Bakı Baş Səhiyyə Mərkəzi

Bakı Baş Səhiyyə Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir

İydənin faydaları nələrdir?İydə həm dadlı, həm də çox faydalı bir meyvədir. Onun həm meyvəsi, həm də tumu və çiçəkləri x...
29/10/2025

İydənin faydaları nələrdir?

İydə həm dadlı, həm də çox faydalı bir meyvədir. Onun həm meyvəsi, həm də tumu və çiçəkləri xalq təbabətində geniş istifadə olunur. Tərkibində C vitamini, tanin, flavonoidlər və təbii antioksidantlar boldur. İydənin aşağıdakı faydaları var:

– Bağırsaqları möhkəmləndirir, ishala qarşı çox təsirlidir.

– Boğaz ağrısı, öskürək və soyuqdəymə zamanı yumşaldıcı və sağaldıcı təsir göstərir.

– Mədə və bağırsaq selikli qişasını qoruyur, xora və qastrit kimi problemlərdə faydalıdır.

– C vitamini və antioksidantlarla zəngin olduğu üçün immuniteti gücləndirir.

– Qadınlarda aybaşı nizamsızlığını tənzimləməyə kömək edir.
– Yüngül sidikqovucu təsiri ilə bədəndəki artıq mayeni atmağa kömək edir.

– Susuzluğu yatırır və ağız quruluğunu azaldır.

– Yara sağaldıcı və iltihab əleyhinə təsiri vardır. İydə tumunun da qurudulub üyüdülərək ağrıkəsici kimi istifadə edildiyi hallar olur, amma bu zaman miqdarına diqqət yetirmək vacibdir. Hamilə qadınların, xroniki qəbizliyi olanların və mədə-bağırsaq tıxanma problemi yaşayanların iydəni çox miqdarda qəbul etməməsi tövsiyə olunur. Hər şeydə olduğu kimi, ölçülü şəkildə yemək daha faydalıdır.

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və...
29/10/2025

İnsult beynin qan dövranının kəskin pozulması, yəni, beyni qidalandıran damarlardan bir və ya bir neçəsinin daralması və ya tutulmasıdır. Ağır gedişli insultlardan sonra baş -beyin funksiyasının yalnız qismən bərpa olunması müşahidə edilir.

2004-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı insultu qlobal epidemiya elan edib və elə həmin ilin oktyabr ayında Beynəlxalq İnsultla Mübarizə Təşkilatı təsis olunub. Sözügedən Təşkilatın təşəbbüsü ilə 2004-cü ildən etibarən xəstəliklə əlaqədar ölüm faizinə və insult xəbərdarlığına yönəltmək məqsədilə hər il oktyabrın 29-u İnsultla Mübarizə Günü qeyd olunmağa başlayıb.

28/10/2025

"Tibb müəssisələrimiz" rubrikasında Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 3 nömrəli Şəhər Poliklinikası haqqında məlumat verəcəyik.

Tibb müəssisəsi haqqında daha ətraflı məlumatla videoçarxda tanış ola bilərsiniz.

Bakı Baş Səhiyyə Mərkəzində “Yerlərdə səhiyyənin effektiv kadr idarəedilməsi” mövzusunda təlim keçirilib. Tabeli tibb mü...
27/10/2025

Bakı Baş Səhiyyə Mərkəzində “Yerlərdə səhiyyənin effektiv kadr idarəedilməsi” mövzusunda təlim keçirilib. Tabeli tibb müəssisələrinin kadrlar üzrə mütəxəssislərinin cəlb olunduğu təlim Kadrlar və işə qəbul şöbəsinin mütəxəssisi Nemət Mahmudov tərəfindən keçirilib.

Təlimdə kadr idarəedilməsi ilə bağlı bir çox məqamlara toxunulub, təlim iştirakçılarının sualları cavablandırılıb.

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 8 nömrəli Uşaq Poliklinikasının fəaliyyətə başlamasının 40 illik yubi...
27/10/2025

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 8 nömrəli Uşaq Poliklinikasının fəaliyyətə başlamasının 40 illik yubileyi münasibətilə görüş keçirilib. Görüşdə Mərkəzin direktoru Elçin Əmirov, direktor müavinləri Ləman Mursaqulova, Güllü İbadova, departament rəhbərləri və digər rəsmi şəxslər iştirak ediblər.

İlk olaraq poliklinikanın təmirdən sonra yeni maddi-texniki avadanlıqlarla təchiz olunan kabinetlərinə baxış keçirilib. Belə ki, təmirdən sonra poliklinika müasir standartlara cavab verən rəngli-doppler exokardioqrafiya, ultrasəs və göz müayinəsi avadanlıqları ilə təmin olunub. Laboratoriya, oftalmoloji, kardioloji, şüa-diaqnostika kabinetlərinə baxış keçirən rəsmilər burada yaradılan şəraitlə tanış olub, tibb işçilərinin əmək şəraiti və iş prosesində qarşılaşdıqları çətinliklərlə maraqlanıblar.

Daha sonra görüş poliklinikanın akt zalında təşkil olunan rəsmi tədbirlə davam etdirilib. Tədbiri giriş sözü ilə açan 8 nömrəli Uşaq Poliklinikasının baş həkimi Nuriyyə Tağıyeva poliklinikanın 40 il ərzində keçdiyi inkişaf yolundan, xüsusilə, TƏBİB-in idarəçiliyi dövründə həyata keçirilən islahatlardan, tibb müəssisəsinin həm maddi-texniki cəhətdən təmin olunması, həmçinin kadr potensialının gücləndirilməsi istiqamətdə görülən işlərdən söz açıb, həyata keçirilən mütərəqqi islahatlara görə Bakı Baş Səhiyyə Mərkəzi, o cümlədən TƏBİB rəhbərliyinə öz minnətdarlığını bildirib.

Elçin Əmirov isə öz çıxışında poliklinikanın heyətinə TƏBİB rəhbərliyinin təbriklərini çatdırıb, yaradılan şəraitə görə onlara öz təşəkkürünü ifadə edib. O həmçinin, vurğulayıb ki, bu gün poliklinikaya 3-cü səfəridir, bu dəfə öncəki səfərlərində müşahidə etdiyi çatışmazlıqların aradan qalxmasının şahidi olub. Bundan məmnunluğunu ifadə edən direktor görülən işlərin yekunlaşmadığını, uğurlu layihələrin həyata keçiriləcəyini nəzərə çatdırıb.

Daha sonra tədbir Uşaq Poliklinikasının şöbə müdiri Elçin Əliyevin və baş tibb bacısı Aygün Həsənovanın çıxışları ilə davam etdirilib.

Tədbirin sonunda öz xidmətlərinə görə fərqlənən bir sıra əməkdaşlara təşəkkürnamələr təqdim olunub.

Bu günün təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin iyulun 31-...
25/10/2025

Bu günün təntənəli şəkildə qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin iyulun 31-də Sərəncam imzalayıb.

Müzəffər Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatları nəticəsində həmin il oktyabrın 25-də Qubadlının işğalına son qoyulub. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günündə - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb. Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini düşmən işğalından xilas edib. Tarixi zəfərimiz sayəsində Qubadlı şəhərində üçrəngli Azərbaycan bayrağı dalğalanır.

“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin (BBSM) rəhbərliyinin tapşırığına əsasən BBSM-in strukturuna daxil olan tibb müəssisəl...
24/10/2025

“Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ-nin (BBSM) rəhbərliyinin tapşırığına əsasən BBSM-in strukturuna daxil olan tibb müəssisələrində vətəndaşlar üçün növbəti “Açıq qapı” günü keçirilib. Belə ki, paytaxtın Suraxanı və Sabunçu rayonlarında yerləşən ilkin səhiyyə xidməti müəssisələrini əhatə edən vətəndaş qəbulları 43 və 11 nömrəli Şəhər Poliklinikalarında təşkil olunub.

BBSM və ərazi üzrə tibb müəssisələrinin rəhbər şəxslərinin iştirak etdiyi vətəndaş qəbulları zamanı ümumilikdə 12 vətəndaş qəbul edilib.

Vətəndaşların müraciətləri əsasən, şəkərli diabet xəstəlikləri ilə dispanser qeydiyyatında olan xəstələrin dərman təminatının artırılması, ambulator tibbi kitabçaların elektronlaşdırılması, canlı növbənin tənzimlənməməsi və s. məsələlərlə bağlı olub. Müraciətlər müvafiq qaydada cavablandırılıb.

Yerlərdə səyyar vətəndaş qəbullarının təşkil edilməsi məqsədilə keçirilən “Açıq qapı” günləri BBSM-in strukturuna daxil olan digər tibb müəssisələrində də mütəmadi olaraq həyata keçirilir.

Hər il oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günü kimi qeyd edilir.Poliomielit sinir sistemini zədələyən, əzəl...
24/10/2025

Hər il oktyabrın 24-ü Ümumdünya Poliomielitlə Mübarizə Günü kimi qeyd edilir.

Poliomielit sinir sistemini zədələyən, əzələlərin iflicinə səbəb olan və ağırlaşmış halda ölümlə nəticələnə bilən yoluxucu xəstəlikdir.

Xəstəlikdən qorunmağın ən effektiv yolu peyvənd olunmaqdır. OPV və İPV poliomielit xəstəliyinə qarşı vurulan peyvəndlərdir.

Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində tibbi xidmətin təşkili Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil ol...
24/10/2025

Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində tibbi xidmətin təşkili Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan və uşaq əhalisinə tibbi xidmət göstərən tibb müəssisələri tərəfindən həyata keçirilir. Bu məqsədlə, şagirdlərin sayından asılı olaraq, tibb bacısı və həkim təyin olunur.

Məktəblərdə tibbi xidmətin təşkili uşaqların sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bakı Baş Səhiyyə Mərkəzinin İlkin tibbi sanitariya yardımının təşkili şöbəsinin böyük mütəxəssisi Rahilə Əsgərovanın sözlərinə görə, məktəblərdə tibbi məntəqələr fəaliyyət göstərir, bu məntəqələr zəruri tibbi avadanlıqlar və ilkin tibbi yardım üçün nəzərdə tutulmuş dərman və ləvazimatlarla təmin olunur:

“Həkim tibb bacısının fəaliyyətinə nəzarət edir, zərurət yarandıqda ilkin tibbi yardım göstərir, eləcə də dövlət proqramlarına uyğun olaraq valideynlər və şagirdlər üçün müxtəlif mövzularda maarifləndirici tədbirlər həyata keçirir və sanitar maarifləndirmə işi aparır.

Tibb bacısı dərsə gələn şagirdlərin qəbulunda iştirak edir. Hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda, termometriya aparılır, bədən hərarəti yüksək olan şagirdlər isə filtr otağına yönləndirilir. Həmin otaqda həkim tərəfindən müayinə aparılır, ilkin tibbi yardım göstərilir və şagirdin valideyni ilə əlaqə saxlanılır. Məktəb direktorunun iştirakı ilə şagird valideynin nəzarəti altında ailə həkiminə yönləndirilir və bu barədə ailə həkiminə məlumat verilir”.

R.Əsgərova onu da qeyd etdi ki, məktəblərdə tibbi xidmətin əsas məqsədi şagirdlərin sağlamlığının müntəzəm olaraq izlənməsidir. Bu məqsədlə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il tarixli, 109 nömrəli qərarına əsasən, şagirdlərin ildə bir dəfə icbari dispanserizasiya müayinəsindən keçməsi təmin olunur. Şagirdlər yaş xüsusiyyətlərinə uyğun olaraq poliklinikalara yönləndirilir, xəstəlik aşkar olunduğu halda dispanser qeydiyyatına götürülür və daimi tibbi nəzarətdə saxlanılır.

23/10/2025

“Həkim cavablayır!” rubrikasında Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində çalışan müxtəlif ixtisas həkimləri müasir dövrümüzdə geniş yayılmış xəstəliklər, ən aktual tibbi mövzularla bağlı suallarınızı cavablandırırlar.

Bu dəfəki buraxılışımızda həkim-pediatr Qönçə Nəbizadə "Uşaqlarda yüksək hərarət " mövzusu haqqında məlumat verir.

Siz soruşun, həkimlərimiz cavablandırsın...

Sağlamlığınızın qeydinə qalın!

a

22/10/2025

Ölkəmizin bəzi regionlarında erkən nikahlara tez-tez rast gəlinir. Bu, qanunvericiliyi pozmaqla yanaşı, qız uşaqlarının ...
22/10/2025

Ölkəmizin bəzi regionlarında erkən nikahlara tez-tez rast gəlinir. Bu, qanunvericiliyi pozmaqla yanaşı, qız uşaqlarının sağlamlığında da ciddi təhlükələr yaradır.

Erkən nikahların aradan qaldırılması üçün əhali arasında sanitar-maarifləndirmə işi qadın məsləhətxanalarının sahə mama-ginekoloqları tərəfindən aparılır.

Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan 2 nömrəli Qadın Məsləhətxanasının baş həkimi Yeganə Babayevanın sözlərinə görə, erkən nikahlarda baş verən hamiləlik, bir qayda olaraq risklidir:

“Bu hamiləliklərin nəticəsində perinatal ölüm faizi də yüksək olur. Statistikaya nəzər salsaq, doğulmuş körpələrin həyatlarında bir çox xəstəliklər qeydə alınır. Belə ki, 15-18 yaş arası baş verən hamiləliklərdə fiziki yetkinliyin başa çatmaması ana ölümünə zəmin yarada bilər. Bunun üçün hamiləliyin erkən dəqiqləşdirilməsi vacib amildir. Bu dövrdə hamiləlik toksikozları, ürəkbulanma, qusma, bəzən aramsız qusmalar müşahidə oluna bilər. Hamilə çəki itirir, orqanizmdə mübadilə prosesləri pozulur, dəri quruyur, anemiya inkişaf edir, qaraciyərdə funksional dəyişikliklər baş verir. Bu vəziyyət proqressivləşdikdə, hamiləliyi süni sonlandırmaq lazım gəlir. Lakin süni abort da qızlarımızın sağlamlığı üçün riskli olur, bu zaman onlarda cinsiyyət yolları, uşaqlıq boynu, uşaqlıq cismi travmalara məruz qala, hormonal fon pozula bilər, gələcək hamiləliyin baş verməsi çətinləşir”.

Əgər sadalanan hallar üzrə hər hansı əlamətlər varsa, dərhal həkimə müraciət edilməlidir. Mütəxəssis bildirir ki, hamilə mütləq qeydiyyata alınmalı və dinamik nəzarətdə saxlanılmalıdır:

“Bu zaman hamiləliyin davam etdirilməsində ailə üzvlərinin psixoloji dəstəyi vacibdir. Hamilədə immun sisteminin zəifləməsi, anemiyanın yaranması və proqressivləşməsini nəzərə alaraq, həkim-ginekoloq onun üçün xüsusi qidalanma, həyat tərzi rejimi müəyyən edir. O cümlədən, vaxtından qabaq doğuşun profilaktikası, vaxtında planlı hospitalizasiya təşkil edilir. Hamiləlikdə analar məktəbi və psixoprofilaktik hazırlıq həkim tərəfindən aparılır. Amma bununla belə psixoemosional durumun qeyri-stabil olmasını nəzərə alaraq, doğuşun təbii deyil, cərrahi olma ehtimalı yüksək olur”.

Valideynlər riskləri dərk edərək, övladlarının sağlamlığını təhlükəyə atmaqdan çəkinməlidir! Biz hər bir valideyni övladlarını erkən nikahdan yayındırmağa çağırırıq! Lakin, bu baş verirsə, mütləq həkimə müraciət edib, professional ailə planlaması, kontrasepsiya barədə məsləhət alınmalıdır! Və ya hamiləlik artıq baş veribsə, ana erkən dövrdə qeydiyyata alınmalı, onun və körpənin sağlamlığı nəzarətə alınmalıdır!

Bu barədə əlavə məlumatları qadın məsləhətxanalarından və ya bu müəssisələrdə çalışan sahə mama-ginekoloqlarından əldə edə bilərsiniz!

Address

Bakı şəhəri, Mikayıl Müşfiq Küçəsi 1M
Baku
AZ1138

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994125963315

Website

Alerts

Be the first to know and let us send you an email when Bakı Baş Səhiyyə Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Bakı Baş Səhiyyə Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram