15/11/2025
Lənkəranda talassemiyalı pasiyentlər üçün təşkil edilən maarifləndirmə məktəbi uğurla başa çatdı!
Azərbaycan Talassemiya Federasiyasının ölkə regionlarında həyata keçirdiyi maarifləndirici layihələrə göstərdiyi daimi dəstəyə görə Talassemiya Mərkəzinə və “Novartis Pharma” şirkətinə dərin minnətdarlığımızı bildiririk.
15 noyabr 2025-ci il tarixində Lənkəranın “Luxe” otelinin konfrans zalında növbəti Talassemiyalı pasiyentlər məktəbi keçirildi.
Bu Məktəbin əsas məqsədi, ilk növbədə, irsi xəstəliklərin, o cümlədən talassemiyanın qarşısının alınması, həmçinin pasiyentlər və onların ailələrinin qan transfuziya terapiyasının xüsusiyyətləri və pasiyent hüquqları barədə məlumatlılığını artırmaq yönəlmişdi.
Dəyərli və maraqlı təqdimatları ilə tədbirə öz töhfələrini verən hörmətli spikerlərə xüsusi təşəkkürümüzü bildiririk:
• Milli Hematologiya və Transfuziologiya Mərkəzinin hematoloqu Sevinc xanım Nəbiyevaya,
• Azərbaycan Talassemiya Federasiyası İdarə Heyətinin sədr müavini Vasif Əlizadəyə.
Məktəbdə iştirak edən bütün pasiyentlərə və onların ailələrinə də təşəkkür edirik. Sizin biliyə olan həvəsiniz, fəallığınız və proseslərə dərindən cəlb olunmağınız fəaliyyətimizi daha əhəmiyyətli və səmərəli edir.
Bilik gücdür. Birlikdə biz icmaya göstərilən dəstəyi möhkəmləndirməyə və keyfiyyətli məlumat və müalicəyə çıxışı təmin etməyə davam edirik. 🇦🇿