Bakı Manual Terapiya Mərkəzi

Bakı Manual Terapiya Mərkəzi Ətraflı: https://manualterapiya.az/ Digər bərpa tədbirləri ilə kompleksdə (fiziki tapşırıqlar, masaj, vəziyyətlə korreksiya, fizioterapevtik prosedurlar və s.)

“Manual terapiya” (MT) deyildikdə, nevroloji, ortopedik, visseral və onurğa, oynaqlar, əzələ və bağ aparatının xəstəlikləri və ya patoloji dəyişikliklərindən irəli gələn digər pozuntuların korreksiyasına yönəldilmiş əl diaqnostik və müalicə üsulları sistemi başa düşülür. MT-nın istifadəsinə göstəriş – onurğanın və ətrafların oynaqlarının xəstəlikləri ki, bu halda, bir çox hallarda dərman preparatlarının dozasını azaltmağa və ya hətta onları tamamilə ləğv etməyə imkan verərək, manual müalicə təsirləri zamanı güclü müsbət nəticə təmin edilir. MT, patoloji sindromların aradan qaldırılmasını, onurğa və ətrafların oynaqlarının funksiyalarının normallaşmasını və pasiyentlərin fəaliyyət qabiliyyətinin bərpasını sürətləndirir. MT-nın məqsədi – onurğa və ətrafların oynaqlarının biomexanikasının pozuntularının aradan qaldırılması, onurğa hərəkət seqmentlərinin, oynaqların və bütövlükdə dayaq-hərəkət aparatın normal hərəkətliliyinin bərpası, dinamik stereotipin yenidən qurulmasından ibarətdir. Məlumdur ki, müəyyən əzələ qruplarında tonusun pozuntusu ətrafların oynaqlarında funksional blokadalarının yaranmasına zəmin yaradır. Bu, yalnız məhz oynağın deyil, həm də onu əhatə edən əzələlərin, vətərlərin və bağların hərəkətliliyini məhdudlaşdırır. Tədricən bütün bu toxumalarda distrofik dəyişikliklər artır, trofikanın pisləşməsi baş verir ki, bu da zədələnmiş əzələlərin qısaldılmasına gətirib çıxarır. Oynaqlarda əvvəlcə funksional kontrakturalar yaranır ki, bunları aktiv müalicə prosesində ləğv etmək olar, ağır hallarda isə – orqanik kontrakturalar əmələ gəlir, bu halda oynaq tamamilə hərəkətsiz olur. Hərəkət sistemin zədələnmiş bəndlərinin maneəli funksiyalarını bərpa etmək, əzələ-oynaq disbalansının korreksiyası, hərəkət stereotipin sonrakı normallaşması ilə, trofikanın yaxşılaşdırılması üçün mobilizasiya texnikalarından istifadə edilir.

🔷Döş nahiyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər. Fəqərə sütununun döş hissəsinin osteoxondrozu zamanı ü...
07/10/2025

🔷Döş nahiyəsində ağrı çox vaxt ürək ağrısı ilə səhv salına bilər. Fəqərə sütununun döş hissəsinin osteoxondrozu zamanı ürək, qara ciyər, mədə nahiyəsində ağrılar, bəzən cinsi zəiflik (kişilərdə impotensiya) qeyd olunur.

🔷Osteoxondrozun əmələ gəlmə səbəbləri və ya əsas risk amilləri aşağıdakılardır:
♦️İrsiyyət. Osteoxondroza meyllilik irsi xarakter daşısa da, nəslində osteoxondroz halları olan insanlarda bu xəstəliyin əmələ gəlməsi mütləq deyil. Burada osteoxondrozun profilaktikası da əhəmiyyətli yer tutur.
♦️Fəqərə sütununda yaşla bağlı dəyişikliklər.
♦️Fiziki fəallığın azlığı.

🔷Adətən xəstəliyin müalicəsində dərmanlarla yanaşı, bir çox sınanmış müasir fizioloji prosedurlardan, şərq və qərb təbabəti ənənələrindən, o cümlədən müalicəvi masajdan, “kineze terapiya” adlandırılan və onurğa üçün nəzərdə tutulan müalicəvi idman üsulundan istifadə edilir. Proloterapiya, fizioterapiya, lazer terapiyası, əzələləri gücləndirmək üçün biostimulyasiya və s. üsullardan istifadə edilir.

Növbəti Çin səfərimiz xoş xatirələrlə başa çatmışdır.Dünyanın ən böyük tibbi sərgisi olan Guangzhou şəhərində keçirilən ...
07/10/2025

Növbəti Çin səfərimiz xoş xatirələrlə başa çatmışdır.
Dünyanın ən böyük tibbi sərgisi olan Guangzhou şəhərində keçirilən tədbirdə ən son tibbi reabilitasiyon avadanlıqlarını şəxsən özümüz test etdik. ☺️🫠
Bu səfər zamanı bizə dəstək olan və Azərbaycanı Çində layiqincə təmsil edən Akşin müəllimə dərin minnətdarlıq bildiririk.
Hər səfərimizdə olduğu kimi, bu dəfə də əziz pasiyentlərimizə daha yaxşı xidmət etmək üçün bəzi biliklər əldə etdik.

🔷Hicamanın faydaları:1. Qana müxtəlif yollarla qarışan “çirkli” qarışıqlar orqanizmdən kənarlaşdırılır;2. İmmun sistemin...
03/10/2025

🔷Hicamanın faydaları:
1. Qana müxtəlif yollarla qarışan “çirkli” qarışıqlar orqanizmdən kənarlaşdırılır;
2. İmmun sistemini qüvvətləndirir, bədənin müqavimətini artıraraq xəstəliklərdən qoruyur;
3.Tətbiq olunduğu yerdə qan dövranını və maddələr mübadiləsini tənzimləyir;
4. Hipertoniya xəstələrində çox müsbət təsir göstərir. Belə ki, çox yüksək qan təzyiqini aşağı salır və effekt uzun müddət ərzində saxlanılır (iki həftədən bir neçə aya qədər);
5. Şəkər xəstələrində hicamanın əvəzsiz rolu var.
Çünki onlarda maddələr mübadiləsi pozulur, damar mənfəzi daha tez tutur.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)

Əzələ ağrısının ən sıx bilinən səbəbləri👇🔹Əzələnin gücə salınması və gərilməsi:🔹Onurğa problemləri (bel və boyun yırtıql...
22/09/2025

Əzələ ağrısının ən sıx bilinən səbəbləri👇
🔹Əzələnin gücə salınması və gərilməsi:
🔹Onurğa problemləri (bel və boyun yırtıqları, sürüşmə, kirəcləşmə səbəbi ilə olan sinir sıxılmaları):
🔹Fibromiyalgiya;
🔹Lyme xəstəliyi (gənə dişləməsi);
🔹Dərmanlar, xüsusilə statinlər, kolestreol salıcı dərmanlar;
🔹Miyofasiyal ağrı sindromu;
🔹Revmatik xəstəliklər;
🔹Bakteriya və viral infeksiyalar;
🔹Qan elektrolit balanssızlığı (kalium, fosfor, maqnezium xüsusilə);
🔹Naviqasiya pozuqluqları;
🔹Əzələ spazması: qəfil başlayan ağrılı əzələ sıxılmaları. Daha çox baldır əzələlərində izlənir. Bu spazmalar əzələ içi maye və elektrolit itkisi, əzələlərdə toksik maddə toplanması nəticəsində və ya qan dövranı pozuqluqlarında meydana gələ bilər.

🔸Əzələ spazmaları: Daha çox bel və boyun yırtıqları zamanı müşahidə olunur. Xəstələr ağrının yerini müəyyən etməkdə çətinlik çəkirlər. Bu səbəbdən digər toxumalardan qaynaqlanan ağrıları da təsbit etməyə bilərlər. Məsələn, omba ağrısı bud sümüyü əzələlərinə yayıla bilər.

18/09/2025

Quru iynələmə.

18/09/2025
🔷Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun bölgəsi bədənimizin təməl...
18/09/2025

🔷Boynumuz beyni və 5 duyğu orqanlarımızı özündə saxlayan kəlləmizi daşıyan bir hissədir. Boyun bölgəsi bədənimizin təməl daşlarından biridir.
🔹Boyun ağrısı bir çox xəstəlik və boyun toxumasının zədələnmə səbəbindən yarana bilir.
🔹Boyun ağrısına səbəb olan hallara degenerativ disk xəstəliyi, boyun dartınması, boyun travmaları - viplaş (wiplash), disk yırtığı və ya sinir sıxışmasını məsəl gətirmək olar. Boğazın virus infeksiyası kimi adi infeksion xəstəlik zamanı da limfa düyünlərinin (vəzilərin) şişməsi və boyun ağrısı yaranır.
🔹Boyun ağrısı eyni zamanda nadir rast gəlinən infeksion xəstəliklərdə, məsələn boyun vərəmi, boyun fəqərə sümüyünün infeksiyası (osteomielit və septik diskiit)
və meningit (çox vaxt boyun əzələlərinin rigidliyi ilə müşayiət edilir).
🔹Boyun ağrısı birbaşa boyun əzələlərinin zədələnməsi hallarında, fibromialgiya, polimialgiya revmatika, eləcə də yuxu zamanı başın yastıq üzərində narahat pozası səbəbindən də yarana bilir. Boyun ağrısına həmçinin servikal ağrı da deyilir.

❗Boyun ağrılarının risk faktorlarına əlbəyaxa idman növləri, nəqliyyat qəzaları, at sürmək və.s aiddir.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)
🏢Kraton clinic.

📞+99455 600-62-14
📞+99499 805-00-30

🔴Kongenital skolioz uşaq ana bətnində ikən əmələ gəlir və inkişaf edir. 🔺Bu tip skoliozun yaranmasına təkan verən ana bə...
16/09/2025

🔴Kongenital skolioz uşaq ana bətnində ikən əmələ gəlir və inkişaf edir.

🔺Bu tip skoliozun yaranmasına təkan verən ana bətnindəki infeksiyalar, anada şəkərli diabet, ürək xəstəlikləri, alkoqol istifadəsi, vitamin və mineral çatışmazlıqları kimi fərqli səbəblər var.

🔺Eyni zamanda irsi xüsusiyyətləri olan bəzi xəstəliklər də anadangəlmə skoliozu müşayiət edir.

📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)

🔷Tez-tez rast gəlinən xoşagəlməz hallardan biri də əzələ qıcolmalarıdır. Qıcolma (əzələ spazmı) əzələlərin qeyri-iradi a...
13/08/2025

🔷Tez-tez rast gəlinən xoşagəlməz hallardan biri də əzələ qıcolmalarıdır. Qıcolma (əzələ spazmı) əzələlərin qeyri-iradi ağrılı yığılmasıdır.
Əzələ qıcolmasının əsas əlamətləri. Qıcolmaya məruz qalmış əzələdə kəskin ağrı hissiyyatı adətən bir neçə dəqiqə davam edir, sonra əzələ gərginliyi keçir, ağrı sakitləşərək sızıldayır. Diskomfort hissi isə bir neçə gün davam edə bilər. Əksər hallarda qıcolmalar baldır əzələlərində baş verir.

🔶Əzələ qıcolmasının səbəbi nə ola bilər?

🔸Yorğunluq, uzunmüddətli fiziki gərginlik, müəyyən əzələ qruplarının aşırı yüklənməsi;
🔸Orqanizmin susuzlaşması;
🔸Əzələ və bağ zədələri;
🔸Aşağı temperaturun təsirindən qan damarlarının daralması;
🔸Qan damarlarının müxtəlif xəstəliklər və emosional gərginlik fonunda spazmı.

______________
📍Ünvan:Akademik Şəfayət Mehdiyev 1054.
(İST petrolun arxası,McDonald’S yanı)
Kraton clinic

🔷Oturaq sinir orqanizmin ən böyük siniridir. 🔹Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür. Bu siniri...
06/07/2025

🔷Oturaq sinir orqanizmin ən böyük siniridir.

🔹Oturaq sinir ayaqların əzələlərinə və dərisinə impulslar ötürür.
Bu sinirin iltihabı işalgiya adlanır.

🔹İşalgiya zamanı xəstə belin aşağı hissəsində başlayan və daha sonra sağrıya və ayağın arxa tərəfi boyu topuğa kimi yayılan ağrılar hiss edir. Adətən ağrı bir ayaqda hiss olunur. 🔹İkitərəfli işalgiya zamanı ağrı iki ayaqda olur.
İkitərəfli işalgiya nadir hallarda inkişaf edir.
🔹İşalgiya zamanı ağrılar xroniki tutmaşəkilli xarakter daşıyır bəzən ağrılar kəskinləşir, bəzən isə azalır və ya tam yox olur.
🔹İşagiya zamanı olan ağrılar müxtəlif ola bilər sızıldayan və ya yandırıcı, çox kəskin, dözülməz və ya əksinə dözülə bilən.
🔹Ağrıdan əlavə xəstə ayaqda həssaslığın və hərəkətliliyinin azalmasını hiss edir, dəridə “qarışqaların yeriməsi” hissi yaranır.
🔹Xəstəliyin səbəbi oturaq sinirinin sıxılması və iltihabıdır. Məhz bu sıxılma və iltihab ağrılara, həssaslığın və hərəkətliliyinin azalmasına səbəb olur.

Address

Akademik Şəfayət Mehdiyev 1054
Baku
AZ1012

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994556006214

Alerts

Be the first to know and let us send you an email when Bakı Manual Terapiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Manual Terapiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category