17/08/2025
nədir?
Uşaqlıq mioması (fibromioma) - uşaqlığın əzələ qatında yaranan xoşxassəli şişdir. Qaqdınlarda ən çox rast gəlinən ginekoloji xəstəliklərdən biridir. Bütün ginekoloji xəstəliklərin 12-15%-ni təşkil edir.
Uşaqlıq mioması necə yaranır?
Xəstəliyin yaranma səbəbləri sonadək məlum deyil. Lakin müəyyən olunmşdur ki, miomanın əmələ gəlməsinə, əsasən, hormonlar təkan verir.
Uşaqlıq miomasının yaranmasına aşağıdakı faktorlar təkan verə bilər:
• İrsi meyillilik;
• Menstrual tsikllə bağlı problemlər;
• Sonsuzluq və yarımçıq hamiləlik;
• Maddələr mübadiləsinin pozulması (şəkərli diabet, piylənmə);
• Çoxsaylı abortlar.
Uşaqlıq miomasının əlamətləri hansılardır?
Uşaqlıq mioması adətən simptomsuz gedişata malik olur. Lakin bəzi əlamətlər bu xəstəlikdən xəbər verə bilər.
Buraya aiddir:
• Menstrual dövrdə qanaxmanın həddindən artıq olması;
• Menstrual tsiklin pozulması;
• Qarnın aşağı nahiyəsində və ya beldə ağrılar.
Uşaqlıq miomasının diaqnostikası
Miomanı aşkar etmək üçün ən etbarlı vasitə - ildə bir dəfə, profilaktika məqsədilə həkim müayinəsindən keçməkdir.
Təcrübəli mütəxəssis miomanı əl ilə müayinə edib, aşkara çıxara bilər. Lakin dəqiq diaqnoz üçün mütləq USM müayinəsi təyin olunmalıdır.
Şübhə qalarsa, laporoskopiya və histeroskopiya tələb oluna bilər.
Uşaqlıq miomasının müalicəsi
Miomanın müalicəsi pasiyentin yaşından və planlarından asılıdır. Əgər şişin ölçüləri uzun illər dəyişməz qalarsa və qadın hamiləlik planlaşdırmırsa, həkimlər çox vaxt medikamentoz müalicə təyin edirlər. Hormonal preparatlar miomanın inkişafını ləngidir, bəzi hallarda isə dayandırır.
Hamiləlik arzusunda olan gənc qadınlara həkimlər təxirəsalınmaz əməliyyat tövsiyə edirlər. Onlardan ən yüngülü - miomektomiyadır - yalnız düyünlərin kəsilib götürülməsi. Bu zaman uşaqlıq demək olar ki, zədələnmir.
Şişlər çox böyük, sayı isə çox olduqda uşaqlığın tam çıxarılması zərurəti yaranır.
📍📍📍 Ümumi Cərrah
📌📌📌 Dr. Elşad
📞 (+994 55) 794 35 78