MemorialHospital.az

MemorialHospital.az Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from MemorialHospital.az, Medical Lab, Qara Qarayev Prospekti 38A, Baku.

Daban testi ilə bağlı bilinən yanlışlar.
05/11/2025

Daban testi ilə bağlı bilinən yanlışlar.

Mis orqanizmdə iki əsas formada olur: Hüceyrədaxili mis: yəni hüceyrələrin içində olan və orada fermentlərin fəaliyyəti ...
03/11/2025

Mis orqanizmdə iki əsas formada olur: Hüceyrədaxili mis: yəni hüceyrələrin içində olan və orada fermentlərin fəaliyyəti üçün istifadə olunan mis və zərdabdakı (qan plazması) mis: qanda daşınan mis, əsasən seruloplazmin adlı zülala bağlı olur.

Bəzi vəziyyətlərdə — məsələn, iltihabi proseslər (bədəndə infeksiya və ya iltihab varsa), miokard infarktı (ürək əzələsinin zədələnməsi), qaraciyər xəstəlikləri, hamiləlik zamanı — orqanizmdə “iltihab reaksiyası” işə düşür. İltihab zamanı qaraciyər daha çox seruloplazmin istehsal edir, çünki o, kəskin faza zülalıdır. Seruloplazmin çoxaldıqca, qandakı misin də miqdarı artır. Yəni zərdabda (qanda) mis səviyyəsi yüksəlmiş kimi görünür.

Halbuki hüceyrələrin içində (məsələn, beyin, əzələlər, sümük hüceyrələri və s.) mis miqdarı azalır. Bu o deməkdir ki, bədən ümumi olaraq mis çatışmazlığı yaşayır, amma bu çatışmazlıq qan analizində görünmür.

Bu vəziyyət “maskalanmış mis çatışmazlığı” adlanır. Yəni qan analizində mis yüksək çıxsa da, əslində orqanizm hüceyrə səviyyəsində mis azlığından əziyyət çəkir. Bu da yanlış təfsirə və diaqnoza gətirib çıxara bilər.

Plasental böyümə faktoru (PLGF) plasenta tərfındən sintezlənir və normal hamiləlikdə yüksək konsentrasiyada olur. Hamilə...
31/10/2025

Plasental böyümə faktoru (PLGF) plasenta tərfındən sintezlənir və normal hamiləlikdə yüksək konsentrasiyada olur. Hamiləlik yaşı PLGF səviyyələrinə təsir edir. PLGF konsentrasiyaları 26-30-cu həftələr arasında pikə çatır və doğum yaxınlaşıldıqca azalmağa başlayır. PLGF plazma konsentrasiyaları preeklampsiyalı hamilələrdə eyni hamiləlik yaşındakı sağlam hamilələrə nisbətən aşağı təyin olunur. Preeklampsiya hamiləliyin 20-ci həftəsindən sonra yüksək qan təzyiqi və proteinuriya (sidiklə zülal atılması) ilə təzahür edən bir vəziyyətdir.

Hamiləliyin 17-ci həftəsindən etibarən yoxlana bilən test ciftin qan dövranının vəziyyətini müəyyən etməyə imkan verir.

Preeklampsiya riski nə zaman yüksəkdir?



➢ Öncəki hamiləlikdə preeklampsiya keçmişi
➢ Yüksək qan təzyiqi
➢ Böyrək xəstəliyi
➢ Hestasional diabet (hamiləlik diabeti)
➢ Antifosfolipid antitellərin varlığı
➢ SLE- Lupus xəstəliyi
➢ Trombofiliya
➢ 40 yaş üstü hamiləlik
➢ Son doğumdan 10 ildən çox müddət keçməsi
➢ Çoxdöllü hamiləlik
Postpartum preeklampsiya diaqnozunda isə PLGF testi istifadə olunmur, çünki plasenta artıq mövcud deyil və nəticələr etibarlı olmaz. Postpartum preeklampsiya doğuşdan sonra (adətən ilk 48 saat – 6 həftə ərzində) inkişaf edən preeklampsiya formasıdır.

Postpartum preeklampsiyanın diaqnozu üçün rol oynayır:
• Klinik əlamətlər (yüksək təzyiq, baş ağrısı, görmə pozğunluğu, ödem, qıcolmalar və s.)
• Laborator testlər (qaraciyər fermentləri, böyrək funksiyası, trombosit səviyyəsi)

İkili / Üçlü / Dördlü testlər → yalnız risk ehtimalını göstərirNIPT → xromosom anomaliyalarının daha dəqiq təyinini təmi...
29/10/2025

İkili / Üçlü / Dördlü testlər → yalnız risk ehtimalını göstərir
NIPT → xromosom anomaliyalarının daha dəqiq təyinini təmin edir

Bu testlər diaqnostik deyil, skrininq xarakterlidir. Əgər risk aşkar edilərsə, amniosentez və ya xorion villus biopsiyası kimi diaqnostik üsullar tətbiq oluna bilər.

Yaş faktoru:

➢ Ana yaşı 35-dən yuxarı olduqda, xromosom anomaliyaları (xüsusilə Daun sindromu) üçün risk əhəmiyyətli dərəcədə artır.
➢ Bu səbəbdən 35 yaşdan yuxarı hamilələrə daha yüksək dəqiqlikli testlər (məsələn, NIPT) tövsiyə olunur.
➢ Gənc analarda da risk sıfır deyil, amma nisbətən daha aşağıdır.
Nəticə: Yaşından asılı olmayaraq bütün hamilə qadınlar üçün skrininq testləri əhəmiyyətlidir, lakin yaş artdıqca testlərin dəqiqliyi və seçimi daha kritik rol oynayır.

Seminal maye normada yüksək fruktoza konsentrasiyasına malikdir. Bu maddə spermatozoidlər üçün əsas enerji mənbəyidir və...
27/10/2025

Seminal maye normada yüksək fruktoza konsentrasiyasına malikdir. Bu maddə spermatozoidlər üçün əsas enerji mənbəyidir və onların hərəkətliliyini təmin edir.

Fruktoza:
✔️ Spermanın hərəkətliliyi üçün enerji verir
✔️ Seminal vezikulların funksiyasını əks etdirir
✔️ Astenzoospermiya diaqnostikasında önəmlidir

▪️ Aşağı fruktoza səviyyəsi – hərəkətli spermatozoidlərin çox enerji istifadə etdiyini göstərə bilər.
▪️ Fruktozanın olmaması – seminal veziküllərin və ya onların çıxış yollarının olmamasına/obstruksiyasına işarə edə bilər.

Test sperma analizi ilə birlikdə aparılır. Ayrı eyakulyat üzərində qiymətləndirilir

Uşaqlarda üzvi turşu metabolitləri testi bədənin müxtəlif metabolik proseslərini qiymətləndirən vacib bir testdir. Bu te...
24/10/2025

Uşaqlarda üzvi turşu metabolitləri testi bədənin müxtəlif metabolik proseslərini qiymətləndirən vacib bir testdir. Bu test sidikdə yığılan üzvi turşuları təhlil edir və uşaqlarda müxtəlif sağlamlıq problemləri və metabolik pozğunluqlar haqqında məlumat verir

Metabolik pozğunluqların aşkarlanması: Üzvi turşu testi Fenilketonuriya və MSUD (ağcaqayın siropu sidik xəstəliyi) kimi anadangəlmə metabolik xəstəliklərin erkən diaqnozunda istifadə olunur. Bu pozğunluqlar erkən müalicə edilmədikdə nevroloji problemlərə səbəb ola bilər

Enerji istehsalı və mitoxondrial funksiya: Test uşağın enerji sintezində problem olub olmadığını göstərir. Mitoxondrial pozğunluqlar enerji çatışmazlığına, yorğunluğa və əzələ problemlərinə səbəb ola bilər

Gizli qida həssaslıqlarının diaqnozu: Bu test qida həssaslığı və ya bağırsaq mikrobiomu disbalansı kimi şərtləri müəyyən edə bilər. Qidanın düzgün həzm oluna bilməməsi nəticəsində yaranan turşu balanssızlıqları da aşkar edilə bilər.

20/10/2025

Xrom defisiti.

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümüdür. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nə...
18/10/2025

Bu gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümüdür. SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini 1991-ci ildə ikinci dəfə yenidən bərpa etmişdir.

Maqnezium əsasən hüceyrədaxili iondur. Bu səbəbdən onun plazmadakı səviyyəsi hətta bədəndə ciddi maqnezium çatışmazlığı ...
15/10/2025

Maqnezium əsasən hüceyrədaxili iondur. Bu səbəbdən onun plazmadakı səviyyəsi hətta bədəndə ciddi maqnezium çatışmazlığı olduqda belə normal görünə bilər.
Belə hallarda əslində orqanizmdə gizli maqnezium defisiti inkişaf edir və bu, zamanla:
▪️ əzələ spazmları və yorğunluq,
▪️ ürək ritm pozuntuları,
▪️ sümük zəifləməsi,
▪️ metabolik xəstəliklər kimi problemlərə yol aça bilər.
⚠️ Yalnız qan zərdabının analizinə əsaslanmaq bəzən orqanizmdəki real maqnezium ehtiyatı haqqında düzgün məlumat vermir.
✅ Daha etibarlı nəticə üçün qırmızı qan hüceyrələrində maqnezium səviyyəsinin təyini aparılmalıdır. Bu üsul bədənin maqnezium vəziyyəti barədə daha dolğun mənzərə yaradır.

Artrit sadəcə yaşlı insanların xəstəliyi deyil. Bu, hər yaşda ortaya çıxa bilən və oynaqlarda ağrı, şişkinlik, hərəkət m...
12/10/2025

Artrit sadəcə yaşlı insanların xəstəliyi deyil. Bu, hər yaşda ortaya çıxa bilən və oynaqlarda ağrı, şişkinlik, hərəkət məhdudiyyəti ilə müşayiət olunan xroniki bir iltihabi xəstəlikdir.
Anti-CCP testi (Anti-siklik sitrullinləşdirilmiş peptid anticisimləri testi) revmatoid artritin (RA) diaqnozu üçün istifadə olunan ən önəmli laborator analizlərdən biridir.
Əsas məqamlar:
• Həssaslıq və spesifiklik:
o Revmatoid artrit üçün yüksək spesifiklik (≈95%) daşıyır.
o Həssaslıq (≈70–80%) orta səviyyədədir.
o Yəni test müsbət çıxarsa, RA ehtimalı çox yüksəkdir.
• Niyə vacibdir?
o Xəstəliyin erkən mərhələsində belə pozitiv ola bilər.
o Revmatoid faktor (RF) testindən daha spesifikdir.
o Proqnoz haqqında da məlumat verir: Anti-CCP pozitiv xəstələrdə xəstəlik daha aqressiv gedişli ola bilər.
• Nəticələrin izahı:
o Pozitiv Anti-CCP: Revmatoid artrit ehtimalı güclüdür, xüsusilə klinik əlamətlər (oynaq ağrısı, səhərlər oynaq sərtliyi, şişkinlik) varsa.
o Negativ Anti-CCP: RA tam inkar olunmur, amma ehtimal azalır.

08/10/2025

İmmun status paneli

Üzvi turşular zülalların, karbohidratların və yağların mübadiləsi nəticəsində fermentlərin təsiri altında əmələ gəlir. B...
06/10/2025

Üzvi turşular zülalların, karbohidratların və yağların mübadiləsi nəticəsində fermentlərin təsiri altında əmələ gəlir. Bu fermentlərin funksiyası pozulduqda qanda və toxumalarda üzvi turşular toplanır. Çox zaman ferment disfunksiyası anadangəlmə olur.

Üzvi turşuların analizi uşaqlarda aşağıdakı hallarda aparılır:

1. Spesifik sidik qoxusu varlığı
2. Daimi qusma
3. Artan və ya normal anion azlığı, keçici və ya daimi metabolik asidoz
4. Körpəlikdə kəskin xəstəlik, xüsusilə hiperammonemiya və metabolik asidoz
5. Proqressiv ekstrapiramidal simptomlar
6. Reye sindromu, xüsusən də uşaqlıq dövründə təkrarlanan atakların varlığı
7. Səbəbi bilinməyən hər hansı irsi xəstəliklər
8. Yeni doğulmuş uşağın profilaktik (skrininq) müayinəsi zamanı

Address

Qara Qarayev Prospekti 38A
Baku
AZ1002

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 08:30 - 15:00

Telephone

+994122101050

Website

Alerts

Be the first to know and let us send you an email when MemorialHospital.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category