Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

  • Home
  • Azerbaijan
  • Baku
  • Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi AR Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin rəsmi Facebook səhifəsi. Mərkəz 2009-cu ildən istifadəyə verilib.

Azərbaycanda talassemiya daşıyıcılarının sayı 1 milyonu ötüb. Ölkəmizdə minlərlə talassemiya xəstəliyindən əziyyət çəkən xəstə var. Problemin ciddiliyini nəzərə alan Heydər Əliyev Fondu Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılması, ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanması, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişafı, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsi məqsədi ilə Bakıda Talassemiya Mərkəzi inşa edib. Tibb işçilərinin rahat və yüksək səviyyədə xidmət göstərmələri, xəstələrin müayinə və müalicəsinin keyfiyyətli aparılması üçün burada qeydiyyat şöbəsi, donor mərkəzi, həkim otağı, ultrasəs müayinəsi və köməkçi otaqlar, laboratoriyalar, poliklinika, tranfuziya zalı, manipulyasiya və şüa diaqnostikası otaqları, iliyin köçürülməsi üçün əməliyyat otağı, reanimasiya palataları, sterilləşdirmə mərkəzi, palatalar, uşaqlar üçün oyun otağı, yeməkxana, kitabxana, Internet mərkəzi və konfrans salonu fəaliyyət göstərir. Daha yaxşı xidmət göstərmək üçün regionlarda da Respublika Talassemiya Mərkəzinin şöbələri fəaliyyət göstərir. Respublika Talassemiya Mərkəzində Elmi Şura fəaliyyət göstərir. Elmi Şuranın əsas fəaliyyət istiqamətləri talassemiya üzrə mütəxəssislər yetişdirmək, populyasiyamıza aid mutasiyaları aşkarlaşmaq və elmi araşdırmalar yayımlamaq, yerli və beynəlxalq elmi konfranslar, konqreslər təşkil etmək və beynəlxalq elmi fəaliyyətlərə qoşulmaqdır.

Hörmətli həmkarlar!4 dekabr 2025-ci il, saat 14:30-daSəhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi...
04/12/2025

Hörmətli həmkarlar!

4 dekabr 2025-ci il, saat 14:30-da
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzində çalışan həkimlərimiz və digər tibb müəssisələrində fəaliyyət göstərən həmkarlarımız üçün Zoom platforması üzərindən vebinar keçiriləcək.

Vebinar prof. Azər Kərimovun moderatorluğu ilə,
həkim-hematoloq Lamiyə Rzayeva tərəfindən
“Kəskin promielositar leykoz (KPL): müasir yanaşmalar” mövzusunda təqdim olunacaq.

Vebinarda iştirak üçün aşağıdakı keçiddən istifadə edin:

🔗 Zoom link:
https://us06web.zoom.us/j/89975159215?pwd=qwWxXHjKixS1WRkbpKQU6lGJ0jNZs6.1

Konfrans ID: 899 7515 9215
Giriş kodu: 123456

03/12/2025
25/11/2025

25/11/2025
23/11/2025

Address

Mirəli Qaşqay 145
Baku
1007

Alerts

Be the first to know and let us send you an email when Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzi:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Our Story

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 23 dekabr 2019-cu il Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Talassemiya Mərkəzi publik hüquqi şəxsin və B.Ə.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun birləşmə formasında yenidən təşkili yolu ilə “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra – TƏBİB) tabeliyində publik hüquqi şəxs statuslu Milli Hematologiya və Transfuziologiya Mərkəzi (bundan sonra – Mərkəz) yaradılması haqqında Fərmanından sonra Talassemiya Mərkəzi və Mərkəzi Qan Bankı Milli Hematologiya və Transfuziologiya Mərkəzinin bölmələri olaraq fəaliyyətini davam etdirir. Bizimlə əlaqə: 🔹Mərkəz 📍 Ünvan: Mirəli Qaşqay küç 87 ☎ 012 440 53 18 🔹 Talassemiya Mərkəzi 📍 Ünvan: Fətəli xan Xoyski 128 ☎ 1842 🔹 Mərkəzi Qan Bankı 📍 Ünvan: Mirəli Qaşqay küç 87 ☎ 907