Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu

Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu Sağlam qadın, sağlam gələcək!

27/11/2025
25 Noyabr – Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə GünüBu gün qadınlara qarşı hər növ zorakılığın qarşısının alınm...
25/11/2025

25 Noyabr – Beynəlxalq Qadın Zorakılığına Qarşı Mübarizə Günü

Bu gün qadınlara qarşı hər növ zorakılığın qarşısının alınmasına diqqət çəkmək üçün qeyd olunur.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu qadınların təhlükəsiz, sağlam və ləyaqətli həyat hüququnu dəstəkləyir.
Zorakılığa susmayın — hər qadın qorunmağa layiqdir.

13.11.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda ...
21/11/2025

13.11.2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həm duyğulu, həm də qürur dolu bir hadisə baş verdi. İnstitutun Köməkçi Reproduktiv Sağlamlıq texnologiyaları şöbəsinin müdiri
həkim mama-ginekoloq Xəyalə Təhməzinin nəzarəti ilə aparılan doğuş zamanı pasiyent — şəhidin bacısı Əsmər Nurəddin qızı Talıblı sağlam şəkildə qız övladı dünyaya gətirdi. Körpə 2900 qram çəkidə və 48 sm boyda doğulub və ana-bala tam sağlam vəziyyətdə evə buraxılıb.
Bu doğum yalnız ailə üçün deyil, həm də xalqımız üçün böyük qürur mənbəyidir, çünki körpə — Vətən uğrunda canını fəda etmiş Şəhid Tural Qubatovun bacısı övladıdır. Tural Qubatov müddətdən artıq hərbi xidmətçi kimi ön cəbhədə igidliklə vuruşaraq 28 sentyabr 2020-ci ildə şəhid olub və ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bu gün dünyaya gələn körpə şəhidimizin xatirəsini yaşadan yeni bir ümid və həyat işığıdır. Doğum ailəyə böyük sevinc və qürur bəxş etdi, İinstitut kollektivinə isə mənəvi məmnuniyyət verdi.
İnstitut rəhbərliyi adından şəhid ailəsini səmimi-qəlbdən təbrik edir, körpəyə sağlam, xoşbəxt və uğurlu bir ömür arzulayırıq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda elmi müzakirələrlə zəngin k...
21/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda elmi müzakirələrlə zəngin konfrans keçirilib.
Tədbirin açılışını İnstitutun direktoru, t.e.d., professor Cəmilə Qurbanova edərək qadın sağlamlığının inkişafında elmi əməkdaşlığın vacibliyini vurğulayıb.
Ardınca İnstitutun Mamalıq üzrə elmi şöbəsinin müdiri, t.e.d. Dr. Nailə Şahbazova “Menopauzal hormonal müalicə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə menopauza dövründə qadın sağlamlığının qorunması üçün risklərin düzgün qiymətləndirilməsi, hormon terapiyasının individual seçilməsi və profilaktik yanaşmaların vacibliyi qeyd olundu. Tədbir səmərəli diskussiyalarla yekunlaşıb.

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda xüsusi bir an yaşand...
21/11/2025

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda xüsusi bir an yaşandı. İnstitutun direktoru, professor Cəmilə Qurbanova oktyabr ayında European Society for Gynaecological Endoscopy (ESGE) tərəfindən keçirilən 34-cü illik konqresdə fəal iştirak edən əməkdaşlara sertifikatlar təqdim etdi.
Sertifikat alanlar arasında II Doğum şöbəsinin müdiri Tənzilə Əliyeva, həkim mama-ginekoloqlar Vüsalə Səmədova və Flora Hüseynova yer alır. Daha da qürurverici məqam odur ki, İnstitutun elmi işçiləri Vüsalə Səmədova və Flora Hüseynova ESGE-nin GESEA imtahanını uğurla verərək minimal-invaziv cərrahiyyə üzrə beynəlxalq standartlara uyğun bilik və bacarıqlarını təsdiq ediblər.
Peşəkarlığın və davamlı inkişafın göstəricisi olan bu nailiyyətlər, həkimlərimizin həm elmi hazırlığının, həm də pasiyent təhlükəsizliyinə verdikləri dəyərin bariz nümunəsidir.
Bu uğura imza atan hər bir əməkdaşı ürəkdən təbrik edirik!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda  daha bir ailəni sevindirən...
21/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda daha bir ailəni sevindirən, kollektivimizi isə qürurlandıran doğum baş tutdu.
Hamilə Rəqsanə Nəsirovanın hamiləlik dövrü boyunca bütün tibbi nəzarəti İnstitutun elmi katibi Aynurə Əmirova tərəfindən yüksək peşəkarlıqla aparılıb. Bu etibarlı nəzarətin nəticəsi olaraq 3350 qram çəkidə və 50 sm boyda sağlam bir oğlan uşağı dünyaya gəldi.
Körpənin atası — Vətən Müharibəsi veteranı Fətulla Zakir oğlu Nəsirov, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə bir neçə nüfuzlu medalla təltif olunub.
🏅 Vətən Müharibəsi iştirakçısı
🏅 Cəsur döyüşçü
🏅 Şuşanın azad olunmasına görə
🏅 Qubadlının azad olunmasına görə
🏅 Füzulinin azad olunmasına görə
Bu doğum ailə üçün həm böyük sevinc, həm də vətənə xidmətlə yoğrulmuş bir qürur anı oldu. Qəhrəman ata, həyat yoldaşına və körpəsinə göstərilən diqqət, dəstək və yüksək səviyyəli tibbi xidmətə görə İnstitutun kollektivinə səmimi təşəkkürünü bildirib.
İnstitutun rəhbərliyi və əməkdaşları adından bu şanlı ailəni ürəkdən təbrik edir, dünyaya gələn körpəyə sağlam, uzun və uğurlarla dolu bir həyat arzulayırıq.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların Reanimasi...
21/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsinin müdiri Rüstəm Hüseynov TƏBİB-in dəstəyi ilə Yeni Klinikada Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan mühüm simpoziumda iştirak etmişdir.
17 Noyabr – Beynəlxalq Vaxtından Əvvəl Doğulmuş Uşaqlar Gününə həsr olunan bu tədbirdə perinatal sahənin aktual mövzuları, erkən müdaxilənin əhəmiyyəti və vaxtından əvvəl doğulan körpələrin sağlam inkişaf strategiyaları müzakirə olundu.
İnstitutumuzu tədbirdə təmsil edən R.Hüseynov çıxışında vaxtından əvvəl doğulan körpələrin yalnız həyatda qalması deyil, onların gələcək inkişafının da diqqətlə izlənilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, erkən reabilitasiya və multidisiplinar yanaşma bu körpələrin sağlam gələcəyi üçün həlledici rol oynayır.
Tədbir çərçivəsində neonatologiyanın inkişafına verdiyi dəyərli töhfələrə görə Rüstəm Hüseynov sertifikatla təltif olunub.
Bu sahəyə xidmət edən bütün həkimlərə təşəkkür edir, dəyərli əməkdaşımız Rüstəm Hüseynovu səmimi qəlbdən təbrik edirik!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim mama-ginekoloq Kifayə...
21/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda həkim mama-ginekoloq Kifayət Adıgözəlova İbadullayevanın uğurlu cərrahi əməliyyatı nəticəsində daha bir sağlam körpə dünyaya göz açdı.
3300 qram çəkidə, 51 sm boyunda sağlam oğlan uşağı dünyaya gətirən körpənin anası İlahə İsayeva, əməliyyatı icra edən həkim və tibb personalının diqqət və peşəkarlığı sayəsində kafi vəziyyətdə körpə ilə birlikdə evə buraxıldı. Körpənin atası — Vətən Müharibəsi iştirakçısı və veteranı Nuray Abdulsalam oğlu İsayev ailəsinin sevincini bölüşərək göstərilən yüksək xidmət və qayğıya görə minnətdarlığını bildirib.
Həkim kollektivi və şöbə əməkdaşları ailəni səmimi şəkildə təbrik edərək bu xoş anın sevincini onlarla birlikdə yaşadılar.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu olaraq, bu qəhrəman ailəyə ürəkdən təbriklərimizi çatdırır, körpəyə sağlam və uğurlu ömür arzulayırıq!

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun da tərəfdaşlığı ilə 17 Noya...
17/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun da tərəfdaşlığı ilə 17 Noyabr 2025-ci ildə keçirilən “Vaxtından Əvvəl Doğulanlar Günü” beynəlxalq konfransı çərçivəsində İnstitutun əməkdaşları müxtəlif panel və sessiyalarda çıxış edərək elmi proqramın ən fəal iştirakçıları oldular.
Konfransda İnstitutun direktoru prof. Cəmilə Qurbanova prenatal dövrdə risklərin idarə olunması barədə, Elmi katib Aynurə Əmirova vaxtından əvvəl doğuşlarda anemiyanın təsiri haqqında, Köməkçi Reproduktiv Sağlamlıq texnologiyaları şöbəsinin müdiri Xəyalə Təhməzi erkən doğuşların risk faktorları mövzusunda təqdimatla çıxış etdilər.
Neonatologiya panelində Neonatalogiya şöbəsinin müdiri Gülnarə Məmmədzadə moderator kimi iştirak edərək vaxtından əvvəl doğulan körpələrin klinik idarə olunmasına dair müzakirələrə rəhbərlik etdi. İnstitutun həkimlərinin elmi töhfələri konfransın məzmununu daha da zənginləşdirdi və peşəkar bilik mübadiləsinə yeni çalarlar qatdı.

Bu gün — 17 Noyabr, Vaxtından Əvvəl Doğulanlar Günü dünyaya zamanından erkən gələn, amma yaşamaq eşqi ilə hər kəsi heyra...
17/11/2025

Bu gün — 17 Noyabr, Vaxtından Əvvəl Doğulanlar Günü dünyaya zamanından erkən gələn, amma yaşamaq eşqi ilə hər kəsi heyran edən körpələri xatırladığımız xüsusi gündür.
Bu günün simvolu ola biləcək ən gözəl hadisələrdən biri isə məhz Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda yaşandı. Belə ki, hamiləliyi dövründə həkim mama-ginekoloq Mehriban Həsənovanın nəzarətində olan Zərifə Zamanova, əkiz hamiləliyin 28-ci həftəsində iki qız övladı dünyaya gətirdi.
Körpələrdən biri sadəcə 800 qram, digəri isə 1500 qram çəkidə doğuldu.
Onlar doğulan ilk saniyədən etibarən İnstitutun Yenidoğulmuşların Reanimasiya və İntensiv Terapiyası şöbəsində, həkim-neonatoloq Şəbnəm Qəhrəmanlının nəzarətində həyat uğrunda mübarizəyə başladılar. Bu mübarizə asan olmadı... Lakin kiçik döyüşçülərimiz ataları Vətən Müharibəsi veteranı Kamran Qafarov kimi bir an belə təslim olmadılar. O, Vətən uğrunda döyüşdüyü kimi, bu dəfə də körpələri üçün həyat uğrunda döyüşün səssiz qəhrəmanına çevrildi. Sevindirici haldır ki, 1500 qramlıq körpə 44 gün, 800 qramlıq körpə isə 80 gün sonra ailəsinin qucağına qovuşdu. Bu, sadəcə bir tibbi uğur deyil. Bu — ailənin gücü, həkimlərimizin peşəkarlığı və körpələrin həyat eşqi ilə yazılmış həqiqi bir möcüzədir.
Bu gün bütün vaxtından əvvəl doğulan uşaqları, onların valideynlərini və onlara həyat verən həkimlərimizi sevgi ilə anırıq.
Hər biriniz bir möcüzəsiniz.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təşkilatçılığı ilə 14 noyab...
17/11/2025

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun təşkilatçılığı ilə 14 noyabr 2025-ci ildə keçirilən “Hamiləliyin Qorunmasına Müasir Yanaşmalar” adlı elmi-praktik konfrans uğurla keçirildi.
Tədbirin açılışında İnstitutun direktoru Cəmilə Qurbanova hamiləliyin təhlükəsiz idarə olunmasının əhəmiyyətindən danışdı.
Ardınca İnstitutun Köməkçi Reproduktiv Sağlamlıq texnologiyaları şöbəsinin müdiri Xəyalə Təhməzi süni mayalanma sonrası hamiləlikdə progesteronun rolu barədə maraqlı çıxış etdi.
Konfrans boyunca hamiləliyin erkən dövrləri, risklərin idarə olunması və müasir müalicə yanaşmaları üzrə mütəxəssislərin təqdimatları dinlənildi.
İnstitutun digər həkim mama-ginekoloqlarının da fəal iştirak etdiyi konfrans müzakirələrlə sonlandı.
Bu kimi tədbirlər, qadın sağlamlığının qorunması istiqamətində elmi biliklərin paylaşılması və həkim mübadiləsinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. İnstitut olaraq, gələcək nəsillərin sağlamlığı üçün çalışmaqdan qürur duyuruq.

Address

Kazım Kazımzadə 118
Baku

Telephone

+994125385205

Alerts

Be the first to know and let us send you an email when Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram