UPSİM

UPSİM "Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi" -nin məqsədi, çətinliklərlə qarşılaşan u? Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzi

28 May Respublika gününüz mübarek !!!
28/05/2018

28 May Respublika gününüz mübarek !!!

Bayramınız mübarək əziz uşaqlar🎈🎈🎈
23/04/2018

Bayramınız mübarək əziz uşaqlar🎈🎈🎈

20/03/2018
25/02/2018

Hörmətli kolleqalar, ATA nəzdində yaradılmış Pediatriya dərnəyinin 2018-ci il martın 3-də Hyatt Regency Hoteldə növbəti simpoziumunun keçirilməsi planlaşdırılır. Toplantıda aparıcı mütəxəssislər tərəfindən fərqli mövzularda bir neçə məruzə təqdimatı olunacaq, mövzular ətrafında müzakirələr aparılacaqdır. Tədbirdə iştirak etmək istəyən həmkarlarımızın nəzərinə! İştirak qeydiyyat əsasında həyata keçirilir. Qeydiyyat üçün pediatriyaderneyi@azmed.az email ünvanına ad, soyad və iş yerinizi göndərməyiniz xahiş olunur. Seminarda iştirak ödənişsizdir. Əlaqə nömrəsi-0514123001.
PROQRAM
15.00-15.30 Qeydiyyat və coffee break
Açılış
MD, PhD Nigar SƏDİYEVA
15.30-16.15
ENUREZ-MÜASİR YANAŞMA
MD. Təranə TAĞIZADƏ, Uşaq Bərpa Müalicə Mərkəzi
16.15-17.00
UŞAQ CƏRRAHİYYƏSİNDƏ AKTUAL PROBLEMLƏR
Uzm.Dr. Aqil ABİLOV, Baku Medical Plaza klinikası.
17.00-17.45
PEDİATRİK KARDİOLOJİ CƏRRAHİYYƏDƏ TƏXİRƏSALINMAZ VƏZİYYƏTLƏR
MD. Mədinə YÜZBAŞEVA, RMDM, Bakı Ürək Mərkəzi
17.45-18.00
Müzakirələr

ATU Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzinin əməkdaşları Səhiyyə orqanlarına dəstək məqsədilə 2-4 fevral tarixlərində ...
05/02/2018

ATU Uşaq Psixi Sağlamlıq və İnkişaf Mərkəzinin əməkdaşları Səhiyyə orqanlarına dəstək məqsədilə 2-4 fevral tarixlərində Naxçıvanda səfərdə olmuşlar. Naxçıvan MR Səhiyyə Nazirliyinin dəvəti və təşkilatçılığı ilə “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi aspektləri” mövzusunda Elmi-Praktik Konfrans keçirilmişdir. Konfransı Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açıb. Bildirib ki, muxtar respublikada səhiyyə sisteminin yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması, ixtisaslı kadrların hazırlanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Sosial-iqtisadi islahatların səmərəliliyinin yüksəldilməsi, müalicə-profilaktika işinin təşkili sahəsində görülən işlər tibbi xidmətin yaxşılaşdırılmasına müsbət təsir göstərir. Uşaqların psixi sağlamlığı və inkişafı da daim diqqət mərkəzindədir. Konfransda Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrası, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim psixiatrı, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov “Uşaqlarda inkişaf psixopatologiyaları” mövzusunda çıxış edib.
Azərbaycan Tibb Universitetinin I Uşaq Xəstəlikləri kafedrası, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin həkim –pediatrı, tibb elmləri üzrə fəlsəfə doktoru Nigar Sadiyeva “Peyvəndlər: müasir yanaşma” mövzusunda çıxışında bildirib ki, vaksinasiya hər il 3 milyon uşaq ölümünün, 750 min uşağın əlil olmasının qarşısını alır.
Bakı Medical Plaza Klinikasının Neonatologiya şöbəsinin müdiri, uzman doktor Erkin Rəhimov “Yenidoğulmuşlarda sarılıqlar”, Bakı Medical Plaza Klinikasının həkimi, uzman doktor Aqil Abilov “Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma”, Uşaq psixi sağlamlıq və inkişaf mərkəzinin uşaq nevropatoloqu Rima İbadova “Autizm-nevroloq gözü ilə” mövzularında çıxış ediblər.
Konfransda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb. Yekunda Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva qonaq¬lara səhiyyə işçiləri adından minnətdarlıq bildirib.
Konfransdan sonra iki iki gün ərzində həkimlər tərəfindən Naxçıvan MR Uşaq xəstəxanasında 400-ə yaxın xəstənin müayinələri həyata keçirilmişdir.

24/01/2018

2-4 fevral 2018-ci il tarixində Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Səhiyyənin aktual problemləri: pediatrik, psixiatrik, nevroloji, cərrahi, neonatoloji aspektləri” mövzusunda Elmi-Praktik Konfransın PROQRAMI :
10:00-10.30 AÇILIŞ
Naxçıvan MR Səhiyyə Naziri Niyazi Novruzov
10:30-11.00 Uşaqlarda inkişaf psixopatologiyaları.
T.ü.f.d. İkram Rüstəmov, Azərbaycan Tibb Universitetinin psixiatriya kaferası
11:00-11.30 Peyvəndlər: müasir yanaşma.
T.ü.f.d. Nigar Sadiyeva, Azərbaycan Tibb Universiteti I Uşaq Xəstəlikləri Kafedrası
11:30-12.00 Yenidoğulmuşlarda sarılıqlar.
Uzm.Dr.Erkin Rəhimov , Baku Medical Plaza klinikası

12:00-12:30 Coffee break

12:30-13.00 Uşaq cərrahiyyəsində aktual problemlərə yanaşma.
Uzm.Dr. Aqil Abilov, Baku Medical Plaza klinikası.
13.00-13.30 Autizm - nevroloq gözüylə.
Dr. Rima İbadova

Allah şəhidlərimizə rəhmət eləsin 🙏
20/01/2018

Allah şəhidlərimizə rəhmət eləsin 🙏

ÜMİD DOLU, SEVGİ İÇİNDƏ SAĞLAM BİR İL DİLƏYİ İLƏ BAYRAMINIZ MÜBARƏK!!!
01/01/2018

ÜMİD DOLU, SEVGİ İÇİNDƏ SAĞLAM BİR İL DİLƏYİ İLƏ BAYRAMINIZ MÜBARƏK!!!

Hörmətli kolleqalar, ATA nəzdində yaradılmış Pediatriya dərnəyi 2017-ci il dekabrın 28-də Qafqaz Baku Sport Hoteldə dərn...
14/12/2017

Hörmətli kolleqalar, ATA nəzdində yaradılmış Pediatriya dərnəyi 2017-ci il dekabrın 28-də Qafqaz Baku Sport Hoteldə dərnəyin bu il üçün nəzərdə tutulan sonuncu seminarının keçirilməsi planlaşdırılır. Toplantıda aparıcı mütəxəssislər tərəfindən fərqli mövzularda bir neçə məruzə təqdimatı olunacaq, mövzular ətrafında müzakirələr aparılacaqdır. Tədbirdə iştirak etmək istəyən həmkarlarımızın nəzərinə! İştirak qeydiyyat əsasında həyata keçirilir. Qeydiyyat üçün pediatriyaderneyi@azmed.az email ünvanına ad, soyad və iş yerinizi göndərməyiniz xahiş olunur. Seminarda iştirak ödənişsizdir. Əlaqə nömrəsi-0514123001.
Seminarın Proqramı:
15.00-15.30
Qeydiyyat və coffee break
15.30-16.00
AÇILIŞ
MD, PhD Nigar SƏDİYEVA
16.00-16.30
UŞAQLARDA RAST GƏLİNƏN PƏNCƏ PROBLEMLƏRİ
Uzman Dr. Elxan QASIMOV
16.30-17.00
XIŞILTILI UŞAĞA YANAŞMA
Uzm.Dr. Mehriban HÜSEYNOVA
17.00-17.30
PEDİATRİK GENİTOURİNAL RADİOLOGİYA
Uzm.Dr. Elnur MEHDİ
17.30-18.00
Müzakirələr

26/11/2017

❤️

Müasir dövrdə həm valideynlərə, həm yeniyetmələrə çox çətindir. Ailə- adət-ənənələrin ünsiyyət məkanıdır. Ailə uşaqların...
26/11/2017

Müasir dövrdə həm valideynlərə, həm yeniyetmələrə çox çətindir. Ailə- adət-ənənələrin ünsiyyət məkanıdır. Ailə uşaqların ata-analarından aldıqları adətləri öz uşaqlarına ötürmə yeridir. Ailəvi dəyərlər müxtəlif nəsillər arası münasibətləri saxlamaq üçün tətbiq olunan ünsiyyət şəklinin zirvəsini təşkil edir. Digər tərəfdən isə dünya qloballaşır, “tək mədəniyyət “anlayışı, insanlığın sürətlə inkişafı. Hər zaman mövcud olan nəsillər arası fərqlər indi daha qabarıq hala gəlmişdir. Ailə və cəmiyyət dəyərləri toqquşmaqdadır. Belə bir ziddiyyətdən isə ən çox əziyyət çəkən dəyişikliklərə ən hazır təbəqə- yeniyetmələrdir. Deməli, bu gün keçmişlə müqayisədə yeniyetmə olmaq da çətindir, onların valideyni olmaq da. Bu çətinliklərin aradan qaldırılması üçün qarşılıqlı ünsiyyət kanallarını açıq tutmalıyıq. Onlara daha çox zaman ayırmalıyıq. Sadəcə valideynlər deyil, nənə-babalarla da aktiv ünsiyyətə şərait yaradılmalıdır. Unutmayaq ki, müdrik nənə babalar daha asanlıqla ünsiyyət qurur. Digər yandan onların üzərində ata-ananın maddi və mənəvi məsuliyyəti olmadığına görə daha rahatdırlar. Və təcrübə sahibidirlər. Bəzi gənc valideynlər bu ünsiyyətə imkan vermir, halbuki nənə-baba ilə yeniyetmə övlad arasındaki sağlam ünsiyyətdə ilk növbədə valideynlər nəfəs alırlar. Eləcə də, bibi, xala, əmi ailənin güvənə biləcəyi fərdləri olaraq yeniyetmənin doğru qərarlar verməsinə yardımçı olmalıdırlar. Amma bu yanaşmalar yeniyetməni yaralamadan, incitmədən, əmretmədən olmalı, nəsihətlə deyil, nümunəvi davranışla öyrədilməlidir. Böyük ailələlrin olmadığı, ünsiyyət azlığı olan vəziyyətlərdə mütəxəssis yardımına müraciət edilməlidir.
İngilis psixoanalitiki D. W.Winnicottun valideynlərə vahid bir məsləhəti var- Həyatda qalın.İngilis satirasının izlərini əks etdirən bu cümlədə Winnicott, yeniyetmə dövrünün həm həyatın bir parçası olduğunu, həm də xətanın mübarizə etməkdən imtina etmək-həyatdan imtina etmək olduğunu göstərmək istəmişdir. Vacib olan bu fırtınalı səfərdə gəmini batırmadan sahilə çatdırmaqdır.
ÖVLADI YENİYETMƏLİK YAŞINA GƏLƏN AİLƏLƏRƏ MƏSLƏHƏTLƏR
1. ONU ANLAYIŞLA QARŞILAYIN.
2. BU MÜDDƏTİ HƏRKƏSİN YAŞADIĞINI SÖYLƏYİN VƏ SƏBRLİ OLMAĞI ÖYRƏDİN.
Dr. Nigar Sadiyeva

Address

Mərdanov Qardaşları Küçəsi 100
Baku
AZ1001

Opening Hours

Monday 09:00 - 14:00
Tuesday 09:00 - 14:00
Wednesday 09:00 - 14:00
Thursday 09:00 - 14:00
Friday 09:00 - 14:00

Telephone

0705112859

Website

Alerts

Be the first to know and let us send you an email when UPSİM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to UPSİM:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category