Xəzər Tibb Mərkəzi

Xəzər Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

Xəzər Tibb Mərkəzində tibb işçilərinin işə qəbulu üzrə müsahibə prosesi keçirilib.Xəzər Tibb Mərkəzində bu gün terapevti...
26/11/2025

Xəzər Tibb Mərkəzində tibb işçilərinin işə qəbulu üzrə müsahibə prosesi keçirilib.

Xəzər Tibb Mərkəzində bu gün terapevtik xidmətin gücləndirilməsi məqsədilə tibb bacılarının işə qəbul müsahibəsi təşkil olunub. Müsahibədə ümumilikdə 14 namizəd iştirak edib.

Müsahibə prosesi Nazirlər Kabinetinin 18 iyul 2024-cü il tarixli, 344 nömrəli qərarına uyğun olaraq təşkil olunub.

Müsahibə komissiyasının tərkibinə xəstəxananın direktoru Mübariz Ağayev , direktorun müavini Nihat Tağıyev, Terapiya şöbəsinin müdiri Samirə İbrahimova, İnsan resursları şöbəsinin müdiri Vəsilə Əliyeva və baş tibb bacısı Lalə Babayeva daxil olublar.

Namizədlərlə aparılan görüş zamanı onların peşə hazırlığı, tibbi bilikləri, təcili vəziyyətlərdə davranış bacarıqları, pasiyentlə ünsiyyət mədəniyyəti və ümumi peşəkar yanaşmaları qiymətləndirilib. Həmçinin komanda ilə işləmək bacarığı, məsuliyyətlilik və xəstəxana mühitinə uyğunluq kimi vacib meyarlar da nəzərə alınıb.

Müsahibə prosesi şəffaf və obyektiv şəkildə həyata keçirilib. Məqsəd terapiya şöbəsində göstərilən xidmətin səviyyəsini daha da yüksəltmək üçün ən hazırlıqlı və işə məsuliyyətlə yanaşan namizədlərin seçilməsidir.

Xəzər Tibb Mərkəzi olaraq pasiyent məmnuniyyətini, tibbi xidmətin keyfiyyətini və peşəkar heyətin gücləndirilməsini daim prioritet hesab edirik

25/11/2025
Xəzər Tibb Mərkəzində “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilibXəzər Tibb Mərkəzində əməkdaşların təhlükəsizlik...
25/11/2025

Xəzər Tibb Mərkəzində “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib

Xəzər Tibb Mərkəzində əməkdaşların təhlükəsizlik üzrə biliklərinin artırılması məqsədilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlim keçirilib.

Mərkəzin Əməyin mühafizəsi üzrə bölmə müdiri Ramilə İsrafilova tərəfindən keçirilən təlimdə tibb müəssisəsinin tibb bacıları və sanitar işçiləri iştirak edib.

Təlim zamanı iştirakçılara yanğın zamanı görüləcək ilkin tədbirlər, təhlükəsizlik planlarının icrası, təxliyə yollarının düzgün istifadəsi, eyni zamanda yanğınsöndürmə vasitələrinin tətbiqi haqqında ətraflı məlumat verilib.

Nəzəri və praktiki nümunələrlə interaktiv formada davam edən təlim çərçivəsində iştirakçılar fövqəladə vəziyyətlərdə davranış qaydaları, ilkin reaksiya və düzgün koordinasiya barədə biliklərini təkmilləşdirib.

Xəzər Tibb Mərkəzində antibiotik rezistentliyi mövzusunda təlim keçirilib. Xəzər Tibb Mərkəzində Ümumdünya Antimikrob Re...
24/11/2025

Xəzər Tibb Mərkəzində antibiotik rezistentliyi mövzusunda təlim keçirilib.

Xəzər Tibb Mərkəzində Ümumdünya Antimikrob Rezistentliyə Qarşı Maarifləndirmə Həftəsi (World AMR Awareness Week) ilə əlaqədar maarifləndirici təqdimat keçirilib.

Xəzər Tibb Mərkəzinin həkim-infeksionisti İlahə Əsədova “Antimikrob rezistentlik və düzgün antibiotik istifadəsi” mövzusunda çıxış edərək, antibiotiklərə qarşı davamlılığın qlobal səviyyədə yaratdığı təhlükələrdən və onların qarşısının alınması yollarından bəhs edib.

Antibiotiklərin düzgün və nəzarətli istifadə olunmaması sürətlə artan antibiotik rezistentliyinə səbəb olur. Bu isə müalicəsi çətinləşən infeksiyaların sayını artırır.

Təlimin məqsədi antimikrob müqavimətinin (AMR) nə olduğunu və yarada biləcəyi təhlükələri izah etmək, antibiotiklərin düzgün və məsuliyyətli istifadəsi barədə tibbi personalın məlumatlılığını artırmaq, gərəksiz və nəzarətsiz antibiotik istifadəsinin qarşısını almaq və s. ibarət olub.

Təlim zamanı antimikrob müqavimətinin qlobal səhiyyə üçün yaratdığı risklər, antibiotiklərin düzgün istifadəsi prinsipləri və profilaktik yanaşmalar haqqında iştirakçılara ətraflı məlumat verilib.

Təlim interaktiv formada davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“İndi Hərəkətə Keç: Bu Günümüzü Qoru, Gələcəyimizi Təhlükəsiz Et!”

̇b

Həkim haqqında:•Əkbərova Gülnarə Haciəli qızı 02.11.1983-cü ilə Bakı şəhərində anadan olub.Təhsil:•2000-2006-ci illərdə ...
21/11/2025

Həkim haqqında:
•Əkbərova Gülnarə Haciəli qızı 02.11.1983-cü ilə Bakı şəhərində anadan olub.

Təhsil:
•2000-2006-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alib.
•2006-2007-ci illərdə K.Y.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunda həkim neonatoloq ixtisasi ürzə internaturadan keçib.

Kurslar:
•2021-ci ildə «Neonatal və Pediatrik Qidalanmaya Multidissiplinar Yanaşma» təlimində iştirak edib.
•2021-ci ildə ETPİ da Amerika Kardioloji Assosasiyasinin və Amerika Pediatrik Akademiyasinin Neonatal Reanimasiya proqramı üzrə təlimdə iştirak edib.
•2022-ci ildə «Neonatal Tibbdə İrəliləyişlər və ziddiyyətlər» kursunda iştirak edib.
•2022-ci ildə «Pediatriyada immunologiya və infeksion xəstəliklər» kursunda iştirak edib.
•2022-ci ildə «Vaxtında və yarımçıq doğulmuş usaqların sonraki inkişaf mərhələlərində izlənməsi» təlimində iştirak edib.
•2023-ci ildə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialinda»Neonatal Reanimasiya Proqramı» üzrə təlimdə iştirak edib.
•2023-cü ildə 1 ci Pediatriyada Yeniliklər sinpoziumunda iştirak edib.
•2023-cu ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə keçirilən «Yenidogulmuşlarda invaziv müdaxilələr» kursunda iştirak edib.
•2023-cu ildə «Pediatrik Advanced Life Support» pediatriyada ilkin yardım PALS beynəlxalq sertifikatını əldə edib.
•2024-cu ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin Elmi Təcrübə və Tədris Mərkəzinin «Pediatriyada müzakirəli məsələlərə müasir baxış» kursunda iştirak edib.

İş təcrübəsi

•2007-2009-cu illərdə «KM» klinikasinda neonatoloq vəzifəsində çalısıb.
•2012-ci ildən bu günə qədər Xəzər Tibb Mərkəzində «Dogum və ginekologiya» şöbəsində həkim neonatoloq vəzifəsində çalışır.
•2021-ci ildən Respublika Uşaq Sanatoriyasinda Həkim pediatr vəzifəsində çalışır.

20/11/2025
20/11/2025
Xəzər Tibb Mərkəzinin direktoru vətəndaşlarla növbəti görüş keçirib.Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev qəbul...
19/11/2025

Xəzər Tibb Mərkəzinin direktoru vətəndaşlarla növbəti görüş keçirib.

Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev qəbul cədvəli əsasında vətəndaşlarla növbəti görüşünü təşkil edib. Qəbul prosesi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas yanaşılması və onların operativ şəkildə cavablandırılması ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq həyata keçirilib.

Görüşdə Xəzər Tibb Mərkəzinin müvafiq struktur rəhbərləri də iştirak edərək müraciətlərin dinlənilməsində yaxından iştirak ediblər.

Bu dəfə keçirilən qəbulda ümumilikdə 11 vətəndaş iştirak edib. Qaldırılan məsələlər əsasən tibbi xidmətlərin təşkili, müalicə-müayinə prosesləri, cərrahi əməliyyatlarla bağlı suallar, dərman təminatı, ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərişlər, həmçinin sosial və işlə bağlı müraciətləri əhatə edib.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll olunub. Araşdırma tələb edən digər müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə baxılması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.

Address

Mərdəkan Qəsəbəsi, R. Qasimov Küçəsi 30
Baku
AZ1044

Telephone

+994124544233

Website

Alerts

Be the first to know and let us send you an email when Xəzər Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Xəzər Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category