Pirallahı Tibb Mərkəzi

Pirallahı Tibb Mərkəzi Tibb müəssisəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərir.

❓Pirallahı Tibb Mərkəzində göstərilən tibbi xidmətlərdən razısınızmı?📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülm...
05/12/2025

❓Pirallahı Tibb Mərkəzində göstərilən tibbi xidmətlərdən razısınızmı?

📋 Sorğu vətəndaşların məmnunluq səviyyəsinin ölçülməsi məqsədilə keçirilir.

🔗 İştirak etmək üçün: https://forms.gle/cL3gsTb6xcNn9rJu6

📌 Sorğu 25 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Pirallahıda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilibSəhiyyə Nazirliyi Res...
03/12/2025

Pirallahıda “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində könüllü qanvermə aksiyası keçirilib

Səhiyyə Nazirliyi Respublika Qan Bankı tərəfindən Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində növbəti könüllü qanvermə aksiyası təşkil olunub. Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbir “Konstitusiya və Suverenlik İli”nə həsr edilib.

Aksiya Pirallahı Tibb Mərkəzinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsində karantin qaydalarına uyğun şəkildə baş tutub. Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qurumları, idarə və müəssisələrin işçiləri, bələdiyyə nümayəndələri və rayon ictimaiyyəti qanvermə prosesində fəal iştirak ediblər.

Respublika Qan Bankının tibbi heyəti tərəfindən sağlamlıq göstəriciləri əvvəlcədən qiymətləndirilmiş donorlardan toplanan qan ehtiyatı talassemiya, hemofiliya və leykoz kimi xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsində istifadə olunacaq.

Təşkilatçılar qeyd ediblər ki, bu kimi aksiyalar həm ictimai həmrəyliyin gücləndirilməsi, həm də qan ehtiyatlarının təhlükəsiz səviyyədə saxlanılması baxımından böyük əhəmiyyət daşıyır.

Pirallahı Tibb Mərkəzində “Antimikrob rezistentlik və düzgün antibiotik istifadəsi” mövzusunda seminar keçirilib. Mövzu ...
26/11/2025

Pirallahı Tibb Mərkəzində “Antimikrob rezistentlik və düzgün antibiotik istifadəsi” mövzusunda seminar keçirilib. Mövzu həkim-terapevt Mirsəbiyyə Əliyevanın təqdimatında dinləyicilərə təqdim olunub.

Tədbir zamanı antimikrob rezistentlik nədir, neden qlobal problem sayılır, yaranma səbəbləri, nəticələri, qarşısının alınması yolları, həmçinin ictimai maarifləndirmənin rolu kimi vacib məqamlar müzakirə edilib. Seminarda Pirallahı Tibb Mərkəzinin direktor müavini Fəranə Gözəlova və digər tibb işçiləri iştirak ediblər.

Qeyd edək ki, 2025-ci il üçün Dünya Antimikrob Müqavimətinə qarşı Maarifləndirmə Həftəsinin şüarı belədir:
“İndi hərəkətə keç – bu günümüzü qoru, gələcəyimizi təhlükəsiz et!”

22 noyabr 2025-ci ildə Zirə EKO Parkda Pirallahı Tibb Mərkəzi və ATTA-nın birgə təşkilatçılığı ilə “Kardioloji Təcili Ha...
25/11/2025

22 noyabr 2025-ci ildə Zirə EKO Parkda Pirallahı Tibb Mərkəzi və ATTA-nın birgə təşkilatçılığı ilə “Kardioloji Təcili Hallar: Klinik Standartlar və Alqoritmlər” mövzusunda konfrans keçirilib. Tədbirdə TƏBİB-in tabeliyində olan müxtəlif tibb müəssisələrindən kardioloq, pulmonoloq, terapevt və pediatrlar iştirak ediblər.

Konfransın rəsmi açılışını Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov edib. Ardınca Azərbaycan Təcili Tibb Akademiyasının rəhbəri Tural Əliyev “Kardiak Arest: Alqoritmalar və Klinik Protokollar”, ATU Təcili Tibb kafedrasının assistenti, “Yeni Klinika” Təcili Yardım şöbəsinin müdiri Fəxriyyə Quliyeva “Çox Rast Gəlinən Disritmiyalar”, Dövlət Təhlükəsizlik Xidməti Hospitalının Təcili Yardım şöbəsinin müdiri Cəlal Qasımov “Kəskin Koronar Sindrom”, ATU Təcili Tibb kafedrasının assistenti, Kliniki Tibbi Mərkəzin Təcili Yardım şöbəsinin həkimi Günel Sadıqova isə “Hipertenziv Xəstələrə Ümumi Yanaşma” mövzularında məruzə ilə çıxış ediblər.

Konfrans çərçivəsində kardioloji təcili hallar üzrə aktual yanaşmalar, klinik protokollar və praktiki alqoritmlər müzakirə olunaraq həkimlər arasında təcrübə mübadiləsi aparılıb.

Bu gün Azərbaycanın hər bir nöqtəsində üçrəngli şanlı bayrağımız dalğalanır! 🇦🇿
09/11/2025

Bu gün Azərbaycanın hər bir nöqtəsində üçrəngli şanlı bayrağımız dalğalanır! 🇦🇿

Qələbənin, tarixi ədalətin, şücaətin beşinci ildönümü mübarək, Azərbaycan!44 günlük Vətən müharibəsində qazanılan tarixi...
08/11/2025

Qələbənin, tarixi ədalətin, şücaətin beşinci ildönümü mübarək, Azərbaycan!

44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin beşinci ildönümü münasibətilə hər kəsi təbrik edirik!

Şanlı qələbəni bizə yaşadan və Ali Baş Komandanın rəhbərliyi ilə uzun illərin hicranını vüsala qovuşduran müzəffər ordumuza minnətdarıq!

🇦🇿

06 noyabr 2025-ci il tarixində Pirallahı Tibb Mərkəzinin inzibati ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada müəss...
07/11/2025

06 noyabr 2025-ci il tarixində Pirallahı Tibb Mərkəzinin inzibati ərazisində ağacəkmə aksiyası keçirilib. Aksiyada müəssisənin direktoru Azər Zeynalov, şöbə müdirləri, həkimlər və müəssisənin əməkdaşları iştirak ediblər.

Tədbir çərçivəsində 100 ədəd şam ağacı əkilib, ərazidə abadlıq işləri aparılıb, ağacların dibləri yumşaldılıb və yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Aksiyanın keçirilməsində əsas məqsəd ekosistemin qorunması, havanın keyfiyyətinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsinə töhfə vermək, iqlim dəyişikliyinə qarşı mübarizəni gücləndirmək və ictimaiyyətin diqqətini yaşıllıqların qorunmasına yönəltmək olub.

Pirallahı Tibb Mərkəzinin kollektivi Fəxri Xiyabanı ziyarət edibPirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalovun rəhb...
06/11/2025

Pirallahı Tibb Mərkəzinin kollektivi Fəxri Xiyabanı ziyarət edib

Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalovun rəhbərliyi ilə Mərkəzin və Tibbi Reabilitasiya Mərkəzinin əməkdaşları Fəxri Xiyabanı ziyarət ediblər. Ziyarət zamanı Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, onların əziz xatirəsi dərin ehtiramla yad olunub.

Tədbir çərçivəsində iştirakçılar həmçinin döyüşlərdə qəhrəmanlıq göstərmiş igid oğulların məzarlarını da ziyarət edərək, onların göstərdiyi fədakarlığın xalqımız tərəfindən heç vaxt unudulmayacağını vurğulayıblar.

Ziyarət sonda xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Pirallahı Tibb Mərkəzində Beynəlxalq İPİN həftəsinə həsr edilmiş tədbir keçirilibPirallahı Tibb Mərkəzində Beynəlxalq İn...
24/10/2025

Pirallahı Tibb Mərkəzində Beynəlxalq İPİN həftəsinə həsr edilmiş tədbir keçirilib

Pirallahı Tibb Mərkəzində Beynəlxalq İnfeksiyaların Profilaktikası və İnfeksiyaya Nəzarət (İPİN) həftəsinə həsr olunmuş tədbir baş tutub.

Tədbirdə keyfiyyətə nəzarətin idarəedilməsi üzrə mütəxəssis İlhamə Heybətova İPİN standartları və tibb işçilərinin üzərinə düşən məsuliyyət barədə çıxış edib.

Tibb bacıları şöbəsinin baş tibb bacısı Elnarə İsmayılova və İPİN üzrə tibb bacısı Nəzrin Rəhimova isə iştirakçılara İPİN sahəsində qüvvədə olan təlimatlar haqqında məlumat veriblər.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.

Qeyd edək ki, hər il oktyabr ayının üçüncü həftəsi Beynəlxalq İPİN həftəsi kimi qeyd olunur.

Pirallahı Tibb Mərkəzinə 66 yaşlı kişi qarın nahiyəsində, göbək ətrafında, sol tərəfdə və qalçada ağrı, köp və qəbizlik,...
24/10/2025

Pirallahı Tibb Mərkəzinə 66 yaşlı kişi qarın nahiyəsində, göbək ətrafında, sol tərəfdə və qalçada ağrı, köp və qəbizlik, həmçinin qanaxma şikayətləri ilə müraciət edib.

Həkimlər tərəfindən diaqnoz olaraq bağırsaq keçməməzliyi müəyyənləşdirilib. Xəstə dərhal əməliyyata alınıb. Sağ tərəfli hemikolektomiya, omentektomiya və drenaj əməliyyatı peşəkar cərrahlar tərəfindən uğurla həyata keçirilib.

Əməliyyat Pirallahı Tibb Mərkəzinin Cərrahiyyə şöbəsinin həkim-ümumi cərrahları operator Qabil Kərimov və asistent Kamil Məmmədxanov, həkim-anestezioloq-reanimatoloq Abdullayeva Günel və digər tibbi heyətin birgə iştirakı ilə baş tutub.

Əməliyyatdan sonra xəstənin vəziyyəti stabildir və o, evə buraxılıb.

"Kardioloji Təcili Hallar: Klinik Standartlar və Alqoritmlər" mövzusunda konfrans keçiriləcək22 noyabr 2025-ci il tarixi...
22/10/2025

"Kardioloji Təcili Hallar: Klinik Standartlar və Alqoritmlər" mövzusunda konfrans keçiriləcək

22 noyabr 2025-ci il tarixində Zirə EKO Parkda Pirallahı Tibb Mərkəzi və Azərbaycan Təcili Tibb Akademiyasının birgə təşkilatçılığı ilə "Kardioloji Təcili Hallar: Klinik Standartlar və Alqoritmlər" adlı elmi-praktik konfrans keçiriləcək.

14–16 oktyabr 2025-ci il tarixlərində Pirallahı Tibb Mərkəzində keçirilən təlimlərin sonunda, həm tibb bacılarının bilik...
22/10/2025

14–16 oktyabr 2025-ci il tarixlərində Pirallahı Tibb Mərkəzində keçirilən təlimlərin sonunda, həm tibb bacılarının bilik səviyyəsini qiymətləndirmək, həm də təlimlərin effektivliyini ölçmək məqsədilə imtahan təşkil olunub.

İmtahan prosesinə Tibb bacıları şöbəsinin baş tibb bacısı Elnarə İsmayılova, İnsan resursları şöbəsinin müdiri Aysel Piriyeva, direktor köməkçisi Şirzad Əsgərov və Təhlükəsizlik bölməsinin müdiri Məcid Səttərov nəzarət edib.

Peşəkar inkişafın davamlılığını təmin edən bu mərhələ, tibbi heyətin hazırlıq səviyyəsinin daha da yüksəldilməsinə xidmət edir.

Address

Bakı şəhəri Pirallahı Rayonu Kamil Rzayev 22/13
Baku

Telephone

+994124570748

Website

Alerts

Be the first to know and let us send you an email when Pirallahı Tibb Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Pirallahı Tibb Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram