22/02/2021
İmzalayın, kim olduğunuzu deyək... 📝
Əgər mümkünsə, imzalayıb rəyə atın. Baxıb keçməyin. Əziyyətə dəyər verin, zəhmət olmasa. 😊
İmzadan xarakter oxuma elminin incəlikləri...
1. İmza uzun olsa, insan səbirlidir.
2. İmza qısadırsa, insan məntiqini yaxşı istifadə edir.
3. İmzanı iti xətlər təşkil edirsə, sahibi iti fikirli, iti məntiqli, zarafatcıl, dilini qılınc kimi istifadə edən və dediklərindən çox çəkəcək biridir.
4. İmza düzdürsə, insan düz xarakterli, etibarlı, yaxşı əxlaqlı biridir.
5. İmzada yumruluq varsa, sahibində lider xüsusiyyətləri var.
6. İmzada üç nöqtə varsa, insan iti nişançı, ovçuluğa uyğun və son söz deməyi sevəndir.
7. İmzada geri çevrilmələr varsa, sahibinin yaddaşı qüvvətlidir.
8. İmzanı bəzəkli xətlər təşkil edirsə, sahibi gözəl sənətlərə uyğundur.
9. İmza qısa və anlaşılmayandırsa, sahibi nəyisə önəmsəyən deyil.
10. İmzanın əvvəli böyük hərf və gözəgəlimli başlayırsa, sahibi özünə inamlı, başlanğıcda özünü yaxşı, xarizmatik tanıdandır.
11. İmzanın əvvəli, ortası və sonu böyükdürsə, müvafiq olaraq o əvvəldə, ortada və sonda özünü yaxşı təqdim edən və yaxşı iş təqibi olan biridir.
12. İmzanın sonu böyük hərflə bitirsə, deməli, sahibi başladığı işləri yaxşı sonluqla bitirəndir.
13. İmzanın baş hərfindən sonra gələn qisim incədirsə, sahibi incə xarakterli və romantikdir.
14. İmzanın baş hərfindən sonra gələn qisim qalındırsa, sahibi kobuddur və romantik deyil.
15. İmzanın sonunda irəli və ya yuxarı doğru gedən bir xətt varsa, deməli, imza sahibinin hədəfi böyükdür.
16. İmzanın sonunda aşağı doğru xətt varsa, deməli, insan içinə bağlıdır, yəni pessimistdir.
17. İmza sağa əyiləndirsə, sahibi sosial, diplomatdır.
18. İmza geriyə əyilmişsə, sahibi qeyri-sosialdır.
19. İmza necə gəldi çəkilmişsə, sahibi də eyniylə elədir. Belə imza demək olar ki, tüfeyli həyat tərzi yaşayanların imzasıdır.
20. İmzada 3-4 fərqli xarakter varsa, sahibi səhnəyə daha yaxın biridir.