14/02/2023
Normal hamiləlikdə böyrəklərdə bəzi fizioloji və anatomik dəyişikliklər baş verir. Bu dəyişikliklər normal qadın orqanizmində olduğundan fərqli olsa da patologiya hesab olunmur.
1. damar genişlənməsi hesabına qan təzyiqinin aşağı düşməsi.
2. Böyrək yumaqcıqlarının filtrasiyası 4-cü aydan etibarən 8-ci aya qədər artır və sonra normala qayıdır.
3. Kreatin sidik cövhəri sidik turşusunun bədəndən atılımı yüksəldiyinə görə qanda göstəriciləri normadan aşağı düşür.
4. Böyrəklərin ölçüləri 1 sm'ə qədər böyüyə bilər.
5. Qan şəkərinin yenidən qana sorulmasının azalması və artıq şəkərin sidiyə ifraz olunması nəticəsində hamilələrin 40-50%-ində sidikdə şəkər görünə bilər.
6. Böyrəklər vasitəsilə kalsium aminturşuların ifrazının çoxalmasına görə sidikdə bu maddələrin çoxluğuna da rast gəlinə bilər.
7. Böyrəklərin kasa ləyən sistemində baş verən dəyişikliklərə əsasən yalançı obstruktiv uropatiya ultrasəs müayinəsində görülə bilər.
Bütün yuxarıda sadalanan əlamətləri həm həkimlərin həm də hamilə xanımların daim diqqətdə saxlamaları məsləhətdir. Çünki bu göstəricilər patologiya hesab olunmur və hamiləliyin gedişatında gözlənilən dəyişikliklərdir.
☎️ (070) 333 00 20
📧 info@apimed.az
📍Yasamal rayon,Şərifzadə küçəsi 3137-ci məhəllə (ATV kanalı ilə üz-üzə)