19/10/2025
Əzizlərim,
bu gün çox incə, amma önəmli bir məqama toxunmaq istəyirəm.
Unutmayaq ki, Yoga Academy Baku bir məktəbdir. 🌿
Kimlərsə bu məktəbə öz töhfəsini verəcək,
kimlərsə burada ilk yoga dərsini alacaq,
kimlərsə özünü sınayacaq.
Kimlər üçünsə Yoga Academy Baku yoluna işıq olacaq.
Kimlərsə buranı sadəcə bir pilləkən kimi görəcək.
Kimlərlə isə eyni yolu, eyni düşüncələri paylaşacağıq.
Kimlərsə başqa yollarda davam edəcək.
Amma ən önəmlisi —
biz yoganın Yama və Niyamalarını qoruyaraq, bütövlükdə yoga cəmiyyətinin düzgün formalaşmasında rolumuzu heç vaxt unutmamalıyıq🕉️
– Bilmədiklərimizi öyrətməkdən çəkinək
– Müəllim və həkim funksiyalarını qarışdırmayaq.
– Tələbələrin müəllim tərəfindən bir studiyadan digər studioya yönləndirilməsi əmək sərf edən studiyanın əməyinin dəyərlindirilməməsi deməkdir və ümumilikdə yoga cəmiyyətində etimadın zədələnməsinə səbəb olur.
– Başqasının ideyasının, proqramının və ya strategiyasının özünküləşdirilməsi, müəllif hüquqlarının pozulması yolverilməzdir.
✨ Əsl müəllimlik – tələbəyə sahib çıxmaq yox, onun yolunu işıqlandırmaqdır.
Bu işıq o zaman saflığını qoruyur ki, onu paylaşan insan niyyətində dürüst, bilikdə məsuliyyətli və ürəyində səmimi olur. 💛
Oxumamız və şəfalanmamız diləyi ilə 🙏
Namaste 🧘