Nizami Tibb Mərkəzi

Nizami Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

9 Noyabr - Dövlət Bayrağı Günü
09/11/2025

9 Noyabr - Dövlət Bayrağı Günü

Nizami Tibb Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsi...
08/11/2025

Nizami Tibb Mərkəzində 8 Noyabr Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir Vətən müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə başlayan mərkəzin direktoru Eldar Abbasov müasir zəfər tariximizdən,Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətindən danışıb,ölkəmizə sülh, əmin-amanlıq arzulayıb.

Müəssisənin Dəstək Xidməti Şöbəsinin müdiri, 44 günlük müharibə zamanı Hadrut qəsəbəsində komendant müavini olmuş, DİN-in Daxili qoşunları ilə birgə xidməti tapşırıqlarını yerinə yetirmiş, Füzuli,Xocavənd istiqamətində komendant postlarının qurulması və döyüş xidmətinin təşkilində iştirak etmiş ehtiyyatda olan zabit Samir Məmmədov tədbir iştirakçılarına Zəfər tariximizlə bağlı məruzə edib.

Həmçinin, Nizami Tibb Mərkəzində işləyən aztəminatlı işçilər, şəhid və qazi ailələri üzvlərindən olmaqla 180 nəfərə Azərbaycan Respublikası Səhiyyə İşçiləri Həmkarlar İttifaqı tərəfindən təqdim olunan müəyyən məbləğdə maddi yardım kartları mərkəzin Həmkarlar İttifaqının Nizami Tibb Mərkəzi üzrə sədri Leyla Əliyeva tərəfindən təqdim olunub.

Qələbənin, tarixi ədalətin, şücaətin beşinci ildönümü mübarək, Azərbaycan!44 günlük Vətən müharibəsində qazanılan tarixi...
08/11/2025

Qələbənin, tarixi ədalətin, şücaətin beşinci ildönümü mübarək, Azərbaycan!

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin beşinci ildönümü münasibətilə hər kəsi təbrik edirik!

Şanlı qələbəni bizə yaşadan və Ali Baş Komandanın rəhbərliyi ilə uzun illərin hicranını vüsala qovuşduran müzəffər ordumuza minnətdarıq!

🇦🇿

8 Noyabr - Zəfər Günü
08/11/2025

8 Noyabr - Zəfər Günü

  sərgisinə start verildiHər birinizi TƏBİB-in pavilyonunda gözləyirik! 🚑
30/10/2025

sərgisinə start verildi

Hər birinizi TƏBİB-in pavilyonunda gözləyirik! 🚑

Nizami Tibb Mərkəzinin həkim-nevroloqu Rəna Qasımova 29 Oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü ilə əlaqədar olaraq i...
29/10/2025

Nizami Tibb Mərkəzinin həkim-nevroloqu Rəna Qasımova 29 Oktyabr – Ümumdünya İnsultla Mübarizə Günü ilə əlaqədar olaraq insult haqqında məlumat verib

29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günü haqqında danıçan həkim bildirib ki, bu günün qeyd olunmasında məqsəd — insultun əlamətləri, risk faktorları, qarşısının alınması, erkən diaqnoz və müalicənin vacibliyi barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Beyin insultu ömürlük əlilliyə səbəb ola bilən bir xəstəlik olaraq dünyada birinci yerdə dayanır.

İşemik insult (İİ) bütün insultların təxminən 80–85%-ni təşkil edir. Bu zaman beyin damarlarında trombotik və ya embolik tutulma nəticəsində qan dövranı pozulur və toxuma nekrozu yaranır. İİ-nin baş verdiyini anlamaq üçün əhaliyə “BE FAST” sindromu öyrədilir:
• B (Balance) – tarazlıq və yerişin pozulması
• E (Eye) – görmənin pozulması
• F (Face) – üzün və ya ağız bucağının əyilməsi
• A (Arm) – əl və ya ayaqda qəflətən yaranan zəiflik və hərəkətsizlik
• T (Time) – dərhal, vaxt itirmədən təcili yardıma müraciət etmək

Hemorragik insult (Hİ) bütün insultların 15–20%-ni təşkil edir. Bu növ insult beyin damarlarının travmatik olmayan səbəblərlə partlaması və qanın kəllədaxili sahəyə axması nəticəsində baş verir. Əsas səbəblər – beyin damar anevrizması, arteriovenoz malformasiya və ya damar divarının ateroskleroz nəticəsində kövrəkləşməsidir.

Əlamətləri: qəfil və şiddətli baş ağrısı, ürəkbulanma, qusma, gözdə sayrışma, başda küy hissi, psixomotor oyanma, şüurun pozulması, meningial sindrom əlamətləri.

Risk faktorları: arterial hipertenziya, şəkərli diabet, ürək-damar xəstəlikləri, qanda xolesterin səviyyəsinin yüksəkliyi, laxtalanma sisteminin pozğunluqları.

Qorunmaq üçün nə etməli:
• Sağlam həyat tərzinə diqqət yetirmək
• Fiziki aktivliyi artırmaq
• Tütün və alkoqoldan uzaq durmaq
• Sağlam qidalanmaq
• Bədən çəkisini nəzarətdə saxlamaq

Unutmayaq ki, sağlam həyat tərzi – insultun qarşısını almaq üçün edə biləcəyimiz ən təsirli vasitədir. Əgər yuxarıda sadalanan risk faktorlarından hər hansı biri mövcuddursa, vaxtında ixtisaslaşmış müayinələrdən keçmək və həkim tərəfindən təyin olunan müalicəni aparmaq vacibdir.

28/10/2025

Fövqaladə Hallar Nazirliyi və Nizami Tibb Mərkəzi birgə təlim məşqi keçiriblər

Fövqaladə Hallar Nazirliyi, Nizami Tibb Mərkəzi, mərkəzin Mülki Müdafiə şöbəsi, mülki müdafiə qüvvələri və şəxsi heyətlə birlikdə illik plana əsasən "obyekt" təlim məşqi keçiriblər.

Məşqin məqsədi fövqaladə hallar zamanı təxliyyənin düzgün aparılması, yaradılmış mülki müdafiə qüvvələri tərəfindən fövqəladə hadisə zamanı xilasetmə və ilkin yardım hallarının icrasını praktik olaraq göstərməkdən ibarət olub.

25/10/2025

Nizami Tibb Mərkəzinin həkim-infeksionisti Günay Hüseynova İPİN (İnfeksiyaların profilaktikası və İnfeksion Nəzarət) həftəsi çərçivəsində “Əlləri necə yumalı və necə təmizləməli” mövzusunda məlumat verib.

Məlumat üçün bildirək ki, hər il oktyabr ayının üçüncü həftəsi beynəlxalq təcrübədə İPİN həftəsi olaraq qeyd edilir.

Bu həftənin məqsədi tibb müəssisələrində və cəmiyyətdə infeksiyaların profilaktikası və infeksion nəzarəti haqqında məlumatlılığı artırmaq, həmçinin pasiyentlərin və tibb işçilərinin təhlükəsizliyini qorumaqdır.

̇pi̇nhəftəsi

Hər il oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günü kimi qeyd edilir.Poliomielit sinir sistemini zədələyən, əzəl...
24/10/2025

Hər il oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günü kimi qeyd edilir.

Poliomielit sinir sistemini zədələyən, əzələlərin iflicinə səbəb olan və ağırlaşmış halda ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.

Xəstəlikdən qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. OPV və İPV poliomielit xəstəliyinə qarşı vurulan peyvəndlərdir.

Yoluxma fekal-oral (çirkli əllər, yoluxmuş qida, əşyalar, oyuncaqlar, çirkab sular və s.) və ya hava-damcı yolu ilə, əsasən, ağız boşluğuna virusun düşməsi ilə baş verir. Poliomielitə adətən 15 yaşa qədər uşaqlar, nadir hallarda isə böyüklər də yoluxa bilərlər. İlkin əlamətləri yoluxmadan sonra 3-35 gün ərzində müşahidə olunur.

Xəstəlik adətən soyuqdəymə simptomları və hərarətin yüksəlməsi ilə başlayır. Bir qədər sonra xəstədə möhkəm əzələ ağrıları və süst ifliclər inkişaf edir.

Bu zaman ətraflardan birinin, yaxud hər ikisinin hərəkət aktivliyi itir və tənəffüs əzələlərinin iflici nəticəsində tənəffüs çətinləşir.

Peyvəndin yalnız tam kursunu alan uşaqlar poliomielitdən qorunmuş hesab olunur.

Nizami Tibb Mərkəzinin Doğum Evində böhran vəziyyətlərin idarə olunması ilə bağlı ardıcıl təlimlər keçirilib.Təlimlər  k...
23/10/2025

Nizami Tibb Mərkəzinin Doğum Evində böhran vəziyyətlərin idarə olunması ilə bağlı ardıcıl təlimlər keçirilib.

Təlimlər keyfiyyətə nəzarət, biomedikal mühəndis, farmakonəzarət, əməyin mühafizəsi üzrə məsul şəxslərin iştirakı ilə keçirilib.

Keyfiyyətə nəzarət üzrə məsul şəxs Gülnar Şirinova böhran vəziyyətlərin idarə olunması hallarında “çəhrayı kod”və “ağ kod” tətbiqinə dair qaydaları ətraflı izah edib.

Müəssisədə körpə və ya uşaq qaçırılması (oğurluğu) riski və ya hadisəsi olduqda vaxtında müdaxilə etməyin vacibliyi izah edilib, həmçinin tibb işçilərinə qarşı zorakılıq hadisəsinin idarə olunması qaydaları izah olunub.

Müəssisənin SƏTƏM üzrə məsul şəxsi Məhbubə Məmədova həmçinin “qırmızı kod” zamanı yanğın təhlükəsi yarandığı hallarda təxliyyə planı və toplaşma nöqtələri barədə ətraflı məlumat verib.

Təlimlərin sonunda Nizami Tibb Mərkəzinin Doğum Evinin direktor müavini Vəfa Hüseynzadə təlim təşkilatçılarına təşəkkürünü bildirib, təlimin mövzularının vacibliyindən danışıb və kollektivinə öz tövsiyyələrini verib.

22/10/2025

Nizami Tibb Mərkəzinin həkim-terapevti Fəxriyyə İsmayılova TƏBİB-in “Təbib məsləhəti” rubrikasında anemiyanı yaradan səbəblərdən danışıb.

20 Oktyabr Zəngilan Şəhəri Günüdür 🇦🇿 !
20/10/2025

20 Oktyabr Zəngilan Şəhəri Günüdür 🇦🇿

!

Address

Xətai Rayonu
Baku
AZ1000

Telephone

+994125701554

Website

Alerts

Be the first to know and let us send you an email when Nizami Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram