28/11/2025
📍 27 Noyabr – Mərkəzi Klinika
Bu gün Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin (AzRAC) və TİKA-nın dəstəyi ilə təşkil olunan EKMO Kursuna Mərkəzi Klinika ev sahibliyi etdi.
Tədbirdə Türkiyədən dəvət olunmuş mütəxəssislər –
Dr. Zafer Çukurova, Dr. Sinan Aşar, Dr. Payam Rahimi və Dr. Savaş Altınsoy – EKMO-nun fiziologiyası, kliniki göstəriciləri, kanulyasiya, oksigenator sistemi və ağırlaşmaların idarə olunması kimi mövzular üzrə geniş təqdimatlar etdilər.
Bu kimi elmi-praktik tədbirlər həkimlərimizin bilik və bacarıqlarının artırılmasına, ağır vəziyyətdə olan pasiyentlərin müalicəsində daha müasir yanaşmaların tətbiqinə böyük töhfə verir.
🔹 Mərkəzi Klinika – Etibar etdiyiniz sağlamlıq ünvanı.
🔹 Təlimdən görüntüləri videoda izləyə bilərsiniz.