12/10/2025
Artrit sadəcə yaşlı insanların xəstəliyi deyil. Bu, hər yaşda ortaya çıxa bilən və oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti ilə müşayiət olunan xroniki bir iltihabi xəstəlikdir.
Anti-CCP testi (Anti-siklik sitrullinləşdirilmiş peptid anticisimləri testi) revmatoid artritin (RA) diaqnozu üçün istifadə olunan ən önəmli laborator analizlərdən biridir.
Əsas məqamlar:
• Həssaslıq və spesifiklik:
o Revmatoid artrit üçün yüksək spesifiklik (≈95%) daşıyır.
o Həssaslıq (≈70–80%) orta səviyyədədir.
o Yəni test müsbət çıxarsa, RA ehtimalı çox yüksəkdir.
• Niyə vacibdir?
o Xəstəliyin erkən mərhələsində belə pozitiv ola bilər.
o Revmatoid faktor (RF) testindən daha spesifikdir.
o Proqnoz haqqında da məlumat verir: Anti-CCP pozitiv xəstələrdə xəstəlik daha aqressiv gedişli ola bilər.
• Nəticələrin izahı:
o Pozitiv Anti-CCP: Revmatoid artrit ehtimalı güclüdür, xüsusilə klinik əlamətlər (oynaq ağrısı, səhərlər oynaq sərtliyi, şişkinlik) varsa.
o Negativ Anti-CCP: RA tam inkar olunmur, amma ehtimal azalır.