Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik

Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik Əldə etdiyiniz nəticə sadəcə rəqəm deyil...
📞 *0033

Lipoprotein (a) analizi – ürək-damar xəstəlikləri üçün genetik riskiniz barədə ən önəmli göstəricilərdən biridir.Adi xol...
02/12/2025

Lipoprotein (a) analizi – ürək-damar xəstəlikləri üçün genetik riskiniz barədə ən önəmli göstəricilərdən biridir.
Adi xolesterin testləri normal olsa belə, Lp(a) yüksəkliyi infarkt və insult riskini artırır.

Lipoprotein (a) analizi kimlər üçün təyin olunur?
* Erkən yaşda infarkt və insult keçirmiş şəxslər
* Ailəvi ürək xəstəlikləri olanlar
* Xolesterin normal olsa da ürək riski yüksək olanlar
* Statin müalicəsinə baxmayaraq risk davam edirsə

Lipoprotein(a) səviyyəsi genetikdir və həyat boyu demək olar dəyişmir.

Ürək sağlamlığınızı vaxtında qiymətləndirin – Lp(a) testi həyat qurtara bilər.

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

Dəyərli nevroloqlar!Beynəlxalq Nevroloqlar Günü münasibətilə sizləri ürəkdən təbrik edirik!Sinir sistemi xəstəliklərinin...
01/12/2025

Dəyərli nevroloqlar!

Beynəlxalq Nevroloqlar Günü münasibətilə sizləri ürəkdən təbrik edirik!
Sinir sistemi xəstəliklərinin diaqnostika və müalicəsində göstərdiyiniz yüksək peşəkarlıq, diqqət və fədakarlıq hər bir pasiyent üçün böyük ümid mənbəyidir.

Sizin bilik və təcrübəniz sayəsində insanlar sağlam həyat sürməyə, ümid və inam tapmağa davam edir.

Peşə bayramınız mübarək olsun!

29/11/2025

9-cu ad günümüzün verdiyi qürur hissini pasiyentlərimizlə birlikdə yaşadıq!

Referans Medical Group hər zamankı kimi bu özəl gündə də qayğı ilə yanaşdığı pasiyentlərini unutmadı.

Ad günü 29 noyabr – bizimlə bir gündə olan pasiyentlərimizə Referansı seçdikləri üçün özəl hazırladığımız hədiyyələrimizi təqdim etdik.

Referans Medical Group
Hər kəsə qayğı ilə...

29/11/2025

Hər kəsə qayğı ilə yanaşan Referans Medical Group 9 yaşında!

Bu illər ərzində milyonlarla insana xidmət etməklə vətəndaşlarımızın sağlamlığında böyük payı olan quruma çevrilməkdən qürur duyuruq!

Referans Medical Group. Hər kəsə qayğı ilə...

27/11/2025

Referans Medical Group olaraq Masallıda daha bir uğurlu hepatit skrininq aksiyasını həyata keçirdik. 💛

🩺 20 noyabrda Masallı sakinləri üçün Referans Masallı Tibb Mərkəzində hepatit B və C testləri tam ödənişsiz təqdim olundu və 112 nəfər bu imkandan faydalandı.
Bakıdan dəvətli mütəxəssislərimiz tərəfindən ödənişsiz müayinələr, ehtiyacı olanlar üçün isə qastroskopiya icra olundu.

Bu aksiyanın məqsədi insanlara yalnız müayinə deyil — məlumat, təhlükəsizlik və sağlam gələcəyə doğru bir addım qazandırmaq idi.

✨ Sağlamlığı gücləndirmək bizim əsas missiyamızdır. Bu tip sosial aksiyaları ölkəmizin bütün bölgələrində davam etdirəcəyik.

🔸 Hepatit səssizdir, amma sağlam qalmaq üçün addım atmaq vacibdir.

Referans Masallı Tibb Mərkəzi – Masallı ray., Qarabağ küç. 20
📞 *0033 | +994 25 215 49 95 | +994 77 276 00 33

Laktoza həssaslığının 5 əsas əlaməti:• Qarın ağrıları• Köp• Ürək bulanma• Qarında şişkinlik• İshalLaktoza nədir?Laktoza ...
27/11/2025

Laktoza həssaslığının 5 əsas əlaməti:
• Qarın ağrıları
• Köp
• Ürək bulanma
• Qarında şişkinlik
• İshal

Laktoza nədir?
Laktoza süd və süd məhsullarının tərkibində olan təbii şəkərdir. Laktoza həssaslığı isə bu şəkərin parçalanması üçün lazım olan laktaza fermentinin çatışmazlığı səbəbindən yaranır. Nəticədə süd və süd məhsulları qəbul edildikdə həzm pozğunluqları müşahidə olunur.

Niyə laktoza həssaslığı yaranır?
Laktaza fermentinin miqdarı uşaqlıqda daha yüksək olur, yaş artdıqca isə azalır. Buna görə də südün həzmi uşaqlarda daha rahat gedir.

Laktoza həssaslığına təsir edən digər faktorlar:
• Genetik meyillilik
• Erkən doğulan uşaqlarda həzm sistemi inkişafının yetkin olmaması
• Nazik bağırsağın xəstəlikləri
• Həzm sistemi orqanlarının xərçəng müalicəsi zamanı yaranan yan təsirlər

Anadangəlmə laktoza çatışmazlığı nadir rast gəlinir və autosom-recessiv şəkildə ötürülür. Bu halda körpələrdə anadangəlmə ishal, hiperkalsemiya və nefrokalsinoz müşahidə oluna bilər.

Laktoza həssaslığı ilə süd allergiyasını qarışdırmayın!

Süd allergiyası — immun sistemin südün tərkibindəki zülallara qarşı reaksiyasıdır.
Əlamətlər bənzəsə də, süd allergiyasında əlavə olaraq:
• Qaşınma
• Tənəffüs yollarında narahatlıq ola bilər.

Süd allergiyasına uşaqların təxminən 2–3%-də rast gəlinir.

Qeyd:
Analizin səhər saatlarında, 8–12 saatlıq aclıqdan sonra verilməsi tövsiyə olunur.
Test bütün Referans filiallarında və biomaterial qəbulu məntəqələrində aparılır.

Çağrı Mərkəzi: *0033
Whatsapp: +994 70 653 00 33

26/11/2025

Konstitusiya və Suverenlik ilinə həsr olunmuş AHMK 2025 – 5-ci Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresi 21 noyabr tarixində uğurla baş tutdu.

Bu beynəlxalq elmi tədbirdə Referans Genetika Mərkəzinin Tibbi Genetika Uzmanı Dr. Arzu Quliyeva “Hematoloji xəstəliklərin diaqnostikasında WES/WGS-first və RNA-seq modelinin tətbiqi: Klassik testlərin yeri necə dəyişir?” mövzusunda çıxış edərək sahəyə dair ən son yenilikləri həm yerli, həm də beynəlxalq mütəxəssislərlə paylaşdı.

Dr. Arzu Quliyeva konqresdəki uğurlu elmi məruzəsinə görə sertifikatla təltif olundu.

Biz Referans Medical Group olaraq, həkimimizin bu nüfuzlu arenada həm ölkəmizi, həm də qurumumuzu yüksək səviyyədə təmsil etməsindən böyük qürur duyuruq.

26/11/2025

21 noyabrda Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecində Referans Medical Group-un təşkilatçılığı ilə hər birimiz üçün olduqca vacib olan mövzuda — “Panik atak və onunla mübarizə yolları” mövzusunda seminar keçirilmişdir.

Seminar zamanı panik atakın yaranma səbəbləri, əsas əlamətləri, gündəlik həyata təsiri və bu vəziyyətlə daha effektiv şəkildə necə mübarizə aparmağın mümkün olduğu barədə ətraflı məlumat verildi. Bununla yanaşı, panik atak zamanı tətbiq oluna biləcək praktik nəfəs texnikaları və özünü tənzimləmə üsulları da iştirakçılara izah olundu.

Seminar Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Poliklinik Bayıl filialının psixoloqu Elgül Ağarzayev tərəfindən təqdim olundu.

🎉 Referans 9 yaşında!Sizinlə birlikdə keçdiyimiz bu 9 il ərzində milyonlarla insanın inamını və etibarını qazanaraq, onl...
25/11/2025

🎉 Referans 9 yaşında!

Sizinlə birlikdə keçdiyimiz bu 9 il ərzində milyonlarla insanın inamını və etibarını qazanaraq, onların sağlamlıq yolunda dayaq olduq. Hər zaman ən dəqiq laborator nəticələri, etibarlı xidmətləri və daim yenilənən texnoloji yanaşmamızı təqdim etməyə çalışdıq.

Bu xüsusi gün münasibətilə yalnız 29 noyabr tarixində bütün mərkəzlərimizdə laborator xidmətlərimizə 9% ENDİRİM tətbiq edirik!

Qeyd: Endirim genetik və xaricə göndərilən analizlərə şamil edilmir.

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

ECP (Eozinofil Kationik Protein) nədir?ECP, eozinofillərin aktivləşməsi zamanı yüksələn və allergik proseslərin gücünü q...
24/11/2025

ECP (Eozinofil Kationik Protein) nədir?

ECP, eozinofillərin aktivləşməsi zamanı yüksələn və allergik proseslərin gücünü qiymətləndirməyə imkan verən bir göstəricidir. Bu analiz həkimlərə allergiyanın şiddətini müəyyən etməkdə mühüm məlumat verir.

ECP analizi nə zaman təyin olunur?
• Allergik rinit
• Bronxial astma
• Atopik dermatit
• Qida allergiyası

Hansı şikayətlər zamanı bu analiz aparılır?
• Nəfəs darlığı və astma tutmaları
• Dəri qaşınması və səpgilər
• Burun axması və tıxanıqlıq
• Qida qəbulundan sonra yaranan allergik əlamətlər

ECP səviyyəsinin artma səbəbləri:
• Allergik xəstəliklər
• Eozinofilik iltihab
• Helmint infeksiyaları
• Bəzi dərman preparatları
• Tənəffüs sistemi infeksiyaları

Qeyd: ECP səviyyəsinin azalması klinik əhəmiyyət daşımır.

Çağrı Mərkəzi: *0033
WhatsApp: +994 77 491 00 33

23/11/2025

Həkim-Laborant Dr. Samirə Qədimova Referans Klinik Laboratoriya Mərkəzində antidepressant və antipsixotrop maddələrin LC-MS/MS ilə yüksək dəqiqliklə necə təyin olunduğundan danışır.

Videonu sonadək izləməyi tövsiyə edirik.

Çağrı Mərkəzi: *0033
Whatsapp dəstək nömrəsi: +994 70 653 00 33

Address

Nərimanov Rayonu Mirzəbala Məmmədzadə Küç. 8A
Baku
AZ1033

Alerts

Be the first to know and let us send you an email when Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Referans Klinik Laboratoriya Mərkəzi&Poliklinik:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story