Pediatriya - Leyla Medical Center

Pediatriya - Leyla Medical Center Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pediatriya - Leyla Medical Center, Hospital, Baku.

Yenidoğulmuşların Metabolik Skrininq Testi (və ya Daban Testi, Topuq Testi) - heç bir kliniki əlaməti olmayan,lakin gec ...
03/11/2025

Yenidoğulmuşların Metabolik Skrininq Testi (və ya Daban Testi, Topuq Testi) - heç bir kliniki əlaməti olmayan,lakin gec diaqnoz qoyulduqda müalicəsi çətin,qalıcı fəsadlara səbəb olan, metabolik və ya irsi xəstəlikləri zamanında təyin edən testdir.
Yenidoğulmuşların metabolik skrininqi körpə doğulduqdan 3-14 gün (doğuş həftəsinə görə) ərzində aparılır. Bu test üçün körpə dabanından bir neçə damcı qan götürülür və filtr kağızın üzərinə hopdurulur, qan quruduqdan sonra skrininq testi aparılır.
Skrininq testinin ilk iki həftədə aparılmasının məqsədi:
20-yə yaxın metabolik xəstəlik yenidoğulmuşun həyatının ilk 2 həftəsi ərzində geri dönüşü olmayan ağır fəsadlara və erkən ölümə səbəb ola bilər.Testin aparılmasının əsas məqsədi neonatal dövrdə metabolik xəstəliklərin aşkarlanması və körpədə bu səbəbdən yarana biləcək geri dönüşü olmayan fəsadların vaxtında qarşısının alınmasıdır.Hər hansı klinik əlamətdən asılı olmayaraq aparılan skrininq testi sağlam gələcəyimizin təminatı ola bilər.

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Referans Medical Group olaraq, kənd təsərrüfatı sahəsinin inkişafına, ölkəmizin iqtisadi tərəqqisinə verdiyiniz dəyərli ...
31/10/2025

Referans Medical Group olaraq, kənd təsərrüfatı sahəsinin inkişafına, ölkəmizin iqtisadi tərəqqisinə verdiyiniz dəyərli töhfələrə görə Sizə dərin minnətdarlığımızı bildiririk.

Əməksevərliyiniz, torpağa olan bağlılığınız və fədakarlığınız sayəsində bu gün torpaqlarımız bərəkət, süfrələrimiz isə bolluq qazanır.

Bu əlamətdar gün münasibətilə bütün kənd təsərrüfatı işçilərini səmimi-qəlbdən təbrik edir, sizə bol məhsul və gələcək fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

28/10/2025

“Çəhrayı Oktyabr” çərçivəsində Referans Medical Group-un təşkilatçılığı ilə 70-dən çox xanım süd vəzi xərçənginə qarşı veloyürüşdə bir araya gəldi.

Tədbirdən xoş anları sizinlə bölüşürük.

27/10/2025

Mərkəzimizin Pediatırı Uzm. Dr.Aysel Qədimova

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

👶 Leyla Medical Center – Pediatriya 2 filialı uşaqların sağlamlığına yeni yanaşma təqdim edir!Artıq balacalarınız klinik...
25/10/2025

👶 Leyla Medical Center – Pediatriya 2 filialı uşaqların sağlamlığına yeni yanaşma təqdim edir!
Artıq balacalarınız klinikaya gəlmədən, ev şəraitində 24 saatlıq peşəkar tibbi nəzarət altında ola biləcək! 🏡💙
Evdə stasionar pediatrik tibbi xidmətinə daxildir:
✅ 24 saatlıq tibbi nəzarət və müşayiət
✅ Peşəkar pediatr tərəfindən evdə müayinə
✅ Venadaxili infuziyalar (sistemlər) və digər tibbi manipulyasiyalar
✅ Funksional diaqnostika və müşahidələr
✅ Tibb bacısının gündəlik evə səfəri
✅ Reseptlərin tərtibi və müalicə planının hazırlanması
👩‍⚕️ Xidmət kimlər üçündür?
Kəskin respirator virus infeksiyaları (KRVİ) və digər yoluxucu risklər daşıyan uşaqlar üçün nəzərdə tutulub.
Uşağınız evdən çıxmadan, təhlükəsiz və rahat şəkildə həkim nəzarətində olacaq.

🎯 Məqsədimiz: Uşaqların sağlamlığını qorumaq, valideynlər üçün isə rahat, etibarlı və keyfiyyətli tibbi xidmət təmin etməkdir.

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Peyvəndlər insanların sağlamlığını qorumaqda ən önəmli vasitələrdən biridir. Uşaqlıqdan başlayaraq, peyvəndlərin vaxtınd...
24/10/2025

Peyvəndlər insanların sağlamlığını qorumaqda ən önəmli vasitələrdən biridir. Uşaqlıqdan başlayaraq, peyvəndlərin vaxtında və tam şəkildə vurulması, müxtəlif yoluxucu xəstəliklərin qarşısını almaqla sağlamlığımızı gücləndirir.
Peyvəndin Əhəmiyyəti:
•Xəstəliklərin qarşısını alır və xəstələnmə riskini azaldır
•Cəmiyyət sağlamlığını qoruyur, xəstəliklərin yayılmasını önləyir
•Ağır fəsadların və ölümün qarşısını alır
•Sağlam böyümə və inkişaf üçün vacibdir

Peyvəndinizi tamamlayın, xəstəliklərə qalib gəlin!

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

21/10/2025

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla baş tutdu!

Referans Medical Group-un təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi, eləcə də Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin iştirakı ilə keçirilən tədbirdə tibdə süni intellektin, rəqəmsal texnologiyaların və innovativ yanaşmaların rolu müzakirə olundu.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, səhiyyə mütəxəssisləri və texnoloji şirkətlərin rəhbərləri iştirak edərək tibbin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi apardılar.

Referans Medical Group olaraq, biz səhiyyədə innovativ yanaşmaların tətbiqini dəstəkləməyə və tibbi xidmətlərin keyfiyyətini daha da artırmağa davam edirik.

Körpənin hərarəti neçə dərəcəni keçdikdə “qızdırma” sayılır? A) 36.5°C B) 37.5°C C) 38°C D) 39°C ✅ Doğru cavab: C (38°C ...
20/10/2025

Körpənin hərarəti neçə dərəcəni keçdikdə “qızdırma” sayılır?
A) 36.5°C
B) 37.5°C
C) 38°C
D) 39°C
✅ Doğru cavab: C (38°C və yuxarı — qızdırma sayılır)

Qızdırma, körpənin bədən temperaturunun normal səviyyədən yuxarı qalxmasıdır və adətən 38°C və yuxarı olduqda tibbi diqqət tələb edə bilər. Körpələrdə qızdırma səbəbi müxtəlif ola bilər və vaxtında diaqnoz və müalicə çox önəmlidir.

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

20 oktyabr hər il Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd sümüklərin ...
20/10/2025

20 oktyabr hər il Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd sümüklərin möhkəmliyini itirməsi və kövrəkləşməsi ilə xarakterizə olunan osteoporoz xəstəliyinə diqqət çəkməkdir. Bu xəstəlik, xüsusilə yaşlı insanlarda sümük sınıqları riskini ciddi şəkildə artırır. Günü qeyd etməklə məqsəd insanların osteoporozun erkən mərhələdə aşkarlanmasının vacibliyini anlaması və profilaktik tədbirlərlə sağlam sümükləri qorumaq istiqamətində maariflənməsidir.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü oktyabrın 18-i qeyd olunur.Azərbaycan xalqı tarixi qələbə...
17/10/2025

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin Bərpası Günü oktyabrın 18-i qeyd olunur.
Azərbaycan xalqı tarixi qələbəsi ilə bir daha göstərdi ki, müstəqilliyimiz dönməz və əbədidir.
Referans Medical Group olaraq, tariximizin ən parlaq səhifələrindən biri olan Müstəqilliyin Bərpası Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edirik.
Yaşasın azad və müstəqil Azərbaycan!

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib. Referans Medical Group və Türk...
17/10/2025

“Tibbin gələcəyi: İnnovativ texnoloji həllər” adlı elmi konfrans uğurla həyata keçirilib. Referans Medical Group və Türkiyənin “Uğur Sağlık Teknolojileri” MMC şirkətinin təşkilatçılığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, TƏBİB və KOBİA tərəfdaşlığı ilə konfrans baş tutub.

Tədbirdə tibdə innovativ texnologiyaların tətbiqi, süni intellekt əsaslı həllərin inkişafı və beynəlxalq əməkdaşlıq imkanları müzakirə olunub. Dövlət qurumlarının nümayəndələri, Türkiyə və Azərbaycan səhiyyə mütəxəssisləri rəqəmsallaşma, tibbi innovasiyalar və texnoloji tərəqqinin əhəmiyyəti barədə çıxış ediblər.

Açılış mərasimində Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin İcraçı direktoru Fariz Cəfərov, KOBİA-nın sədr müavini Emil Hüseynli və “Uğur Sağlık Teknolojileri” MMC-nin Baş icraçı direktoru Yurdanur Murzoğlu çıxış edərək tibbi innovasiyaların inkişafı və beynəlxalq tərəfdaşlığın gücləndirilməsini vurğulayıblar.

Konfransda “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın əhəmiyyəti qeyd olunub, sənədin süni intellektin inkişafını təşviq etdiyi, müasir texnologiyaların tətbiqini və ixtisaslı kadr potensialının gücləndirilməsini dəstəklədiyi vurğulanıb.

Tədbir çərçivəsində Türkiyənin səhiyyə və texnologiya şirkətləri süni intellekt əsaslı reanimasiya sistemləri, VR simulyasiya texnologiyaları, uzaqdan fizioterapiya platformaları və müasir radioloji tətbiqlərlə bağlı təqdimatlar keçiriblər. Eyni zamanda, Leyla Medical Center-in Tibbi direktoru Dr. Sevda Cəfərova və Referans Medical Group-un Tibbi administratoru Dr. İbrahim Sivrikayanın moderatorluğu ilə innovativ tibbi texnologiyaların gələcək perspektivləri müzakirə olunub.

Konfrans çərçivəsində Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı MMC ilə “Uğur Sağlık Teknolojileri Azərbaycan” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Azərbaycan tibbi innovasiyalar və rəqəmsal səhiyyə sahəsində irəliləyərək sağlam gələcəyin formalaşmasına töhfə verməkdə davam edir.

Uşaqlarda İdman Öncesi Kardioloji Müayinə Niyə Vacibdir?Uşaqların sağlam və təhlükəsiz idman fəaliyyəti üçün idman öncəs...
17/10/2025

Uşaqlarda İdman Öncesi Kardioloji Müayinə Niyə Vacibdir?
Uşaqların sağlam və təhlükəsiz idman fəaliyyəti üçün idman öncəsi kardioloji müayinə çox önəmlidir. Bu müayinə, uşağın ürək-damar sisteminin idman yükünə uyğun olub-olmadığını müəyyən etmək məqsədi daşıyır.
Niyə vacibdir?
Ürək xəstəliklərinin vaxtında aşkarlanması: Bəzi ürək xəstəlikləri simptom vermədən gizli qala bilər. Kardioloji müayinə sayəsində bu xəstəliklər erkən mərhələdə müəyyən edilə bilər.
İdman zamanı təhlükəsizlik: Ürək problemləri olan uşaqların intensiv fiziki fəaliyyətləri təhlükəli ola bilər. Müayinə nəticəsində idman proqramı fərdi olaraq tənzimlənə bilər.
Sağlamlığın qorunması: Müntəzəm müayinə uşağın ümumi sağlamlığının izlənməsinə və lazım gəldikdə vaxtında müdaxiləyə imkan yaradır.
Uşaqların idmana başlamazdan əvvəl kardioloji müayinədən keçirilməsi onların sağlamlığı üçün ən önəmli addımlardan biridir. Bu müayinə ilə risklər azaldılır və uşaqların təhlükəsiz idman fəaliyyəti təmin edilir.

👉Leyla Medical Center-Pediatriya
🔸Sizin sağlamlığınız- bizim dəyərimizdir!
🏨Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
🏨Ünvan: Nərimanov rayonu,Məmməd Araz küç.27
☎Ətraflı məlumat: *0101
📞 Whatsapp dəstək nömrəsi: +994 55 455 0111
©️ Referans Medical Group

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Pediatriya - Leyla Medical Center posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category