Androloq Uroloq İsmayılov Namiq

Androloq Uroloq İsmayılov Namiq Androloq-Uroloq Uroloq Androloq

Son günlərdə cinsi həvəsin azalıb❓Bu, adi yorğunluq halı deyil. Səbəbi və çıxış yolunu bilmək üçün slaydları çevir 👉    ...
06/12/2025

Son günlərdə cinsi həvəsin azalıb❓
Bu, adi yorğunluq halı deyil.

Səbəbi və çıxış yolunu bilmək üçün slaydları çevir 👉 ̧isonsuzluğu

03/12/2025

İldə ən azı bir dəfə uroloqa getmək mütləqdir ☝️ Yadda saxlayın, orqanizm problemləri uzun müddət gizləyə bilər və diaqnozu, prosesin artıq xroniki olduğunu eşitmək sizin üçün böyük gözlənilməzlik olacaqdır ❗

Özünüzü və yaxınlarınızı qoruyun, profilaktika diaqnostikadan başlayır ✅

Ümumdünya QİÇS-lə Mübarizə Günü 📆 Hər il dekabrın 1-i bütün dünyada QİÇS-lə (HIV) Mübarizə Günü kimi qeyd olunur. Virus ...
01/12/2025

Ümumdünya QİÇS-lə Mübarizə Günü

📆 Hər il dekabrın 1-i bütün dünyada QİÇS-lə (HIV) Mübarizə Günü kimi qeyd olunur. Virus dünyada o qədər sürətlə inkişaf edib yayılır ki, onunla əlaqədar təqvimdə xüsusi gün də ayrılıb.

Mən də illərin təcrübəsinə malik peşəkar uroloq-androloq kimi bu mübarizəyə qoşulur və pasiyentlərimə QİÇS-ə və cinsi yolla ötürülən digər xəstəliklərə yoluxmamaları üçün təsadüfi cinsi yaxınlıqlardan çəkinməyi və mütləq qoruyucu vasitələrdən istifadə etməyi tövsiyə edirəm ✅

Prostat sağlamlığı niyə vacibdir?Prostat vəzi kişilərdə təxminən 40 yaşdan sonra böyüməyə başlayır və bu, müxtəlif probl...
29/11/2025

Prostat sağlamlığı niyə vacibdir?

Prostat vəzi kişilərdə təxminən 40 yaşdan sonra böyüməyə başlayır və bu, müxtəlif problemlərə səbəb ola bilər: 👇

⚠️ Gecələr tez-tez sidiyə çıxma
⚠️ Sidiyin zəif axını
⚠️ Tam boşalmama hissi

Bu əlamətlər yaşlılıq deyil, tibbi problemdir. Prostat adenoması və prostatit kimi vəziyyətlər erkən mərhələdə müalicə edilərsə, həyat keyfiyyəti xeyli yaxşılaşar ✨.

Daimi profilaktik müayinələr həyat tərzinizin bir parçası olmalıdır❗
Prostat sağlamlığınızı nəzarətdə saxlayın – gələcəyiniz üçün.

26/11/2025

Pen*sdə göynəmə, ağrı, tez-tez sidiyə çıxma kimi simptomlar ciddi xəstəliklərin xəbərçisi ola bilər 🆘

"Öz-özünə keçib-gedəcək" deməyin❗
Dəqiq diaqnoz üçün androloq müayinəsi şərtdir ☝️

✍️ Konsultasiyaya yazılmaq üçün müraciət edin.

Kişi sağlamlığı hər yaşda önəmlidir!20 yaşdan sonra kişilərin androloji və uroloji müayinələri gələcək sağlamlıq üçün hə...
21/11/2025

Kişi sağlamlığı hər yaşda önəmlidir!

20 yaşdan sonra kişilərin androloji və uroloji müayinələri gələcək sağlamlıq üçün həyati əhəmiyyət daşıyır❗

Erkən aşkarlanan problemlər – hormon disbalansı, prostat böyüməsi, erektil disfunksiya və digər cinsi sağlamlıq məsələləri – daha asan və effektiv müalicə olunur 💊💪

Yaş artdıqca testosteron səviyyəsi tədricən azalır ⬇️, prostat böyüməsi riski artır 🧬 və cinsi sağlamlıq problemləri daha tez-tez ortaya çıxır ⚠️

Amma narahat olmayın! 😌 Vaxtında profilaktik tədbir və düzgün həyat tərzi ilə bu riskləri əhəmiyyətli dərəcədə azaltmaq mümkündür. Stresi idarə etmək, balanslı qidalanmaq, kifayət qədər yuxu və müntəzəm fiziki aktivlik kişi sağlamlığının əsas sütünlarıdır 💚

💡 Yadda saxlayın: Sağlamlıq hər yaşda önəmlidir – profilaktika erkən problemləri aradan qaldırmaq və həyat keyfiyyətinizi qorumaq üçün ən effektiv yoldur 🌟

Səhərlər yuxudan yorğun halda oyanırsan❓Bu, cinsi zəifliklə nəticələnə bilər 🆘Səbəbi və çıxış yolunu bilmək üçün slaydla...
19/11/2025

Səhərlər yuxudan yorğun halda oyanırsan❓
Bu, cinsi zəifliklə nəticələnə bilər 🆘

Səbəbi və çıxış yolunu bilmək üçün slaydları çevir 🫵

Bilirdinizmi ki, ürək-damar xəstəlikləri və cinsi zəiflik (erektil disfunksiya) arasında birbaşa əlaqə var? 💔➡️💪 Qan döv...
15/11/2025

Bilirdinizmi ki, ürək-damar xəstəlikləri və cinsi zəiflik (erektil disfunksiya) arasında birbaşa əlaqə var? 💔➡️💪

Qan dövranı cinsi funksiyalar üçün həyati əhəmiyyət daşıyır. Ürək xəstəliyi, damar tıxanıqlığı və yüksək qan təzyiqi kişilərdə erektil disfunksiyanın əsas səbəblərindəndir 😟💉

Sadəcə cinsi problemlər kimi görünən simptomlar əslində ciddi ürək problemlərinin siqnalı ola bilər ⚠️💔

Araşdırmalar göstərir ki, cinsi zəiflik yaşayan kişilərin 50%-də ürək-damar xəstəlikləri mövcuddur, lakin onlar bu xəstəliyin fərqində olmaya bilərlər 👀

💡 Nəticə: Erektil disfunksiya yalnız cinsi problem deyil, həm də sağlamlıq xəbərçisidir. Profilaktik müayinə və düzgün həyat tərzi həm ürəyinizi ❤️, həm də cinsi sağlamlığınızı 💪 qoruyur. #

Bayrağımızın öz doğma torpaqlarımızda azad dalğalanmasına səbəb olan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edir...
08/11/2025

Bayrağımızın öz doğma torpaqlarımızda azad dalğalanmasına səbəb olan bütün qəhrəmanlarımızı hörmət və ehtiramla yad edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm 🤲

Zəfər Günün mübarək olsun, Azərbaycan❗

Qorxunu və utancaqlığı necə aradan qaldırmaq olar?Bir insanın uroloqla konsultasiyaya gəlməsi psixoloji cəhətdən çətin o...
08/11/2025

Qorxunu və utancaqlığı necə aradan qaldırmaq olar?
Bir insanın uroloqla konsultasiyaya gəlməsi psixoloji cəhətdən çətin olur. İlk növbədə anlamaq lazımdır ki, uroloqu adi insan kimi yox, həkim kimi qəbul etməlisiniz!

Əks halda, “Bu gün utandım, çəkindim, sabah artıq gec oldu” kimi problemlərlə üzləşəcəksiniz!

Kişilərdə testosteron ifrazı sutkalıq ritmlə tənzimlənir.Bu hormonun səviyyəsi gecə yuxusunun dərin fazasında artır, səh...
05/11/2025

Kişilərdə testosteron ifrazı sutkalıq ritmlə tənzimlənir.
Bu hormonun səviyyəsi gecə yuxusunun dərin fazasında artır, səhər saatlarında isə (təxminən 6:00–9:00 arası) maksimuma çatır 📈

💡 Nəyə görə bu vacibdir?
– Testosteron analizləri yalnız səhər saatlarında götürüldükdə etibarlı olur.
– Səhər enerjisi, əhval yüksəliyi və cinsi aktivlik də bu təbii hormon pikiylə əlaqəlidir.

📉 Gün ərzində səviyyə tədricən azalır və axşam minimuma enir.
Bu, orqanizmin bioloji ritminin bir hissəsidir.

Əgər səhər saatlarında belə enerjisizlik, libidonun azalması və ya əzələ zəifliyi hiss edirsinizsə — bu, testosteron çatışmazlığının əlaməti ola bilər 🆘

Orxit – adətən epidemik parotit virusu və bir çox başqa bakteriyalarla yoluxma sonrası yaranan, bir və ya hər iki xayanı...
01/11/2025

Orxit – adətən epidemik parotit virusu və bir çox başqa bakteriyalarla yoluxma sonrası yaranan, bir və ya hər iki xayanı zədələyən iltihabdır❗

Orxitin diaqnostikası ultrasəs müayinəsi vasitəsilə həyata keçirilir. Əlavə olaraq, bəzən virus və bakteriyaları aşkarlamağa imkan verən DNT qan analizi 🩸 də təyin edilir.

Həkimlərin vəzifəsi xəstəliyi simptomatikaya görə digər oxşar xəstəliklərdən dəqiq ayırd etməkdir ✅

Pasiyent müalicə üçün yataq rejiminə əməl etməlidir❗ Bu müddətdə xayalıq bandajla hərəkətsiz vəziyyətə gətirilir, antibakterial preparatlar və fizioterapiya yazılır, həmçinin xüsusi pəhriz və su qəbulu rejimi tətbiq edilir.

Address

Medikus Klinikası
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

0505651111

Alerts

Be the first to know and let us send you an email when Androloq Uroloq İsmayılov Namiq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Androloq Uroloq İsmayılov Namiq:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category