25/01/2023
Xərçəngin mərhələsini müəyyən etmək müalicənin necə olacağına qərar verməyə imkan yaradır. Mərhələ 1-2 olan xəstələrdə daha çox əməliyyat tövsiyə edirik. Mərhələ 3 olan xəstələrdə əməliyyatdan öncə bir müddət kimyaterapiya və ya immunoterapiya verməli ola bilirik. Əməliyyatdan sonra da 70-80 % xəstə qrupunda müalicə davam etdirilir. Mərhələ 4 olan xəstələrdə isə əməliyyat xaric digər müalicə metodları olan kimyaterapiya, immunoterapiya, "akıllı ilaç" kimi müalicə metodları istifadə edirik.