Op.dr.Rashad Akbarli / Ümumi Cərrah

Op.dr.Rashad Akbarli / Ümumi Cərrah CƏRRAHİYYƏ HƏYAT BƏXŞ EDİR

28/11/2025

📍2 mədəkiçiltmə əməliyyatı — 2 xilas olmuş həyat!
Bu gün sizlərlə çox fərqli və qürurverici bir anı paylaşırıq.

Ard-arda iki piylənmədən əziyyət çəkən xanım pasiyentimiz üçün uğurlu mədəkiçiltmə əməliyyatları icra olundu.

Hər iki pasiyentin Bədən Kütlə İndeksi (BKİ) 40-dan yuxarı idi və onlar artıq 3-cü dərəcəli piylənmə diaqnozu ilə həm sağlamlıq, həm də psixoloji olaraq böyük çətinlik yaşayırdılar.

🔸 Artıq bu çətinlik geridə qaldı!
🔸 Onlar öz həyatlarının idarəsini geri aldılar!
🔸 Yeni və sağlam həyata doğru qəti addımlarla başlayıblar!

⏳ 6 ay sonra onların möhtəşəm dəyişimini — yeni görünüşlərini və əldə etdikləri nəticələri sizinlə paylaşacağıq. Bu əməliyyat sadəcə çəki itkisi deyil, özünəinamın, sağlamlığın və yeni həyatın başlanğıcıdır.

Siz də piylənmə ilə mübarizə aparırsınızsa, unutmayın:
Hər dəyişiklik bir qərarla başlayır! 💪

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

26/11/2025

📌Babasil cərrahiyyəsi xəstəliyin ağırlaşmış formalarında ən effektiv müalicə üsuludur. Lakin xəstələr arasında ən çox verilən suallardan biri də budur: “Əməliyyatdan sonra babasil geri qayıda bilərmi?”

✔️ CAVAB:

Əgər əməliyyat düzgün aparılıbsa, çıxarılmış babasil düyünləri yenidən əmələ gəlmir. Lakin tam sağalma yalnız əməliyyatla bitmir — xəstənin əməliyyatdan sonrakı həyat tərzi çox önəmlidir.

🔄 Bəs nələr xəstəliyin təkrarlanmasına səbəb ola bilər?
• Xroniki qəbizlik
• Aşağı maye qəbulu (az su içmək)
• Uzun müddət oturaq həyat tərzi
• Ağır fiziki yük qaldırmaq
• Hamiləlik dövrü və doğuşdan sonra basqının artması
• Piylənmə və qeyri-sağlam qidalanma

🛡 Necə qarşısını almaq olar?
• Gün ərzində 2-2.5 litr su için
• Liflə zəngin qidalar qəbul edin (tərəvəz, meyvə, kəpəkli məhsullar)
• Qəbizliyin qarşısını alın
• Uzun müddət oturmayın – hər 45 dəqiqədən bir ayağa qalxıb hərəkət edin
• Ağır yük qaldırmaqdan çəkinin

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

25/11/2025

🎗 2 il əvvəl uğurlu onkoloji əməliyyat… Bu dəfə isə uğurlu öd daşı əməliyyatı

Pasiyentimiz 2 il əvvəl süd vəzi xərçəngi diaqnozu ilə bizə müraciət etmişdi. Onkoloji əməliyyat zamanı hər iki süd vəzi tam götürülmüş, əməliyyat uğurla icra olunmuşdu. Müntəzəm nəzarət sayəsində pasiyentimiz o gündən bəri sağlam həyatına davam edir.

Son günlərdə yaranan simptomatik əlamətlər səbəbilə müraciət etdikdə öd daşı aşkarlanmışdı.
🔹 2 gün əvvəl laparoskopik öd kisəsi əməliyyatı uğurla aparıldı.
🔹 Pasiyentimiz hazırda özünü yaxşı hiss edir, bərpa prosesi stabil şəkildə davam edir.

Bu kimi hallarda bilinməlidir ki:
✔ Xərçəng keçirmiş olmaq digər qarın boşluğu xəstəliklərinin yaranmasına səbəb olmur.
✔ Öd daşı tam ayrı mexanizmlərlə yaranır və vaxtında müdaxilə ilə problemsiz aradan qaldırılır.

💛 Daimi nəzarət, vaxtında müraciət və düzgün yanaşma — sağlamlığın açarıdır.
Pasiyentimizə can sağlığı arzulayırıq!

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

21/11/2025

📌 Mədəsiz keçən 2 il – uğurlu nəticə!

Bu gün 2 il əvvəl mədə xərçəngi diaqnozu ilə müraciət edən pasiyentimizi kontrol müayinəyə qəbul etdik. O zaman xəstəliyin qarşısını almaq üçün mədənin tam götürülməsi (total qastrektomiya) əməliyyatı icra olunmuşdu.

🔍 Bu günkü nəticə:
• Heç bir problem aşkarlanmadı
• Metastaz yoxdur
• Pasiyent özünü yaxşı hiss edir və həyat keyfiyyəti yüksəkdir
• Xəstəmiz özü də durumundan razılığını bildirir

💬 Cəmiyyətdə tez-tez eşidilən “mədəsiz yaşamaq olmaz” fikri tamamilə yanlışdır.
👉 Əslində, düzgün əməliyyat, mütəmadi nəzarət və uyğun qidalanma ilə mədəsiz də sağlam və aktiv həyat mümkündür.

✨ Bu kimi uğurlu nəticələr bizi həm sevindirir, həm də xəstələrimizə ümid verir.✅

🩺 Vaxtında müraciət = Uzun və sağlam həyat
Sağlamlığınızı gecikdirməyin!

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

19/11/2025

📌Əməliyyatdan sonra tez aktivləşməyin üstünlükləri

Əməliyyatdan sonra uzun müddət yataq rejimi artıq köhnə yanaşmadır. Müasir cərrahiyyədə məqsəd – pasiyentin mümkün qədər tez ayağa qalxması və normal ritmə dönməsidir.

Videoda qeyd ediyimiz kimi ,erkən aktivləşmə:

✅ Qan dövranını yaxşılaşdırır – tromb riskini azaldır
✅ Ağrını azaldır və sağalmanı sürətləndirir
✅ Bağırsaq hərəkətlərini normallaşdırır
✅ Əzələ zəifləməsinin qarşısını alır
✅ Psixoloji olaraq pasiyenti gücləndirir

Kiçik addımlar böyük fərq yaradır.
Əməliyyatdan sonra həkiminizin tövsiyə etdiyi qədər aktiv olmaq – sizin daha tez sağalmanız deməkdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

18/11/2025

📢Qapalı (Laparoskopik) Qasıq Yırtığı Əməliyyatının Üstünlükləri✅
Qasıq yırtığı həyat keyfiyyətini azaldan ağrı və narahatlıq yaradır. Müasir cərrahiyyə isə bunu minimal invaziv – qapalı üsulla daha rahat və təhlükəsiz şəkildə həll etməyə imkan verir.

🔹 Kiçik kəsik – böyük rahatlıq
Laparoskopik əməliyyatda böyük kəsik olmur. Bu, daha az ağrı, daha estetik nəticə və daha sürətli sağalma deməkdir.

🔹 Ağrının minimal olması
Əməliyyatdan sonrakı dövrdə xəstələr qapalı üsulun açıq əməliyyata nisbətən daha az ağrı verdiyini bildirirlər.

🔹 Daha sürətli sağalma və işə dönüş
Xəstələr qısa müddətdə normal həyat və iş fəaliyyətinə qayıda bilirlər.

🔹 Hər iki tərəfli yırtıqlar üçün ideal üsul
Hər iki qasıqda yırtıq varsa, qapalı əməliyyat daha məntiqlidir – eyni vaxtda, əlavə kəsiklər olmadan aradan qaldırılır.

🔹 İnfeksiya riskinin azalması
Kiçik kəsiklər və daha az toxuma zədələnməsi infeksiya ehtimalını minimuma endirir.

🔹 Təkrarlanma riskinin aşağı olması
Müasir tor materialları və laparoskopik texnika sayəsində yırtığın təkrar əmələ gəlmə şansı azalır.

💬 Əgər qasıq nahiyəsində şişkinlik, ağırlıq və ya ağrı hiss edirsinizsə, gecikmədən müayinəyə müraciət edin. Erkən müdaxilə həm daha rahat, həm də daha təhlükəsizdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

14/11/2025

✨Bağırsaq cərrahiyyəsi – doğru zamanda doğru addım❗

Yanımda iki fərqli, amma eyni ümidlə başlayan yolun iki pasiyenti var.
🔹 Birinci pasiyentimizin bağırsaq stoması artıq ləğv olundu – sağlamlığını bərpa edib normal həyatına qayıdır.
🔹 İkinci pasiyent isə ilk əməliyyatını keçirib evə buraxılır. Onu 3 ay sonra gözəl bir mərhələ gözləyir – stomasının ləğvi və tam sağlam həyata dönüş!

Unutmayın, bağırsaq cərrahiyyəsindən qorxmayın… gecikməkdən qorxun.
Vaxtında edilən müdaxilə həm həyatı xilas edir, həm də təhlükəsiz və rahat bərpa dövrü təmin edir.✅

❇️Bağırsaq cərrahiyyəsi bizim işimizdir❗
Peşəkar komandamızla hər zaman yanınızdayıq.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

12/11/2025

🩺 Öd kisəsində daş varsa, əməliyyat mütləq lazımdır?

Xeyr! Hər daş əməliyyat tələb etmir.
• Simptomsuz daşlar: Ağrı və ya digər problemlər yoxdursa, sadəcə izlənilir.
• Simptomlu daşlar: Ağrı, həzm problemləri, xroniki iltihab və ya pankreatit varsa, əməliyyat tövsiyə olunur.
• Risk faktorları: Böyük daşlar və bəzi xəstəliklər əməliyyatı zəruri edə bilər.

✅ Qərar həkim tərəfindən xəstənin vəziyyətinə görə verilir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

07/11/2025

🩺 Qarın yırtığı əməliyyatı uğurla icra olundu!

Xəstəmiz 10 ildir ki, qarın yırtığından əziyyət çəkirdi və gündəlik həyatında narahatlıq yarandığı üçün məcburən korset taxırdı.
Əməliyyatla yırtıq tam aradan qaldırıldı və pasiyent artıq rahat nəfəs alır, sərbəst hərəkət edə bilir.

Qarın yırtıqları vaxtında müalicə edilmədikdə həm ağrılara, həm də daxili orqanların sıxılmasına səbəb ola bilər.
Vaxtında müraciət edin – sağlamlığınızı təxirə salmayın! 💪

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

05/11/2025

🩺 Öd kisəsi polipləri və xolesteroz – nə zaman əməliyyat olunmalıdır?

⬆️Bu videomuzda sizlərə bu mövzu barəsində məlumat təqdim edirik.

📌 Kiçik ölçülü poliplər çox vaxt izlənmə tələb edir, lakin:
• Polipin ölçüsü 10 mm-dən böyükdürsə,
• Sürətlə böyüyürsə,
• Simptomlar (sağ qabırğaaltı ağrı, ürəkbulanma, həzm pozğunluğu) müşahidə olunursa,
• Və ya xərçəng riski artırsa — əməliyyat tövsiyə olunur.

Xolesteroz zamanı da öd kisəsində xolesterin yığılıb divar qalınlaşırsa, bu da cərrahi müdaxilə səbəbi ola bilər.

🎯 Unutmayın: vaxtında qoyulan diaqnoz və düzgün qərar sağlam gələcəyin açarıdır.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

04/11/2025

📌1 gün əvvəl mədəkiçiltmə əməliyyatı etdiyim pasiyentimlə söhbətim. Sizlərdən gələn sualları məhz piylənmədən əziyyət çəkib,mədəkiçilmə əməliyyatı keçirmiş pasiyentim cavanlandırdı və sonda kövrəldi…
💬 “Mədəkiçiltmə günahdır deyirlər…”
💬 “Nəfsinizə hakim olaraq arıqlaya bilmirsiniz?”
💬 “Dieta və pəhrizlə arıqlamaq mümkün deyilmi?”

Bütün bu sualların arxasında bəzən illərlə çəkilən fiziki və psixoloji mübarizə dayanır.
Piylənmə — sadəcə artıq çəki deyil, bir xəstəlikdir.
Bu xəstəliklə mübarizədə bəzən pəhriz, idman və motivasiya kifayət etmir.

Pasiyentimizin gözləri doldu, amma baxışlarında bir ümid vardı:
“Bu əməliyyatla həyatım yenidən başlayır.” ✅

📍Piylənmənin son ümid yeri və tək çarəsi — Mədəkiçiltmə əməliyyatıdır! 💪

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.

31/10/2025

✍🏻Öd kisəsində daş əmələ gəlməsi uzun müddət ərzində sakit şəkildə inkişaf edir.

🔺Yağlı yeməklərdən sonra sağ qabırğaaltında ağrı, acılıq hissi, köp, ürəkbulanma və qusma – öd daşı xəstəliyinin əsas əlamətləridir.

Bu videoda gördüyünüz daşlar pasiyentimizin öd kisəsindən çıxarılıb.✅

📌Əgər vaxtında əməliyyat olunmasaydı, bu daşlar öd yollarını tıxayaraq sarılıq, pankreatit və ciddi infeksiyalara səbəb ola bilərdi.

🩺 Öd kisəsi çıxarıldıqdan sonra insan tam normal həyat tərzini davam etdirə bilər – sadəcə düzgün qidalanma və nəzarət vacibdir.

📲 (+994 50) 501 16 90
Facebook: Op.dr.Rashad Akbarli / Ümumi Cərrah
🏥📍Stimul Hospital.


Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Op.dr.Rashad Akbarli / Ümumi Cərrah posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Practice

Send a message to Op.dr.Rashad Akbarli / Ümumi Cərrah:

Share

Share on Facebook Share on Twitter Share on LinkedIn
Share on Pinterest Share on Reddit Share via Email
Share on WhatsApp Share on Instagram Share on Telegram

Category

Cərrahi fəaliyyət sahələri

Endokrin və süd vəz cərrahiyyəsi: * Qalxanvari vəzin xoş və bəd xassəli şişləri,toksiki ur,çoxdüyünlü ur (Zob) , qalxanvari ətraf vəzin adenoması. * Böyrəküstü vəz cərrahiyyəsi * Süd vəzinin xoş və bəd xassəli şişləri, irinli mastit. Həzm sistemi cərrahiyyəsi: * Qida borusu xoş və bəd xassəli şişləri, çapıq daralma və strikturası,axalaziya * Mədənin xoş və bəd xassəli şişləri,12 b. bağırsağın xora xəstəliyi * Dalağın şişləri, splenomeqaliya * Qaraciyərin xoş və bəd xassəli şişləri,exinokok xəstəliyi * Öd daşı xəstəliyi,öd yollarının şişi * Mədəaltı vəzin xoş və bəd xassəli şişləri, kəskin destruktiv pankreatit(pankreonekroz) * Nazik və yoğun bağırsağın xoş və bəd xassəli şişləri, bağırsaq keçməzliyi,dolixokolon,Kron əstəliyi,xoralı kolit,divertikulit və divertikulyoz * Kəskin appendisit * Müxtəlif mənşəli kəskin peritonitlər * A**l çat, peria**l abses, a**l fistula, hemorroy ( Babasil ) * Pilonidal sist və pilonidal sinus(Büzdümün dermoid sisti) Yırtıq cərrahiyyəsi: * Qasıq yırtığı * Bud yırtığı * Göbək yırtığı * Qarnın ön divarının əməliyyatdan sonrakı yırtığı * Diafraqmal yırtıq(qastro-ezofaqeal reflüks xəstəliyi) Estetik və plastik cərrahiyyə: * Süd vəzin kiçildilməsi,böyüdülməsi (Mammoplastika) * Qarnın gərmə,kiçildilmə və formalaşdırılması (Abdomenoplastika) * Liposaksiya Damar cərrahiyyəsi: * Aşağı ətrafların varikoz xəstəliyi * Dializ fistullarının yaradılması Ginekoloji cərrahiyyə: * Yumurtalıq sisti * Boru hamiləliyi * Uşaqlığın xoş və bəd xassəli şişləri,uşaqlığın sallanması * Rektosele,sistosele,aralığın travmaları (Vaginoplastika) Uşaq cərrahiyyəsi: * Anadangəlmə yırtıqlar * Kriptorxizm (xayaların enməməsi) * Fimoz (sünnət və sünnət xətalarının düzəldilməsi) Uroloji cərrahiyyə: * Böyrəklərin xoş və bəd xassəli şişləri * Xayaların xoş və bəd xassəli şişləri,xaya hidropsu(Hidrosele) * Varikosele Ağciyər cərrahiyyəsi: * Ağciyərlərin exinokoku, xoş və bəd xassəli şişləri, vərəmi. Bunlardan əlavə və dərialti törəmələr, müxtəlif daxili orqan və yumşaq toxumalarin travmalari.

Bunlardan əlavə dəri və dərialtı törəmələr, müxtəlif daxili orqan və yumşaq toxumaların travmaları, digər təcili və təxirəsalınmaz halların cərrahi müalicəsi.

Cərrahi əməliyyatlar həm açıq üsulla(ənənəvi), həm də minimal invaziv (Laparoskopik) üsulla yüksək peşəkarlıq və müasir texnalogiya ilə icra olunur.

Əlaqə nömrə: (050) 501 16 90, (055) 894 24 01