19/11/2025
Təkrari rinoplastika əməliyyatı zamanı pasiyentin öz qabırğa qığırdağı istifadə olunur. Bu zaman sağ tərəf süd vəzi alt qırışından təqribən 2-2,5cm (qığırdaq ehtiyacı çox olduqda isə 3-3,5cm) kəsik aparılaraq adətən 6cı, bəzən 7ci qabırğa qığırdağı xaric edilir. Əməliyyatsonrası dövrdə müəyyən qədər, ağrıkəsici ilə nəzarətdə saxlanılabilən ağrı müşahidə olunur. Əməliyyat zamanı estetik dəriçi tikiş qoyulur və sağaldıqdan sonra kəsik yeri bilinmir, çapıq toxuması çətinliklə seçilir.