02/12/2025
📌 AZƏRBAYCANDA İLK DƏFƏ — YENİYETMƏLƏR ÜÇÜN KOMPLEKS PSİXOLOJİ DİAQNOSTİKA TESTİ
Psixologiya Elmi-Tədqiqat İnstitutunun Testlərin Adaptasiyası Laboratoriyası tərəfindən hazırlanmış bu test, yeniyetmələrin psixoloji vəziyyətini 14 əsas istiqamət üzrə elmi metodologiya ilə qiymətləndirir.
Bu diaqnostik alət beynəlxalq psixometrik standartlara uyğunlaşdırılıb və Azərbaycan yeniyetmələrinin sosial-emosional inkişaf xüsusiyyətlərinə tam adaptasiya olunub.
🎯 Məqsəd — yeniyetmələrin emosional rifahını, davranış risklərini və sosial adaptasiya səviyyəsini elmi şəkildə ölçmək, valideyn və mütəxəssislərə dəqiq istiqamət təqdim etməkdir.
🔍 Test həyəcan, depressiya, aqressiya, DƏHP, smartfon asılılığı, emosional tükənmə, özünə hörmət, kimlik formalaşması və digər mühüm psixoloji sahələri əhatə edir.
👉 Nəticələr peşəkar psixoloq tərəfindən tam izah edilir və fərdi inkişaf planı hazırlanır.
📞 Əlaqə: +994 55 257-27-00
📍 Ünvan: Ziya Bünyadov pr. 38