Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova

Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova Sizi Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədovanın rəsmi facebook səhifəsində salamlayırıq!

28/11/2025

Uşaqlığın çıxarılması əməliyyatından sonra qadınlıq hissini itirmək qorxusu – tibbi və psixoloji həqiqətlər

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

26/11/2025

Xəstə 59 yaş
Qadın həcminin böyüməsi, qarın boşluğunda ağrılar şikayəti ilə bizə müraciət etmişdir

Diaqnoz: Yumurtalıqların xərçəngi (kanseromatoz assitlə müşayiət olunan)

3 kurs neoadyuvant kimyaterapiyadan sonra şiş yükündə nəzərəçarpacaq geriləmə əldə olunduqdan sonra pasiyent əməliyyata alınmışdır

İcra olunan əməliyyat: Uşaqlığın artımlarla birgə ekstirpasiyası, Total Peritonektomiya, Omentektomiya

Optimal sitoreduksiya əldə olunması yumurtalıq xərçəngində sağqalma göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran əsas faktorlardan biridir.

26/11/2025

Gənc qızların ən çox etdiyi səhvlər:

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Ginekoloji xərçənglər – erkən mərhələdə əksər hallarda simptom vermir. Ona görə də vaxtında müayinə həyati əhəmiyyət daş...
24/11/2025

Ginekoloji xərçənglər – erkən mərhələdə əksər hallarda simptom vermir. Ona görə də vaxtında müayinə həyati əhəmiyyət daşıyır.

Ginekoloji xərçəngləri ən tez aşkar edən müayinələr:
- Pap-smear testi: Uşaqlıq boynu hüceyrələrində xərçəngönü dəyişiklikləri aşkar edir və xərçəng riskini qiymətləndirir.
- HPV testi: Yüksək riskli HPV tiplərinin mövcudluğunu göstərərək xərçəngin inkişaf riskini proqnozlaşdırır.
- Transvaginal ultrasəs: Yumurtalıqlar və uşaqlıqdakı kiçik kist və şişləri vaxtında aşkarlayır.
- Endometrial biopsiya: Uşaqlıq boşluğunun daxili qatında şiş və anormal hüceyrələri müəyyən edir.
- Molekulyar/genetik testlər: Xüsusilə ailəvi xərçəng riski olan qadınlarda profilaktik və erkən diaqnostik imkanlar yaradır.

21 yaşdan sonra hər 3 ildən bir Pap-smear, 30 yaşdan sonra isə Pap + HPV testi kombinasiya olunaraq aparılmalıdır. Risk faktorları yüksək olanlarda isə müayinə tezliyi həkim tərəfindən fərdi olaraq müəyyən edilir.

Erkən diaqnoz həyat qurtarır – müayinələrdən qaçmayın!

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

20/11/2025

Xəstə 48 yaş
Kəskin uşaqlıq qanaxması şikayəti ilə bizə müraciət etmişdir.

Artıq 2 ilə yaxındır ki, aybaşı zamanı bu cür qanamalar müşahidə edilirmiş. Aparılan hormon terapiya effektsizdir.

Diaqnoz: Uşaqlığın çoxdüyünlü leyomioması
Yanaşı olaraq: anormal uşaqlıq qanaxması - anemiya III dərəcə

Bu tip düyünlər endometriumun deformasiya olunmasına, uşaqlıq boşluğunun genişlənməsinə və ağır qanaxmaların yaranmasına səbəb olur.

İcra olunan əməliyyat: Uşaqlığın artımlarla birgə ekstirpasiyası

17/11/2025

Düzgün aybaşı dövrü necə olmalıdır?

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

LEEP - “Loop elektrocərrahi eksizyon proseduru” mənasına gəlir və servikal xərçəngi önləyən bir prosedurdur. Uşaqlıq boy...
14/11/2025

LEEP - “Loop elektrocərrahi eksizyon proseduru” mənasına gəlir və servikal xərçəngi önləyən bir prosedurdur. Uşaqlıq boynundakı anormal hüceyrələri çıxarmaq üçün kiçik elektrik teli halqası istifadə olunur.

Nə zaman LEEP icra olunur?
🔰 Pap-smear və ya HPV testində anormal nəticə aşkarlanıbsa,
🔰 Kolposkopiya zamanı displazi (CIN I–III) müəyyən edilibsə,
🔰 Biopsiyada yüksək dərəcəli intraepitelial lezyon (HSIL) təsdiqlənibsə,
🔰 Serviksin səthində xərçəngönü dəyişikliklər lokal şəkildə məhdudlaşmış formada müşahidə olunursa.

Nazik elektrik halqası vasitəsilə serviksin təsirlənmiş toxuması kəsilərək çıxarılır. Əməliyyat qısa, ağrısız və ambulator şəraitdə icra olunur.

Əldə olunan toxuma histoloji müayinə üçün göndərilir — bu, həm dəqiq diaqnoz, həm də tam müalicə imkanı yaradır.

Bu prosedur, Pap smear testi, kolposkopiya ya da biopsiya zamanı anormal hüceyrələr aşkar edildikdən sonra icra edilir.

Üstünlükləri:
🔰 Qanaxma riski azdır.
🔰 Uşaqlıq boynunun forması qorunur.
🔰 Gələcək hamiləliyə təsiri minimaldır.
🔰 Bərpa dövrü qısadır (təxminən 2–4 həftə).

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Vaginal göbələk infeksiyası (kandidoz) qadınlarda ən çox rastlanan problemlərdən biridir. Bir çox qadında müalicədən son...
12/11/2025

Vaginal göbələk infeksiyası (kandidoz) qadınlarda ən çox rastlanan problemlərdən biridir. Bir çox qadında müalicədən sonra keçsə də, bəzən qısa müddət sonra yenidən təkrarlanır. Bəs niyə?

Təkrarlamanın əsas səbəbləri:
🔰 Uzunmüddətli antibiotik istifadəsi (normal vaginal flora pozulur)
🔰 Hormonal dəyişikliklər (hamiləlik, menstrual dövr, kontraseptivlər)
🔰 Qandakı şəkərin yüksək olması (xüsusilə diabet zamanı)
🔰 Zəif immun sistem
🔰 Sıx və sintetik alt paltarları, nəm mühit
🔰 Həddindən artıq gigiyenik sabun və gellərin istifadəsi mikrofloranın balansını pozur

Göbələk infeksiyası təkrarlanırsa, sadəcə yerli müalicə kifayət etmir. Bu halda səbəbin araşdırılması, floranın bərpası və immun sistemin gücləndirilməsi vacibdir.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Human Papilloma Virus (HPV) qadın reproduktiv sistemində ən çox rastlanan virus infeksiyalarından biridir. Əksər hallard...
07/11/2025

Human Papilloma Virus (HPV) qadın reproduktiv sistemində ən çox rastlanan virus infeksiyalarından biridir. Əksər hallarda immun sistem virusu öz-özünə məğlub edir və lezyonlar yox olur. Lakin, bəzi yüksək riskli HPV tipləri (məsələn, 16 və 18) uşaqlıq boynu xərçəngi və ya digər ge***al xərçənglərin inkişafına səbəb ola bilər.

🔰 HPV virusunun spesifik bir müalicəsi yoxdur.
🔰 Virusun yaratdığı epitelial dəyişikliklər (məsələn, servikal displazi və kondilomalar) müalicə olunur.
🔰 Müalicə üsulları: kriyoterapiya (soyuq terapiya), lazer ablasiya, elektrocerrahi excision (LEEP/LLETZ), topikal preparatlar (imiquimod, podofilotoksin).
🔰 Müalicə üsulu lezyonun tipinə, ölçüsünə və yerinə görə seçilir.

İmmun yetməzlik, uzunmüddətli oral kontraseptiv istifadə və çoxsaylı cinsi partnyorlar HPV infeksiyasının uzunmüddətli qalmasına və yüksək riskli dəyişikliklərin inkişafına təsir göstərə bilər.

HPV özü bir çox hallarda immun sistem tərəfindən məğlub edilir, amma yüksək riskli tiplərdə erkən diaqnostika və müalicə həyati əhəmiyyət daşıyır.

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

06/11/2025

27–28 oktyabr tarixlərində Sinqapurda keçirilən 5-ci Beynəlxalq “Gynecology & Obstetrics” Konqresi – qadın sağlamlığı sahəsində dünyanın ən nüfuzlu elmi tədbirlərindən birində iştirak etdik.

Bu mötəbər tədbirdə xüsusilə Sinqapur, Yaponiya, Çin, Tayland, Hindistan və Banqladeş kimi Asiya ölkələrinin aparıcı klinikalarından tanınmış mütəxəssislər çıxış etdilər.

Azərbaycanı təmsil edərək "Qeysəriyyə əməliyyatı sonrası inkişaf etmiş Xorionkarsinoma" mövzusunda nadir rast gəlinən bir klinik hal üzrə xəstə sunumu və elmi çıxış etdik. Təcrübəmizi beynəlxalq mütəxəssislərlə bölüşmək, onların yanaşmalarını dinləmək bizim üçün həm elmi, həm də peşəkar baxımdan çox dəyərli oldu.

Tibbdə inkişaf dayanmaz - öyrənmək, paylaşmaq və daha yaxşısı üçün çalışmaq hər bir həkimin borcudur.

31/10/2025

Menopauza: Həyatın sonu yox, yeni başlanğıcdır!

Bizimlə əlaqə:
📱 (+994) 50 631 13 50
📱 (+994) 70 631 13 50
📍 DTX Hospital

Address

DTX Hospital
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:00
Saturday 09:00 - 13:30

Telephone

+994506311350

Website

Alerts

Be the first to know and let us send you an email when Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Cərrah Onko-Ginekoloq PhD Vüsalə Mədədova:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram