Nərimanov Tibb Mərkəzi

Nərimanov Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

27/09/2025

Vətən uğrunda canlarını fəda etmiş, qürur mənbəyimiz olan şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla anırıq!

Allah şəhidlərimizə rəhmət eləsin!

27/09/2025

27 Sentyabr - Anım Günü

26/09/2025

Tezliklə yeni təmirdən çıxmış Nərimanov Tibb Mərkəzi vətəndaşların xitmətində olacaqdır.
Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

“Mentor Klinika” layihəsi çərçivəsində Şəmkirdə ixtisaslı tibbi müayinələr təşkil olunubTƏBİB-in “Mentor Klinika” layihə...
23/09/2025

“Mentor Klinika” layihəsi çərçivəsində Şəmkirdə ixtisaslı tibbi müayinələr təşkil olunub

TƏBİB-in “Mentor Klinika” layihəsi çərçivəsində Nərimanov Tibb Mərkəzinin həkim heyəti tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasında ixtisaslı tibbi müayinələr keçirilib.

Bölgəyə ezam olunmuş ixtisas həkimləri - uroloq, kardioloq, allerqoloq, qastroenteroloq tərəfindən tibb müəssisəsində vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 100-ə qədər tibbi xidmət göstərilib. Müayinələr zamanı bölgə əhalisinin sağlamlıq vəziyyəti qiymətləndirilib və zəruri tədbirlər görülüb.

Qeyd edək ki, TƏBİB-in “2025-2027-ci illər üzrə Strateji Plan”ına uyğun olaraq əhalinin tibbi xidmətlərə əlçatanlığını təmin etmək və səhiyyə sisteminin səmərəliliyini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin icrasına başlanılıb.

"Mentor Klinika" layihəsinin məqsədi regionlarda əhalinin yüksək keyfiyyətli, əhatəli və əlçatan tibbi xidmətlə təmin olunmasını gücləndirməklə, ölkə üzrə səhiyyə sistemində balanslı inkişafı təşviq etmək və Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır. Layihənin hədəfi isə region xəstəxanalarının kliniki baxımdan gücləndirilməsi, özünü maliyyələşdirmə qabiliyyətinin yüksəldilməsi, xidmət sayının və çeşidliliyinin artırılmasıdır.

TƏBİB-in "Mentor klinika" layihəsi çərçivəsində 19.09.2025-20.09.2025-ci il tarixində Nərimanov Tibb Mərkəzinin həkimlər...
12/09/2025

TƏBİB-in "Mentor klinika" layihəsi çərçivəsində 19.09.2025-20.09.2025-ci il tarixində Nərimanov Tibb Mərkəzinin həkimləri Şəmkir Şəhər Mərkəzi Xəstəxanasında xəstə qəbulu həyata keçirəcəklər.

İcbari tibbi sığorta çərçivəsində baş tutacaq qəbul prosesində 4 həkim iştirak edəcək.

Həkimlər uroloq İlqar Mirzəyev, kardioloq Lalə Həsənova, allerqoloq Nərminə Şıxəliyeva və qastroenteroloq Elza Əliyeva öz ixtisaslarına uyğun müayinələr aparacaqlar.

17/06/2025

İnsanlığın ümidi olan ağxalatlı qəhrəmanlarımız! Peşə Bayramınız mübarək.

Bu gün cəmiyyətdə ən çətin,məsuliyyətli eyni zamanda ən şərəfli peşə sahiblərinin günüdür.Əziz Tibb İşçiləri hər biriniz...
17/06/2025

Bu gün cəmiyyətdə ən çətin,məsuliyyətli eyni zamanda ən şərəfli peşə sahiblərinin günüdür.Əziz Tibb İşçiləri hər birinizə bu şərəfli peşənizdə ilk öncə möhkəm can sağlığı,iradə və güc arzulayırıq.
Bir daha Gününüz mübarək!

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü
10/05/2025

10 May - Ümummilli Lider Heydər Əliyevin doğum günü

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), TƏBİB və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) aras...
01/05/2025

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), TƏBİB və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) arasında əməkdaşlıq çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanasında “Yanıq yaralarının müalicəsi” mövzusunda 5 günlük təlimə başlanılıb.

Yanıq xəstələrinin müalicəsində müasir yanaşmaların tətbiqini təşviq etmək, tibb işçilərinin nəzəri və praktiki biliklərini artırmaqdan ibarət olan təlimin açılış mərasimində TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, İTSDA-nın Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik, cərrahiyyə tibb elmləri, uşaq cərrahiyyəsi anabilim dalı müəllimi dos. dr. Sabri Demir, eləcə də Mərkəzi Neftçilər Xəstəxanasının rəhbərliyi, Nərimanov Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən Yanıq Mərkəzinin tibb işçiləri də iştirak ediblər.

🔗 Ətraflı: https://t.ly/vUXm_

29/03/2025

Əziz bacı və qardaşlarım!

Sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.

Allah orucunuzu və dualarınızı qəbul etsin.

Ramazan bayramınız mübarək olsun!

https://president.az/az/articles/view/68393

27/03/2025

Address

Koroğlu Rəhimov Küç29
Baku

Telephone

+994125644346

Website

Alerts

Be the first to know and let us send you an email when Nərimanov Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category