Dr. Murad Qubadov

Dr. Murad Qubadov Ürək Damar Cərrahı

⚕️🩺 -damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyan...
29/04/2021

⚕️🩺 -damar sistemi xəstəliklərinin əmələ gəlməsinin əsas səbəbi ateroskleroz hesab edilir. Ateroskleroz zamanı arteriyanın divarı qalınlaşır, bir qədər də bərkiyərək öz elastikliyini itirir.
⚠️Arteriyaların daxili qatında yağa oxşar tərkibli maddələrin (onların əsas hissəsini xolesterin təşkil edir) çökməsi - yığılması baş verir.
Bu proses davam etdikcə, damar divarı daralmağa başlayır ki, bunun da nəticəsində ürək, beyin və digər üzvlərin qanla təchiz olunması pisləşir.
Emosional və fiziki gərginlik zamanı, ürək daha çox işlədiyi üçün, ürək damarlarının daralması səbəbindən ürəyə kifayət qədər qan gəlmir. Belə olan halda ürəyin hansısa kiçik bir hissəsinin kifayət qədər qan almaması səbəbindən, ürək nahiyəsində ağırlıq, sıxılma kimi narahatedici hissiyyatlar əmələ gəlir. Bu hissiyyatlar sonradan ağrı hissiyyatı ilə də əvəz oluna bilərlər. Bu xəstəlik stenokardiya adlanır. Bu hal uzun müddət ərzində, saatlarla davam edərsə, bu, müəyyən bir sahədə ürək əzələsinin (miokardın) məhv olmasına (infarktına) səbəb ola bilər.
⚠️Ürəyin qidalanmasının pisləşməsi nəticə etbarı ilə, ürək əzələlərində tədricən birləşdirici toxumanın (çapıq) artmasına səbəb olur ki, bu da son nəticədə kardioskleroz (“skleroz” – çapıq) adlanan patoloji dəyişikliyə səbəb olur. Kardioskleroz isə öz növbəsində, ürək ritminin pozulmasının (aritmiya) və ürək çatışmazlığı yaranmasının səbəbi ola bilər.

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​​​​ ​​​​​​ ​​​​​​

❤️🚨Artan Aorta Anevrizması ümumiyyətlə Aorta Kökü genişlənməsi ilə birlikdə ola bilər. Bu vəziyyət ümumiyyətlə aorta qap...
23/04/2021

❤️🚨Artan Aorta Anevrizması ümumiyyətlə Aorta Kökü genişlənməsi ilə birlikdə ola bilər. Bu vəziyyət ümumiyyətlə aorta qapaq çatışmazlığı ilə birlikdə yaranır və ya aorta qapağındakı ciddi darlıq gec dövrdə aorta kökünü genişləndirmiş ola bilər. Səbəbi nə olursa olsun, genişlənən aorta kökünün qapaqla birlikdə dəyişməsinə Bentall Əməliyyatı deyilir.
👉1968-ci ildə Bentall tərəfindən ilk dəfə təsvir edilən və tətbiq olunan bu prosedura ürək cərrahiyəsinin kompleks əməliyyatları arasındadır. Çünki burada yalnız aorta anevrizması yoxdur.
Yuxarıdakı şəkildə də görə biləcəyiniz kimi, aorta anevrizması bu vəziyyətdə aorta kökünə yayılmışdır.
Aorta kökündə isə aorta qapaq və ürəyi bəsləyən arteriyalar yəni koronar arteriyalar mövcuddur. Onlar da genişlənməyə məruz qalır və bu səbəblə cərrahi sahəsinə daxil olurlar. Aorta kökü ümumiyyətlə incə divarlı bir quruluşa malikdir və aorta damarının geniş kurvaturuna (böyük bucaqlı qisiminə) doğru genişlənmə göstərir. Aorta anevrizmasının ən qorxulan komplikasyonu, damarın partlaması və ya içinə doğru yırtılması (disseksiya) hadisəsidir. Bu səbəblə, müəyyən bir diametrə çatan artan aorta damarı mütləq cərrahi müalicə ilə dəyişdirilməlidir. Bu gün aortanın bu cür anevrizması üçün hələlik invaziv bir müalicə (yəni əməliyyatsız başqa üsullar ilə) tapılmamışdır.

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​​​ ​​​​​ ​​​​​ ​ ​

⚕️🩺Açıq ürək əməliyyatı, sinənin açıq şəkildə kəsildiyi və ürəyin əzələlərində, qapağlarında və ya damarlarında əməliyya...
21/04/2021

⚕️🩺Açıq ürək əməliyyatı, sinənin açıq şəkildə kəsildiyi və ürəyin əzələlərində, qapağlarında və ya damarlarında əməliyyat edildiyi hər hansı bir əməliyyatdır.
🔥Bu əməliyyat növü böyüklər üzərində edilən ən geniş yayılmış ürək əməliyyatıdır. Bu əməliyyat zamanı sağlam bir arteriya və ya damar tıxanmış bir koronar arteriyaya bağlanır (əlavə olunur). Bu, bağlanan arteriyanı bağlanmış arteriyanı "atlamağa" və ürəyə təzə qan gətirməyə imkan verir.
⚠️Açıq ürək əməliyyatı bəzən ənənəvi ürək əməliyyatı adlanır. Bu gün bir çox yeni ürək proseduru geniş açıqar deyil, yalnız kiçik kəsiklərlə həyata keçirilə bilər. Buna görə "açıq ürək əməliyyatı" termini səhv ola bilər.



⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​​ ​​​​ ​​​​ ​

⚠️🔥  – ürəyin xoşxassəli, birincili boşluqdaxili şişidir. Miksoma bədən temperaturunun yüksəlməsi, təngnəfəslik, ortopno...
16/04/2021

⚠️🔥 – ürəyin xoşxassəli, birincili boşluqdaxili şişidir. Miksoma bədən temperaturunun yüksəlməsi, təngnəfəslik, ortopnoe, öskürək, qanhayxırma, ürəkdöyünmə, zəiflik, anemiya, arıqlama, başgicəllənmə, huşun müvəqqəti itməsi, ağciyər ödemi, tromboemboliyaya səbəb ola bilər. Diaqnostika prosesində EKQ, transtorakal və transezofageal ExoKQ, fonokardioqrafiya, ürəyin rentgenokontrast müayinəsindən istifadə olunur. Miksoma cərrahi yolla xaric edilir.



⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​ ​​​ ​​​

14/04/2021

🩺🏨Cərrah olmurlar deyirlər cərrah doğulurlar.​ Bu misalın mənə nə dərəcədə aidiyyatı var deyə bilmərəm amma işimi sevirəm.​ Hər​ əməliyyat zamanı bir insan həyatını qurtarırıqsa nə xoş bizə😊

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​ ​​ ​​​​​​​​​

12/04/2021

❤️🎶Sizcə musiqi ilə əməliyyatın əlaqəsi ola bilərmi?

⚠️«Beating Heart»​ ingiliscədən tərcümədə Döyünən Ürək deməkdir.

Eyni adlı musiqinin sədaları altında eyni adlı əməliyyatı icra etmək fərqli bir hissdir.

💟Ürəklər hər daim döyünsün!



⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​ ​​​​​​​​ ​​​​​​​​

⚕️🩺Böyüklərdə Anadangəlmə Ürək Qüsurları Cərrahiyyəsi🔸Qulaqcıqlararası çəpərin qüsuru (ASD)🔸İkitaylı aorta qapağı🔸Aortan...
09/04/2021

⚕️🩺Böyüklərdə Anadangəlmə Ürək Qüsurları Cərrahiyyəsi

🔸Qulaqcıqlararası çəpərin qüsuru (ASD)
🔸İkitaylı aorta qapağı
🔸Aortanın koarktasiyası
🔸Koronar fistul
🔸Açıq Arterial Axacaq (PDA)
🔸Açıq Oval Pəncərə (PFO)
🔸Ağciyər Arteriyasının Stenozu
🔸Fallo tetradası
🔸Mədəciklərarası Çəpərin Qüsuru (VSD)


⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​​​​​ ​​​​​​​ ​​​​​​​

⚠️Bildiyiniz kimi 1 aprel 2021-ci il tarixindən İcbari Tibbi Sıgorta xidmətlərindən bütün Azərbaycan vətəndaşları yararl...
07/04/2021

⚠️Bildiyiniz kimi 1 aprel 2021-ci il tarixindən İcbari Tibbi Sıgorta xidmətlərindən bütün Azərbaycan vətəndaşları yararlanmaq hüququna malikdirlər.
⚕️“İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nə ​ 2550 sayda müxtəlif tibbi xidmət və 1100-dən çox cərrahi əməliyyat salınıb.
🩺Həmin əməliyyatlar sırasına aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcədə minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir.
🏨Bakı Saglamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq 2019-cu ildən İcbarı Tibbi Sıgortası olan xəstələrə xidmət göstəririk və bu müddət ərzində icra etdiyimiz çoxsaylı əməliyyatlar sayəsində böyük təcrübə qazanmışıq.

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!
📲 (051) 748 78 88

​​​​​​ ​​​​​​ ​​​​​​

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!​​Dr. Murad Qubadov⚕️Ürək damar cərrahı🔸...
01/04/2021

⚕️🩺Bakı Sağlamlıq Mərkəzi Ürək Damar Cərrahiyyəsi şöbəsi olaraq xidmətinizdəyik!

​Dr. Murad Qubadov
⚕️Ürək damar cərrahı
🔸 Bakı Sağlamlıq mərkəzi
📲 (051) 748 78 88

​​​​​ ​​​​​ ​​​​​

⚕️↙️Venoz xəstəliklər ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimiz təqribən 20%-də müxtəlif dərəcədə venoz probleml...
19/03/2021

⚕️↙️Venoz xəstəliklər ən geniş yayılmış xəstəliklərdəndir. Cəmiyyətimiz təqribən 20%-də müxtəlif dərəcədə venoz problemlər mövcuddur. Venoz problemlər əsas etibarilə varikoz genişlənmə və ya venoz çatışmazlıq şəklində qarşımıza çıxır. Vaxtında lazımı müalicə aparılmayan xəstələrdə bu problem ayaq, baldır ağrısından başlayaraq topuqda, baldırda şişkinlik (ödem), xüsusilə gecələr qıcolmalar, ayaqda qaldıqda şiddətli ağrılar, səthi venaların qabarıqlaşması (varikoz genişlənmə), baldır səthində rəng dəyişikliyi (göyərmədən-qaralmayadək) kimi şikayətlərə səbəb ola bilər. Hətta, “ulcus varicosum” deyilən, sağalmayan yaraya (“trofiki xora”)da gətirib çıxarda bilər.

⚠️👉​Klinikamızda venoz xəstəliklərin müalicəsi aşağıdaki istiqamətlərdə aparılır:

✅Dərman müalicəsi
✅İynə müalicəsi (skleroterapiya)
✅Cərrahi müalicə
⚕️Xəstənin hansı metodla müalicə ediləcəyinə isə həkim qərar verir. Bir çox xəstədə bu metodlar kombinə şəkildə istifadə olunur.

​Dr. Murad Qubadov
⚕️Ürək damar cərrahı
🔸 Bakı Sağlamlıq mərkəzi
📲 (051) 748 78 88

​​​​ ​​​​ ​​​​

👉⚕️  qapaq xəstəlikləri anadangəlmə və qazanılmış ola bilər. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçi...
17/03/2021

👉⚕️ qapaq xəstəlikləri anadangəlmə və qazanılmış ola bilər. Ölkəmizdə qazanılmış qapaq xəstəliyi ən çox uşaq vaxtı keçirdilmiş (daha çox 5-15 yaş) revmatizmlə əlaqədar meydana çıxır. Əgər xəstəlik dərmanlarla müalicə olunmursa, onda cərrahi müalicəyə başlanılır.​
Cərrahi müalicə iki cür tətbiq edilir : qapağın təmiri (xəstənin öz qapağı qorunub saxlanılır) və qapağın protezləşdirilməsi (bərpanın mümkün olmadığı hallarda qapaq xüsusi olaraq hazırlanmış protezlərlə əvəz edilir). Qapaq protezləşdirilməsi bioprotezlərlə (müxtəlif canlılardan götürülür) və ya mexaniki protezlərlə icra edilir.​
🔥Mexaniki protezlərdən istifadə etdikdən sonra xəstələr ömür boyu qan durulaşdırıcı dərmandan (Varfarin) istifadə etməlidirlər. Bioprotezlərdə isə onlardan istifadə olunmur, lakin bioprotezlərin ömrü mexaniki protezlərə nisbətən azdır. Ona görə də xüsusilə cavan xəstələrdə daha çox istifadə edilir. ⚠️Qapaq təmiri əməliyyatları, müxtəlif cərrahi rekonstruktiv metodlardan istifadə edərək,xəstənin ​ öz qapağının qorunub saxlanmasıdır. Bu əməliyyatlar daha aşağı risklə icra olunur, daha uzun müddətli müsbət nəticələr əldə olunur və xəstələrin qan durulaşdırıcı dərman istifadə etməsinə ehtiyac qalmır.
↙️Hal-hazirda Bakı Saglamlıq Mərkəzinin şöbəsinin ​ qapaq cərrahiyyəsi konsepti dünyadakı tendensiyaya uyğun olaraq formalaşmışdır. Yalnız təmiri mümkün olmayan qapaq patologiyalarında protezləşdirmə icra olunur.


Dr. Murad Qubadov
⚕️Ürək damar cərrahı
🔸 Bakı Sağlamlıq mərkəzi
📲 (051) 748 78 88

​​​ ​​​ ​​​

11/03/2021

⚕️👉Aorta koronar şuntlama (ing. Coronary-Artery-Bypass) cərrahi müdaxilə, ürəyin tac damarlarında qanın axınını və ürək əzələsinin qan təchizatını adekvat təmin etmək məqsədi ilə daralmış hissədən yan keçməklə körpü şuntunun qoyulması əməliyyatının adıdır.
⚠️Daralmış damarların sayından və daralma yerlərindən asılı olaraq 1-5 sayda şuntlar qoyulur.



Dr. Murad Qubadov
⚕️Ürək damar cərrahı
🔸 Bakı Sağlamlıq mərkəzi
📲 (051) 748 78 88

​​​​​ ​​​​​ ​​​​​

Address

Bakı Sağlamlıq Mərkəzi
Baku

Telephone

+994517487888

Website

Alerts

Be the first to know and let us send you an email when Dr. Murad Qubadov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category