Respublika Neyrocərrahiyyə Xəstəxanası

Respublika Neyrocərrahiyyə Xəstəxanası Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir. İnstagram səhifəsi - https://www.instagram.com/neyrocerrahiyye.xestexanasi/

1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günüdür
01/12/2025

1 Dekabr-Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür
25/11/2025

25 Noyabr Kəlbəcər Şəhəri Günüdür

Hər il noyabr ayında dünya ölkələri Ümumdünya Antimikrob Rezistentliyə Qarşı Maarifləndirmə Həftəsini (World AMR Awarene...
21/11/2025

Hər il noyabr ayında dünya ölkələri Ümumdünya Antimikrob Rezistentliyə Qarşı Maarifləndirmə Həftəsini (World AMR Awareness Week) qeyd edir.

Bu həftənin əsas məqsədi antimikrob preparatlara qarşı davamlılığın artmasına diqqət çəkmək, antibiotiklərin məsuliyyətli istifadəsini təşviq etmək və ictimaiyyət arasında maarifləndirməni gücləndirməkdir.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin müdiri Polina Əliyeva tərəfindən “Antimikrob Rezidentlik və düzgün antibiotik istifadəsi” mövzusunda təlim təşkil olunub.

Polina Əliyeva çıxışında qeyd edib ki, antimikrob rezistentlik müasir tibb üçün ən ciddi problemlərdən biri olaraq qalır və bu sahədə maariflləndirmə tədbirlərinin gücləndirilməsi zəruridir. O, bildirib ki, antibiotiklərin məqsədsiz tətbiqi, özünümüalicə halları və klinik protokollara əməl olunmaması mikroorqanizmlərin
davamlılığını artırır və müalicə prosesini çətinləşdirir.

Təlim çərçivəsində həkim və tibb işçilərinə antimikrob nəzarət proqramlarının prinsipləri,
düzgün antibiotik seçiminin meyarları və infeksiyaların idarə olunması strategiyalar
haqqinda məlumat verilib. Iştirakçılar həmçinin praktiki situasiyalar üzərində işləyərək xəstəxanadaxili infeksiyaların qarşısının alınmasında effektiv yanaşmalarla tanış olublar.

20 Noyabr Ağdam Şəhəri Günüdür
20/11/2025

20 Noyabr Ağdam Şəhəri Günüdür

Respublika Neyrocərrahiyyə Xəstəxanasında mülkü müdafiə üzrə təlim keçirilib.Respublika Neyrocərrahiyyə Xəstəxanasında f...
17/11/2025

Respublika Neyrocərrahiyyə Xəstəxanasında mülkü müdafiə üzrə təlim keçirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında fövqəladə hallar zamanı davranış, şəxsi
heyətin koordinasiyası və operativ fəaliyyətin təşkili ilə bağlı növbəti maariflləndirici təlim
təşkil olunub. "Dəstə, briqada və digər qurumları hazır vəziyyətə gətirilərkən şəxsi heyətin fəaliyyəti" mövzusunda keçirilən təlimin məqsədi xəstəxana kollektivinin mümkün risklərə qarşı hazırlıq səviyyəsini artırmaq, habelə fövqəladə vəziyyət zamanı görüləcək tədbirlər barədə praktiki bacarıqları gücləndirmək olub.

Təlim tibb müəssisəsinin mülkü müdafiə qərargah rəisi Aslan Nəsibovun rəhbərliyi ilə aparılıb. O, iştirakçılara fövqəladə hal baş verdikdə ilkin hərəkət marşrutları, şəxsi heyətin toplanma və təhlükəsiz zonalara yönləndirilməsi, tibbi briqadaların operativ şəkil də formalaşdırılması, eləcə də xəstələrin təxliyəsi ilə bağlı təlimatlar verib.

Aslan Nəsibov real vəziyyətə uyğunlaşdınılmış praktiki nümunələr üzərində heyətin fəaliyyət
ardicıllığını izah edib, müvafiq strukturlar arasında koordinasiyanın vacibliyini vurğulayıb.

17 Noyabr Milli Dirçəliş Günüdür
17/11/2025

17 Noyabr Milli Dirçəliş Günüdür

Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Tibbi rentgen avadanliqlarının istismarızamanı radiasiya təhlükəsizlyinin təm...
12/11/2025

Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Tibbi rentgen avadanliqlarının istismarı
zamanı radiasiya təhlükəsizlyinin təmin olunması" mövzusunda təlim təşkil olunub.

Təlim tibb müəssisəsinin Şüa-diaqnostika şöbəsinin müdiri Könül Həsənli tərəfindən
keçirilib.

Tədbir zamanı tibbi rentgen avadanlıqlarının istismarı zamanı radiasiya təhlükəsizliyinin qorunması, müasir qoruyucu vasitələrdən istifadə qaydaları, həmçinin personalın və pasiyentlərin radiasiya təsirindən müdafiəsi ilə bağlı mühüm məsələlər müzakirə edilib.

Təlimin məqsədi tibb işçilərinin radiasiya təhlükəsizliyi sahəsində bilik və bacarıqlarını artırmaq, bu istiqamətdə mövcud beynəlxalq standartlara uyğun fəaliyyətin təmin olunmasına dəstək vermək olub.

Tədbirin sonunda müzakirələr aparılıb, suallar cavablandırılıb və faydalı fikir mübadiləsi
həyata keçirilib.

Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Tibbi tullantıların idarə edilməsi” mövzusunda təlim təşkil olunub.Təlim Azər...
06/11/2025

Respublika Neyrocərrahiyyə Xəstəxanasında “Tibbi tullantıların idarə edilməsi” mövzusunda təlim təşkil olunub.

Təlim Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Təbii Sərvətlər idarəsinin aparıcı mütəxəssisi Aynur Əbdüləzimova tərəfindən keçirilib.

A. Əbdüləzimova çıxışında tibbi tullantıların düzgün idarə olunmasının əhəmiyyətindən, bu tullantıların bioloji təhlükə törətmə risklərindən, müəssisədə yanğın zamanı təhlükəsizlik tədbirlərindən və elektrik cihazlarından səmərəli istifadə qaydalarından ətrafl bəhs edib.

Tədbirin sonunda mövzu ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və fikir mübadiləsi həyata keçirilib.

Təlimin məqsədi tibbi müəssisələrdə ekoloji təhlükəsizlik və sağlam mühitin təmin olunmasına töhfə verməkdir.

Televiziya və radio işçilərini peşə bayramları münasibətilə təbrik edirik!Peşə fəaliyyətinizdə uğurlar və nailiyyətlər a...
06/11/2025

Televiziya və radio işçilərini peşə bayramları münasibətilə təbrik edirik!

Peşə fəaliyyətinizdə uğurlar və nailiyyətlər arzulayırıq!

 -böyük uğurdur! #46 yaşlı Samir Ağabalayev "subdural hematoma" diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına ağ...
05/11/2025

-böyük uğurdur! #

46 yaşlı Samir Ağabalayev "subdural hematoma" diaqnozu ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına ağır vəziyyətdə qəbul olunmuşdu.

Peşəkar komandamızın səyi nəticəsində - həkim-neyrocərrah Vüsal Məmmədov və
həkim-rezident Fəridə Şahbazzadə tərəfindən aparılan əməliyyat uğurla başa çatdı.

Pasiyentimizin səhhəti tam bərpa olundu və o, nevroloji defisit olmadan evə buraxıldı.

Samir bəy göstərilən diqqət və qayğıya görə kollektivimizə təşəkkür edib.

Bizim üçün hər bir pasiyentin sağlamlığı və gülümsəməsi ən böyük mükafatdır.

# # # #

Hər il oktyabrın 24-ü ÜmumdünyaPoliomielitlə Mübarizə Günü kimi qeyd edilir.Poliomielit sinir sistemini zədələyən, əzələ...
24/10/2025

Hər il oktyabrın 24-ü Ümumdünya
Poliomielitlə Mübarizə Günü kimi qeyd edilir.

Poliomielit sinir sistemini zədələyən, əzələlərin
iflicine səbəb olan və ağırlaşmış halda ölümlə
nəticələn bilən yoluxucu xəstəlikdir.

Xəstəlikdən qorunmağın ən effektiv yolu peyvənd
olunmaqdır. OPV ve iPV poliomielit xəstəliyinə qarşı vurulan peyvəndlərdir.

Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida,
əşyalar, oyuncaqlar, çirkab sular ve s.) və ya
hava-damcı yolu ilə, əsasən, ağız boşluğuna virusun düşməsi ilə baș verir.

Poliomielite adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. lkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.

Xəstəlik adətən soyuqdəymə simptomları və
hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra
xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər
inkişaf edir.

Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin
hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici
nəticəsində tənəffüs çətinləşir.

Peyvəndin yalnız tam kursunu alan uşaqlar
poliomielitdən qorunmuş hesab olunur.

22/10/2025

Address

Bakı şəhəri, Xətai Ray, Xudu Məmmədov 4
Baku
AZ1123

Telephone

+994123716001

Website

Alerts

Be the first to know and let us send you an email when Respublika Neyrocərrahiyyə Xəstəxanası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Respublika Neyrocərrahiyyə Xəstəxanası:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category