Leyla Medical Center

Leyla Medical Center 🏥Leyla Medical Center
Sizin sağlamlığınız-bizim dəyərimizdir!

01/12/2025

Leyla Medical Center – Pediatriya 2 filialında yeni xidmət- Evdə stasionar xidməti !
Xidmətə daxildir:
✅ 24 saatlıq tibbi nəzarət və müşayiət
✅ Peşəkar pediatr tərəfindən evdə müayinə
✅ Venadaxili infuziyalar (sistemlər) və digər tibbi manipulyasiyalar
✅ Funksional diaqnostika və müşahidələr
✅ Tibb bacısının gündəlik evə səfəri
✅ Reseptlərin tərtibi və müalicə planının hazırlanması
🎯 Məqsədimiz: Uşaqların sağlamlığını qorumaq, valideynlər üçün isə rahat, etibarlı və keyfiyyətli tibbi xidmət təmin etməkdir.
Pediatriya 2 filialımızın Baş həkimi Pediatr Pulmonoloq, Dr.Lalə Rəhimova .dr.lalarahimova

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

30/11/2025

Mərkəzimizin Pediatrı Dr. Sahib Cəfərov .sahib_ceferov

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Astiqmatizm – gözün buynuz qişasının (kornea) və ya büllurunun forması bir qədər qeyri-bərabər olduqda yaranan görmə qüs...
30/11/2025

Astiqmatizm – gözün buynuz qişasının (kornea) və ya büllurunun forması bir qədər qeyri-bərabər olduqda yaranan görmə qüsurudur. Bu vəziyyətdə işıq tor qişaya tam düzgün fokuslanmır və nəticədə ətrafdakı obyektlər bulanıq, dalğalı və ya təhrif olunmuş görünə bilər. Astiqmatizm həm uzaq, həm də yaxın görməni zəiflədə bildiyi üçün bəzən baş ağrısı, göz yorğunluğu və fokuslama çətinlikləri də yaradır.
Astiqatizmin yaranma səbəbləri
• Buynuz qişa və ya büllurun nizamsız formasının olması
• İrsi amillər
• Göz travmaları
• Yaşa bağlı dəyişikliklər
Əlamətləri
• Uzaq və yaxında bulanıq və ya təhrif olunmuş görmə
• Baş ağrısı
• Göz yorğunluğu, fokuslama çətinliyi
• Gecə görmədə zəiflik
Növləri
Sadə astiqmatizm: meridianlardan birində miyopiya və ya hipermetropiya
Mürəkkəb astiqmatizm: hər iki meridianda eyni tipdə refraksiya qüsuru
Qarışıq astiqmatizm: bir meridianda miyopiya, digərində hipermetropiya
Astiqmatizm həyat keyfiyyətinə təsir edə bilsə də, düzgün diaqnostika və uyğun optik korreksiya (eynək və ya linza) ilə tam nəzarət altına alınır. Göz sağlamlığınız üçün mütəmadi müayinəni unutmayın.

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

27/11/2025

Mərkəzimizin Pediatrı Dr.Günay Rəsulova .gunay.resulova

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Stimul Çatışmazlığı Autizmlə Qarışdırıla Bilər!Ətraf mühitdəki hər şey uşaq üçün bir stimuldur – oyunlar, ünsiyyət, ətra...
26/11/2025

Stimul Çatışmazlığı Autizmlə Qarışdırıla Bilər!
Ətraf mühitdəki hər şey uşaq üçün bir stimuldur – oyunlar, ünsiyyət, ətrafdakı hadisələr. Xüsusilə 0-3 yaş dövründə stimullara məruz qalmaq, uşağın gələcəkdə müstəqil inkişafı üçün həyati əhəmiyyət daşıyır.
Stimul Çatışmazlığı Necə Yaranır? Bu dövrdə uşaq stimullardan məhrum qalarsa, stimul çatışmazlığı meydana gəlir. Əsas səbəblər:
• 📱 Televizor və telefon ekranına həddən artıq məruz qalma.
• 🗣️ Valideynlərlə yetərli ünsiyyətin olmaması.
• 💔 Emosional dəstəyin çatışmazlığı.
Bu vəziyyət, sosial və ünsiyyət bacarıqlarında ləngimə olduğu üçün autizmlə qarışdırıla bilər!
❓ Stimul Çatışmazlığının Əlamətləri:
• Sosial adaptasiyada problemlər, həmyaşıdlarla ünsiyyətdə çətinlik.
• Adına çağıranda baxmamaq, məhdud göz təması.
• Nitq ləngiməsi, istədiyi şeyi barmağı ilə göstərməməsi.
• Həddindən artıq inadkarlıq və isterika.
💡 Autizm və Stimul Çatışmazlığını Necə Ayırd Etməli?
Autizmli uşaqlar məqsədsiz təkrarlanan hərəkətlər edirlər, halbuki stimul çatışmazlığında hərəkətlər məqsədli olur. Autizmli uşaqlar ətrafla əlaqə yaratmağa çalışmır, stimul çatışmazlığında isə cəhd azdır. Ən əsası, autizmli uşaqlar adlarına nadir hallarda reaksiya verir, stimul çatışmazlığı olanlar isə istəyinə görə reaksiya verir.
Unutmayın: Stimul çatışmazlığı erkən aşkarlanıb professional dəstək verildikdə tamamilə aradan qalxa bilər! Uşağınızın inkişafı üçün peşəkar dəstək çox faydalıdır.

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

26/11/2025

Konstitusiya və Suverenlik ilinə həsr olunmuş AHMK 2025 – 5-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi 21 noyabr tarixində uğurla baş tutdu.

Bu beynəlxalq elmi tədbirdə Referans Genetika Mərkəzinin Tibbi Genetika Uzmanı Dr. Arzu Quliyeva “Hematoloji xəstəliklərin diaqnostikasında WES/WGS-first və RNA-seq modelinin tətbiqi: Klassik testlərin yeri necə dəyişir?” mövzusunda çıxış edərək sahəyə dair ən son yenilikləri həm yerli, həm də beynəlxalq mütəxəssislərlə paylaşdı.

Dr. Arzu Quliyeva konqresdəki uğurlu elmi məruzəsinə görə sertifikatla təltif olundu.

Biz Referans Medical Group olaraq, həkimimizin bu nüfuzlu arenada həm ölkəmizi, həm də qurumumuzu yüksək səviyyədə təmsil etməsindən böyük qürur duyuruq.

26/11/2025

Mərkəzimizin Ümumi Cərrah - Proktoloqu Op.Dr.Aynur Yaqubova Mərkəzimizin Cərrah Mama-Ginekoloqu Op.Dr.Arzu Məmmədova .arzumemmedova

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

25/11/2025

19 noyabrda Referans Medical Group və Atəşgah Sığortanın təşkilatçılığı ilə hər birimiz üçün həyati əhəmiyyət daşıyan “Süd Vəzi Xərçənginin Erkən Diaqnostikası və Skrininqi” mövzusunda Schlumberger şirkətində seminar keçirilmişdir

Seminar zamanı həkimlərimiz Dr. Aliyə Aslan və Dr. Gülnarə Mustafazadə iştirakçılara süd vəzi xərçəngi ilə bağlı ən aktual məlumatları, risk faktorlarını, erkən əlamətləri və müasir müayinə imkanlarını təqdim etdilər.

Süd vəzi xərçəngi dünyanın ən geniş yayılmış onkoloji xəstəliklərindən biridir və maarifləndirmə həyat qurtara biləcək qədər önəmlidir. Məqsədimiz yalnız müalicə ilə məhdudlaşmır, erkən diaqnostika, preventiv yanaşma və düzgün məlumatlandırma ilə cəmiyyətə dəstək olmaqdır.

Analıq hissi hamiləliyin ilk günlərindən başlayaraq getdikcə daha da güclənir və doğum anında ən yüksək zirvəsinə çatır....
25/11/2025

Analıq hissi hamiləliyin ilk günlərindən başlayaraq getdikcə daha da güclənir və doğum anında ən yüksək zirvəsinə çatır. Lakin bir çox ana namizədi bu möhtəşəm yolçuluğun yanında doğum sancıları ilə bağlı müəyyən qorxu və həyəcan da yaşayır. Sancının şiddəti körpənin mövqeyi, ölçüsü, ananın çanaq quruluşu və digər fərdi amillərdən asılı olaraq dəyişə bildiyi üçün, doğuşdan əvvəl ağrının necə olacağını dəqiq təsəvvür etmək mümkün olmur.
Doğuş təbii olaraq ağrılı bir prosesdir, amma unutmayın: hər sancı sizi körpənizə bir addım da yaxınlaşdırır. Ağrını azaltmaq üçün tətbiq olunan üsullar isə həm doğumun gedişatına, həm də sizin fərdi ağrıya dözümlülüyünüzə uyğun olaraq seçilir.
Epidural anesteziya bədənin aşağı hissəsinə gedən sinir siqnallarını müvəqqəti olaraq bloklayan, bel və qarın nahiyəsindəki ağrını xeyli azaldan çox təsirli bir üsuldur. Bu metod hər xəstəxanada tətbiq edilməsə də, həm normal, həm də qeysəriyyə doğuşlarında günbəgün daha geniş yayılır. Onun etibarlı, təsirli və rahat tətbiq olunması isə bu populyarlığın əsas səbəblərindən biridir.
Epiduralın düzgün zamanda edilməsi çox önəmlidir -tətbiq saatı elə müəyyən edilməlidir ki, təsiri doğumun ikinci mərhələsində ortaya çıxsın. Əks halda doğuşun irəliləməsi bir qədər ləngiyə bilər. Düzgün tətbiq olunduqda isə bu üsul doğumu daha sakit, daha rahat və minimum ağrı ilə keçirməyə kömək edir.
Nəticədə ana körpəsini təhlükəsiz, rahat və gözəl bir doğum təcrübəsi ilə dünyaya gətirməyin sevincini yaşayır.

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

24/11/2025

18 noyabrda Leyla Medical Center-də “Şəkərli Diabetin Fərqində Olaq” mövzusunda seminar keçirilmişdir.

Seminar çərçivəsində həkimlərimiz Dr. Mədinə Dilbazi və Dr. Aysel Cəfərova iştirakçılara şəkərli diabetin əlamətləri, diaqnostikası, müalicə üsulları, gündəlik həyat tərzi və davranış dəyişiklikləri barədə ətraflı məlumat verdilər.

Eyni zamanda düzgün qidalanma, həyat tərzi dəyişiklikləri və komplikasiyaların qarşısının alınması mövzusunda praktiki tövsiyələr təqdim olundu.

💡 Sağlamlığınızı qoruyun, diabetin fərqində olun!

Dəri parlasın, saçlar gur olsun, üz makiyajsız da istirahət etmiş kimi görünsün – sirr təkcə baxımda və yuxuda deyil, ho...
24/11/2025

Dəri parlasın, saçlar gur olsun, üz makiyajsız da istirahət etmiş kimi görünsün – sirr təkcə baxımda və yuxuda deyil, hormonlarda gizlənib.
Bu görünməyən “gözəllik memarları” dərinin elastikliyindən tutmuş yaşlanma sürətinə qədər hər şeyə rəhbərlik edir. Təsəvvür edin: ideal dəriyə qulluq rutininiz var, bol su içirsiniz, hər gecə səkkiz saat yatırsınız, amma üz solğun, saçlar tökülür, dırnaqlar isə qırılır. Bu hallarda nə maskalar, nə də bahalı serumlar kömək edir – əsl səbəb hormonal balanssızlıqdır.
Gözəllik hormonları:
• Estrogen – “gözəllik hormonu”: kollageni artırır, dərini nəmləndirir və rəng tonunu tənzimləyir. Yaş artdıqca azalır, dəridə quruluq və sallanma yaranır
• Progesteron – menstruasiya dövründə dəriyə təsir edir, yağlılığı artırıb sızanaqlara yol aça bilər
• Testosteron – qadınlarda saç tökülməsinə səbəb ola bilər, xüsusilə menopauza dövründə
• Kortizol – stress hormonu: yağ istehsalını artırır, kollageni parçalayır, iltihabları artırır
• Qalxanabənzər vəzin hormonları (T3, T4) – dərinin yenilənməsi üçün vacibdir; azlığı quruluq, saç tökülməsi və qaş incəlməsinə səbəb olur

Unutmayın: Dəriyə qulluq, yuxu və qidalanma vacibdir, amma hormonlar “gözəllik memarları” kimi görünməyən işləri görür. Onları dəstəklədikcə həm özünüzü yaxşı hiss edirsiniz, həm də görünüşünüzlə heyran edirsiniz.

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

"InBody 270" sadəcə çəki ölçən cihaz deyil , bədən tərkibi analizatorudur. Bu cihaz bədəndəki yağ, əzələ, su, protein və...
22/11/2025

"InBody 270" sadəcə çəki ölçən cihaz deyil , bədən tərkibi analizatorudur. Bu cihaz bədəndəki yağ, əzələ, su, protein və mineral miqdarını yüksək dəqiqliklə ölçür. Yəni, o, təkcə neçə kilo olduğunuzu deyil, bu kilonun nədən ibarət olduğunu göstərir.
InBody 270-in əsas xüsusiyyətləri:
• Çəki (ümumi bədən çəkisi)
• Yağ faizi
• Skelet əzələ kütləsi
• Bədən su balansı
• Bədən kütlə indeksi (BMI)
• Visseral yağ səviyyəsi (daxili orqanların ətrafındakı yağ)
• Hər əzanın (qol, ayaq, gövdə) əzələ paylanması

Artıq bədən tərkibinizi InBody 270 cihazı ilə dəqiq öyrənin.
Yağ, əzələ və su balansınızı analiz edərək, sağlamlığınız haqqında daha doğru məlumat əldə edin. Nəticələrinizə əsasən mütəxəssis endokrinoloqlarımıza müraciət edə bilərsiniz.
Sizin sağlamlığınız – bizim prioritetimizdir!

👉Leyla Medical Center
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Address

Xətai Rayonu, Yusif Səfərov Küç . 19
Baku

Alerts

Be the first to know and let us send you an email when Leyla Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Leyla Medical Center:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category