Psixoloq Vüsalə Rəhimli

Psixoloq Vüsalə Rəhimli 𝘞𝘦 𝘢𝘳𝘦 𝘮𝘢𝘨𝘪𝘤𝘪𝘢𝘯𝘴 𝘰𝘧 𝘰𝘶𝘳 𝘩𝘢𝘱𝘱𝘪𝘯𝘦𝘴𝘴...✨

Doğum Günün Mübarək Olsun, Oğlum! 🎂❤️Mənə analıq hissini bəxş edən balam!  “Uşaq böyüdükcə, ana da böyüyər… çünki hər mə...
17/10/2025

Doğum Günün Mübarək Olsun, Oğlum! 🎂❤️
Mənə analıq hissini bəxş edən balam!
“Uşaq böyüdükcə, ana da böyüyər… çünki hər mərhələdə öyrənər, hiss edər və daha çox sevər!”

“Oğlum” sözünü hər dəfə deyərkən, “Yaxşı ki, sənin anan olmuşam, yaxşı ki, məni seçmisən” — deyə düşünürəm, balam.
Anasının dostu, canı, bal balası, ağıllı oğlum — Can və Ruh sağlığın həyat yolunun daim yol yoldaşı olsun! 😘
Hər atdığın addımda, qazandığın yeni təcrübələrdə yanında olacağam. Mən sənin arxanda dayaq kimi varam — bunu heç vaxt unutma!

Yeni yaşın mübarək olsun, oğlum! ❤️ .vusale.rehimli

Boylam Psixiatriya Xəstəxanasında (Ankara şəhərində) keçdiyim staj təcrübəsi mənim üçün həm nəzəri biliklərin möhkəmlənd...
24/08/2025

Boylam Psixiatriya Xəstəxanasında (Ankara şəhərində) keçdiyim staj təcrübəsi mənim üçün həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də praktik müşahidə və yanaşmaların inkişafı baxımından olduqca dəyərli oldu.

Bu qısa, lakin intensiv müddət ərzində:

• Klinik halların yerində müşahidəsi,
• Psixoloji və psixiyatrik seanslarda birbaşa iştirak,
• TMS (Transkranial Maqnit Stimulyasiya) və EKT (Elektrokonvulsiv Terapiya) kimi müasir müalicə metodlarının tətbiqi ilə tanışlıq imkanı əldə olundu.

Bu təcrübə mənə bir daha göstərdi ki, *psixologiya yalnız nəzəriyyə deyil, eyni zamanda empatiya, müşahidə və incə yanaşma tələb edən bir sənətdir.*
Bir filosof demişdi: *“Hər kəsin görünməyən bir hekayəsi var, sən isə sadəcə ona baxmaqla qərar verə bilməzsən.”*

Hər bir seansda fərqli bir həyat, fərqli bir daxili dünya ilə qarşılaşmaq, yalnız elmi deyil, *insani dəyərləri də* özündə daşıyan bu peşənin məsuliyyətini daha dərindən hiss etdirdi.
Təşəkkürlərimi bildirirəm:
— Bizə bu şəraiti yaradan və bilik və təcrübələrini bizimlə bölüşən Prof. Dr. Ertuğrul hocaya
— Təşkilatçılığı və qayğıkeş dəstəyi ilə daim yanımızda olan Sevinc xanıma

Və əlbəttə ki, bu yolda tanıdığım yoldaşlıq ruhu daşıyan dəyərli həmkarlar — siz bu təcrübəni daha da unudulmaz etdiniz.
“Təcrübə – ən yaxşı müəllimdir”— bu gün bu kəlamın dəyərini bir daha anladım, o səbəbdən Yaşamaqda qorxmayın, çəkinməyin. Yaşayın - doya doya yaşayın!😉✨

—vusale.rehimli 🍀✨

Boylam Psixiatriya Xəstəxanasında keçdiyim staj təcrübəsi mənim üçün həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də pr...
24/08/2025

Boylam Psixiatriya Xəstəxanasında keçdiyim staj təcrübəsi mənim üçün həm nəzəri biliklərin möhkəmləndirilməsi, həm də praktik müşahidə və yanaşmaların inkişafı baxımından olduqca dəyərli oldu.

Bu qısa, lakin intensiv müddət ərzində:

• Klinik halların yerində müşahidəsi,
• Psixoloji və psixiyatrik seanslarda birbaşa iştirak,
• TMS (Transkranial Maqnit Stimulyasiya) və EKT (Elektrokonvulsiv Terapiya) kimi müasir müalicə metodlarının tətbiqi ilə tanışlıq imkanı əldə olundu.

Bu təcrübə mənə bir daha göstərdi ki, *psixologiya yalnız nəzəriyyə deyil, eyni zamanda empatiya, müşahidə və incə yanaşma tələb edən bir sənətdir.*
Bir filosof demişdi: *“Hər kəsin görünməyən bir hekayəsi var, sən isə sadəcə ona baxmaqla qərar verə bilməzsən.”*

Hər bir seansda fərqli bir həyat, fərqli bir daxili dünya ilə qarşılaşmaq, yalnız elmi deyil, *insani dəyərləri də* özündə daşıyan bu peşənin məsuliyyətini daha dərindən hiss etdirdi.
Təşəkkürlərimi bildirirəm:
— Bizə bu şəraiti yaradan və bilik və təcrübələrini bizimlə bölüşən Prof. Dr. Ertuğrul hocaya
— Təşkilatçılığı və qayğıkeş dəstəyi ilə daim yanımızda olan Sevinc xanıma

Və əlbəttə ki, bu yolda tanıdığım yoldaşlıq ruhu daşıyan dəyərli həmkarlar — siz bu təcrübəni daha da unudulmaz etdiniz.
“Təcrübə – ən yaxşı müəllimdir”— bu gün bu kəlamın dəyərini bir daha anladım, o səbəbdən Yaşamaqda qorxmayın, çəkinməyin. Yaşayın - doya doya yaşayın!😉✨

—vusale.rehimli 🍀✨

24/06/2025
22/05/2025

Panik Atak xəstəlik deyil, Panik Atak öldürməyən ölüm qorxusudur!

📌Seanslar haqqında ətraflı məlumat almaq üçün və seanslara yazılmaq üçün əlaqə nömrəsi: 📲📞0552142188 (whatsApp aktivdir, bütün zənglər və mesajlar mərkəzin meneceri tərəfindən cavablandırılır)vusale.rehimli 🍀

Əlbəttə, axına qarşı getmək həm qorxulu, həm də təhlükəlidir. Həyatda bəzi standartları sındırmaq istəyəndə insanın daxi...
22/04/2025

Əlbəttə, axına qarşı getmək həm qorxulu, həm də təhlükəlidir. Həyatda bəzi standartları sındırmaq istəyəndə insanın daxilində sanki fırtına qopur. Amma elə həmin an özünüzdən soruşun: daha çox nəyə görə qorxursunuz – ətrafdakıların qınağından, yoxsa boşuna keçirdiyiniz ömrün peşmanlığından? 😉🥰vusale.rehimli 🍀

“Unutmayın: sizin həyatınız sizin hekayənizdir və onu yalnız siz yazırsınız. Sizi incidən, motivasiyadan salan insanlara...
21/04/2025

“Unutmayın: sizin həyatınız sizin hekayənizdir və onu yalnız siz yazırsınız. Sizi incidən, motivasiyadan salan insanlara əsla və əsla icazə verməyin ki, onlar sizin həyatınızda diktə etsinlər. Ancaq Özünüzə inanın, arzularınızın arxasınca gedin və onları öz uğurlarınızla kölgəsində qoyun!”😉❤️✨vusale.rehimli 🍀

“Həyatınızdakı mənfi insanların mənfi sözlərinə əsla icazə verməyin daxili səsinizi boğsun. İnsanlar sizə şübhə edəcəklə...
15/04/2025

“Həyatınızdakı mənfi insanların mənfi sözlərinə əsla icazə verməyin daxili səsinizi boğsun. İnsanlar sizə şübhə edəcəklər, tənqid edəcəklər, yolunuzu azdırmağa çalışacaqlar. Lakin yalnız siz nəyə qadir olduğunuzu bilirsiniz. Özünüzə, intuisiyanıza inanın və axına qarşı getməkdən əsla qorxmayın. Sizin gücünüz - daxilinizdədir, özünüzdədir bunu əsla unutmayın!”vusale.rehimli 🍀

“Həyat Sənin Əlindədir!” layihəsi çərçivəsində növbəti uğurlu təlim baş tutdu!

❤️📌Əvvəllər (bir 10il öncə) bacara bilmərəm düşündüyüm səbəbdən özümü sıxırdım və daxilimdə olan sevgimi peşəmə tam görs...
11/04/2025

❤️📌Əvvəllər (bir 10il öncə) bacara bilmərəm düşündüyüm səbəbdən özümü sıxırdım və daxilimdə olan sevgimi peşəmə tam görsətməyə çəkinirdim.
İllər keçdikcə daha çox yaşadıqca, yaşananlardan böyüyürdüm, hər gün daha çox yuxusuz gecələr keçirdib çalışıb, işləyirdim və bir gün sadəcə “özüm olmaq və dünyaya həyata olan baxışımı” o gücünü özümdə tapdım və bölüşmək qərarına gəldim!❤️
Necə deyərlər, «Elə rəqs et, elə bil heç kim səni görmür 💃🏻elə ifa et, elə bil heç kim səni eşitmir, duymur 🎤🎶elə sev, elə bil sənə heç vaxt xəyanət etməyiblər, incitməyiblər💞və elə yaşa, elə bil yer üzü cənnətdir» 🌎🤍🕊️🦋💞🌸😉

📌❤️Bugün mən özümü inamla böyük auditoriyalarda ifadə edirəm, sağlam yaşayıb sağlam yaşatmağı seçirəm və başqalarını da eyni şeyi etməyə nümunə olub, ruhlandırıram!😉❤️
Heç bir zaman qorxmayın, qorxularınız sizdən çəkinib, qorxsun! Arzularınıza doğru dahada irəli cəsarətlə gedin!💪🏻😉❤️

🍀”Həyat Sənin Əlindədir!” layihəsi çərçivəsində təşkil etdiyimiz, ilk təlim
“Özünə Güvən və Dəyərini Kəşf Et: Həyatında İnamın Sirlərini Aç” uğurla keçirilən təlimimizdən görüntülər ✨

Yaşa ki, yaşada biləsən! (V.R)🍀 .vusale.rehimli
̇jan

“Dünyada görmək istədiyiniz dəyişiklik olun.” - Mahatma Qandi Qandinin bu sözləri bizə xatırladır ki, dəyişiklik özümüzd...
26/03/2025

“Dünyada görmək istədiyiniz dəyişiklik olun.” - Mahatma Qandi

Qandinin bu sözləri bizə xatırladır ki, dəyişiklik özümüzdən başlayır. Hər birimiz gündəlik həyatımızda kiçik addımlarla başlayaraq daha yaxşı bir dünyaya töhfə verə bilərik😉🥰

“Будьте тем изменением, которое вы хотите видеть в мире.” — Махатма Ганди

Эти слова Ганди напоминают нам о том, что изменения начинаются с нас самих. Каждый из нас может внести свой вклад в улучшение мира, начиная с маленьких шагов в повседневной жизни😉🥰
vusale.rehimli 🍀🌸

Address

44, Jafar Jabbarli
Baku
AZ1065

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+994552287991

Website

Alerts

Be the first to know and let us send you an email when Psixoloq Vüsalə Rəhimli posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category