Dr.İlkin Göyüşov

Dr.İlkin Göyüşov Uroloq, onkoloq olararaq işləyirəm. Böyrək, prostat vəzi, sidik kisəsi və kişi reproduktiv orqanlarının xəstəliklərinin cərrahi müalicəsi ilə məşğulam.

Fiziologiya yunanca fizis (təbiət) və loqos (bilik) sözlərinin birləşməsindən əmələ gəlib, orqanizmin normal şəkildə nec...
07/12/2025

Fiziologiya yunanca fizis (təbiət) və loqos (bilik) sözlərinin birləşməsindən əmələ gəlib, orqanizmin normal şəkildə necə işlədiyini öyrənən elmdir. Fizioloji sözü isə, orqanizmin fəaliyyətinin normalar daxilində, təbii olduğu mənasına gəlir.

Patologiya yunanca pafos (əzab, ağrı, xəstəlik) və loqos - (bilik) sözündən yaranıb, xəstəliklərin səbəbi, inkişafı və təsirini öyrənən elmdir. Patoloji sözü isə, funksiyaların pozulması, normadan kənarlaşma və xəstəlik mənasına gəlir.

02/12/2025

Sistit diaqnozu uroloq tərəfindən qoyulmalıdır və müalicəsi də uroloq tərəfindən təyin olunmalıdır. Lakin ilkin olaraq uroloqa gedə bilmirsə xəstə, heç həkimə getməməkdənsə, ginekoloqa getməsi daha yaxşıdır.

Növbəti videoda sistit zamanı qadınların niyə uroloqa müraciət etməli olduğunu izah etdim. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Əməliyyat məqsədilə həkimə müraciət etmisinizsə, varsa keçdiyiniz müayinələrin, xüsusilə də KT/MRT müayinələrinin disklə...
30/11/2025

Əməliyyat məqsədilə həkimə müraciət etmisinizsə, varsa keçdiyiniz müayinələrin, xüsusilə də KT/MRT müayinələrinin disklərini də özünüzlə götürün.
Düzdür, radioloq öz rəyini yazır. Lakin cərrahın bu müayinələrin diskinə baxması vacibdir. Cərrah həmin müayinələrə tamam başqa bir fikirlə baxır: "Mən necə edə bilərəm ki, bu əməliyyat daha rahat olsun, daha yaxşı keçsin və daha da tez keçsin?"

20/11/2025

Son dövrlər xüsusilə də gənclər arasında erkən boşalma problemi gündəmə gəlir. Erkən boşalma tibbi termin olaraq nədir, problemin səbəbləri nədir və müalicəsi necə aparılır?

Bu videoda erkən boşalma haqqında qısaca məlumat verməyə çalışdım. Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

Risk faktoru hər hansı bir xəstəliyin bilavasitə səbəbi olmasa da, onun yaranma ehtimalını artıran faktorların ümumi adı...
19/11/2025

Risk faktoru hər hansı bir xəstəliyin bilavasitə səbəbi olmasa da, onun yaranma ehtimalını artıran faktorların ümumi adıdır. Adətən bioloji, ekoloji və sosial risk faktorlarına ayrılır.

Məsələn, siqaret çəkmək sidik kisəsi xərçəngi üçün risk faktoru sayılır.

11/11/2025

Testosteron çatışmazlığının yaratdığı problemlər və testosteron qəbulu ilə problemlərin həlli haqqında danışmışdıq. Bu dəfə isə, testosteron qəbulunun nə kimi fəsadları ola bilər, onun haqqında məlumat verdim.

Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Sidik daşı ya böyrəklərdə, ya da sidik kisəsində yaranır. İkisinin yaranma səbəbləri fərqlidir. Sidik axarına isə, böyrə...
07/11/2025

Sidik daşı ya böyrəklərdə, ya da sidik kisəsində yaranır. İkisinin yaranma səbəbləri fərqlidir.

Sidik axarına isə, böyrəkdə yaranmış daşlar düşür. Onlar sidik kisəsinə doğru irəlilədikcə böyüklüyündən və formasından asılı olaraq şiddətli ağrı və sidikdə qan kimi əlamətlərlə özünü göstərir.

Uroloq müayinə üsullarından istifadə edərək hansı müalicəni tətbiq edəcəyinə qərar verir.

02/11/2025

Təbii üsullarla və dərmanlarla olmaqla testosteronu artırmağın 2 yolu var. Bu videoda bunlar haqqında məlumat verdim. Videoya baxın, suallarınız yaranarsa, qeyd edin.

Onkoloji xəstəlik şübhəsi zamanı diaqnozu təsdiqləmək üçün orqandan biopsiya ilə nümunə materal götürülür. Bu material b...
27/10/2025

Onkoloji xəstəlik şübhəsi zamanı diaqnozu təsdiqləmək üçün orqandan biopsiya ilə nümunə materal götürülür. Bu material bioptat adlanır. Məsələn, prostat vəzin xərçəng xəstəliyindən şübhələndikdə hər tərəfdən 6 (toplam 12) bioptat götürməlidir. Xərçəng diaqnozu bioptatın patoloji müayinəsi nəticəsində təsdiqlənir.

23/10/2025

Testosteron çatışmazlığının əlamətləri nədir? Hansı hallarda pasiyentə testosteron vurulmalıdır?

Qısaca desək, pasiyentləri gənc və orta yaş üstü olaraq 2 yerə bölürük və müalicə taktikasını da yaş qrupuna uyğun olaraq təyin edirik.

Ətraflı videoda. Videoya baxın, suallarınız yaranarsa qeyd edin.

Sidik analizi üçün nümunə götürərkən imkan daxilində sidiyin sidik axarının girişindəki bakteriyalarla təmasına yol verm...
22/10/2025

Sidik analizi üçün nümunə götürərkən imkan daxilində sidiyin sidik axarının girişindəki bakteriyalarla təmasına yol verməmək lazımdır. Bu məqsədlə sidiyin ilk hissəsi toplanmamalı, ilk hissə az miqdarda ifraz olunduqdan sonra sidiyin orta hissəsi xüsusi steril qaba yığılmalıdır.

Mikrobioloji analizlər üçün isə əksər hallarda səhər sidiyinin orta hissəsi tələb olunur.

20/10/2025

İnsanların testosteron haqqında fikirləri məhduddur. Bunlar daha çox testosteronun "kişi hormonu" olması, onun azlığının isə, kişinin cinsi həyatında problemə səbəb olduğudur. Əslində məsələ necədir?

Son illərdə testosteron ətrafında söhbətlərin trenddə olduğunu nəzərə alaraq bu mövzuyaya aydınlıq gətirmək istədim.

Videoya baxın, suallarınız yaranarsa soruşmağa çəkinməyin.

Address

Tbilisi Prospekti, 147
Baku
1122

Opening Hours

Monday 10:00 - 16:00
Tuesday 10:00 - 16:00
Wednesday 10:00 - 16:00
Thursday 10:00 - 16:00
Friday 10:00 - 16:00
Saturday 10:00 - 16:00

Telephone

+994708105551

Alerts

Be the first to know and let us send you an email when Dr.İlkin Göyüşov posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category