Kardioloq Ilgar Tahiroglu

Kardioloq Ilgar Tahiroglu TAVİ-MİTRAL CLİP-KORONAR ANJİO-PERİFER ANJİO-ASD-PFO.

https://aztibb.az/az/news/31957
11/02/2024

https://aztibb.az/az/news/31957

HUMAY mükafatı laueratı, Yaşıl eynəkli adam, Ac həriflər, Evləri köndələn yar, İtkin gəlin, Güllələnmiş heykəllər və digər filmlərin rəssamı, Əməkdar incəsənət xadimi, 80 yaşlı Rafael Əsədov Mərkəzi Gömrük Hospitalında uğurla əməliyyat olunub. Aztibb.az xəb...

80 yaşında 1 il əvvəl açiq ürək əməliyyatı keçirilərək  ürəyin aorta qapağı dəyişdirilən xəstəmizin ciddi tənginəfəslik ...
29/11/2023

80 yaşında 1 il əvvəl açiq ürək əməliyyatı keçirilərək ürəyin aorta qapağı dəyişdirilən xəstəmizin ciddi tənginəfəslik və boğulma şikayətləri olduğu üçün xəstəxanada yataraq sidikqovucu müalicə almaq məcburiyyətindəydi. Fuad Samed doktorla apardığımız müayinələrdə dəyişdirilən aorta qapağında ciddi qaçaq və darlıq olduğunu müəyyən etdik.
Ürək damarında da darlıq olan xəstəyə ümumi anesteziya verilmədən eyni seansta ürək damarına stent və açiq cərrahi olaraq taxılan qapağın içinə yeni qapaq taxılaraq Azərbaycanda ilk dəfə olaraq VALVE İN VALVE TAVİ əməliyyatını Samed doktor və Shahla Aliyeva Agayeva doktorla bərabər uğurla icra etdik.

20/08/2023
26 yaşında  anadangəlmə  ürək qüsuru olan xəstəmizin ayaq damarından girərək özəl çətir vasitəsiylə qüsuru ortadan qaldı...
05/06/2023

26 yaşında anadangəlmə ürək qüsuru olan xəstəmizin ayaq damarından girərək özəl çətir vasitəsiylə qüsuru ortadan qaldırdıq.
Uğur komanda işidir❤️

06/03/2023

Original Article from The New England Journal of Medicine — Five-Year Follow-up after Transcatheter Repair of Secondary Mitral Regurgitation

Mərkəzi Gömrük Hospitalında növbəti TAVİ əməliyyatı uğurla həyata keçirilibMərkəzi Gömrük Hospitalının Kardiologiya şöbə...
25/02/2023

Mərkəzi Gömrük Hospitalında növbəti TAVİ əməliyyatı uğurla həyata keçirilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən növbəti dəfə Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla həyata keçirilib. Yüksək şəkərlə və yüksək təzyiqlə, əvvəllər stent taxılmış, təngnəfəslik və boğulma şikayətləri ilə Mərkəzi Gömrük Hospitalına daxil olmuş 75 yaşlı pasiyentdə anju zamanı ürək damarlarının və stentlərinin açıq olduğu, ürəyin aorta qapağında kritik darlıq olduğu, qapaq açılma sahəsinin 0,6 sm2 olduğu müəyyən edildikdən sonra xəstə üzərində TAVİ əməliyyatının icrası qərarı verildi.

Mərkəzi Gömrük Hospitalında pasiyentin bud arteriyasından girilərək, heç bir kəsik aparılmadan və narkoz verilmədən Dr.İlqar Tahiroğlu və Dr.Şəhla Ağayeva tərəfindən TAVİ əməliyyatı icra olunub və yeni evolut 26 mm-lik aorta qapağı yerləşdirilib. Xəstənin təngnəfəsliyi və boğulması aradan qaldırılıb. O, əməliyyatdan 12 saat sonra xəstə gəzməyə başlayıb, 24 saat sonra isə evə buraxılıb.

Fəxrlə qeyd edirik ki, Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin yüksəkixtisaslı invaziv kardioloqları tərəfindən icra olunur. TAVİ əməliyyatı Azərbaycanda nadir icra olunan əməliyyatlardan və tibbin son nailiyyətlərindən biridir. Bu əməliyyat yanaşı xəstəlikləri olan yaşlı insanlar, o cümlədən yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür.

Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

Allah şəhidlərimizə rəhmət eləsin…
19/01/2023

Allah şəhidlərimizə rəhmət eləsin…

24/10/2022

Özbəkistanda gerçəkləşən beynəlxalq kardiologiya konfransında Tavi əməliyyatlarında fəsadlar mövzulu çıxışımızı uğurla tamamladıq sabahda Daşkənd şəhərində Canlı TAVİ əməliyyatı icra edəcəyik…

Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilibMərkəzi Gömrük Hospitalının Kardiologiya şöb...
24/10/2022

Mərkəzi Gömrük Hospitalında daha bir uğurlu TAVİ əməliyyatı həyata keçirilib

Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, yandal uzmanı, invaziv kardioloq Dr.İlqar Tahiroğlu və invaziv kardioloq Şəhla Ağayeva tərəfindən daha bir uğurlu Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatı uğurla həyata keçirilib. İki dəfə COVİD-19 xəstəliyinə yoluxmuş, ciddi ağciyər problemləri olan 64 yaşlı pasiyentə ümumi anesteziya edilmədən və heç bir kəsik olmadan ürəyin aorta qapağı dəyişdirilib. Pasiyent iki gündən sonra evə yazılıb.

Qeyd edək ki, Transkateter Aorta Qapağı İmplantasiyası (TAVİ) əməliyyatını tibbin son nailiyyətlərindən biri adlandırmaq olar. TAVI proseduru alternativ cərrahi üsuldur. TAVİ yanaşı xəstəlikləri olan yaşlı insanlar, həmçinin, yüksək ölüm riskli aorta stenozu olan xəstələrin cərrahi müalicəsinin optimal növüdür. Bu zaman xəstənin ürəyində açıq ürək əməliyyatı həyata keçirməyə ehtiyac olmur. Aorta qapağının bioprotezi döyünən ürəyə implantasiya edilir. Əvəzedici aorta qapağının yerləşdirilməsi və implantasiyası üçün bud arteriyasından xüsusi kateter daxil edilir.

Address

Bakı Sağlamlıq Mərkəzi.
Baku
AZ1110

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 14:00

Telephone

+994509932626

Website

Alerts

Be the first to know and let us send you an email when Kardioloq Ilgar Tahiroglu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Kardioloq Ilgar Tahiroglu:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category