19/11/2025
🔻Nənə-baba tərbiyəsində böyüyən uşaqlar
🔸Geniş ailələrdə, nənə-baba yanında böyüyən uşaqlarda bəzi davranış pozuntularına daha çox rast gəlinir: aqressivlik, kəmhövsələlik, kaprizlər, istədiklərini əldə edə bilmədikdə uzun müddət ağlamaq və s.
🔸Belə hallar adətən uşaqların “ağlasam, istədiyimi alacağam” kimi bir fikir formalaşdırması ilə bağlıdır. Nəticədə, uşaqlar istədiklərini sözlə ifadə etmək əvəzinə qışqırmaq, dağıtmaq yolu ilə əldə etməyə çalışırlar.
🔸Həll yolu:
•Ailə üzvləri ortaq məxrəcə gəlməli, bir-birini dinləməlidir.
•Qaydalar hamı tərəfindən qəbul olunmalı və tətbiq edilməlidir: məsələn, uşaq saat 9:00-da yatmalı, yeməyini masada yeməli, oyun oynayaraq yemək yeməsinə icazə verilməməlidir.
•Ana-ata nənə-babadan qaydaların pozulmamasını xahiş etməli və birgə mövqe ortaya qoymalıdır.
🔸Nənə-babaların uşağa “istədiyini etmə” yanaşmasının arxasında yaş artımı ilə bağlı şüuraltı qorxular dayanır: “Ömrüm az qalıb, bu günü xoş keçirim.” Lakin bu yanaşma uşaqda gələcəkdə sosial problemlər, öz yaşıdları ilə münasibət qurmaqda çətinlik, oğurluq, yalan danışma, aqressiv davranışlar kimi nəticələrə gətirib çıxara bilər.
🔸Həmçinin, nənə-baba ilə yatan uşaqlar var. Bu da düzgün deyil. Belə olan halda uşağın nənə-baba ilə emosiaonal bağlılığı daha da artır və onların fikirlərinə, sözlərinə valideyninkilərdən daha çox əməl etməyə çalışır. Bu da bir müddət sonra valideyn-övlad münasibətlərində gərginləşməyə gətirib çıxara bilər.
🔸İstər nənə-baba, istərsə də ata-ana kimi uşağa olan sevgimizi kontrolda saxlmağı bacarmalıyıq ki, o ətrafı ilə düzgün münasibət qura və şəxsiyyət kimi inkişafını tamamlaya bilsin.