04/12/2025
Sosial İnnovasiyalar Qovşağının sədri, Qazaxıstan Respublikasının Prezidenti yanında Milli Qurultayın üzvü Emin Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub. 🤝
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) dəvəti ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətinə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış Mərkəzin fəaliyyəti, həssas qruplardan olan şəxslərlə iş prosesi barədə məlumat verilib. 🧩✨
Mərkəzin direktoru Elnarə Ənsari həmin kateqoriyalardan olan vətəndaşların yaradıcılıq potensialının dəstəklənməsi və tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb. 🎨🌟 Mərkəzdə müxtəlif istiqamətlər üzrə peşə vərdişləri öyrədilməklə yanaşı, sosial-psixoloji və pedaqoji dəstək xidmətləri göstərildiyi də qeyd edilib. 🧠🤗
Qonaqlar müxtəlif yaradıcılıq studiyalarında hazırlanan sənət nümunələri və təlim prosesi ilə tanış olublar. 🖼️👀 İnklüziv Kamera Orkestri, eləcə də musiqi istiqaməti üzrə təlimlərə cəlb olunmuş təlimçi və benefisiarların çıxışları qonaqlarda xoş təəssürat yaradıb. 🎻🎶👏
Tanışlıq zamanı həssas kateqoriyalara aid vətəndaşların, xüsusilə əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi, onların cəmiyyətə inteqrasiyası, bu sahədə qarşılıqlı təcrübə mübadiləsi və gələcəkdə birgə təşəbbüslərin gerçəkləşdirilməsi imkanları nəzərdən keçirilib. ♿🤝🌍