MODERN HOSPITAL

MODERN HOSPITAL http://modernhospital.az/ Poliklinika şöbəsində cərrahi və terapevtik olmaqla əsas kliniki xidmət sahələri fəaliyyət göstərir : 1. ginekologiya, 2. pediatriya, 3.

urologiya və andrologiya, 4. nevrologiya, 5. oftalmologiya, 6. otolorinolarinqologiya, 7. qastroenterologiya, 8. kardiologiya, 9. koloproktologiya, 10. endokrinologiya, 11. mammologiya, 12. dermatologiya, 13. allerqologiya,14. kliniki virusologiya, 15. pediatriya). Fizioterapiya, zərbə-dalğalı terapiya, instrumental diaqnostika və kliniki laboratoriya da poliklinik şöbəyə aid edilir. Eyni zamanda poliklinik şöbənin göstərdiyi xidmət sahələrinə təcili tibbi yardım xidməti də aiddir.

İnstrumental diaqnostika bölməsi ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Diaqnostik aparatlar həm ambulator, həm də stasionar şəraitdə xəstələrə xidmət göstərməyə imkan verir. Təcili tibbi yardım şöbəsi mobil inhalyasion narkoz aparatları, xəstənin ürək-damar, tənəffüs sisteminə nəzarət etmək üçün mobil monitor sistemləri və qanın oksigenasiyasını təyin etmək üçün xüsusi tibbi avadanlıqla təchiz edilmişdir. Xəstələrin daşınmasını həyata keçirmək üçün ən müasir avadanlıqlarla təmin edilmiş təcili tibbi yardım maşınları fəaliyyət göstərir. Klinikanın 3 cü mərtəbəsində yerləşən stasionar şöbəsi əməliyyatdan sonrakı xəstələrlə yanaşı, müxtəlif terapevtik xəstəliklərin, o cümlədən bəzi mürəkkəb diaqnostik müdaxiləyə uğrayan xəstələrin müalicəsi və bir sıra tibbi manipulyasiyaların aparılması üçün bütün imkanlara malikdir. Stasionar şöbəsində hər cür komfort şəraitə malik iki nəfərlik VİP və üç nəfərlik palatalar yerləşir. Hər bir palata ayrıca sanitar qovşağa və duş kabinəsinə malikdir. 500 kanallı sputnik televiziya, tam havalandırma sistemi, kondisioner, klinikadaxili və şəhərə çıxışı olan telefon əlaqələri, növbətçi tibb bacısının və həkimin çağırışı üçün xüsusi pultlar xəstənin özünü tam rahat hiss etməsinə zəmin yaradır. Dördüncü mərtəbədə əməliyyat blokları, anestezioloji bölmə, reanimasiya və intensiv terapiya şöbəsi yerləşir.

Əməliyyat bloku 4 əməliyyatxanadan, alətlərin sterilizasiyası bloku və tibb işçilərinin işə hazırlıq otağından (paltarların dəyişdirilməsi, duş kabinəsi) təşkil olunmuşdur. Beləliklə əməliyyat bloku digər şöbələrdən demək olar ki, tam izolyasiya olunmuşdur, bu isə xəstəxanadaxili infeksiyaların yayılma dərəcəsinin minimuma enməsinə səbəb olmuşdur. Dörd əməliyyatxanadan üçü endoskopik tibbi avadanlıqlar istehsalı sahəsində dünya lideri sayılan “KARL STORZ” firmasına məxsus aparatlar ilə təchiz olunmuşdur. Bu avadanlıqlar cərrahiyyə, ginekologiya, artrologiya, travmatologiya, urologiya, döş qəfəsi cərrahiyyəsi sahəsində istənilən diaqnostik və operativ müdaxilələri həyata keçirməyə imkan verir. Əməliyyat blokunun tabeliyində anestezioloji xidmət fəaliyyət göstərir. Tibbin ən son yeniliklərini özündə cəmləşdirən avadanlıqlar nəinki əməliyyat zamanı həkimlərin rahat şəraitdə işləməsini təmin edir, eyni zamanda paralel fasiləsiz olaraq xəstənin əsas həyati funksiyalarını nəzarətdə saxlamağa imkan verir. Reanimasiya və intensiv terapiya şöbəsi 8 çarpayı üçün nəzərdə tutulmuşdur. Şöbə ürək-damar, tənəffüs sisteminin fəaliyyətini tam olaraq nəzarətdə saxlamağa imkan verən monitor sistemləri, intellektual destekli respiratorlarla təchiz edilmişdir.Eyni zamanda qanın qaz tərkibini təyin etmək üçün xüsusi avadanlıqdan istifadə olunur. Şöbə sutka ərzində tam olaraq fəaliyyət göstərir. Klinikanın laboratoriya şöbəsində geniş spektrli kliniki müayinələr aparılır. Qanın ümumi müayinəsi tam avtomat rejimdə işləyən Beckman Coulter (ABŞ) hematoloji analizatorunda aparılır. Müayinəyə hemoqlobin, hematokrit, eritrosit, leykosit, trombosit də daxil olmaqla qanın 20-yə yaxın göstəricisi daxildir. Qanın hər bir parametrini ayrılıqda təyin edərək dinamikanı izləmək mümkündür. Eyni zamanda laboratoriyada periferik qandan götürülmüş yaxmanın mikroskopiyası həyata keçirilir. Retikulositlər təyin edilir. Immunohematoloji müayinələr – qan qrupu və rezus faktorun təyini, qanın ABO sistemi üzrə uyğunluq reaksiyası (Minor və Major Cross Match), Kumbs reaksiyası və s. aparılır. Qanın laxtalanma faktorları – laxtalanma vaxtı, trombin və protrombin vaxtı və protrombin indeksi, fibrinogen, İNR, APTT və s. avtomatik fotometriya metodu vasitəsilə təyin edilir. Sidiyin ümumi analizi Yaponiyanın ARKRAY firmasının istehsalı olan avtomatik analizatorda aparılır. Burada sidiyin fiziki və biokimyəvi göstəriciləri ilə bərabər sidik çöküntüsünün mikroskopik müayinəsi də aparılır. Helmintozların və bağırsaq protozoylarının, mədə-bağırsaq traktında həzm və sorulma proseslərinin pozğunluqlarının dəqiq təyini üçün koproloji müayinələr aparılır. Uroginekoloji və androloji müayinələrdə geniş istifadə olunan urogenital, prostat vəzi şirəsindən hazırlanmış yaxmaların mikroskopiyası, Kursrok-Miller və Şuvarski sınaqları, spermoqramma, spermada fruktozanın təyini, qanda və spermada antispermal antitellərin təyini və s. müayinələr həyata keçirilir. Sidiyin, nəcisin, bəlğəmin, urogenital və prostat vəzi şirəsindən alınmış yaxmaların, qanın və s. bioloji möhtəviyyatların əkilməsi və 20 –dən artıq antibiotikə qarşı həssaslığının təyin edilməsi mikrobioloji laboratoriyanın əsasını təşkil edir. Bundan əlavə udlaqdan alınmış yaxmada streptokokk A-nın, vaginal yaxmada streptokokk B-in ekspress təyini də aparılır. Klinikamızda sanitar – epidimioloji xidmət adlı bir şöbə də mövcuddur ki, bu da geniş profilli aktiv funksional fəaliyyətli Klinika üçün çox vacibdir.Daimi olaraq klinikanın sanitar-epidimioloji rejimini nəzarətdə saxlamaq bu xidmətin əsas funksiyasıdır. Eyni zamanda requlyar olaraq Klinikanın hər bir işçisi də sağlamlıq kontrollarından keçirlər. Klinikanın enerji təchizatı da bütün standartlara uyğun şəkildə qurulmuşdur. Daimi olaraq elektrik cərəyanının gərginliyini stabilizə edən sistem – UPS qurulmuşdur. Hər hansı bir problem baş verdikdə isə avtomatik olaraq generatorlar işə salınır. Daimi su təchizatı ilə yanaşı, rezerv olaraq çox tonlu rezerv çənlərdən də ehtiyac yarandığı hallarda istifadə edilir. Təhlükəsizlik xidməti 24 saat ərzində Klinikanın təhlükəsizliyini yüksək səviyyədə təmin edir.

Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibar...
26/03/2026

Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.

Сердце обеспечивает кровоток по сосудам. Его работа в основном механическая, состоящая из всасывающих и толкающих движений. Сердце, являясь движущей силой кровеносной системы, постоянно выполняет функцию перекачивания крови в артерии. Форма сердца зависит от таких факторов, как возраст, пол, строение тела, состояние здоровья и патологии.
📞 (012) 949
📲(070) 295-09-49

 

İdmanla məşğul olmaq insan sağlamlığı üçün nə qədər faydalı olsa da, bəzən qaldırılan ağır çəkilər və ya isinmə hərəkəti...
24/03/2026

İdmanla məşğul olmaq insan sağlamlığı üçün nə qədər faydalı olsa da, bəzən qaldırılan ağır çəkilər və ya isinmə hərəkəti edilmədən idmana başlanılması insanda ömürlük fəsadlara səbəb ola bilər.
Bel nahiyəsində daimi olan ağrıların səbəblərin biri də idmanda qaldırılan ağır çəkilər ola bilər.

Как бы ни были полезны физические упражнения для здоровья человека, иногда поднятие тяжестей или начало тренировки без разминки может привести к осложнениям на всю жизнь.
Одной из причин постоянных болей в пояснице может быть поднятие тяжестей в спорте.
📞 (012) 949
📲(070) 295-09-49

 

21 Mart daun sindromlu şəxslərin günüdür!Onlara daima sevgi, hörmət  ilə yanaşaq!⠀
21/03/2026

21 Mart daun sindromlu şəxslərin günüdür!
Onlara daima sevgi, hörmət  ilə yanaşaq!

Baharın simvolu, yenilik və təravət rəmzi olan Novruz Bayramınız mübarək!Bu milli və əziz bayramımız münasibəti ilə hər ...
20/03/2026

Baharın simvolu, yenilik və təravət rəmzi olan Novruz Bayramınız mübarək!
Bu milli və əziz bayramımız münasibəti ilə hər kəsə sağlam və sevinc dolu günlər arzulayırıq. 🌸

Tozcuqların artması ilə yaz mövsümündə allergik reaksiyalar daha tez-tez müşahidə olunur. Erkən tədbir və düzgün yanaşma...
18/03/2026

Tozcuqların artması ilə yaz mövsümündə allergik reaksiyalar daha tez-tez müşahidə olunur. Erkən tədbir və düzgün yanaşma həyat keyfiyyətini qorumağa kömək edir.
Modern Hospital allerqologiya şöbəsinə müraciət edərək sizi narahat edən səbəblərdən azad olub, daha komfortlu həyat tərzinə davam edə bilərsiniz.

📞 (012) 949
📲(070) 295-09-49

 

Hansı simptomlar nevroloq müalicəsini zəruri edir?-Tez-tez və ya şiddətli baş ağrıları (xüsusilə qəfil başlayan)-Başgicə...
16/03/2026

Hansı simptomlar nevroloq müalicəsini zəruri edir?
-Tez-tez və ya şiddətli baş ağrıları (xüsusilə qəfil başlayan)
-Başgicəllənmə, tarazlığı itirmə
-Hușun itməsi, bayılma halları
-Yaddaş zəifləməsi, diqqət dağınıqlığı
-Nitqin tutulması və ya sözləri deməkdə çətinlik
Modern Hospitalda  peşəkar Nevroloq müalicəsi alaraq sağlamlığınızı qoruyun.

-Частые или сильные головные боли (особенно те, которые начинаются внезапно)
-Головокружение, потеря равновесия
-Обмороки, обмороки
-Нарушение памяти, дефицит внимания
-Невнятная речь или затруднение произношения слов
Защитите свое здоровье, обратившись за профессиональной помощью к нейропатологу в Modern Hospital.

 

Hansı simptomlar nevropatoloq müalicəsini zəruri edir?-Tez-tez və ya şiddətli baş ağrıları (xüsusilə qəfil başlayan)-Baş...
13/03/2026

Hansı simptomlar nevropatoloq müalicəsini zəruri edir?
-Tez-tez və ya şiddətli baş ağrıları (xüsusilə qəfil başlayan)
-Başgicəllənmə, tarazlığı itirmə
-Hușun itməsi, bayılma halları
-Yaddaş zəifləməsi, diqqət dağınıqlığı
-Nitqin tutulması və ya sözləri deməkdə çətinlik
Modern Hospitalda  peşəkar Nevropatoloq müalicəsi alaraq sağlamlığınızı qoruyun.

-Частые или сильные головные боли (особенно те, которые начинаются внезапно)
-Головокружение, потеря равновесия
-Обмороки, обмороки
-Нарушение памяти, дефицит внимания
-Невнятная речь или затруднение произношения слов
Защитите свое здоровье, обратившись за профессиональной помощью к нейропатологу в Modern Hospital.

 

Proktoloji xəstəliklərdən əziyyət çəkən hər kəsin diqqətinə! 13-20 mart tarixlərini əhatə edəcək bayram kampaniyamıza ai...
11/03/2026

Proktoloji xəstəliklərdən əziyyət çəkən hər kəsin diqqətinə!
13-20 mart tarixlərini əhatə edəcək bayram kampaniyamıza aiddir:
✅Ödənişsiz həkim konsultasiyası+videoproktoskop.
✅Cərrahi müdaxilədə 25% güzəşt.
Sağlamlığınızın qeydinə qalın!
Bayramınız mübarək!

📞 (012) 949
📲(070) 295-09-49

Böyrək sağlamlığı üçün nələrə diqqət olunmalıdır:1.Kifayət qədər su tükədilməli.2.Duz istifadəsini azaltmalı.3.Normadan ...
09/03/2026

Böyrək sağlamlığı üçün nələrə diqqət olunmalıdır:
1.Kifayət qədər su tükədilməli.
2.Duz istifadəsini azaltmalı.
3.Normadan artıq protein qəbulu.
Nefroloq həkim Elbrus Hüseynov dəqiq diaqnoz və düzgün müayinə ilə yanınızdadır.

На что следует обратить внимание для здоровья почек:
1. Пейте достаточно воды.
2. Снизьте потребление соли.
3. Избегайте чрезмерного потребления белка.

Нефролог доктор Эльбрус Гусейнов поможет вам поставить точный диагноз и провести необходимое обследование.

Mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən və bununla yanaşı bir sıra xəstəliklərdən azad olun!Bu prosedur arıqlamağa, ür...
06/03/2026

Mədəkiçiltmə əməliyyatı ilə artıq çəkidən və bununla yanaşı bir sıra xəstəliklərdən azad olun!
Bu prosedur arıqlamağa, ürək-damar xəstəlikləri, yüksək qan təzyiqi, tip-2 diabet, yuxu apnesi kimi sağlamlıq problemlərinin də yaxşılaşmasına kömək edir.

Избавьтесь от лишнего веса и ряда заболеваний с помощью подтяжки живота!
Эта процедура помогает похудеть и улучшить состояние здоровья при таких проблемах, как сердечно-сосудистые заболевания, высокое кровяное давление, диабет 2 типа и апноэ во сне.

📞 (012) 949
📲(070) 295-09-49

 

Leykozun əlamətləri xəstəliyin növünə və mərhələsinə görə dəyişə bilər, lakin ən çox rast gəlinənlər:•Davamlı halsızlıq ...
04/03/2026

Leykozun əlamətləri xəstəliyin növünə və mərhələsinə görə dəyişə bilər, lakin ən çox rast gəlinənlər:
•Davamlı halsızlıq və tez yorulma
•Tez-tez infeksiyalara yoluxma
•Göyərmələrin və ya qanaxmaların asan yaranması
•Səbəbsiz qızdırma və ya çəki itkisi
Niyə erkən diaqnoz vacibdir?
Leykoz erkən mərhələdə aşkarlandıqda müalicə imkanları daha geniş və effektiv olur. Buna görə də şübhəli əlamətlər olduqda vaxtında həkimə müraciət etmək çox önəmlidir.

 

Address

Babek Avenue, 85
Baku
AZ1119

Alerts

Be the first to know and let us send you an email when MODERN HOSPITAL posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to MODERN HOSPITAL:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category