoriyatəlim laboratoriyatelim laboratoriyakursu laboratoriyabakı təlimlər telimler training dozator laboratoriyakursu
molekulyarbiologiyavegenetika molekulyarbiologiya

EUROBlot One — İmmunoblot analizlərində tam avtomatlaşdırma!Laboratoriyanızda immunoblot proseslərini daha sürətli, daha...
02/03/2026

EUROBlot One — İmmunoblot analizlərində tam avtomatlaşdırma!

Laboratoriyanızda immunoblot proseslərini daha sürətli, daha dəqiq və daha təhlükəsiz idarə etmək istəyirsiniz?
O zaman EUROBlot One sizin üçün ideal seçimdir!

EUROBlot One nə edir?
✔️ Nümunənin barkodla identifikasiyası
✔️ Avtomatik seyrəltmə və inkubasiya
✔️ Yuma mərhələlərinin tam icrası
✔️ Strip-lərin qurudulması
✔️ Foto çəkilişi və avtomatik qiymətləndirmə (EUROLineScan)

📌 Üstünlüklər:
🔹 1 run-da 44 immunoblot
🔹 Autoimmun + infeksiya testlərini eyni prosesdə işlətmək imkanı
🔹 Eyni cihazda autoimmun, infeksiya və allergiya diaqnostikası
🔹 Yüksək nəticə təkrarlanabilirliyi və minimum səhv riski

Nümunə növləri: Serum | Plazma | CSF
Tutum: 44 pasiyent nümunəsi

📩 Ətraflı məlumat və sifariş üçün bizimlə əlaqə saxlayın!

26 Fevral – Xocalı SoyqırımıBu gün tariximizin ən faciəli və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildö...
25/02/2026

26 Fevral – Xocalı Soyqırımı

Bu gün tariximizin ən faciəli və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür.

Bayramlı Group olaraq Xocalı qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.

Address

Koroghlu Rahimov 17-2
Baku
AZ1072

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when Bayramli Group LLC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bayramli Group LLC:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram