22/05/2020
“Inyeksion - Volumetrik Kosmetologiyada yuxarı 1/3 anatomik özəllikləri” və “Thread-Lifting Prosedurları zamanı "anchor" nöqtələrin anatomiyası və praktik istifadəsi” mövzularında tədbirin əsas təşkilatçılarından olan İHB ACADEMY tərəfindən dəvət edilən Dr. Səbuhi Əbilov çıxış edəcək. O, kosmetologiya və regenerativ tibb (Kök Hüceyrə) üzrə ixtisaslaşmış həkimdir. 2005-ci il Azərbaycan Tibb Universitetinin məzunudur. Kosmetoloji təhsilini əsasən Avropanın (Almaniya, İtaliya, İspaniya, Ruminiya, Türkiyə) öndə gedən tibbi araşdirma xəstəxanaları və universitetlərində almışdır. Dr. Səbuhi Əbilov PB Serum/İspaniya, SIMILDIET LABORATORIOS/İspaniya Şirkətlərinin, BioPlus Co/Cenubi Koreya ve Jetema Co/Cenubi Koreya, Ostafarma/Turkiye, Apex Beauty LLC/Ukraine sirkətlərinin elmi konsultanti və təlimçisidir.
26 iyun 2020-ci il tarixində keçiriləcək Baku Esthetic 2020 tədbirinin əsas məqsədi xarici mütəxəssislərin iştirakı ilə kosmetologiya və dermatologiyada son yenilikləri yerli kosmetoloq və dermatoloq həkimlərə çatdırmaq, bu sahədə bilik və təcrübə mübadiləsi etməkdir. Tədbir kosmetologiya və dermatologiya sahəsindəki ən son yeniliklər haqqında çıxışlar və master class-larla əhatələnəcək. İştirakçılara beynəlxalq sertifikat təqdim ediləcək.
YER: PULLMAN HOTEL, AUDITORIYA ZALI
(Mikayıl Müşfiq küç. 1c, Badamdar, Bakı)
TARIX: 26 İYUN 2020
SAAT: 09:00
İştirak ödənişlidir.
Qeydiyyat və əlavə məlumat üçün :
Tel.: +994 70 258 04 02
E-mail: info@ihbacademy.az