24/09/2021
İdeal ağ dişlər təkcə estetik yox, həm də sağlamlıq baxımından artıq önəm daşıyır. Buna baxmayaraq, heç də hamımızın anadangəlmə ağappaq dişləri olmur. Ümumiyyətlə diş sarısı nədir və buna nələr təsir edir❓
⭐Genetika - Bizim hər birimizdə anadan olandan bəri dişimizin rəngini müəyyən edən gen var. Həmçinin mina və ya dentinin qüsurlarını yaradan anadangəlmə xəstəliklər də mövcuddur. Bu xəstəliklər nəticəsində dişlər tədricən saralır və hətta qəhvəyi çalar alır.
⭐Qida və içkilər - Bəzi qidalardakı və içkilərdəki rəng piqmentləri diş minasındakı məsamələrdən dişlərimizin daha dərin toxumalarına sirayət edə bilir.
⭐Dərmanlar və plomblar - Bəzi antibiotiklər, diş toxumasının formalaşmasında pozuntular yarada bilər. Bəzi ağız boşluğunun yaxalanması üçün nəzərdə tutulan preparatlar da diş minasına sarılıq verə bilər.
⭐Yaşlanma və qulluğun azlığı - Yaşlandıqca dişlərin sarı çalar alması təbii prosesdir. Burada həm də ağız boşluğumuza necə qulluq etməyimizdən də çox şey asılıdır.
Bəs dişlərimizi saralmadan necə qoruya bilərik?🤔 Bu barədə daha ətraflı növbəti postlarda qeyd edəcəm.
📲 (+994) 50 533 00 55
📍Nərimanov, Həsənoğlu 13 Kepro Esthetic Clinic