Andop Health Club

Andop Health Club Bizim məqsədimiz sizin sağlamlığınızdır. Andop Health Club olaraq insanlara təbii şəkild

17/10/2021

Peşəkar dietoloqlar tərəfindən keçirilən təlimimizdə təbii şəkildə çəki atmağın, düzgün və sağlam şəkildə qidalanmağın yollarından danışacağıq.😊

Təlim müddətində suallarınızı cavablayacaq, bu mövzu ilə bağlı biliklərimizi paylaşacağıq.✅

📌Mövzu: Qidalanmanın həyat tərzində rolu

1. Qidalanmaya şüuraltı yanaşma
2. Qeyri-düzgün qidalanmanın xəstəliklərin yaranmasında rolu
3. Yanlış pəhrizlərin fəsadları
4. Sağlam həyat tərzinə keçid

Qara düyü qida dəyərinin yüksək olması baxımından ən çox seçilən ərzaqlardandır. Qara düyü, güclü antioksidan xüsusiyyət...
13/10/2021

Qara düyü qida dəyərinin yüksək olması baxımından ən çox seçilən ərzaqlardandır. Qara düyü, güclü antioksidan xüsusiyyətlərə malik olan antosiyanin adlı bir piqmentdən qara-bənövşəyi rəng əldə edir.

Amerikanın elm adamları 1 qaşıq qara düyünün 1 qaşıq böyürtkən daha artıq antioksidan, lif və E vitamini tərkibli olduğunu sübut ediblər. Qara düyü bu meyvələrə nisbətən daha az şəkərlidir. Antioksidanlar bədəndəki zərərli molekulları əmir və yaşlanmanı yavaşladır. Qara düyü antioksidan və maqnezium baxımından zəngindir. Tədqiqatçılar qara düyü və ya bundan alınan kəpəyin səhər yeməklərində, şirniyyatlarda və gündəlik həyatımızda ən çox yediyimiz qidalara əlavə edilməsinin faydalı olduğunu bildirirlər.

Ağ düyüdən dəfələrlə yaralı olan qara düyünün faydaları nələrdir?

• Arıqlamağa kömək edir. Qara düyü qida dəyəri yüksək, maqnezium və dəmir baxımından zəngin lif və mineral deposudur;
• Göz sağlamlığı üçün xeyirlidir;
• Təbii olaraq qlütensizdir;
• Xərçəng əleyhinə xüsusiyyətlərə malikdir;
• Ürək sağlamlığını gücləndirir.

Siz gün ərzində nə qədər su içirsiniz?🥛
13/10/2021

Siz gün ərzində nə qədər su içirsiniz?🥛

Bəs siz səhər yeməyində yulaf xoşlayırsınız?
13/10/2021

Bəs siz səhər yeməyində yulaf xoşlayırsınız?

Bəs siz hansı maqneziumla zəngin qidaları tanıyırsınız?
13/10/2021

Bəs siz hansı maqneziumla zəngin qidaları tanıyırsınız?

Andop Health Club olaraq yeni detox çayımızın reseptini sizlərlə bölüşürük🍵:Faydaları: 📌 Təzyiqi stabil saxlayır;📌 Köpü ...
13/10/2021

Andop Health Club olaraq yeni detox çayımızın reseptini sizlərlə bölüşürük🍵:

Faydaları:

📌 Təzyiqi stabil saxlayır;
📌 Köpü azaltdığı üçün qarın bölgəsini kiçildir;
📌 Toxluq hissi verir;
📌 Dərini və saçları sağlamlaşdırır;

Və bir çox xeyri olan bu detox çayı asanlıqla hazırlanır.

Tərkibi:

500 ml ilıq suya bir xiyarın yarısı, 3 dilim portağal, 4 -5 ədəd quru zirinc, bir çimdik zəfəran, 3-4 ədəd mixək, təqribi 3 çimdik nanə qurusu əlavə edilir.

Səhərlər ac qarına qəbul etməyiniz məsləhətlidir.✅

Bəs siz hansı detox çaylarından istifadə edirsiniz?🤔

13/10/2021

Hələ də HEALTH club- ilə tanış deyilsiz?

1. Pəhrizlər Mono, az kalorili, az karbohidratlı pəhrizlər! Hansını seçməyinizin əhəmiyyəti yoxdur. Bu pəhrizlərin nətic...
13/10/2021

1. Pəhrizlər

Mono, az kalorili, az karbohidratlı pəhrizlər! Hansını seçməyinizin əhəmiyyəti yoxdur. Bu pəhrizlərin nəticəsi - sağlamlıq problemləri, maddəllər mübadiləsinin yavaşlaması və yenidən çəki artımıdır.

2. Düzgün qida məhsulları bədən üçün zərərsizdir

Düzgün qida məhsulların çox miqdarda yeyirsinizsə, çəki ala bilərsiniz. Gündəlik kalori qəbulunu nəzərə almırsınızsa, yeməklər arasındakı fasilələrə riayət etmirsinizsə, arıqlaya bilməzsiniz.

3. Düzgün qidalanmaya riayət etmədən idman etmək

Bəzi insanlar yeyilən hər şeyin idman zalında tükədə biləcəyini düşünür. Ancaq təəssüf ki, yağ yığılması və parçalanması və bədəndən çıxarılması prossesi daha mürəkkəbdir. Günlərlə məşq edə bilərsiniz, amma düzgün olmayan bir pəhrizlə çəki ata bilməzsiniz.

4. Gündə 5-6 dəfədən artıq qida qəbulu

Çox vaxt tez-tez qidalanma hormonlara p*s təsir edir. Vücudunuz üçün lazım olan kaloriyaya, zülal, yağ və karbohidrat qədərinə fikir verərək 3 dəfə qidalanmaq kifayətdir.


Piylənmə dünyanın ən böyük problemlərindən biridir. Bir çox insan kilo almağın və piylənmənin iradə çatışmazlığından qay...
13/10/2021

Piylənmə dünyanın ən böyük problemlərindən biridir. Bir çox insan kilo almağın və piylənmənin iradə çatışmazlığından qaynaqlandığını düşünür.

Həddindən artıq yemək genetik və hormonlar kimi müxtəlif bioloji faktorlardan qaynaqlanır. Bəzi insanlar sadəcə kökəlməyə meyllidirlər.

Təbii ki, insanlar həyat tərzlərini və davranışlarını dəyişdirərək genetik çatışmazlıqlarını dəf edə bilərlər. Həyat tərzi dəyişiklikləri iradə, fədakarlıq və əzm tələb edir.

Burada bir çoxunun iradə gücü ilə heç bir əlaqəsi olmayan kilo almağa, piylənməyə və metabolik xəstəliklərə səbəb olan çoxlu sayda faktorlarlar var. Onlardan bəzilərini sizin üçün topladıq:

1. Genetika

Piylənmə güclü bir genetik komponentə malikdir. Kilolu valideynlərin uşaqlarının piylənmə ehtimalı arıq valideynlərin uşaqlarına nisbətən daha yüksəkdir.
Bu, piylənmənin tamamilə əvvəlcədən təyin olunduğu anlamına gəlmir. Nə yediyiniz, hansı genlərin ifadə olunduğuna və nəyin ifadə edilmədiyinə böyük təsir göstərə bilər. Genetik komponentlər kilo almağa həssaslığınızı təsir edir. Əkizlər üzərində aparılan araşdırmalar üzərində çox yaxşı müşahidə olunub.

2. Atışdırmalıqlar

50, 60, 70 -ci illərdən özünüzün, ailə üzvlərinizin və dostlarınızın köhnə şəkillərinə baxıb, "Tanrım, hamı o vaxtlar daha incə idi!" O zaman nə fərqli idi? Birincisi, bu onilliklər ərzində fast food restoranlarının sayı hər küncdə, ticarət mərkəzlərində, çoxmərtəbəli və köşkdəki fast food restoranlarının geniş çeşidinə nisbətən çox az idi. Fast food, axı, sürətlidir, rahat və sıfır düşüncə, planlaşdırma və ya hazırlıq tələb edir. "Yaxşı, bu gün tələsdiyim üçün bu fast food yeməyə gedəcəyəm, amma bir daha etməyəcəm" deyə düşünürsən, amma sonra bunu həqiqətən etmək istədiyini başa düşürsən.

Ardı şərh bölməsində..

13/10/2021

ANDOP Health Club-ın 5-ci buraxılışının məzun günündən görüntüləri sizə təqdim edirik. Əgər siz də həyat tərzinizi dəyişmək, sağlam şəkildə arıqlamaq və düzgün qidalanmaya keçmək istəyirsinizsə, elə indi -ə qoşulun!

📥 Direct\ Messenger
📞 Tel: +994 50 661 09 33
✉️ Email: info@andop.az
🌐 Web: club.andop.az

Yemək seçimi sağlamlığımıza birbaşa təsir edir çünki qida  hüceyrələrimiz, toxumalarımız və orqanlarımız üçün tikinti ma...
13/10/2021

Yemək seçimi sağlamlığımıza birbaşa təsir edir çünki qida hüceyrələrimiz, toxumalarımız və orqanlarımız üçün tikinti materiallarının mənbəyidir. Yediklərimiz bədənin həyati funksiyalarını təmin edir, bizə enerji verir və hətta əhvalımıza təsir edir. Bu səbəbdən düzgün qidalanma sağlam həyat tərzi üçün ən vacib şərtlərdən biridir.

Sağlam qidalanma bir çox aspektləri və baxışları özündə cəmləşdirən çox geniş bir anlayışdır. Biz sizə yalnız ümumi universal qaydaları sadalamaq istəyirik - onlar demək olar ki, hər kəs üçün uyğundur (nadir hallarda, əlavə müəyyən bir məhsul qrupunu istisna etmək lazım ola bilər).

1. Ziyanlı qidaları aradan qaldırın.
• şəkər və şəkər tərkibli qidalar;
• ağ xəmir və ağ un məhsulları;
• kolbasa, yarımfabrikat ət məhsulları;
• fast food (qızardılmış kartof, hamburger, cips, qəlyanaltılar və s.);
• şirin şirələr, soda və sərinləşdirici içkilər;
• mayonez, ketçup və qeyri -təbii souslar və s.

2. Alkoqollu içkiləri azaldın.
Alkoqol nəinki iştahı artırır, həm də suyu bədəndə saxlayır, buna görədə səhəri gün tərəzidə artıq rəqəmlər görsəniz təəccüblənməyin.

3. Su rejiminizi düzəldin.
Su bədəndəki yağların parçalanması da daxil olmaqla demək olar ki, bütün biokimyəvi proseslərdə iştirak edir, həm də iştahı azaldır və çox yeməyinizin qarşısını alır.
Heç bir əks göstəriş yoxdursa, özünüzü gündə 1,5-2 litr su içməyə öyrədin(təxmini 6-8 stəkan).

4. Düzgün qidalanma rejimi qurun.
Bu keçidin ilk mərhələsində, təxminən eyni vaxtda özünüzü ən azından düzgün və balanslı bir pəhrizə öyrədin. Heç bir əks göstəriş yoxdursa, yeməklər arasında 4-6 saat ara verin. Unutmayın vücüdunuza ziyan verməmək üçün pəhriz sizin yaşınıza, iş rejiminizə, yanaşı gedən xəstəliklərə və bir çox şərtlərə uyğun olaraq qurulmalıdı. Bunu nəzərə alaraq bu sahədə mütəxəssislərə müraciət etməyiniz məsləhət görülür.

5. Həyat tərzinizin dəyişiminə uyğunlaşın.
Düzgün qidalanma təkcə arıqlamaq üçün qısa müddətli bir addım deyil, bu tərz həyatınızın bir hissəsi olmalıdır. Yemək vərdişlərinizi sonsuza qədər dəyişdirmək üçün uyğunlaşsaz yalnız incə bir bədənlə deyil, həm də sağlamlığınızla mükafatlanacaqsız.

⁣⁣Bu gün, 27 Sentyabr - Anım Günüdür!⠀⠀Şanlı torpaq uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən və...
13/10/2021

⁣⁣Bu gün, 27 Sentyabr - Anım Günüdür!⠀⠀
Şanlı torpaq uğrunda canından keçən, Azərbaycanın ərazi bütövlüyünü təmin edən və azadlıq eşqini daddıran şəhidlərimizin günüdür.⠀⠀
⠀⠀
Ruhlarını hörmət və ehtiramla anırıq!

Address

S. Vurğun Küç. , 43. World Business Center 20-ci Mərtəbə
Baku
AZ1007

Alerts

Be the first to know and let us send you an email when Andop Health Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Andop Health Club:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category