Dr.Günel Şəfiyeva

Dr.Günel Şəfiyeva Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dr.Günel Şəfiyeva, Surgeon, Baku.

İcra olunan Əməliyyatlar
Vaginoplastika
Göbək,Qasıq
Öd kisəsi
Gemaroy(babasil)
A**l Çat
Abdomenoplastika
Labioplastika
Bud yırtığı
Appendisit
Qəbizlik müalicəsi
Ağ xətt yırtığı
Ventral yırtıq
Labioplastika

Sag tərəfli residiv qasiq yırtığı əməliyyati
31/03/2022

Sag tərəfli residiv qasiq yırtığı əməliyyati

Labioplastika doğuşa maneədirmi?Bu əməliyyat doğum kanalına aid bir prosedur deyildir, təbii doğum və ya keysəriyyə əməl...
08/02/2022

Labioplastika doğuşa maneədirmi?

Bu əməliyyat doğum kanalına aid bir prosedur deyildir, təbii doğum və ya keysəriyyə əməliyyatları üçün əks göstəriş sayılmır.

Əməliyyatdan sonra tikiş izləri qalırmı?

Mütəxəssis həkim tərəfindən icra olunmuşsa, əməliyyat sonrası heç bir tikiş izi qalmaz və belə bir prosedurdan keçdiyiniz belə bəlli olmaz.

Labioplastika sonrası daxili cinsiyyət dodaqlarında yenidən sallanmalar ola bilərmi?

Artıq hissənin götürüldüyü nahiyədə yenidən toxuma böyüməsi və sallanması görülməz.

Əməliyyat üçün yaş məhdudiyyəti varmı?

Hər hansı bir yaş məhdudiyyəti yoxdur, daxili dodaqlardakı sallanmalar səbəbindən yaşam keyfiyyəti pozulmuş və tibbi məcburiyyət gərəkdirən hallarda prosedur icra oluna bilər. Labioplastika 18 yaşına çatmış, evli və ya subay, doğuş etmiş və ya etməmiş hər yaşda xanıma tətbiq edilə bilər.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Labioplastika sadəcə mütəxəssis həkim tərəfindən və xəstəxana ortamında edilməsi gərəkli, sterilizasiyanın önəmli olduğu...
04/02/2022

Labioplastika sadəcə mütəxəssis həkim tərəfindən və xəstəxana ortamında edilməsi gərəkli, sterilizasiyanın önəmli olduğu bir əməliyyat növüdür. İlk öncə labioplastika üçün uyğun namizəd olub-olmadığınız həkim tərəfindən dəyərləndirilir. Uyğun olduğunuz halda həkiminiz əməliyyatın detalları və prosedur sonrası edilməsi vacib məsələlər haqqında sizi bilgiləndirəcəkdir. Ümumən yerli anesteziya altında icra olunsa da, pasiyentə müvafiq olaraq ümumi anesteziya da tətbiq oluna bilər. Əməliyyatın müddəti xəstədən xəstəyə dəyişməklə bərabər ortalama 30-60 dəqiqədir. Müdaxilə zamanı anesteziya icra olunduğu üçün pasiyent heç bir ağrı hiss etməməkdədir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Labioplastika böyük və kiçik cinsiyyət dodaqlarının estetik olaraq şəkilləndirmə əməliyyatına deyilir və ge***al estetik...
03/02/2022

Labioplastika böyük və kiçik cinsiyyət dodaqlarının estetik olaraq şəkilləndirmə əməliyyatına deyilir və ge***al estetik əməliyyatlar içərisində qadınlar tərəfindən ən çox arzu olunan əməliyyatdır. Qadın özünün dodaq, burun və s. orqanlarını bəyənmədiyi kimi öz ge***al nahiyyəsinində, xüsusi ilə kiçik cinsiyyət dadaqlarınında quruluşunu bəyənməyə bilər. Amerikada Plastik cərrahlar dərnəyinin verdiyi statistikalara görə ge***al estetik əməliyyatların bütün estetik əməliyyatlar içərisində 1-ci yeri tutur.

Ge***al bölgədə uşaqlıq yolunun giriş hissəsində olan kiçik cinsiyyət dodaqlarının və onun xarici hissəsində olan böyük cinsiyyət dodaqlarının normadan daha böyük, sallanmış və ya assimetrik vəziyyətində icra olunan estetik əməliyyatdır. Böyük cinsiyyət dodaqlarının estetik əməliyyatına az təlabat olduğundan xanımlar Labioplastika dedikdə əsəasən kiçik cinsiyyət dodaqlarının estetik əməliyyatını anlayırlar. (labio minora plasty).

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Abdominoplastika yalnız ümumi narkoz altında aparılır. Əməliyyat adətən qarnın aşağı hissəsindəki horizontal kəsikdən ic...
01/02/2022

Abdominoplastika yalnız ümumi narkoz altında aparılır. Əməliyyat adətən qarnın aşağı hissəsindəki horizontal kəsikdən icra olunur. Geniş müdaxiləyə ehtiyac yarandıqda göbəyə qədər uzanan vertikal orta kəsik əlavə edilir. Əməliyyat prosesində cərrah artıq piy yığıntılarını bədəndən xaric edir, qarnın düz əzələlərini möhkəmləndirir və öz aralarında birləşdirir, aponevrozu tikir.

Göstəriş olduqda göbək həlqəsinin forma, ölçü və yeri korreksiya olunur. Sonra həkim izafi dəri büküşlərini kəsir, kosmetik tikiş qoyur. Eksudatın xaricə axını üçün drenaj boru qoyulur. Abdominoplastika əməliyyatın ağırlığından 1,5-4 saat davam edir.

Pasiyent stasionarda adətən 2 gün qalır. Bu müddət ərzində sarğılar mütəmadi qaydada dəyişdirilir, analgetiklər təyin edilir. Xəstə evə buraxılandan sonra bandaj taxmalı, fiziki yüklənmələrdən və qarnın ön divarına günəş şüalarının uzunmüddətli təsirindən özünü qorumalıdır. Əməliyyatdan 1 ay sonra qoyulan məhdudiyyətlər götürülür. Yekun nəticə toxumalar tam sağaldıqdan, yəni plastikadan 1,5-2 ay keçdikdən sonra bilinir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

31/01/2022
İfadəli piylənmə zamanı abdominoplastika məsləhət görülmür. Ona görə ki, plastik korreksiya bədən çəkisini azaldan əməli...
31/01/2022

İfadəli piylənmə zamanı abdominoplastika məsləhət görülmür. Ona görə ki, plastik korreksiya bədən çəkisini azaldan əməliyyat deyil. Həmçinin yaxın gələcəkdə hamiləlik planlaşdıran qadınlarda da abdominoplastika məqsədəuyğun sayılmır. Çünki hamiləlik dövründə əzələlər və dəri örtüyü yenidən gərilməyə məruz qalır. Ümumterapevtik göstərişlərə isə aşağıdakılar aiddir:

18 yaşdan kiçik şəxslər;

kəskin infeksion proseslər;

birləşdirici toxumanın sistem xəstəlikləri;

şəkərli diabet;

qan sisteminin patologiyaları;

ürək və tənəffüs çatışmazlıqları.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Abdominoplastika — qarın nahiyəsindəki artıq piy toxumasının və dərinin xaric edilməsinə əsaslanan cərrahi əməliyyatdır....
27/01/2022

Abdominoplastika — qarın nahiyəsindəki artıq piy toxumasının və dərinin xaric edilməsinə əsaslanan cərrahi əməliyyatdır. Onun köməyilə qarnın estetik görünüşü bərpa olunur. Plastika qarın və bel nahiyəsinin gözəlləşdirilməsinə yönəldilir. Aparılma qaydası və korreksiya dərəcəsindən asılı olaraq, bu tip əməliyyatların müxtəlif növləri mövcuddur. Klassik abdominoplastika qasıqüstü horizontal kəsikdən aparılır. Reabilitasiya dövrü təxminən 30-45 gün davam edir. Abdominoplastikanın qiyməti əməliyyatın həcminə əsasən müəyyənləşdirilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şə...
25/01/2022

Göbək yırtığı qarın əzələlərinin və birləşdirici toxumanın qüsurdur ki, bunlar ya anadan gəlmə göbək ətrafında düzgün şəkildə birləşmirlər yada sonradan siqaret çəkilməsi , öskürək, qəbizlik, mütamadi ağırlıq qaldırma, piylənmə, qarın boşluğunda çox miqdarda sərbəst maye olması( qaraciyər sirrozu xəstələrində), hamiləlik kimi səbəblərlə qarın boşluğu daxili təyziqin artması nəticəsində qazanılmış ola bilər. Bu zaman göbək nahiyyəsində şişlik müşahidə edilir. Şişkinliyin ölçüsü xəstə uzandıqda kiçilir, ayağa alxdıqda (uşaqlar ağladıqda) böyüyür. Əllə toxunduqda bəzən içində maye, bəzən qaz curultusu, bəzən yumşaq, bəzəndə çox sərt olduğu hiss edillə bilər. Şişkinliyin səbəbi əzələ və birləşdirici toxumada olan qüsurun böyüyərək dəlik şəklini alması və bu dəlikdən piy və bağırsaqların keçərək dəri altında kisə formasını almasındadır. Yırtıq ilkin dövrlərdə üzərin təyziq edilərkən geriyə qayıdır, və kiçilir. Bu mərhələdə xəstələrin şikayyəti sadəcə şişkinlikdən olur. Əgər xəstə əməliyyat olunmazsa zaman keçdikcə şişkinlik nahiyyəsində ağrılar olur. Bu ağrılar yırtıq kisəsi ilə yıtıq möhtəviyatı arasında iltihabi proses nəticəsində meydana gələn bitişmələrlə əlaqədardır. Əməliyyat olunmayan xəstələrdə proses daha da dərinləşərək yırtığın boğulmasına səbəb olur. Yırtığın boğulması zamanı yırtıq möhtəviyyatı bağırsaq olarsa, bir müddət sonra boğulmuş bağırsaq qanqrena olaraq deşilir və irinləməyə səbəb olur. Bu mərhələdə də əməliyyat olmayan xəstə ölümə məhkum edildi.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

25/01/2022

Əməliyyat zamanı

Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilə vasitəsilədi...
18/01/2022

Kişilərdə qadınlara nisbətdə daha çox rast gəlinən yırtıq xəstəliyinin yeganə müalicə yolu cərrahi müdaxilə vasitəsilədir.

Qasıq yırtığına daha çox ağır yük qaldırıldığı zaman təsir göstəririk.Bundan başqa artıq çəkiniz varsa,daha çox ağır işlərlə məşğul olursunuzsa,xroniki öskürək varsa və ya kəskin hərəkətlər edirsinizsə yırtıq əmələ gəlmə ehtimalı çoxdur.

Qasıq yırtığı bəzən uşaqlarda doğulduğu zamandan bəzən isə uzun müddət keçdikdən sonra ortaya çıxa bilir.Kişilərdə qasıq yırtığı daha çox rast gəlinir.Qadınlarda da hamiləlikdən sonra risk arta bilir.

Silahlı Qüvvələrin Baş Klinik Hospitalı
📍Academy Estet
📲0557344314

Address

Baku

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994557344314

Website

Alerts

Be the first to know and let us send you an email when Dr.Günel Şəfiyeva posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category