10/09/2024
Bu gün yanıma cavan bir ailə gəlmişdi, qəbula 2 yaşlı qız uşağını gətirmişdilər. Uşağa baxarkən, anası mənə müraciət edir: "Həkim, məni tanıdınızmı? 16 il öncə, mənim 12 yaşım olanda Siz mənim skoliozumu müalicə etmisiniz!!!"
Özüm-özümə fikirləşmdim ki, doxtur, başladın asta-asta qocalmağa ))) Lap, o yaşlı müəllimələr yadıma düşdü:"Mən bu uşağın hələ babasına, atasına dərs demişəm!!!" )))
4-cü kursda idim, başladım manual terapiya ilə məşğul olmaq. Demək olar ki, 25 ilə yaxın xəstələri çalışıb-müalicə edirəm.
Bugünkü hadisəni "qocaldım" kimi yox, "xəstələrlə böyüdün" qəbul etdim!
Şəkildə əvvəl balaca, indi isə artıq igid Süleyman balamılzdır!!!
ALLAH BÜTÜN BALALARI QORUSUN!!!