Androloq - uroloq Ziyad Aliyev

Androloq - uroloq Ziyad Aliyev Fəaliyyətimiz haqqında ətrafl məlumat https://androloq.az/ , https://varikosele.az/ , https://boyrekdasi.az/ , https://prostatvezi.az/ saytında

11/02/2021

Sidik kisənin böyük ölçüdə daşı.



Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az və boyrekdasi.az saytında.

İş başında olarkən.Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az Varikosele.az Boyrekdasi.az Prostatvezi.az sa...
19/09/2020

İş başında olarkən.

Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az
Varikosele.az
Boyrekdasi.az
Prostatvezi.az saytında.



#урологвбаку #мочекаменнаяболезнь #каменмочеточника #камнимочевогопузыря #литотрипсия #литотрипсиявбаку #докторзияд

15/09/2020

Dz: Sol sidik axarının orta 1/3 nin daşı. Obstruktiv pielonefrit.
Pielonefrit dedikdə böyrəkdə irinləmə başa düşülür.

Sidik axar daşına vaxtında müdaxilə edilmədikdə belə irinləmə mümkündür. Bu halda daşqırma əməliyyatı etmək olmaz. Əvvəlcə sidik axarına stent qoymaq lazımdır. 2 həftə sonra isə daşqırma əməliyyatı etmək lazımdır.

Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az və boyrekdasi.az saytında.



#урологвбаку #андролог #мочекаменнаяболезнь #каменмочеточника #камнимочевогопузыря #литотрипсия

11/06/2020

Sidik axarının daşı

Daşın böyrəkdən sidik axarına düşməsi demək olar ki, bütün hallarda şiddətli ağrı ilə müşahdə olunur. Buna böyrək sancısı deyilir. Bu hal böyrək daşı xəstələrində ən kəskin ağırlaşmadır. Daş xəstəliyi ilə əlaqədar xəstəxanaya müraciət edən xəstələrin 80 % – i böyrək sancısı ilə müraciət edənlərdir.
Sidik axarı dedikdə, böyrəkdə əmələ gələn sidiyin sidik kisəsinə axmasını təmin edən boruşəkilli orqan başa düşülür. Axarının mənfəzi ( daxili diametri ) 4 – 5 mm – dir. Ona görə də böyrəkdən sidik axarına düşən ən kiçik ölçülü daş onun mənfəzini tam qapaya bilir. Nəticədə isə, sidiyin böyrəkdən sidik axarı vasitəsilə sidik kisəsinə axması mümkün olmur, yaxud kəskin çətinləşir. Beləliklə də böyrəkdə əmələ gələn sidik ləyəndə toplanaraq oranı genişləndirir.
Böyrək ləyəni və kasacıqların genişlənməsi isə öz növbəsində kəskin ağrı ilə müşahidə edilir. Ağrı o qədər şiddətli olur ki, onu yalnız yaşıyan insanlar təsvir ( təsəvvür ) edə bilir və bütün ömür boyu xatırlayır. Heç kim istəməz ki, onda böyrək sancısı olsun. Böyrək sancısı həmişə gözlənilmədən, qəfildən gələn ağrıdır. Ona görə də bu və ya digər formada insanın işlərini, planlarını pozur. Belə olduğu üçün də bir sıra hallarda insan həkimə getmək əvəzinə ağrıkəsici dərmanlar qəbul edir. Bəli, doğrudur bir yaxud bir neçə gündən sonra ağrı azalır yaxud yox ola bilər. Amma bu, heç də o demək deyildir ki, daş düşüb və siz tam sağalmısınız. Belə ki, qəbul edilən dərman preparatlarının təsirindən daş yerini dəyişir və qırağından sidik sızıb sidik kisəyə axır. Bununla da böyrəkdəki ağrı səngiyir və yalançı sağalma hissiyyatı yaradır.


Sidik axarının daşı zamanı əlamətlər.

Sidik axarının daşı, demək olar ki, bütün hallarda böyrək sancısı ilə başlayır. Yuxarıda qeyd etdiyimiz kimi sidik axarının mənfəzi kiçikdir. Sidik axarının daşı zamanı ağrının şiddəti sidik axarı mənfəzinin nə dərəcədə tutulmasından çox asılıdır. Başqa sözlə ifadə etsək, sidik axarına düşüb hər hansı bir səviyyədə ilişib qalan daşın verdiyi ağrının şiddəti daşın ölçüsündən də asılıdır.


#урологвбаку #мочекаменнаяболезнь

10/06/2020

TUR əməliyytı : Əməliyyat tam qapalı üsulla icra edilir. Yəni, sidik kanalından keçməklə. Ucluğu xüsusi dəqiqlikli görüntü verən HD kamera ilə təchiz edilmiş alətlə sidik kanalından daxil olunur. Əgər sidik kanalının keçiriciliyi sərbəstdirsə. Bunu əməliyyat öncəsi həkim dəqiqləşdirməlidir. Bu alət rezektoskop adlanır. Rezktoskopu işıq qaynağı və optik şünürla birləşdirdikdən sonra sidik kanalına daxil olunur. Bu zaman sidik kanalının daxili görüntüsü ekrana ötürülür. Həkim sidik kanalının daxilinin görüntüsünü ekranda görür. Adətən bu əməliyyat spinal keyitmə ilə ( bel hissədən aşağı hissə keyidilməklə ) aparıldığından xəstə özü də əməliyyatı ekranda izləyə bilər.
Sidik kanalından sidik kisəyə daxil olunur. Sidik kisə daxilinin vizual müayinəsi aparılır. Daha sonra isə TUR əməliyyatına başlanılır. TUR əməliyyatı adından göründüyü kimi ( Trans Uretral Rezeksiya ), yəni sidik kanalından keçməklə mənasını verir. TUR əməliyyatı ilk tətbiqi zamanı yalnız monopolyar formada istifadə edilirdi. Bu zaman insan bədəni elektrik keçirici rolunu oynayır. Həmçinin monopolyar TUR zamanı çox böyük prostatları ( 60sm 3 dan böyük olduqda ) əməliyyat etmək olmur. Daha doğrusu tövsiyyə olunmur. Çünki, monopolyar TUR əməliyyatı zamanı xüsusi məhlullardan istifadə olunur. Bu məhlulla işləyərkən əməliyyat müddəti bir saatı keçməməlidir. Əgər prostat qeyd olunan həcmdən böyük olarsa əməliyyatın daha uzun sürmə ehtimalı var. Bu isə istifadə olunan məhlulun qana sorulmasına və nəticədə TUR SİNDROM adlanan fəsadın yaranmasına səbəb ola bilər.


Bipolyar plazmokinetik TUR əməliyyatı.

Lakin son illər istifadə olunan TUR avadanlıqları bipolyardır. Bipolyar – ikiqütblü deməkdir. Yəni elektrik cərəyanı insan bədənindən deyil, yalnız alətin bir elektrodundan digərinə keçir. Ona görə də burada monopolyar TUR əməliyyatında olduğu kimi, xüsusi məhlullara ( rezektosol, trussol ) ehttiyac olmur. Əməliyyat fizioloji məhlul adlanan 0,9 % – li NaCl məhlulu istifadə etməklə icra edilir. Ona görə də ən böyük ölçüdə proststları bipolyar əməliyyat etmək mümkündür.



#урологвбаку

04/06/2020

Böyrək daşı zamanı ağrının xarakteri fərqlidir. Böyrək sancısı nədir?

Böyrək daşı xəstəliyində ağrının kəskinliyi sidik yollarında drenajın nə dərəcədə pozulmasından asılıdır. Əgər böyrəkdən sidik axarına düşən daş axarı tam tutarsa ( tıxanma ), bu zaman ağrı daha kəskin olur. Belə olduqda böyrəkdə əmələ gələn sidik, sidik kisəsinə axa bilmir. Nəticədə isə daşdan yuxarı hissədə sidiyin ləngiməsi olduğundan böyrək ləyənində və kasacıqlarda genişlənmə yaranır.

Ağrının əsas səbəbi də böyrək ləyəninin genişlənməsidir. Buna böyrəyin tam bloku yaxud böyrək tıxanması deyilir. Sidik axarına düşmüş daş kiçik olduqda isə onun sidik axarının mənfəzini tam tutma ehtimalı daha az olur və ağrı hissi daha mülayim olur. Çünki bu zaman böyrəkdə əmələ gələn sidik daşın qırağından ( kənarlarından süzülərək ) sidik kisəyə axa bilir.

İnsan böyrək daşı xəstəliyinə risk qrupuna aiddirsə ildə 1 – 2 dəfə müayinə olunmalı və həyat tərzini daha hərəkətli həyat tərzi ilə əvəzləməlidir. Böyrəkdə əmələ gələn daşlar ilkin mərhələdə heç bir ağrı vermir. İnsan vaxtlı – vaxtında müayinə olunmadıqda bu daşın böyüməsinə şərait yaradır. Yaxud da, daş böyüməyə macal tapmamış sidik axarına düşür və dözülməz ağrı ilə insanı təcili şəkildə həkimə müraciət etməyə vadar edir.
Əgər böyrəkdəki daş böyüyüb elə bir ölçüyə çata bilir ki, sidik axarına düşə bilmir. Bu halda böyəyin daxilini ( böyrək ləyənini, kasacıqları ) zədələyir və əlavə olaraq iltihabı prosesə səbəb olur. İltihabı proses də öz növbəsində yenidən daşın böyüməsinə zəmin yaradır. Beləliklə qüsurlu dövran yaranır, daş böyüdükcə iltihab sürətlənir, iltihab sürətləndikcə daşın böyüməsinə şərait yaranır.

20/05/2020

Hidrosel nedir ? hidroselin səbəbi – xayalığa maye toplanması

Hidrosele dedikdə xaya qişaları arasındakı mayenin miqdarının artması nəticəsində xayalığın şişməsi halı nəzərdə tutulur. Yunan dilində hidro – su, sele – şişkinlik mənasını verir. Hidrosele anadangəlmə və sonradan qazanılma olur. Xayanın xayalığa enməsi, qarın boşluğunu daxildən örtən, periton yaxud müsariqə adlanan pərdənin xüsusi çıxıntısı ilə əhatə olunaraq , sanki ona bürünmüş halda baş verir. Bu çıxıntını müxtəlif cür adlandırırlar, peritonun yataq çıxıntısı, xaya çıxıntısı, qasıq çıxıntısı, vaginal çıxıntı və.s. Bu çıxıntının xayalıqda olan hissəsi xayanın daxili və xarici ( visseral və parietal ) qişaları adlanır. Məhz bu qişaların daimi olaraq xüsusi maye hazırlamsı nəticəsində xayanın xayalıqda sərbəstliyi, sürüşkənliyi təmin olunur. Bununla da xayanın ətraf toxumalarla, qişalarla sürtünərək zədələnməsinin qarşısı alınır.

Həmçinin bu qişaların belə bir xüsusiyyəti də var ki, bir tərəfdən mayenin hazırlanması və qişalar arasına toplanması prosesi getdiyi halda, eyni zamanda müvafiq olaraq mayenin artıq miqdarının sorulması baş verir. Bu tarazlıq norma daxilində qorunub saxlanır.

Lakin bəzi faktorların təsirindən bu tarazlıq pozula bilir. Mayenin hazırlanması artır, onun geri sorulması zəif getdiyi üçün mayenin artıq miqdarı xaya qişaları arasında toplanır. Bu isə xayalığın müvafiq tərəfinin böyüməsinə, şişməsinə səbəb olur. Bu hal HİDROSELE adlanır.

01/05/2020

Sol sidik axarında stent

30/04/2020



Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az və boyrekdasi.az saytında.

Sidik axarı stenti. Stent nədir, böyrəkdə stent

Sidik axarına qoyulan stent dedikdə hər iki ücu qıvrım, uzunluğu 20 – 30 sm olan nazik borucuq başa düşülür. Stent qoyulmasının məqsədi, sidiyin böyrəkdən sidik kisəsinə sərbəst axınını təmin etməkdir. ( Stent nədir, böyrəkdə stent )


Nə üçün stent qoyulur ?

Sidik böyrəkdə əmələ gəlir və sidik axarları ilə axaraq sidik kisədə toplanır. Normada hər bir insanda iki böyrək və iki sidik axarı olur. Belə ki, hər hansı bir maneə ( sidik axarında daş, qan laxtası, irin olduqda ) səbəbindən sidiyin böyrəkdən sidik kisəsinə axması mümkün olmur yaxud çətinləşə bilir. Həmçinin sidik axarında və böyrəkdə aparılan endoskopi əməliyyatlardan sonra sidik axarlarının selikli qişası iltihablaşa, qalınlaşa bilir ( ödemləşir ) və sidiyin axmasına mane olur. Ona görə də endoskopik əməliyyatlardan sonra da stentin qoyulması mütləqdir. Belə olduğu halda sidik böyrək ləyənində toplanır, oranı genişləndirir və xəstəyə şiddətli ağrı, sancı verir.
Əgər sidik axarı mənfəzi daşla tam tutularsa buna böyrəyin yaxud sidik axarının tam bloku deyilir. Bu halda böyrəkdə əmələ gələn sidik, sidik kisəyə axa bilmədiyindən böyrək ləyənini gərgin genişləndirir. Bunun ağrısı isə dözülməz olur və heç bir dərman müalicəsinə tabe olmur. Belə olduğu halda xəstəyə göstərilən ilk effektiv yardım sidik axarına daxili J stentin qoyulmasıdır. Bəzən isə stentin qoyulması qarın boşluğunda aparılılan digər əməliyyatlaar zamanı sidik axarlarının aydın seçilib, zədələnməməsi üçün profilaktik məqsədlə qoyulur. Çünki, stent qoymadan əgər çanaq orqanlarında hər – hansı bir əməliyyat aparılırsa sidik axarının zədələnmə ehtimalı daha çoxdur.



#урологвбаку #мочекаменнаяболезнь #каменмочеточника #камнимочевогопузыря #литотрипсия #литотрипсиявбаку #докторзияд

24/04/2020



Fəaliyyətimiz haqqında daha ətraflı məlumat androloq.az və varikosele.az saytında.

Xatırladım ki, varikoselenin s***m kütləsinə təsir mexanizmlərindən daha çox öyrəniləni xayaların temperatur tənziminin pozulması ilə əlaqədardır. Normal halda insan bədən temperaturu 36.6 – 37 C olduğu halda, xayaların temperaturu bədən temperaturundan 2,0 – 3,0 C aşağı olur. Məhz bu temperatur şəraitində xayalarda normal s***myaranma prosesi gedir. Başqa sözlə desək, s***myaranma prosesində iştirak edən, onu tənzimliyən fermentlər, kofermentlər, androgen birləşdirən zülallar bədən temperaturundan 2 – 3 C aşağı temperaturda normal fəaliyyət göstərir.
Varikosele zamanı xaya ətrafı venalar genişlənir və onlarda venoz qanın durğunluğu yaranır. Yığılan qanın temperaturu bədən temperaturu olduğundan ( 36,6 – 37 C ) xayalığın temperaturunu da bədən temperaturuna qədər qaldırır. Yuxarıda göstərildiyi kimi s***matozoidlərin səthi akrosomal zülallarının normal qruluşda olması yumurtahüceyrə ilə ZP resepsiya ( yəni yumurta hüceyrəni tanımaq ) üçün zəruridir. Varikosele ilə əlaqədar xayalığın temperaturunun yüksəlməsi nəticəsində bu zülallar ( səthi akrosomal zülallar ) denaturasiya olunur. Başqa sözlə desək öz təbii qruluşunu dəyişir. ( Zülalın təbii qruluşunun dəyişməsinə misal olaraq, çiy yumurtanı qaynar suya atdıqda yumurta zülalının denaturasiyasını göstərmək olar. Buna zülalın pıxtalaşması da deyilir ). Belə s***matozoidlərin aktivliyi saxlansa da, onlar yumurta hüceyrə ilə görüşə bilsə də, aralarında ZP resepsiya ( s***matozoidin yumurtahücüyrəni tanıma prosesi ) və akrosomal reaksiya getmir. Nəticədə s***matozoid yumurtahüceyrəni mayalandıra bilmir və tələf olur. Varikosele olan kişilərdə sonsuzluğunun əsas səbəbi də budur.



#варикоцеле #варикоцел #бесплодие #андролог #андрологвбаку #дрзияд #урологвбаку #мармар #операциямармар

Address

Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 16:00
Tuesday 09:00 - 16:00
Wednesday 09:00 - 16:00
Thursday 09:00 - 16:00
Friday 09:00 - 16:00
Saturday 09:00 - 16:00

Telephone

+994555714951

Alerts

Be the first to know and let us send you an email when Androloq - uroloq Ziyad Aliyev posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Androloq - uroloq Ziyad Aliyev:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category