29/11/2025
Sertifikasiya və ödənişli konfrans problemi – əczaçılar və tibb işçiləri üçün real vəziyyət.
Əczaçılar və tibb işçiləri arasında ən çox müzakirə olunan mövzulardan biri – sertifikasiya üçün bal toplama sistemidir.
Reallıq budur ki, bir çoxumuz sertifikasiyanı keçməyə ehtiyac duymuruq, çünki gündəlik işimiz öz-özlüyündə kifayət qədər təcrübə yaradır. Amma bal toplamaq üçün məcbur şəkildə ödənişli konfranslara qatılmaq olacaq.
Bu konfransların çoxu 25–100 manat arası ödənişli olacaq, verilən ballar isə çox vaxt minimum olur (5-20 bal). Nəticədə 5 ilə 250 bal toplamaq üçün insanlar mecburən pullu tədbirlərə getməli olacaq. Əgər 5 il ərzində bu ballar yığılmasa – sertifikasiya imtahanı vermək məcburiyyəti yaranır.
Əslində, konfranslar ödənişsiz olsa, hər kəs rahat şəkildə bal toplaya bilər.
Ödənişli konfranslar ildə bir necə dəfə və ya ödənişli 5 ildən bir sertifikasiya imtahanı (300-500 manat), daha fərqi nə oldu? Bəzi insanların bu konfransda pul qazanmaqı.....
Məcburi sertifikasiya sistemi bir çox mütəxəssis üçün çətinlik yaradır və bu, heç də ideal model deyil.
Maraqlısı odur ki, bir çox ölkələrdə belə tələblər yoxdur.
Məsələn:
Almaniyada, Niderlandda, Finlandiyada əczaçılar universiteti bitirdikdən sonra ömrü boyu işləmək hüququ əldə edirlər, əlavə atestasiya və ya bal toplama sistemi yoxdur.
Davamlı təhsil könüllü və tövsiyə xarakterlidir, məcburi və ödənişli deyil.
Həkimləri, əczaçıları və tibb işçiləri ölkədən qacırmayın çünki nə gədər vəzifəli və ya imkanlı şəxs olsazda hər birimiz yaşlanacağık xəstələnəcəyik və yerli tibb işçilərinə möhtac olacayıq. Təəsüf ki, bu bal sistemə görə savadlı tibb işçiləri ölkədən köçür və ya peşəsini dəyişir...
Bu mövzunun müzakirəyə çıxarılması vacibdir, çünki səhiyyə əməkdaşının motivasiyası yalnız işinə sevgi ilə, yoxsa məcbur ödənişlə deyil!