Nicat Qurbanov

Nicat Qurbanov Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nicat Qurbanov, Psychologist, Baku.

14/05/2022
"Yalnızlıq heç kimin yanınızda olmamasından deyil, fərdin özü üçün vacib görünən şeylər haqqında danışa bilməməkdən və y...
21/01/2022

"Yalnızlıq heç kimin yanınızda olmamasından deyil, fərdin özü üçün vacib görünən şeylər haqqında danışa bilməməkdən və ya başqalarının qəbuledilməz hesab etdiyi bəzi fikirlərə sahib olmaqdan qaynaqlanır."

CARL GUSTAV JUNG

Zərərli(toksik) pozitivlik nədir?Pozitiv olmağın bir çox faydası olduğu halda, həqiqəti yansıtmayan və duyğuları basdırm...
10/12/2021

Zərərli(toksik) pozitivlik nədir?
Pozitiv olmağın bir çox faydası olduğu halda, həqiqəti yansıtmayan və duyğuları basdırmağa səbəb olan zərərli( toksik) pozitivlik fərdə ciddi zərərlər verə bilər.
Toksik pozitivlik gerçək duyğuları basdırmağın duyğusal və mənəvi baxımdan zərərli nəticələri ola bilər.
Problemin yaranma səbəbləri
İlk başda sosial media. İnsanlar sosial media hesablarında çox mükəməlmiş kimi görünür və həyatlarının yaxşı anlarını paylaşırlar. Yaşadıqları çətinlikləri gizlədirlər çox vaxtları hiss etdikləri mənfi duyğuları paylaşmır və gizli tutmağa çalışırlar.
Ətrafımızdakılar tərəfindən pozitiv olmaq məcburiyyəti
Məsələn, tutaq ki, işinizi tərk etdiniz və özünüzü məyus və narahat hiss edirsiniz belə bir vəziyyətdə ətrafınızdakı insanlar “Heç olmasa ailəniz var, sağlamlığınız yaxşıdır!” deyəcəklər. və ya “Hər şeyin bir səbəbi olur. “İndi çoxlu imkanlarınız olacaq” kimi açıqlamalar verərsə, zəhərli pozitivliyə məruz qalmış olursunuz.

Nicat Qurbanov
📞+994516613864

📧nicat0429@gmail.com
Dm

P*s rəftara məruz qalan və bu  səbəbdən heç böyüməmiş uşaqlar, həyatları boyu onlara əziyyət verənlərin “yaxşı” tərəflər...
09/12/2021

P*s rəftara məruz qalan və bu səbəbdən heç böyüməmiş uşaqlar, həyatları boyu onlara əziyyət verənlərin “yaxşı” tərəflərini görmə səyləri içində olacaq və bütün ümid və gözləntiləri bu səyə uyğun olacaq.

Alice Miller

Tapdığının qədirni bilmək, axtardığını tapmaqdan önəmlidir.
08/12/2021

Tapdığının qədirni bilmək, axtardığını tapmaqdan önəmlidir.

07/12/2021

Bağlanmayan yaralarınla başladığın münasibət də dəyişən sadəcə partnyorun adıdır.

Uşaqlığmızda yaşadığımız həll edilməmiş problemlərlə mübarizə aparmaq üçün valideynlərmizə bənzər insanlar  ilə evlənməy...
05/12/2021

Uşaqlığmızda yaşadığımız həll edilməmiş problemlərlə mübarizə aparmaq üçün valideynlərmizə bənzər insanlar ilə evlənməyə meyillilik. Fərdlər ana və atalarının mənfi və müsbət xüsusiyyətini daşıyan insanları şüursuz formada seçirlər və buna İmago həyat yoldaşı deyilir. Əslində İmago həyat yoldaşı fərd tərəfindən həll edilməmiş problemləri həll etmək məqsədi ilə seçilmişdir və evlilik bir növ müalicə üsuludur.
İmagomuzun digər bir güclü komponenti özümüzdə əskik olan cəhətləri axtarmağımızdır.
Utancaq arsız birini tapar, düzənsiz planlı birinə yönələr.

Səbirsizlik, öyrənmə və dəyişmə göstərilən müqavimətin  bir başqa formasıdır.
23/10/2021

Səbirsizlik, öyrənmə və dəyişmə göstərilən müqavimətin bir başqa formasıdır.

05/10/2021

Panik atak
Panik ataklar birdən birə ortaya çıxan qısa müddətli amma çox şiddətli qorxu vəya narahatlıq atakları olaraq qeyd edilə bilər.
Ataklar ümumilikdə qısa müddətlidir. Əlamətləri 5-10 dəqiqə içində ən şiddətli səviyyəyə çatır və sonra dəqiqələr içində zəyifləyərək yox olur. Simptomlar ani və şiddətli olduğundan xəstələr çox vaxtları infarkt keçirdiklərini, nəfəs almayacaqlarını, öləcəklərini, ağılını və ya kontroluni itirəcəklərinin qorxularını yaşarlar.
Panik atakdan əziyyət çəkən insanlar bədənlərinin içində yaşarlar növbəti atakın nə vaxt gələni gözləyərlər və o qədər ürəklər döyüntülərinə, diqqət yetirirlər ki, sonra panik atak gələr. Buda sizin evdən çölə çıxmağını sosial həyatınıza, iş həyatınıza mənfi təsir edər. Evdən çölə çıxmamağa başlayarsınız.
Bəs bu panik atakları necə kontrol edə bilərsiniz?
1) Panik atak keçirərəm deyib uzaqlaşdığnız yerlərdən qaçmayın qorxunuzla üzləşin.
2) nəfəsinizin sürətini azaldın. Panik atak keçirən zaman nəfəs ala bilmədiyiniz hiss etdiyiniz üçün sürətli nəfəs alıb verirsiniz buda sizin oksigen karbondioksit tarazlığnı pozduğu üçün başda, əldə uyuşmalar səbəb olur, və bunu fərqli şərh edərsiniz buda panikanızı daha da artırar.
3) Panik atak gəlikdə narahatlıq yaşamağa başladıqda diqqətiniz başa şeylərə yönəldin. Dostunuza zəng edib danışa bilərsiniz sadəcə onun dediklərinə diqqət yetirin .Əgər hələ də panik ataka qalıb gələ bilmirsinizə bir mütəxəssisə müraciət edin.

05/10/2021

Uşaqların internet asılılığının necə azaltmaq olar ?
Uşaqlar əgər, işlərini və dərslərini etməmək dərəcəsində özlərini telefonun, planşetin kompüterin qarşısından saatlarla qalxmırsa, onda asılılıq yaradığını qəbul edə bilərik.
Belə olan halda nə edə bilərik?
İlk öncə unutmayın ki, biz interneti və mobil telefonlara tamamilə qadağa qoya bilmərik. Bunun üçün balansın qorunmağı çox vacibdir. İnternet asılılığı olan uşaqlarda birdən-birə qadağan etmək daha ciddi fəsadlara yol aça bilər. Ailədə birgə daha çox vaxt keçirməyə diqqət yetirmək lazımdır kiçik bir nağıl danışmaq, birgə film izləmək, bir neçə saat həyətdə oynamaq uşaqların psixologiyasının korreksiyasında çox böyük rol oynayır.
1) virtual yerinə təbii mühitə yönləndirə bilərik.
Məsəl üçün, dostları ilə birlikdə təbii mühitdə oyunlar oynamalarına təşviq etməklə.
2) İdmana yönəltməklə
3) Dostları ilə vaxt keçirmələrinə icazə vermək və yeni dostlar qazanmalarına imkan yaratmaqla.
Bunları etdikdən sonra uşağınız hələ də günün çox hissəsini telefonla vaxt keçirirsə, peşakar birindən dəstək alın.

Yas Nədir? Hər cür itki yasdır. Uşağın öz oyuncağını itirməsi, bizlərə yaxın bir insanın ölümü bunların hamısı yasa daxi...
03/10/2021

Yas Nədir?
Hər cür itki yasdır. Uşağın öz oyuncağını itirməsi, bizlərə yaxın bir insanın ölümü bunların hamısı yasa daxildir.
Yas dövründə hər birmizin keçirdiyi 5 mərhələ olur.
1) inkar- qəbul etmir inkar edir.
2) qəzəb. Atasını itirmiş biri "niyə atam məni qoyub getdi" kimi fikirlər səsləndirə bilər.
Əngəlləmək qəzəb yaradır. Məsəl üçün: sevdiyi insan ölüb sevdiyi insan ilə arasında bir əngəl var bu qəzəbləndirir amma nəsnə yoxdur, kimdən heyfini alacağını bilmir.
3) bazarlıq. "Elə bir şey olsun ki, sabah geri gəlsin, qurban kəsəcəm, atamı aldın heç olmasa anama dəymə" kimi fikirlər bazarlıq etməyə çalışır.
4) depressiya. Gələcəyə yönəlik çox pessimist düşünür.
5) qəbul etmə. "Artıq gəlməyəcək bilirəm".
Yas yaşanmalı və keçməli olan dövrüdür. Bəzən yaxını itirmiş olan insan yuxarıdakı mərhələrin birində qalır və əvvəlki həyatına davam edə bilmir. Çox vaxt ölənin qohumları yaxşılaşmaq istəmirlər xəyanət etdiklərini düşünür, Qohumları, qonşular nə deyər deyə düşünürlər.
Unutmayaq ki, ölüm həyatın bir prosesdir. Hər birmiz bu prosesi keçirəcək və zamanı gəldikdə bizlərdə öləcəyik.

Psixoloq Nicat Qurbanov

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Nicat Qurbanov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Nicat Qurbanov:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category