PhD,Op.Rustam Mahmudov- Cərrah Endokrinoloq

PhD,Op.Rustam Mahmudov- Cərrah Endokrinoloq Cərrah-endokrinoloq. Qalxanabənzər vəzinin və qalxanabənzər ətraf vəzinin konservativ və cərrahi müalicəsini həyata keçirirem.

1997-2003-cü illərdə Azərbaycan Tibb Univesitetini bitirib, Bir çox kurs və seminarlarda iştirak edib, 17 elmi məqalə və tezisin müəllifidir. 18 illik iş təcrübəsinə sahibdir.

Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.İlk dəfə bu xəstəliyi y...
09/02/2018

Autoimmun tireoidit və ya Xaşimoto xəstəliyi kifayət qədər yayılmış qalxanvari vəzi xəstəliyidir.
İlk dəfə bu xəstəliyi yapon həkimi Xaşimoto aşkar edib.
Xaşimoto xəstəliyi qalxanvari vəzinin və həmçinin immun sisteminin xroniki xəstəliyidir. Xəstəlik qadınlarda daha çox rast gəlinir.
Xaşimoto xəstəliyi zamanı xəstənin immun sistemi öz sağlam qalxanvari vəzi hüceyrələrini (bu hüceyrələr "tireositlər" adlandırılır) "yad" hüceyrələr kimi qəbul edərək onları məhv etməyə başlayır.
İlkin mərhələlərdə xəstəlik simptomsuz keçir. Daha sonra immun sisteminin hücumuna cavab olaraq qalxanvari vəzi öz funksiyasını artırır. Bu isə hipertireozun (qalxanvari vəzinin fəaliyyətinin artması) simptomlarının inkişafına səbəb olur - taxikardiya (nəbzin sürətlənməsi), kəskin arıqlama, güclü tərləmə, əllərin əsməsi, əsəbilik, əhvalın tez-tez dəyişilməsi, yuxusuzluq və s.
Xəstəlik inkişaf etdikcə qalxanvari vəzinin hüceyrələri tədricən məvh olur və nəticədə xəstədə hipotireozun (qalxanvari vəzinin fəaliyyətinin zəifləməsi) simptomları meydana çıxır - çəkinin "səbəbsiz" artması, dərinin quru olması, saçların tökülməsi, daim yorğunluq, yuxululuq, nəbzin zəifləməsi, yaddaşın pozulması və s. Xəstəlik uzun illər ərzində inkişaf edir. Adətən xəstədə qalxanvari vəzi böyüyür, "zob" əmələ gəlir.
Xəstəliyin ilk simptomlarında endokrinoloqa müraciət etmək lazımdır. Diaqnozun dəqiqləşdirilməsi üçün həkim xəstəyə qalxanvari vəzi hormonlarının analizini təyin edir. Bundan əlavə xəstənin qanında xüsusi anticismlərin aşkar olunması üçün analiz keçirilir və USM aparılır.

Hipoparatireoz – qalxanabənzər ətraf vəzinin sintez etdiyi parathormonun çatışmazlığı və ya ona qarşı reseptor toxuma hə...
29/01/2018

Hipoparatireoz – qalxanabənzər ətraf vəzinin sintez etdiyi parathormonun çatışmazlığı və ya ona qarşı reseptor toxuma həssaslığın pozğunluğu nəticəsində inkişaf edən bir xəstəlikdir.
Parathormon qalxanabənzər vəzinin kalsitonin hormonu və D vitamini ilə birlikdə orqanizmdə fosfor-kalsium mübadiləsinin tənzimləməsi məsuliyyətini daşıyır. Onun çatışmazlığı isə qanda kalsium səviyyəsinin aşağı düşməsinə fosfatların isə çoxalmasına təkan verir. Nəticə olaraq da mineral balans pozulur.
Hipoparatireoz əsas kliniki təzahürü – qıcolma sindromudur. Parathormonun çatışmalığı zamanı sinir-əzələ həssaslığının artması ağrı ilə müşayiət olunan qıcolmalara - əzələlərin güclü yığılmasına səbəb olur.
Qıcolma tutmasından əvvəl keyimə hissi, əzələlərin sərtliyi, yuxarı dodaq, ayaq və əl barmaqlarının üzərində “tüklərin biz-biz olması” hissi, ətraflarda iynələnmə, üşümə hissi müşahidə oluna bilər. Bu ilk əlamətlərdən sonra simmetrik olaraq iki tərəfdə yerləşən müəyyən əzələ qrupunda (adətən əllər, sonra isə ayaqların əzələlərində) qıcolmalar yaranmağa başlayır. Bəzən üz, daha az hallarda bədən və daxili orqanların əzələlərində də qıcolma ola bilər.
Hipoparatireozun terapiyası həkim-endokrinoloqun daimi nəzarəti altında keçirilir.

Xəstəliklər müxtəlif olduğu kimi onların fəsadları da müxtəlif olur. Bədənin elə bir üzvü yoxdur ki, oranın bir dərdi ol...
29/01/2018

Xəstəliklər müxtəlif olduğu kimi onların fəsadları da müxtəlif olur. Bədənin elə bir üzvü yoxdur ki, oranın bir dərdi olmasın. Lakin xəstəliklər yaranma və inkişafı müddətində ətrafdan gələn reaksiyalar bəzən insana elə hiss bağışlayır ki, sanki bir daha xəstəlikdən qurtuluş olmayacaq.

Əksər hallarda ətrafdakı insanlar tərəfindən gələn belə reaksiyaların təsiri xəstəliyin təsirindən də ağır zərbə vurur. Deyilən, dəqiq olmayan məlumatlar sayəsində insanlar ya müalicədən qaçır, ya da xəstəlik müddətində özünü dünyanın ən bədbəxti hesab edir. Boğaz uru, el arasında zob adı ilə tanınan xəstəlik də məhz belə xəstəliklərdəndir. Zob-insan boğazında yerləşən qalxanvari vəzin patoloji böyüməsidir. Yaşından asılı olmayaraq bütün insanlarda qalxanvari vəzi mövcuddur. Müxtəlif səbəblərdən bu vəzlər böyüdükdə və normadan artıq ölçü qazandıqda artıq onu zob adlandırırıq. Normal insanlarda, yəni qalxanvari vəzi sağlam olanda onun həcmi qadınlarda 18-20 kub.sm, kişilərdə isə 20-23 kub.sm olur.

El arasında zobun müxtəlif yollarla müalicəsi olduğunu düşünən insanlar əslində bu müalicələrin effektsiz olduğundan xəbərsizdir.Hazırda zobdan əziyyət çəkən insanlar əməliyyatdan yayınmaq üçün ən ürpərdici yollara belə baş vurmağa hazırdır: "Bəzi qalxanvari vəzin xəstəlikləri var ki, onlar insanda müxtəlif narahatlıqlar yaradır. Belə xəstəlik sahibləri əsəbi, tez qıcıqlanan, əhval-ruhiyyənin tez-tez dəyişməsi, yuxusunun yarımçıq qalması və bu kimi bir çox digər hallarla da rastlaşırlar. Zob da məhz belə xəstəliklərdəndir. İlkin dövrdə zob heç bir gözlə görülən narahatlq vermədiyi üçün insan boğazındakından xəbərsiz olur. Gündəlik həyatda kifayət qədər əsəbi və gərgin olduğumuz üçün bu xüsusiyyətlər bizə fərqli gəlmir. Xəstəlik inkişaf etdikcə boğazda genişlənmələr gözə dəyir. Davamlı quru öskürək, boğulmalar, boğazda artıq nəsə olması hissi, tənəffüs və udma çətinləşməsi, başgicəllənməsi, yerə düşmüş nəyisə götürən zaman başa ağırlıq düşməsi zobun bütün növləri üçün eyni göstəricidir.
Zobu olan insan illərlə müalicə almadan normal həyat tərzi keçirə bilər. Zob ümumilikdə yaxşı xəstəlik olmasa da, elə də qorxulu deyil. Zob düyünlərin 90%-i xoşxassəli olur və xəstəyə heç bir əlavə narahatçılıq vermir. Bu halda xəstə ildə 2 dəfə olmaqla USM-dən və endokrinoloqun müayinəsindən keçməlidir. Narahatlıq vermədiyi üçün xəstə çox rahat bir formada həyatına davam edir: "Qalxanvari vəzin fəaliyyəti normal olduqda belə düyünlərin müalicəsi tələb olunmur. Lakin düyün bədxassəli olduqda və ya xəstəyə müəyyən narahatçılıq verdikdə cərrahiyə əməliyyatı tətbiq oluna bilər. Əməliyyat dedikdə insanlar boğazlarının üzüləcəkləri qorxusu ilə bəzən əməliyyatdan imtina edir. Lakin tibb inkişaf edir. Artıq əməliyyatlar kiçik kəsiklərlə də aparıla bilir. Əməliyyatdan sonra qalan nazik kiçin xətt isə zamanla elə də nəzərə çarpmır".

Qalxanabənzər vəzi düyünü vəzdəki regional şişliyə deyilir. Düyünlər tək başına ola biləcəkləri kimi çoxdüyünlü də ola b...
24/01/2018

Qalxanabənzər vəzi düyünü vəzdəki regional şişliyə deyilir. Düyünlər tək başına ola biləcəkləri kimi çoxdüyünlü də ola bilir. "Multinodüler guatr" xüsusi ilə yaşlı insanlarda sıxdır və çox halda şikayətsiz seyr edər. Tək düyünlü zob (nodüler guatr) isə cəmiyyətin 5 %-də görülür. Tək düyünlü xəstələrin əksəriyyəti qalxanabənzər vəzidə bir problem olduğundan xəbərsizdir. Qalxanabənzər vəzidə düyünlərin əmələ gətirəcəyi bir çox fəsad və ağırlaşmalar var. Bunlardan biri də xərçəngdir. Nadir görülsə də, xərçəng bu səbəblər arasından ən əhəmiyyətli olanıdır.

QALXANABƏNZƏR VƏZİ DÜYÜNÜ TİPLƏRİ:
1. Maye tərkibli (kistik) düyün;
2. Xoş xassəli şiş (adenoma);
3. Xərçəng.
Düyünlü zob olan xəstələrdə qalxanabənzər vəzinin qalan toxuması çoxluqla normal olduğundan vəzin funksiyası adeten normal olur. Xəstələrdə nə hipotiroidizm, nə də hipertiroidizm görülür.

DİAQNOZ
Düyünlər, əsasən, kiçik və ağrısızdırlar və boyunda hər hansı bir təzyiq təsirinə səbəb olmazlar. Xəstələrin əksəriyyəti boyundakı şişliyi fərq etməzlər. Düyünlər, ümumiyyətlə, başqa bir narahatlıq səbəbiylə edilən müayinə əsnasında, təsadüfən müəyyən olunurlar.
Müayinədə düyünün sərt olması və düyün olan tərəfdə boyunda böyümüş limfa vəzilərinin əmələ gəlməsi xərçəngi düşündürse də əl ilə müayinə tək başına düyünün xarakterini təyin etmədə kifayət deyil.
Qalxanabənzər vəzi düyünləri üçün ən əhəmiyyətli müayinələr ultrasəs müayinəsi və sintiqrafiyadır. Hər iki üsul düyün və düyün ətrafındakı vəzi toxuması haqqında məlumat verir.
Laborator müayınələrdən total və sərbəst T3, T4, TSH, antiTPO, antiTg, Tlreoqlobulin, Kalsitonin müayinələrini etmək mümkündür. Diaqnoz üçün ikinci pillə "biyopsiya"-dır ki, burada da düyünlərin histalogiyasını müəyyən etmədə effektiv olan iynə biopsiyası ilə hüceyrə nümunəsi götürülür.

Azərbaycanda yod çatışmazlığı probleminin olması, bunun ölkənin şimalındakı dağlıq bölgələrdə - Şəki, Zaqatala, Quba və ...
23/01/2018

Azərbaycanda yod çatışmazlığı probleminin olması, bunun ölkənin şimalındakı dağlıq bölgələrdə - Şəki, Zaqatala, Quba və Qusar kimi rayonlarda özünü qabarıq göstərməsi kimsəyə sirr deyil. Bu yerlərin suyu çox dadlıdır, lakin təəssüflər olsun ki, tərkibində yod yoxdur.

Yod insan orqanizminin fəaliyyəti üçün həyati önəmə malik elementdir. Yodsuzluq bir sıra fəsadlara, qalxanvari vəzin funksiyasının pozulmasına səbəb olur - zob əmələ gətirir.

Qalxanabənzər vəzin çəkisi kiçikdir - 15-25 qramdır, lakin orqanizm üçün dəyəri böyükdür.

Qalxanabənzər vəz və ya tiroid vəzi boynumuzun ön hissəsində yerləşən iki paylı və kəpənək formalı daxili sekresiya vəzisidir. İfraz etdiyi hormonlar böyük fizioloji önəmə malikdir: orqanizmin yaşama tempini -metabolizma, böyümə, inkişaf və s.-ni tənzim edir.

Qalxanabənzər vəzin hazırladığı hormonun sekresiyası azalarsa, orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar.

Qalxanabənzər vəzin xəstəlikləri özünü vəz funksiyasının artması (hipertireoz), azalması (hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir. Qalxanvari vəzin funksiyası pozulduqda, o. normadan ya çox işləyir, ya da az...

Boğaz uru

Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə boğuz uru və ya sadə dildə işlədildiyi kimi "zob" deyilir.

Zob əslində ayrıca xəstəlik deyil - qalxanvari vəzin xəstəliklərində böyüməni ifadə edən bir əlamət, bir simptomdur. Bu vəzin hər xəstəliyi zob olmur və ya ona zob deyilməz, qalxanabənzər vəzin xəstəliklərinin hər birinin elmi-tibbi izahı və adı var.

Zob sadəcə qalxanvari vəzin böyüməsi olsa da, xalq arasında qalxanvari vəzin bütün xəstəlikləri bu ümumi adla tanınır.

Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin xüsusi təkanverici rolu var.

Simptomları

Qalxanvari vəzin normadan çox işləməsi orqanizm üçün xeyirli heç nə vəd etmir. Belə hal xalq arasında zəhərli zob kimi də tanınır.
Zəhərli zobdan(hipertireoz) əziyyət çəkənlər xaricən asan tanınır: gözlərin bərəlmiş olması, çox arıq, səbrsiz, əsəbi olmaları, ürəyin tez-tez döyünməsinə görə tövşümələri, güclü tərləmə onları fərqləndirir.

Qalxanvari vəz az işlədiyi(hipotireoz) zaman halsızlıq, ümumi zəiflik, yuxululuq, dərinin quruması, saçın tökülməsi kimi hallar baş verir. Həmçinin ürək-damar, mərkəzi sinir, mədə-bağırsaq sistemində pozğuluqlar yaradır.

Zob və yaxud boğaz uru ilk mərhələdə özünü açıq büruzə vermədiyi üçün xəstə uzun müddət heç bir narahatlıq hiss etmir və həkimə də müraciət etmir.

Xəstəlik inkişaf etdikcə qalxanvari vəzi böyüyür, nəzərəçarpacaq hala gəlir: boğazın ön səthi yoğunlaşır, şişkin olur, ətrafda yerləşən orqanlara - nəfəs yolu, qida borusu, damarlar və sinirlərə təzyiq edir. Və xəstə şikayətlənməyə başlayır. Çünki traxeya (nəfəs yolu) və qırtlağın sıxılması zamanı xəstədə tənəffüs çətinləşir, səs tutqunlaşır, davamlı quru öskürək, qəhər hissi, boğulma tutmaları rahatlığı pozur. Qida borusunun sıxılması udmanın çətinlşməsinə, boyun nahiyəsində damarların sıxılması isə əyilmə zamanı başda gərginlik hissinə, başgicəllənməsinə gətirib çıxarır. Bu simptomlar zobun bütün növləri üçün eynidir.

Boğaz urunun növündən asılı olaraq xəstədə digər simptomlar da meydana çıxır.

Hipotireoz

Endemik ura xas olan hipotireoz (tireoid hormonlarının azlığı) özünü bu simptomlarla büruzə verir:

- tez-tez baş verən soyuqdəymələr, KRVİ (kəskin respirator, yəni tənəffüs yollarının virus infeksiyaları), bronxit və hətta sətəlcəm;

- arterial təzyiqin azalması (hipotoniya), ürək nahiyəsində ağrılar, fiziki iş zamanı təngnəfəslik;

- iştahasızlıq, ürəkbulanma, qarın köpü (bağırsaq qazlarının artması);

- gündüz süstlük, gecə isə yuxusuzluq, hafizənin zəifləməsi, əsəbilik, depressiya;

- dərinin quruluğu, saçların tökülməsi, bədən temperaturunun azalması;

- iştahasızlıq fonunda çəkinin artması, xəstənin sifətinin ifadəsiz və şişkin olması;

- uşaqlarda fiziki və əqli gerilik;

- kişilərdə cinsi zəiflik və seksual həvəsin azalması, qadınlarda menstrual siklin pozulması.

Hipotireoz - sonsuzluq və uşaq salmanın ən çox yayılmış səbəblərindən biridir.

Hipertireoz

Diffuz və ya düyünlü toksiki ur isə bu nahiyədə ağırlıqdan əlavə həm də hipertireoz (tireoid hormonların artıqlığı) əlamətləri ilə seçilir:

- nəbzin surətlənməsi və güclənməsi, aritmiya (ürək ritmi pozulması), ürək nahyəsində ağrı, təngnəfəslik;

- qıcıqlanma, əsəbilik, əhvalın dəyişkənliyi, yuxusuzluq, diqqət və hafizənin zəifləməsi;

- kişilərdə - potensiyanın zəifləməsi (cinsi zəiflik), qadınlarda - çox vaxt aybaşı olmaması;

- daima aclıq fonunda çəkinin azalması;

- uzun müddət davam edən hərarət;

- quru və isti dəri;

- bərəlmiş gözlər;

- əllərin əsməsi.

Müayinə və müalicə

Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!

Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər: sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.

Müayinənin ilk mərhələsində qalxanvari vəz palpasiya olunur (əl ilə yoxlanılır) və onun böyümə dərəcəsi müəyyən edilir. Diaqnoz USM (ultrasəs müayinəsi) və laborator analizlər vasitəsilə təsdiq olunur. USM vəzin ölçülərini, həcmini və toxumasının quruluşunu dəqiqləşdirir, laborator müayinə isə qanda qalxanvari vəzi və hipofiz hormonlarının (TSH, T3, T4 və s.), eləcə də müvafiq anticismlərin səviyyəsini tədqiq edir. Analiz üçün qan acqarına alınır.

Qalxanvari vəzdə bir və ya bir neçə düyün aşkar edilərsə, həkim bu düyün toxumasının biopsiyasını (hüceyrələrin tədqiqatını) təyin edir. Bunun üçün nazik iynə ilə düyünün toxumasının kiçik hissəsi alınır və histoloci müayinə edilir (hüceyrələrin müayinəsi). Bu müayinənin məqsədlərindən biri də qalxanvari vəzdə xərçəng hüceyrələrinin erkən aşkar olunmasıdır.

Boğaz urunun müalicəsi həkim-endokrinoloq tərəfindən aparılır. Müalicə taktikası xəstəliyin növü və səbəblərinə əsasən seçilir.

Hipotireoz (qalxanvari vəz hormonlarının çatışmazlığı) ilə müşayiət olunan boğaz uru zamanı xəstəyə həmin hormon tərkibli dərman preparatları (adətən L-tiroksin) təyin edilir. Dərmanın dozası müvafiq laborator analizlərin nəticəsinə görə düzgün seçilərsə, xəstənin vəziyyəti əksər hallarda tezliklə yaxşılaşır. Müalicənin davam etmə müddətini həkim təyin edir.

Tireoid hormonlarının artıqlığı (hipertireoz) zamanı qalxanvari vəzin fəaliyyətini azaltmaq üçün müvafiq dərman preparatları təyin edilir. Tireotoksikozun müalicəsi üçün müasir preparatlar çox vaxt hətta xəstəliyin ağır formaları zamanı müvəffəqiyyətlə tətbiq olunur. Xəstəliyin bu növünün müalicəsi üçün radioaktiv yoddan da istifadə olunur - məqsəd isə həmin yodun qalxanvari vəzdə toplanaraq tireositlərin (qalxanvari vəzi hüceyrələrinin) bir hissəsinin məhv edilməsi və bununla da tireoid hormonlarının hasilatının azalaraq normal səviyyəyə yaxınlaşmasıdır.

Qalxanabənzər vəzi boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa ...
23/01/2018

Qalxanabənzər vəzi boynun ön qismində yerləşən yetginlərdə ağırlığı 15-25 qr arasında dəyişən və hər biri 3 sm uzunluğa çatan iki pay ilə bu payları bağlayan “isthmus” adlanan körpüdən ibarət kəpənək formasında orqandır. Qalxanabənzər vəzi T3(triyodtironin) və T4(tiroksin) hormonlarını ifraz edərək enerji metobolizmi, ürək və sinir sistemi ilə əlaqədar funksiyaları yerinə yetirir.
Normal haldan təxminən iki dəfə artmış, yəni ağırlığı 40 qr-a çatmış qalxanabənzər vəziyə tibb dilində zob deyilir. Bir çox zobda bir və ya birdən çox düyünlər ola bilər. Zobun ən çox rast gəlinən səbəbi qida qəbulundakı yod çatışmazlığıdır, lakin inkişaf etmiş ölkələrdə süfrə duzuna yodun əlavə edilməsi zobun tibbi problem olmasının qarşısını almışdır.
Qalxanabənzər vəzi xəstəlikləri necə təsnifləşdirilir?
Qalxanabənzər vəzi xəstəlikləri bəsit olaraq qalxanabənzər vəzinin az və ya daha çox işləməsi, qalxanabənzər vəzinin iltihablanması və qalxanabənzər düyünləri ilə qalxanabənzər vəzinin xərçəngi olaraq təsnifləşdirilə bilər.

Qalxanabənzər vəzinin az işləməsinin əlamətləri nələrdir?
Hipotireoz, yəni qalxanabənzər vəzinin lazım olandan az hormon ifrazı xəstələrdə bir çox şikayətə səbəb olur. Bunlardan ən vacibi çox asan kilo almaq və ya pəhriz saxlanmasına baxmayaraq kilo verə bilməmək, dərinin quru, qırışıq və xüsusilə göz ətrafında şiş olması, saç tökülməsi, halsızlıq və unutqanlıq, bağırsaqların tənbəlləşməsi, soyuğa qarşı həssaslıq və əl-ayaq üşüməsi, əzələ ağrıları və gücsüzlük, menstruasiya pozğunluğudur. Əgər şəxsdə bu əlamətlərin bir neçəsi mövcuddursa, qalxanabənzər vəzinin funksiyası mütləq yoxlanılmalıdır.

Qalxanabənzər vəzinin çox işləməsinin əlamətləri nələrdir?

Hipertireoz, yəni qalxanabənzər vəzinin lazım olandan çox hormon ifrazı ümumi olaraq maddələr mübadiləsini sürətləndirir və bundan qaynaqlanan şikayətlərə səbəb olur. Bunların başında iştahanın yaxşı olmasına baxmayaraq kilo itkisi, sakit vəziyyətdə nəbzin dəqiqədə 80-dən yuxarı vurması, döyüntü şikayətləri, təzyiqin yüksəlməsi, istiyə dözümsüzlük və gecə tərləmələri, yuxusuzluq, əsəb, dərinin davamlı olaraq nəmli/tərli olması, əzələ ağrıları və aybaşı pozğunluğu hesab edilir.

Qalxanabənzər vəzinin düyünləri və xərçəngi necə xəstəlikdir?

Qalxanabənzər düyünlər qalxanabənzər vəzinin əllə müayinədə asanlıqla hiss edilən tapıntısıdır. Tək və yaxud bir neçə düyün ola bilər. Düyünlər risk faktorlarına və kliniki vəziyyətinə görə ultrasəs müayinə, incə iynə aspirasiyası və sintiqrafiya ilə dəyərləndirilib lazım olan müalicə metodu tətbiq olunur..

23/01/2018
Zob xəstəliyi qalxanabənzər vəzinin xərçəng xaric böyüməsidir. Amma qalxanvari vəzidə onkoloji problemin baş verməsi üçü...
07/01/2018

Zob xəstəliyi qalxanabənzər vəzinin xərçəng xaric böyüməsidir. Amma qalxanvari vəzidə onkoloji problemin baş verməsi üçün bir xərçəngönü xəstəliyin olması lazımdır. Bu isə adətən, qalxanvari vəzidə olan düyünlərdir. Düyün, müxtəlif morfoloji xüsusiyyətə malik bütün ocaqlı törəmələrə aid olan bir anlayışdır. Qalxanvari vəzdə olan bütün düyünlərin 5-10 faiz xərçəng olma riski vardır. Qalxanvari vəzinin hər düyününə və xəstəliyinə xərçəng deyilməz. Qalxanvari vəzidə hər təyin edilən düyün xəstələri panikaya salmamalıdır. Ultrasonoqrafik olaraq müəyyən xərçəng şübhəsi olan düyünləri biopsiya edirik. Biopsiyanın nəticəsi əgər şübhəli gəlirsə bu xəstələr əməliyyat olunur. Həqiqət əməliyyatdan sonra bilinir. Bəzən biopsiya ilə əməliyyatın nəticəsi üst-üstə düşməyə də bilər. Ona görə də tam klinik diaqnoz əməliyyatdan sonra xəstələrə histoloji müayinədən sonra qoyulur. Amma hər zob xəstəsi də xərçəng deyildir. Müəyyən qədər düyünlü zoblarda bu riskin olması unudulmamalıdır.

http://zobemeliyyati.az

Hipertireoz (Tireotoksikoz) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xa...
10/12/2017

Hipertireoz (Tireotoksikoz) – qalxanabənzər vəzinin xəstəliyi olub qanda tireoid hormonlarının miqdarının artması ilə xarakterizə olunur. Bir çox hallarda bunu diffuz toksiki zob (Bazedov-Qreyvs xəstəliyi) və ya qalxanabənzər vəzinin funksional avtonomiya xəstəliyi kimi adlandırırlar (toksiki adenoma, çoxdüyünlü toksiki zob). Bu xəstəliklər zamanı qalxanabənzər vəzidə çoxlu miqdarda tiroksin (T4) və triyodtironin (T3) hormonları əmələ gəlir ki, bu da zülal və lipid mübadiləsinin, ürək-damar və sinir sisteminin funksiyalarının pozulmasına gətirib çıxarır.

Address

Bakı, Yasamal, Abbas Mirzə Şərifzadə 196
Baku
AKAD.M.A.TOPÇUBAŞOVADINAELMICƏRRAHIYYƏMƏRKƏZI

Alerts

Be the first to know and let us send you an email when PhD,Op.Rustam Mahmudov- Cərrah Endokrinoloq posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to PhD,Op.Rustam Mahmudov- Cərrah Endokrinoloq:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category